Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1696/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük ödənişləri üzrə hesablanan artıq məbləğin geri qaytarılması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-226/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC Bakı Baş Gömrük İdarəsinə 2020-ci il 30 noyabr və 2021-ci il 21 aprel tarixli ərizələri təqdim edərək Bolqarıstan Respublikasından İddiaçı MMC-nin adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 (dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat pulun İddiaçı MMC -yə ödənilməsi ilə bağlı göstərişlər verilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçının ərizəsini təmin etməmişdir. Cavabdeh bildirilmişdir ki, Azərbaycan Respublikasına idxal edilmiş malların gömrük qanunvericiliyi ilə müəyyən olunmuş gömrük ödənişləri İddiaçı MMC tərəfindən ödənilmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənərək idxal olunmuş mallar sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat
3. İddiaçı 15 fevral 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bolqarıstan Re spublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə Bolqaristan Respublikasında yerləşən "xxxx" MMC arasında bağlanmış 27/09 AZ saylı alqı-satqı müqaviləsinə əsasən ədədi 1,38 avro olmaqla 4915 ədəd “Edoxen (30 capsules)” adlı qida əlavəsi məhsulu iddiaçıya satılmışdır. Bundan sonra məhsulun dəyər vergisi də daxil olmaqla xx.xx.2020-ci il tarixdə 3.450 avro, xx.xx.2020-ci il tarixdə 3.332,70 avro məbləğində olmaqla ban k köçürməsi yolu ilə birbaşa ödəniş edilmişdir. Daha sonra isə məhsulun Bolqaristandan Bakıya daşınması üçün 400 avro vəsait bank köçürməsi yolu ilə birbaşa ödənilmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqları) gömrük orqanına təqdim edilmişdir. Məhsulun alınması ilə bağlı edilən ödənişlər ümumilikdə 7182,70 avro təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumatlar dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. Buna baxmayaraq, gömrük orqanının əməkdaşı tərəfindən bəyannamədə məhsulun gömrük dəyərinin əsassız yerə 15.977,55 dollar kimi göstərilməsi tələb olunmuşdur. Son nəticədə gömrük orqanı tərəfindən şirkətdən 10.086,18 manat pul tutulmuşdur. Halbuki, məhsulun gömrük dəyəri 6782,70 avro təşkil etmiş və belə bir vəziyyətdə yalnız gömrük orqan ına 5582 manat pul ödənilməli idi. Həmçinin, gömrük orqanı əməkdaşlarının bəyannamədə qeyd olunan məbləğin göstərilməsini israrla tələb etməsi və iddiaçı bununla razılaşmayaraq həmin məbləğin real gömrük dəyərini ifadə etməməsi ilə bağlı tərəflər arasındakı danışıqlar və yazışmalar da hazırda mövcuddur. Gömrük orqanının hərəkətləri qanunvericiliyinin tələblərinə uyğun olmamış və məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda nəyə əsasən gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, həmçinin hansı səbəbdən malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtinası edilməsi barədə bizə hər hansı bildiriş də təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən aparılan gömrük rəsmiləşdirməsi qanunsuz hesab edilməli və art ıq alınan vəsait iddiaçıya geri qaytarılmalıdır. Məhz bu halların aradan qaldırılması üçün iddiaçı tərəfindən cavabdeh orqana yazılı qaydada müraciət edilsə də, müraciət cavabsız qalmışdır. İddiaçı göstərilənlərə əsasən və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139.2-ci maddəsinə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1, 8.1, 8.3, 8.4, 10.1, 11.1 və 11.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli **********2445 sorğu nömrəli gömrük bəyannaməsinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxıl mışdır. Həmin bəyannamənin 46-cı qrafasında göstərilmiş 15977.55 ABŞ dolları təşkil edən malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15977.55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi barəd ə tələb yuxarıda göstərdiyi əsaslara görə mümkün sayılmamalıdır. İddia qaldırılanadək iddiaçı inzibati orqana yenidən gömrük rəsmiləşdirilməsinin həyata keçirməsi və onun nəticəsinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə artıq ödəmə müəyyən olunduğu halda həmin məbləğin iddiaçıya geri qaytarılması barədə ərizə ilə müraciət etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə müraciət etməmişdir. Həmçinin iddiaçı ərizəsində həmin Qaydaların 2.1-ci bəndində göstərilən hallardan hansının baş verdiyini əsaslandırmamışdır. İddiaçı artıq ödənildiyini iddia etdiyi məbləğin tərkibinin əlavə dəyər vergisi yaxud gömrük r üsumu olduğunu da iddia ərizəsində dəqiqləşdirməmişdir. Gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən doldurulmamışdır. Gömrük orqanı ilə gömrük dəyəri ilə bağlı mübahisə olsaydı belə “Gömrük tarifi haqqında” Qanunun 11-ci maddəsinə əsasən iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisələndirmək hüququna malik olmuş, lakin bu barədə iddia tələbi irəli sürməmiş, bəyannamə əsasında gömrük ödənişlərini ödəmiş, bundan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilərək yük buraxılmışdır. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur. Cavabdeh göstərilənlərə əsasən və Azərbaycan Respublikası Gömrük Məcəll əsinin 9.0.3, 40.2, 104.1 və 104.2-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1 və 1.2- ci bəndlərinə istinad edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-4330/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası mümkün sayılmamışdır.
7. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli, 21(103)-2710/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsinə dair inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1-ci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. c. birinci instansiya məhkəməsindəki ikinci icraat
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6397/2022 nömrəli qərarı ilə iddia təmin edilərək “Bolqarıstan Respublikasından İddiaçı MMC-nin adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsi qanunsuz hesab edilmiş və artıq ödənilmiş 4.504,18 manat pulun qaytarılması vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına görə gömrük orqanının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış, məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda, gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtina edilməsi barədə iddiaçıya bildiriş təqdim edilməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-226/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6397/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü, 104.1-ci, 104.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli **********2445 sorğu nömrəli gömrük bəyannaməsinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Həmin bəyannamənin 46-cı qrafasında göstərilmiş 15977.55 ABŞ dolları təşkil edən malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.
16. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı idxal edilən mallar üçün gömrük ödənişlərini mövcud gömrük qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülməklə bəyan edilən malların gömrük dəyərindən hesablamış və ödəmişdir.
17. Həmçinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 266.1-ci, 267.1-ci maddələrinin tələblərinə əməl edilməmiş, iddiaçı ərizəsində qeyd e dilən maddələrdə göstərilən hallardan hansının baş verdiyini əsaslandırmamışdır. 18. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 6.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Həmin “Qaydalar”ın 6.7-ci bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. Həmin “Qaydaların 7.2-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir.
19. Şikayət edilən qərarda isə “artıq ödənilmiş 4504.18 manat pulun qaytarılması vəzifəsi” cavabdehin üzərinə qoyulmaqla Gömrük Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 sa ylı Qərarının tələbləri (maddi hüquq normaları) apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuşdur.
20. Həmin "Qaydalar”ın 1.2-ci bəndində göstərilir ki, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
21. Məhkəmə qərarında ümumi şəkildə “artıq ödənilmiş 4504.18 manat pul” ifadəsindən istifadə edilərək gömrük rüsumundan fərqli təsnifata malik olan X1 də qərarın nəticə hissəsinə “əlavə” etmişdir. Həmçinin, iş üzrə icraat zamanı və qərar qəbul edilərkən bi rtərəfli qaydada iddiaçının göstərdiyi 4504.18 manat məbləğə istinad edilmiş, həmin məbləğin dəqiqliyi və artıq ödənilməsi ilə bağlı heç bir araşdırma və hesablama aparılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə
224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. ə lavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. FƏSİL 46 GÖMRÜK BORCU ÜZRƏ ÖDƏNİLMİŞ GÖMRÜK ÖDƏNİŞLƏRİNİN QAYTARİLMASİ VƏ GÖMRÜK BORCUNUN LƏĞVİ Maddə
266. Ümumi müddəalar 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. Maddə
267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar q üsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərin in) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.... Maddə
270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta ye tirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 24. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 saylı qərarına əsasən təsdiq edilmişdir) 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması q aydalarını müəyyən edir. 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 1.3. Gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytar ılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 1.4. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 2.2. Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü m addəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) hesabına köçürülən vəsaitdən geri qaytarılır.
4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haq qında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.4. Gömrük ödənişlərinin qaytarılması üçün müəyyən edilmiş 1 (bir) ay müddət gömrük orqanı tərəfindən onların qaytarılması barədə qərar verildiyi gündən vəsaitin dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir.... 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 n üsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 7.1. Maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir. 7.2. Gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisən in düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərarda kı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 9 4.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. Cavabdehin əsas dəlillərindən biri ondan ibarətdir ki, qanunvericiliyə əsasən mallar qüsurlu olduqda, gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri qaytarılır. İddiaçı bu hallardan hansının baş verdiyini əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi də birtərəfli qaydada, öz qərarını əsaslandırmadan c avabdehin üzərinə öhdəlik qoymuşdur.
30. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələblərinə əməl etməklə, qərarını əsaslandırmalı, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməlidir.
31. Gömrük Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, gömrük ödənişləri - gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq və dövlət rüsumundan ibarətdir.
32. İddiaçının tələb etdiyi 4504,18 manat məbləğində pulun gömrük ödənişlərindən məhz hansına və ya hansılara aid olduğu (iddia olunan məbləğin tərkibi) iş materialları ilə müəyyən olunmur. Bu barədə məhkəmə qərarında da göstəriş yoxdur.
33. Gömrük Məcəlləsinin və “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın yuxarıda q eyd edilən normalarının məzmunundan da göründüyü kimi, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri Gömrük Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə, gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması isə “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na əsasən həyata keçirilir.
34. Göründüyü kimi, gömrük ödənişlərinin tərkibi fərqli olduğu kimi, onların qaytarılması da fərqli normativ aktlarla və fərqli qaydada tənzimlənir. Buna görə də, iddia olunan məbləğin tərkibinin məhz hansı gömrük ödənişlərindən formalaşdığı müəyyən edilməli, iddia əsaslı olduğu halda, artıq ödənilmiş məhz hansı gömrük ödənişinin (və ya ödənişlərinin) qaytarılması ilə bağlı cavabdehin üzərinə hansı məzmunda (bilavasitə geri qaytarma, qaytarma barədə qərarın qəbul edilməsi və ya maliyyə orqanına rəyin verilməsi və s.) öhdəliyin qoyulduğu qərarda aşkar olaraq göstərilməlidir.
35. Hazırkı işdə bu, baş verməmişdir.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-226/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.