Məhkəmə qərarları › İş №2-1(102)-1695/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1695/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1695/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan R espublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-218/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 1173 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyətinin razılığı ilə Binəqədi qəsəbə Bəl ədiyyəsinin 16 iyul 2007-ci il tarixli 13 saylı ümumi iclasın qərarı əsas tutularaq Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 5000 kv.m boş torpaq sahəsinin sahibkarlıq fəaliyyəti tikintisi üçün İddiaçı alqısatqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır.

2. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

3. Cavabdeh 07 fevral 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə ərazisində 5000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 130 saylı qərarı ilə Binəqədi qəsəbə ərazisində 5000 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçı nın mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir. Lazımı sənədləri toplayıb qanuni istifadəsində olan 5000 kv.m. torpaq sahəsinin qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə cavabdehə müraciət edilsə də cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin bu imtina qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyə əsasən iddiaçıya məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 1173 saylı sərəncam ilə Binəqədi qəsəbəsi ərazisində 5000 kv.m. torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərək, həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həya ta keçirir, vaxtı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlakı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən qanuni istifadəsində olan torpağın qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı cavabdehin imtina məktubunu əsassız və qanunsuz hesab edir və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2023 saylı, 09 mart 2023-cü il qərarı ilə (hakim X3) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə ərazisində sahəsi 5000 kv.m olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququn un daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mülkiyyətində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-218/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X4 /məruzəçi/, X5 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2023 saylı, 09 mart 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2017-ci il tarixli, 221 nömrəli qərarına əməl etməmişdir.

14. Belə ki, elektron baza məlumatlarına əsasən torpaq sahəsi bütövlükdə Böyükşor gölünün mühafizəsində yerləşir. Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin sərəncamı təqdim edilmişdir. İddiaçı tərəfindən torpaq sahəsi ilə əlaqədar təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır.

15. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 4933,0 kv.m olmaqla bir hissəsi yüksək gərgin likli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir və bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr bazasında məlumat aşkar edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövl ət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallar da imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandı rılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı i şə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstə rilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikay ət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. X11 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından i ddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları q eyd etməyi zəruri sayır.

25. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Cavabdehin kassasiya şikayətindəki dəliləri torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına istiqamətlənmişdir.

26. Cavabdeh iddiaçının mövqeyini qanunsuz və əsassız hesab edərək kassasiya şikayətində aşağıdakı halları mübahisələndirmişdir:

1. Elektron baza məlumatlarına əsasən torpaq sahəsinin bütövlükdə Böyükşor gölünün mühafizəsində yerləşməsi;

2. Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin sərəncamı təqdim edilməsi;

3. İddiaçı tərəfindən torpaq sahəsi ilə əlaqədar təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfin dən təsdiq olunmaması;

4. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 4933,0 kv.m olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi;

5. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir və bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr bazasında məlumat aşkar edilməmişdir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin hər birinə ayrı ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Elektron baza məlumatlarına əsasən torpaq sahəsinin bütövlükdə Böyükşor gölünün mühafizəsində yerləşməsi

28. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə ərazisində 5000 kv.m torpaq sahəsi İddiaçı Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 1173 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən ayrılmışdır. Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı isə 23 may 2017-ci il tarixdə qəbul olunmuşdur. Göründüyü kimi, iddiaçının torpaq sahəsinə hüququ daha əvvəl yaranmışdır. Həmçinin işdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 ER-22/796 saylı xx.xx.2023-cü il tarixli ekoloji ekspertiza rəyində qeyd edilmişdir ki, torpaq sahəsi BöyükŞor gölündən 570 metr aralıda yerləşir və əraziyə nəqliyyatın giriş-çıxışı üçün məhəllədaxili yol mövcuddur. Qe yd olunduğu kimi, “Böyükşor” gölünün mühafizə zonasının yaradılmasına iddiaçıya bələdiyyə orqanı tərəfindən hələ torpaq sahəsinin ayrılmasından uzun müddət sonra başlanılmış və bu hal iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu məhdudlaşdırmır (iş vər 128-132). Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin sərəncamının təqdim edilməsi

29. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Hazırkı halda isə torpaq sahəsi belə qərarla deyil, bələdiyyə sədrinin sərəncamı ilə ayılmışdır.

30. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edərək bildirir ki, iş materiallarından da göründüyü kimi iddiaçıya torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədrinin sərəncamı ilə ayrılsa da bu sərəncamın əsasında Binəqədi qəsəbə Bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 13 saylı ümumi iclasının qərarı durur (iş vər 140).

31. Başqa sözlə torpaq sahəsi bələdiyyənin ümumi iclasının qərarı ilə iddiaçıya ayrılmışdır. İddiaçı tərəfindən torpaq sahəsi ilə əlaqədar təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır.

32. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də Konstitusiya Məhkəməsinin mövqeyinə, həmçinin formalaşmış məhkəmə təcrübəsinə zidd hesab edir.

33. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konst itusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

34. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı il ə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi).

35. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normal ara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

36. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

37. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəs i ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.

38. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)”.

39. Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edən məhkəmə kollegiyası bildirir ki, hazırk i iş üzrə torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olan digər sənədlər-qərar, alqı-satqı aktı (alqı-satqının realizə edilməsi barədə ödəniş qəbzi), torpaq sahəsinin yerləşmə planı mövcuddur. Beləliklə, alqı-satqı aktının ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməməsi iddiaçıya münasibətdə hüquqların məhdudlaşdırılması kimi qəbul edilə bilməz.

40. Bu baxımdan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 4933,0 kv.m olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi

41. Cavabdeh qeyd edir ki, elektrik şəbəkələrinin mühafizə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 4933,0 kv.m olmaqla bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə torpaq sahələrinə çıxarışın verilməsi isə qanuna ziddir.

42. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çı xarışın verilməsindən imtina üçün əsas deyildir. 43 Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər.

44. Həmin Qaydaların 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir və bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr bazasında məlumat aşkar edilməmişdir.

46. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, cavabdeh tərəfindən bu dəlil apelyasiya instansiyası məhkəməsinə də təqdim edilmişdir. İşin apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixli qərardadla iddiaçıya ayrılmış torpaq sahəsinin Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində olub-olmamasının müəyyən edilməsi məqsədilə “X2”ndən mütəxəssis rəyinin alınması zəruri hesab edilmişdir. “X2”ndən daxil olmuş 13 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekspertiza tədqiqatına təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alınaraq, Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1173 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 5000 kv.m. torpaq sahəsinin Binəqədi qəsəbə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində (Bakı şəhər İcra Hakimiyyətinin “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” müvafiq sərəncamı ilə, Binəqədi rayonu üzrə Binəqədi qəsəbə bələdiyyəsinə təhvil verilmiş torpaq sahəsinin daxilidir) yerləşməsi müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış sözügedən torpaq sahəsi Binəqədi qəsəbə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşir (iş vər 178-181).

47. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda da qüvvədədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan fəaliyyətlə məşğul olmaq üçün lazımi tədbirlər həyata keçirmişdir.

48. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

49. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 50.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiya sı QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-218/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar