Məhkəmə qərarları › İş №2-1(102)-1696/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1696/2025

21.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1696/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Qusar rayon Əcəxur Bələdiyyəsinin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hal) 21.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qusar rayon Əcəxur Bələdiyyəsinə qarşı Qusar rayon Əcəxur X1 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 14 saylı bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkə məsinin İnzibatı Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 2-1(105)-484/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Əcəxur X1 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli, 14 saylı bələdiyyə qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 24.01,2024-cü il tarixli, 2-1(118)-286/2024 nömrəli qərarı ilə (hakim X9) iddia təmin edilərək Qusar rayon Əcəxur X1 0.12 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli, 14 saylı bələdiyyə qərarının etibarsız hesab edilməsi qərara alınmışdır.

3. Üçüncü şəxsin hüquqi varisi X5 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 21(105)-484/2024 nömrəli qərardadı ilə (hakimlər X7, hakimlər X8 və X11) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddia mümkün sayılmamışdır.

5. Apellyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2148/2024 saylı, 16 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı a) apellyasiya İnstansiya məhkəməsindəki icraat

6. İddiaçı ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-484/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsi, yeni açılmış hallarla bağlı işə mahiyyəti üzrə yenidən baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 21(105)-484/2024 nömrəli qərardadı ilə (hakimlər X7 (mərizəçi), X12 və X11) iddiaçı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə” ərizəsi mümkün sayılmamışdır.

8. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə gönd ərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətində inzibati Prosessual Məcəllənin 100-cü maddəsinə istinad edilərək bildirir ki, apellyasiya instansiya məhkəməsi yeni açılmış hallarla bağlı araşdırma aparmadan ərizəni icraata qəbul etməkdən imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Üçüncü şəxsin hüquqi varisi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeri' açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1 -ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə

106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllə nin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 15. insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məz ahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

16. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş ərizəni təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

17. Bununla belə məhkəmə kollegiyası bildirir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hall arda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

18. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lak in ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

19. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici tə sir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

20. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərardadda əks edilmiş mövqeyini əsaslı hesab edərək bildirir ki, iddiaçının yeni açılmış hal kimi istinad etdiyi hallar torpaq sahəsinin onun adına ayrılmasına dair arxiv çıxarışının yeni məzmunda əldə edilməklə, məhkəmə araşdırması zamanı təqdim edilmiş əvvəlki arxiv çıxarışının məzmunu təkzib etməsi, sonuncu arxiv çıxarışının əsas götürülməsi və əvvəlki arxiv çıxarışının məzmununda texniki səhvə yol verilməsi kimi hallarla bağlı olmuşdur. Yəni, iddiaçının istinad etdiyi hallar təqdim edilmiş sübutlar arasında ziddiyyətli halın mövcud olması və bununla bağlı həmin sübutların qiymətləndirilməsi ilə bağlı hallardan ibarət olmuşdur ki, yuxarıda istinad edilən qanunun normasının dispoztiv şərtinə əsasən həmin halların yeni açılmış hal kimi qiymətləndirilməsinə və bu icraat qaydasında baxılmasına əsas vermir. O da qeyd olunmalıdır ki, iddiaçının yeni açılmış hal kimi istinad etdiyi sənəd əvvəllər işə baxılarkən işdə mövcud olmuşdur.

21. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 2- 1(105)-484/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar