Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1695/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hakimə təyin edilmiş pensiyanın məbləğinin yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (o, həm də vəkildir), Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hü quqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 may tarixli, 2-1(103)-1338/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 35518.22 manat fərq məbləğinin 1016.05 manat hissəsi cari ilin aprel ayında, qalan 34502.17 manat hissəsi isə cari ilin may ayında əmək pens iyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının 2019-cu il 1 sentyabr tarixdən etibarən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1980.00 manat, hakimlik stajına görə vəzifə maaşının 45% miqdarında əlavəsi 891.00 manat, rütbə maaşına görə əlavəsi 159.00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% miqdarında əlavəsi -495.00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 25% miqdarında əlavəsi 297.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10% miqdarında əlavəsi -213.90 manat, ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavəsi 1000.00 manat və ərzaq payı əvəzinə verilən 64.00 manat məbləğində pul kompensasiyası olmaqla orta aylıq əmək haqqı 5099.99 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 17 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması, 2019cu il 1 sentyabr tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinə verilən bir aylıq vəzifə maaşı həcmində əlavə - 1980 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanma Qaydasının təsdiq edilməsi haqqında” Qərara uyğun olaraq Ali Məhkəmənin hakimlərinə verilməsi müəyyən edilmiş 2465 manat 82 qəpik məzuniyyət haqqının da pensiya məbləğinə əlavə edilməsi, bu öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini o nunla əsaslandırmışdır ki, onun pensiya məbləğinin yenidən hesablanması barədə iddiası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 oktyabr tarixli qərarı ilə qismən təmin edilmiş, ona Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimi kimi, Ali Məhkəmənin hakimlərinin əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla, həmçinin Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ona verilmiş İİ ixtisas dərəcəsinə görə, hərbi rütbəyə, xidmət illərinə və ərzaq təminatı ilə əlaqədar verilən haqlar ödənilməklə pensiya təyin edilməsi barədə qərar qəbul edilmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün tədbirlər görülür, qərar tam icra edilməmişdir. Bundan əlavə hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir. 2019-cu il 1 sent yabr tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 468 saylı, 2019-cu il 7 dekabr tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydasının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq hesablanan məzuniyyət haqqı verilir. Ali Məhkəmənin hakimlərinə 2465 manat 82 qəpik məzuniyyət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Həmin bir aylıq vəzifə maaşına əlavə və məzuniyyət haqqı o, məhkəməyə müraciət edəndən sonra təyin edildiyindən həmin – bir aylıq vəzifə maaşı həcmində əlavənin və məzuniyyət haqqının pensiyanın miqdarı yenidən hesablanarkən nəzərə alınması barədə 2020-ci il 19 fevral tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin 4 aydan da çox vaxt keçsə də müraciətinə cavab verilməmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması, 2019-cu il 1 sentyabr tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinə verilən bir aylıq vəzifə maaşı həcmində əlavə - 1980 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanma Qaydasının təsdiq edilməsi haqqında” qərara uyğun olaraq Ali Məhkəmənin hakimlərinə verilməsi müəyyən edilmiş 2465 manat 82 qəpik məzuniyyət haqqının da pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçının iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il 15 may tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. birinci instansiya məh kəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 10 fevral tarixli, 2-1(112)-1412/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni və məzuniyyət haqqını işlədiyi dövrdə almadığı üçün həmin əlavə və məzuniyyət haqqı iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdən də Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2021-ci il 26 may tarixli, 2-1(103)-1338/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 10 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, həm birinci, həm də apellyasiya məhkəməsinin qərarları aşağıda göstərilən hal və əsaslara görə ləğv edilməli, iddianın təmin ed ilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-ci maddəsinin Vİİ hissəsinə əsasən yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən hakimlərə pensiya əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Bundan əlavə, iddiaçının pensiyaya çıxan dövrdən (2017-ci il 19 aprel) pensiya məbləği ona düzgün hesablanmadığından, “pensiya məbləğinin yenidən hesablanması barədə” iddiası Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 oktyabr tarixli qərarı ilə qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2020-ci il 28 yanvar tarixli qər arı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2020ci il 28 yanvar tarixli Qərarında göstərilmişdir ki, “Qanunvericiliyin tələbinə görə əmək, pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Odur ki, iddianın 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü (hakimi) vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla.... əmək pensiyasının yenidən hesablanması tələbini təmin edərkən apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir”.
13. İddiaçının cavabdehə qarşı “pensiya məbləğinin yenidən hesablanması barədə" iddiası təmin edilmiş, qərar qanuni qüvvəyə minmiş, 2020-ci il 28 yanvar tarixli həmin qərarda ona Ali Məhkəmənin hakimlərinin əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla pensiya təyin edilməsinin düzgün olması göstərilmişdir. Konstitusiya Məhkəməsi Plenumu sorğuya əsasən 2020-ci il 15 may tarixli qərarı hakimlərə aid olmadığından, həmçinin iddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, həmin Konstitusiya Məhkəməsinin qərarı iddiaçının cavabdehlə hazırkı mübahisəsinə şamil olunmamalıdır. Hakimlərin əmək haqqındakı sonrakı artımların da nəzərə alınması müddəası əsas götü rülməklə iddiaçının pensiyası hesablanarkən 2019-cu il 1 sentyabr tarixdən bir aylıq vəzifə maaşı məbləğində əlavə və məzuniyyət haqqı pensiya məbləği hesablanarkən nəzərə alınmalıdır.
14. Bakı Apellyasiya Məhkəməsi iddianın rədd edilməsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında’ Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-ci maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5, 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə a lına bilməz. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sorğuya əsasən 2020-ci il
15. May tarixli Qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrini şərh edib. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 maddəsində əmək pensiyası anlayışı, 1.0.2 maddəsində sosial sığorta anlayışı, 1.0.5 maddəsində - təminat xərcliliyi - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda sonrakı artımlar da nəzərə alınmaqla aylıq vəzifə maaşından xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən artımlardan ibarət olan məbləğ olması anlayışı verilir. Göstərilən Qanunun 20.14-cü maddəsi isə həmin Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxsləri n (hərbi qulluqçuların) əmək pensiyasına əlavələrin verilməsi qaydasını müəyyən edir. Həmin qərarın hakimlərə də aid olması Qərarda göstərilməmişdir. Hakimlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsi ilə yanaşı “Məhkəmələr və hakimlər haqqında” Qanunla tənzimlənir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarda göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab edir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları İlə həll olunmuş mübahisələrə şamil olunmur”. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən Konstitusiya Məhkəməsi Plenumunun bu qeydini də nəzərə almamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı (vəkil) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək tə min olunmasını xahiş etdi.
16. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. İşin materiallarına görə, iddiaçıya 2015-ci il 19 aprel tarixdə sabiq hakim kimi əmək pensiyası təyin edilmiş, sonradan iddiaçının müvafiq iddiası ilə bağlı işə baxan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3433/2018 saylı 2018-ci il 24 oktyabr tarixli qərarı ilə iddiaçının 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikasının Al i Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoy ulmuşdur.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1939/2019 saylı 2019-cu il 16 oktyabr tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3433/2018 saylı 2018-ci il 24 oktyabr tarixli qərarının “25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1939/2019 saylı 2019-cu il 16 oktyabr tarixli q ərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-264/2020 saylı 2020-ci il 28 yanvar tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
24. Bununla bağlı iddiaçının əmək pensiyası yenidən hesablanmış və bu barədə qəbul edilmiş 2020-ci il 10 aprel tarixli qərarla iddiaçıya 2019-cu il 1 sentyabr tarixdən müddətsiz 4079 manat 92 qəpik məbləğində əmək pensiyası hesablanmışdır.
25. Hazırkı məzmunda tələbə gəldikdə, iddiaçı 2019-cu il 1 sentyabr tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə verilən bir aylıq vəzifə maaşı həcmində 1980 manat əlavənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydasının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq Ali Məhkəmə hakimlərinə verilməsi müəyyən edilmiş 2465.82 manat məzuniyyət haqqının nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı deyil. Belə ki, iddiaçının hazırkı işdə onun pensiyasının hesablanması zamanı cavabdeh tərəfindən nəzərə alınmasını tələb etdiyi bir aylıq vəzifə maaşı həcmində əlavəni və məzuniyyət haqqını iddiaçı hakim işlədiyi dövrdə almamışdır. Belə ki, istinad edilən həmin əmək haqqına əlavə və məzuniyyət haqqı ilə bağlı müddəalar iddiaçıya ilk dəfə əmək pensiyası təyin olunduqdan sonra qəbul edilmişdir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Ko nstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan hald a isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınm aması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd ed ir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.”.
27. İşdən göründüyü kimi, iddiaçı iddia ərizəsində istinad etdiyi normativ aktların qəbulundan əvvəl hakim vəzifəsində işləmişdir. Beləliklə, iddiaçı həmin normativ aktlarda nəzərdə tutulmuş əlavələri almamış, müvafiq olaraq həmin vəsaitlərdən sosial sığorta haqqı tutulmamışdır.
28. İddiaçı şikayətində qeyd edir ki, AR Konstitusiya Məhkəməsi Plenumu sorğuya əsasən 2020-ci il 15 may tarixli Qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrini şərh edib. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 maddəsində əmək pensiyası anlayışı, 1.0.2 maddəsində sosial sığorta anlayışı, 1.0.5 maddəsində - təminat xərci iy i - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda sonrakı artımlar da nəzərə alınmaqla aylıq vəzifə maaşından xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən artımlardan ibarət olan məbləğ olması anlayışı verilir. Göstərilən Qanunun 20.14-cü maddəsi isə həmin Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (hərbi qulluqçuların) əmək pensiyasına əlavələrin verilməsi qaydasını müəyyən edir. Həmin qərarın hakimlərə də aid olması Qərarda göstərilməmişdir. Hakimlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsi ilə yanaş ı “Məhkəmələr və hakimlər haqqında” Qanunla tənzimlənir.
29. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 15 may tarixli Qərarı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərhi ilə bağlı olsa da, həmin Qərarında Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası ilə bağlı hüquqi mövqeyini aşkar olaraq ifadə etmişdir (bax: Qərarın nəticə hissəsinin 2-ci bəndi). Başqa sözlə, həmin hüquqi mövqe “Əmək pensiyaları haqqında” Qanunun təkcə 20.14-cü maddəsi ilə məhdudlaşmamışdır.
30. Şikayətdə, həmçinin qeyd olunur ki, Konstitusiya Məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu həmçini n qeyd etməyi zəruri hesab edir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları İlə həll olunmuş mübahisələrə şamil olunmur”. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən Konstitusiya Məhkəməsi Plenumunun bu qeydini də nəzərə almayıb.
31. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, hazırkı mübahisə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 15 may tarixli Qərarından sonra başlandığından iddiaçının istinad etdiyi “...bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları İlə həll olunmuş mübahisələrə şamil olunmur” müddəası hazırkı mübahisəyə tətbiq oluna bilməz.
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 may tarixli, 21(103)-1338/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.