Məhkəmə qərarları › İş №2-1(102)-1696/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1696/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1696/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Səlməxanım Xası (Xaspolad) qızı Cəbiyevaın (Ağayeva) cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 14 saylı Notariat Kontoruna (üçüncü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti, X13, X16, X11 və X2 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: texniki pasportun ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Səlməxanım Xası (Xaspolad) qızı Cəbiyevaın (Ağayeva) cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 14 saylı Notariat Kontoruna (üçüncü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti, X13, X16, X11 və X2 iştirakı ilə) qarşı texniki pasportun ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli 2-1(103)-1146/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Səlməxanım Xası (Xaspolad) qızı Cəbiyevaın (Ağayeva) cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 14 saylı Notariat Kontoruna (üçüncü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti, X13, X16, X11 və X2 iştirakı ilə) qarşı cavabdeh tərəfindən 1963-cü ildə mərhum Ağayeva Gülbüstə (Gülpüstə) Əhməd qızına Bakı şəhəri, Suraxanı rayonu, Əli Əsgərov (keçmiş Lenin) küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə dair verilmiş texniki pasportun ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2021/2020 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1146/20 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının atasının Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Kommunal Təsərrüfat İdarəsinin arxiv fondunda mühafizə edilən sənədlərində 1926–1927-ci illərə dair Bakı şəhər, Suraxanı rayonu üzrə Bələdiyyələşdirilmiş ticarət yerlərinin, hamamların, dəyirmanların, emalatxanaların və sairənin siyahısında Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən 442, 443 və 537 nömrəli ticarət yerlə rinin Xas (sənəddə olduğu kimi) Məmməd Süleymanova məxsus olduğu qeyd edilir. Bülbülə qəsəbəsində yerləşən 442, 443 və 537 nömrəli ticarət yerlərinin məhz mübahisələndirilən fərdi yaşayış evi olduğunu təsdiq edən sənədlər mövcuddur. Bakı şəhəri, Suraxanı rayonu, Əli Əsgərov (keçmiş Lenin) küçəsində yerləşən 1, 7, 9 və 11 saylı fərdi yaşayış evləri iddiaçının atası Xas (sənəddə olduğu kimi) Məmməd Süleymanova məxsusdur. Hazırda həmin evlərdən Əli Əsgərov küçəsi, 9 ünvanında yerləşən fərdi yaşayış evi Xasının (Xaspoladın) digər qardaşı Nəzirin oğlu X6 adına 1997ci ildə ilkin qeydiyyatdan keçmişdir və həmin ünvanda onun varisləri yaşayır. Əli Əsgərov küçəsi 11 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər poçt şöbəsi kimi istifadə olunsa da, sonralar bu ünvanda Ağayev Nəzir yaşamış və onun tə rəfindən satılmışdır. Bülbülə qəsəbəsi, indiki Əli Əsgərov (keçmiş Lenin) küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər ticarət sahəsi kimi, sonralar fərdi yaşayış evi olaraq iddiaçının atası Xası Süleyman oğluna məxsus olmuşdur. Ticarət sahəsi olduğunu – indiki Əli Əsgərov küçəsi ev 7-nin yola açılan qapı yerinə görə tikilidə aydın görmək olar. 1945-ci ilə qədər dükanın qapısının mövcud olan formasının görünüşü, bağlanmış qapı yeri də buna sübutdur. Evin, qapı yerinin foto şəkli məhkəməyə də təqdim edilmişdir. Üçüncü şəxslər həmin evin iddiaçıya məxsus olmamasını iddia etsələr də, məhkəməyə təqdim etdikləri – mənbəyi məlum olmayan Qəbələ adlı sənəd və 1948-ci il tarixli alqı-satqı müqaviləsi ilə sübut edirlər ki, həmin ev iddiaçının atası Xası Süleyman oğluna məxsus olmuşdur. İ ddiaçının qardaşı X7 tərəfindən onlara satılmışdır. Qəbələ adlı sənəd əslində «Qabələ» adlanır. Bu sənəd 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində çar Rusiyası dövründə daha çox tərtib edilirdi. 1946-cı ildə isə ancaq belə sənəd mövcud olmamışdır. İşlədilən ifadələr də bunu deməyə imkan verir. Həmin Qabələ sənədindən, 1948-ci il tarixli alqı-satqı müqaviləsindən məlum olur ki, qardaşı Allama evi iki dəfə bunlara satıb. Hər dəfə də haqq alıb. 1946-cı ildə ev Gül Püstənin böyük oğlu Yaquba bağışlanmış, evin əvəzinə isə Allamaya dəyərlı əşyalar ödənilmişdir. 1948-ci ildə Gül Püstə savadlı olduğu üçün müqavilə imzalananda özü şəxsən iştirak etmiş, ancaq «müqavilə»ni sonradan təhsilli olmadığına görə oğlu Yaqub imzalamış və 5000 rubl vermişdir. Həmin «satılmış» evə aid heç bir sənəd yoxdur. Al ıcının aldığı evə aid nə bir sənəd, nə də satıcı tərəfindən heç bir sənəd təqdim olunmamışdır. 1948-ci il müqaviləsi ümumiyyətlə Ədliyyə Nazirliyinin arxivində də aşkar olunmayıb. Alqı-satqı müqaviləsindən görünür ki, Bülbülə qəsəbəsi, Lenin küçəsi 1 ünvanında qeydiyyatda olan satıcı X8, Bülbülə qəsəbəsi, Tramvay küçəsi 8 ünvanında qeydiyyatda olan X29 Kirov küçəsi (indiki Laçın Səlimov küçəsi) 11 ünvanında yerləşən evi satmışdır. Keçmiş Lenin küçəsi ev 7-nin əvvəllər Kirov küçəsi ev 11 olması isə mümkünsüzdür. Əvvəla, Əli Əsgərov küçəsi ev 7 ünvanına bitişik ev Əli Əsgərov küçəsi 9, sonrakı Əli Əsgərov küçəsi ev 11-dir. Həqiqətən də, həmin evlərin cərgə ilə sıralanması tək nömrədən (1, 3, 5, 7, 9, 11, 13, 15 və s.) Əli Əsgərov küçəsinin üzbəüz hissəsi isə cüt nömrə (2, 4, 6, 8, 10, 12, 14, 16, 18 və s.) ilə başlanır. Əli Əsgərov küçəsi ev 7 ünvanının nə vaxtsa Kirov küçəsi 11 adlanması mümkün deyil! 1930-cu ildə Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən bu küçəyə Leninin (indiki Əli Əsgərov) adı verildiyinə görə, sonradan heç bir səbəbsiz adı dəyişdirilərək Kirov küçəsi də adlana bilməzdi. Orconikidze Rayon Xalq Deputatları Soveti küçə adlarının qoyulmasına məsuliyyət daşıyırdı. Hazırda Bülbülə qəsəbəsində yerləşən keçmiş Kirov küçəsi, indi L.Səlimov küçəsi adlanir və bu ünvan (yəni, keçmiş Kirov küçəsi 11, indiki L.Səlimov 11) mövcuddur. Keçmiş Kirov küçəsi, indiki L.Səlimov 10 ünvanı isə keçmiş Kirov küçəsi, indiki L.Səlimov 11 saylı evə daha yaxındır. Həmçinin, bu ev Əli Əsgərov küçəsi 7 ünvanının aşağı hissəsindəki yolun kənarındadır. X30 k üçəsi ev 7-yə yaxın evlər isə tək nömrə (2, 4, 6, 8, 10) ilə sıralanıb. Demək olar kı, ardıcıllıq 1 nömrədən başladığına görə mübahisəli evin birdənbirə keçmiş Kirov küçəsi 11 kimi iş üzrə 3-cü şəxsin ərizəsində qeyd olunması çox məntiqsiz, düşüncəsiz bir fərziyyə hesab olunur. Əgər doğurdan da belədirsə, qarşı tərəf keçmiş Kirov küçəsinin sonradan Lenin küçəsi olmasını təsdiq edəcək sübutları təqdim etsin. Məhkəməyə müqavilə sənədi ilə birgə üçüncü şəxs olan X25 nəvələrınin Lenin küçəsi ev 7-nin Kirov küçəsi ev 11-ə aid olduğunu, məxsusluğunu sübut edən sənədləri yoxdur. X32 tərəfindən xx xxxxxx 1948-ci ildə Bakı şəhəri 4 saylı notariat kontorunda «müqavilə» bağlanarkən tutaq ki, alqı-satqını həyata keçiribsə də, bunu hüquqa zidd hərəkət hesab etmək olar. Milli Arxiv İdarəsindən verilən x x xxxxxx 2018-ci il tarixli C-19 nömrəli arayışa görə Süleymanov (Ağayev) Xaspolad (Xası) Süleyman oğlu həm ev və həm də torpağın mülkiyyətçisidır. 1963-cü ildə Xası (Xaspolad) Süleyman oğlunun ticarət (dükan) yerlərindən birinə – Lenin küçəsi 7 saylı ünvana X3 adına ev kimi Texniki Pasport tərtib edilmişdir. Həmin dükan müharibədə itkin düşmüş Xasının oğlu Xankişi üçün saxlanıldığına görə kimsəyə verilməmişdir. Vaxtilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əli Ələsgərov küçəsi 7 nömrəli evə (keçmiş Lenin küçəsi 7) aid olan ev dəftərində də X26 kirayə yaşadığı öz əksini tapmışdır. xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 1394 nömrəli arayışından da görünür ki, iddiaçının həyat yoldaşı X9 1958-ci ildə Lenin küçəsi 7 ünvanda yaşamışdır. Lenin küçəsi 1, 7, 9, 11 saylı mənzillər eyni adama, yəni, Xası Süleyman oğluna məxsus olmuşdur. Xasının ailəsi də Lenin küçəsi ev 1 ünvanında yaşamışdır. Xası Süleymanovun ölümündən sonra həyat yoldaşı da iddiaçının həyat yoldaşını digər mülkünə Lenin küçəsi ev 7-yə qeydiyyata salmışdır. Deməli, X29 1948-ci ildə ev satılmamış, X9 da 1958-ci ildə Lenin küçəsi ev 7 ünvanında həm qeydiyyatda olmuş, həm də yaşamışdır. xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 1395 nömrəlı arayışından da görünür ki, mərhum X1 qəsəbəsi, Kirov küçəsı, ev 11/3 ünvanda yaşamışdır və xx xxxxxx 1958-ci ildə Azkom bankdan evi təmir etmək üçün 5000, 2000, 3000 məbləğində pul götürmüşdür. Onda sual olunur necə olub ki, X3 adına 1963-cü il tarixdə Texniki Pasport tərtib edilmişdir? X17 evin isə 1931-ci il də tikildiyi qeyd edilir. 