Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1696/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın və texniki pasportun verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yaşayış evi nə reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-850/2021 nömrəli iş üzrə 19.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış evinə onun adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ər izəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ümumi hesabla 60 (altmış) ildən yuxarıdır ki, ailə üzvləri ilə sözügedən ünvanda yerləşən mənzildə yaşamış, burda məskunlaşmışdır. 05.07.2011-ci il tarixində mənzilin istifadəçisi olan əri X15 ölmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş 69 28.10.2019-cu il tarixli saylı sərəncama əsasən onunla kirayə müqaviləsinin imzalanması barədə qərar qəbul edilmiş və ünvan 1 ünvanında yerləşən mənzilə (o, oğlu, qızı, gəlini və 2 nəvəsi) kirayəçi hesab olunmuşdur. Cavabdeh inzibati orqana ünvanladığı ərizəyə Azərbaycan Respublikası Mənzil Fondunun Özəllədirilməsi haqqında Qanunun, Da şınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun və sair aidiyyatı qanunvericiliyin tələblərinə müvafiq hazırlanmış sənədləri əlavə etmişdir. Lakin bütün sənədlərin mövcud qanunvericilik normalarına əsasən tərtib olunmasına və əsaslı olmasına baxmayaraq cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina edilərək bildirilmişdi ki, onunla imzalanmış kirayə müqaviləsinə əsas təşkil edən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 69 saylı Sərəncamı onlara 28.10.2019-cu il tarixində verilmişdir. Həmin sərəncam 2019-cu ildə verildiyinə görə 2009-cu il oktyabr ayından qüvvədə olan Mənzil Məcəlləsinin, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.11-ci maddəsinin tələbləri əsas alınaraq mənzilə yalnız istifadə hüququnun qeydiyyata alına biləcəyi bi ldirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 24.11.2020-ci il tarixli, 2-1(112)2687/2020 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42,27 kv. metr sahəsi olan 2 otaqlı 9 saylı mənzilin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və buna dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139.3, 178.8-ci maddələrinə, Mənzil Məcəlləsinin 146-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyetsr haqqında” Qanunun 4, 5, 8, 15-ci maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 4, 8, 9-cu maddələrinə, İPM-nin 58.7, 68.1, 68.2-ci maddələrinə istinad edərək, belə hesab etmişdir ki, cavabdehin iddiaçıya verdiyi imtina qanunsuz olmuşdur.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 24.11.2020-ci il tarixli, 2-1(112)-2687/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 2-1(103)-850/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Aida Hüseyn) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24.11.2020-ci il tarixli, 2-1(112)-2687/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Mənzil Məcəlləsinin 146.1, 146.4-cü maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.2, 4.3, 8.0.11, 10.2, 10.2.1, 15-ci maddələrini, İPM-nin 68.2, 82-ci maddələrini tətbiq etməklə belə hesab etmişdir, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının adına Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 69 saylı sərəncamı 28.10.2019-cu il tarixdə, yəni sosial kirayə müqaviləsi əsasında mənzillərin özəlləşdirİİməsinə məhdudiyyətlər nəzərdə tutan AR-nın Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (01.10.2009-cu ildən) sonra verilmişdir. Əlavə olaraq bildirir ki, müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən 17.06.2021-ci il tarixdə aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müva fiq mənzildə yenidənqurma (rekonstruksiya) işləri aparılmış və özbaşına olaraq 40,0 kv.m əlavə sahə inşa olunmuşdur. Həmçinin, 400 kv.m torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilmişdir. Qeyd olunan səbəblərə görə, iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
9. Lakin qeyd olunan hallar qanunsuz olaraq birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.
10. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeyd iyyatının dəqiqliyinə cavabdehdir.
11. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 12. 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 13. ‘‘Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. 14. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə "qanuni qüvvəvə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar.
17. Azərbaycan Respublikası MənzilMəcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bi r tərəf- dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin- vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.4-cü maddəsində nəzərdə tutulub ki, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.
19. Azərbaycan Respublikası MənzilMəcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti or qanı tərəfindən təsdiq edilir.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli fərmanına əsasən Məcəllənin 62.2-ci maddəsinə nəzərdə tutulan orqan funksiyasını Nazirlər Kabineti həyata keçirməlidir.
21. Azərbaycan Respublikası MənzilMəcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti ilə razılaşdırılmaqla müvafiq sərəncam əsasında həyata keçirilir.
22. Azərbaycan Respublikası MənzilMəcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdınlm asının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir.
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artım sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüqu qu ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə menzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğular! olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
26. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır.
27. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 28. “Daşınmaz əmlakın dövlət reye stri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
29. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.
30. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir.
31. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(103)-850/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bil dirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
33. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
34. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
36. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin izahatını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
39. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayət indəki dəlillərlə əlaqədar olaraq, ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayəti 6 səhifəli olsa da, onun 4 (dörd) səhifəsi müxtəlif maddi və prosessual hüquq normalarının mətnini sadalamaqdan ibarətdir.
40. Bununla belə cavabdeh kasasiya şikayətində sadalanmış həmin maddi və prosessual hüquq normalarının apelyasiya instansiyası məhkəməsi tərəfindən, cavabdehin qənaətinə görə, pozulmasının konkret nədən ibarət olmasını göstərməmişdir ki, bu da cavabdehin sözügedən dəlilinin səhf formal və deklarativ xarakter daşıdığına dəlalət edir.
41. Halbuki İPM-nin 91-ci maddəsinə görə Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. C avabdehin kasasiya şikayətindəki və iddiaçıya verdiyi 27.12.2019-cu il tarixli cavab məktubundakı imtinanın yeganə səbəbi, cavabdehin özünün yazdığı kimi – “iddiaçının adına Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 69 saylı sərəncamı 28.10.2019-cu il tarixdə, yəni sosial kirayə müqaviləsi əsasında mənzillərin özəlləşdirilməsinə məhdudiyyətlər nəzərdə tutan AR-nın Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (01.10.2009-cu ildən) sonra verilmişdir”, göstərməsidir.
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsasızdır, belə ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının özəlləşdirmək istədiyi ünvan 1 əvvəllər onun qaynatası İsa Zeynalova məxsus olmuş, belə ki, X16 21.09.1969-cu ildə Azərbaycan Dəmir Yolları Biləcəri stansiyası vaqon deposunda işləmiş və onunla həmin mənzilə dair bağlanmış müvafiq kirayə müqaviləsi olmuşdur. Sonradan mənzilin sahibi İsa Zeynalovun vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Dəmir Yolu Mənzil Layihə Təmir İstismar Birliyi tərəfindən verilmiş 30/1-334 saylı 24.09.1992-ci il tarixli “yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin yenidən bağlanması barədə” müqaviləyə əsasən sözügedən mənzildə beş nəfərdən ibarət ailə ilə birlikdə yaşayan X15 ilə yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin yenidən bağlanmasına icazə verilmişdir. Daha sonra iddiaçının mərhum əri X15 ölümü ilə əlaqədar müvafiq mənzildən qeydiyyatdan çıxarılmış, həmin ünvanda qeydiyyatda olan şəxslər də sözügedən yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlə r. Bununla bağlı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilin kirayə müqaviləsinin adına rəsmiləşdirilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-1462/2019 saylı 25.04.2019-cu il tarixli qətnaməsi ilə onun tələbi təmin olunaraq, mübahisəli mənzilə dair kirayə müqaviləsinin İddiaçı adına rəsmiləşdirilməsi qət edilmişdir. Bundan sonra qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsas götürülərək Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 69 saylı 28.10.2019-cu il tarixli sərəncamı ilə müvafiq mənzilə 6 nəfər ailə üzvü ilə (özü, oğlu, qızı, gəlini və 2 nəvəsi) İddiaçı adına kirayə müqaviləsinin bağlanması və sonuncunun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Odur ki, 113 saylı MKİS-nin rəisi X7 ilə İddiaçı arasında bağlanmış 02 saylı 20.11.2019-cu il tarixli “Xüsusi Təyinatlı Yaşayış X6”ndən müəyyən edilir ki, kirayəyə verən Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 27 saylı evin 42.27 kv.m. yaşayış sahəsi olan 2 otaqlı 9 saylı mənzili kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüş, kirayəçinin ailə üzvləri qismində X3, X2, X4, X5 və X8 göstərilmişdir.
44. Bununla əlaqədar apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı işdə iddiaçı ilə 113 saylı MKİS arasında sosial kirayə müqaviləsi məhkəmə qətnaməsinə əsasən 20 noyabr 2019-cu il tarixdə, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra bağlansa da, nəzərə almaq laz ımdır ki, ilk dəfə həmin mənzilə dair kirayə müqaviləsi yuxarıda da qeyd olunduğu kimi, iddiaçının qaynatası İsa Zeynalovla bağlanmış, sonradan həmin şəxsin vəfat etməsi ilə əlaqədar mənzilə dair kirayə müqaviləsi 24.09.1992-ci il tarixdə iddiaçının mərhum əri Arif Zeynalovla bağlanmış, həmin şəxs də vəfat etdikdən sonra mənzildə qeydiyyatda olan şəxslər və bütün vərəsələr həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermiş, buna görə də iddiaçı ailə üzvləri ilə həmin mənzildə yaşamaqda davam etdiyi üçün sonuncu kirayə müqaviləsi onunla məhkəmə qətnaməsinə əsasən 2019-cu il tarixdə bağlanmışdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi işin həmin halları ilə bağlı doğru olaraq maddi hüquq normaları tətbiq etmişdir.
46. Belə ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
47. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.
48. Bu baxımdan apelyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda cavabdeh orqanın imtinası əsassız olmuşdur. 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.
50. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər.
51. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qe ydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
52. Belə olan təqdirdə apelyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin verdiyi imtina məktubunda iddiaçının tələbinin təmin olunmaması üçün göstərilən əsas qeyd olunan Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutula n əsaslar sırasında müəyyən olunmamışdır.
53. Cavabdehin kasasiya şikayətində göstərdiyi “müvafiq icra hakimiyyəti orqanlarının iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri və ekspertizanın keçirilməsi” barədə dəlilləri də əsasızdır, belə ki, həmin dəlillər adı çəkilən orqanların üçüncü şəxs qismində işə cəlb edilməsi və ekspertizanın keçirilməsinin zəruriliyi cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır.
54. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 19.05.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kas asiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 21(103)-850/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.