1946-cı ildə dükanın evə çevrilməsi barədə də heç bir sənəd yoxdur. Qarşı tərəfin iddia etdikləri küçə dəyişmələri barədə sənəd isə məhkəməyə təqdim edilməmişdir. O, dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciətlər etməyinə baxmayaraq məhkəmə üçün müvafiq sənədləri əldə edə bilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli cavabdan da görünür ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əli Ələsgərov küçəsi 7 saylı (keçmiş Lenin küçəsi ev 7) fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmiş, X3 adına 1963-cü ildə Texniki Pasport tərtib edilmişdir. Lakin həmin Texniki Pasportun tərtib edilməsinə əsas olmuş sən ədlər idarənin arxivində aşkar edilməmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1146/2020 saylı qərardadını ləğv edib, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (xx xxxx 2020-ci ildə müvafiq b ildiriş göndərilmişdir) Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(103)-1146/2020 saylı qərardadla, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)2021/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, İnzibati Prosessual Məcəllənin 35.1, 52, 68.1, 87.6-cı maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iddiaçı Cəbiyeva (Ağayeva) Səlməxanım Xası (Xaspolad) qızı cavabdehlər DƏDRX-nin 1 saylı Bakı Ərazi İ darəsinə və 14 saylı Notariat Kontoruna qarşı 3-cü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti, X14, X19, X12 və X4 işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 1963-cü ildə mərhum Ağayeva Gülbüstə (Gülpüstə) Əhməd qızına Bakı şəhəri, Suraxanı rayonu, Əli Əsgərov (keçmiş Lenin) küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə dair verilmiş texniki pasportun ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının iddia tələbi fərdi yaşayış evinə dair verilmiş texniki pasportunun ləğv edilməsindən ibarət olmaqla, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər, məhz sözügedən texniki pasportunun, iddiaçının qənaətinə görə düzgün verilməməsini təsdiq edən faktların tarixçəsini əks etdirən hallardır. Başqa, sözlə, iddiaçı apelyas iya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının, onun qənaətinə görə qanunsuz və əsassız olduğunu sübut edən hər hansı maddi və prosessual pozuntularının olmasını kasasiya şikayətində faktiki olaraq qeyd etməmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi düzgün olaraq «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə istinad etmişdir, belə ki, həmin bənddə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cav abdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının qeyd olunan mübahisəli ünv an üzrə iddia qaldırmaq, o hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut da (vərəsəlik haqqında şəhadətnamə, onun adına daşınmaz əmlaka dair hər hansı bir hüquqmüəyyənedici sənəd və s.) mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla yanaşı məhkəmə kollegiya sı qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsini tətbiq etmişdir, belə ki, həmin maddəyə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Lakin iddiaçının iddia tələbindən görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə dair verilmiş «Texniki pasport»un ləğv edilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb edir. Halbuki qanunvericiliyin yuxarıda qeyd olunan normalarınd an da göründüyü kimi, mübahisələndirilən «Texniki pasport» inzibati akt kimi qəbul edilə bilməz və buna görə də hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə (müraciət) ilə cavabdehə müraciət etməmişdir, belə ki, həqiqətən də iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmiş və iddiaçı tərəfindən həmin orqana hazırda mübahisələndirilən xx xxxxxx 2020-ci il qərardad qəbul edildikdən sonra, xx xxxxxx 2020-ci il tarixdə müraciət olunmuşdur. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlər qi smində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və 14 saylı Notariat Kontorunu göstərsə də, iddia ərizəsində ikinci cavabdehə qarşı hər hansı tələb müəyyən edilmir və həmin Notariat Kontoruna qarşı «Texniki pasport»un ləğv edilməsi barədə iddianın qaldırılması səbəbləri iddia ərizəsində əsaslandırılmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x x xxxx 2020-ci il tarixli, 21(103)-1146/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar