Məhkəmə qərarları › İş №2-1(102)-1697/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1697/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1697/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1697/19 Bakı şəhəri 27 iyun 2019-cu il 27.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər Departameninin nümayəndəsi XXXin və vəkili XXXun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər Departameninin direktoru XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)144/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin hüquqi varisi İddiaçı olması faktının tanınması və həmin hüquqi faktın qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin “kommersiya qurumunun dövlət reyes trindən çıxarış”da “qurumun adı” qrafasında İddiaçı, “qanuni təmsilçi (əvvəlki)” qrafasında isə “xxxx” MMC-nin qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xxxx” MMC-nin Dövlət Reyestrindən çıxarışda təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı qrafasında İddiaçı yazılması, “xxxx” MMC-nin hüquqi varisi İddiaçı olması faktının tanınması və həmin faktın qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 25 oktyabr 2016-cı il tarixdə “xxxx” MMC-ni n 100% təsisçiliyi ilə İddiaçı qeydiyyata alınmışdır. İddiaçı müəssisə “xxxx” MMC-nin hüquqi varisi olmuş və onun büdcə ilə hesablaşmalarda olan debitor və kreditor borclarının alınması iddiaçıya həvalə edilmişdir. “xxxx” MMC 30 avqust 2017-ci il tarixdə ləğv edilmiş, lakin onun şəxsi hesab vərəqəsində dövlət büdcəsinə 519.855 manat məbləğində artıq ödəməsi onun hüquqi varisi olan iddiaçıya aid edilməmişdir. Bu səbəbdən, iddiaçının “xxxx” MMC-nin hüquqi varisi kimi qeydiyyata alınmasına dair cavabdehə müraciət olunmuş, cavabdeh isə imtina etmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, hüquqi şəxsin ləğv olunması onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi m üəyyən edilmişdir.Həmçinin, qanunvericilik hüquqi şəxsin ləğvi zamanı onun tərəfindən hüquqi varisin müəyyən edilməsini nəzərdə tutmamış və aralıq ləğvetmə balansına debitor borcların siyahısı haqqında məlumatların daxil edilməsi və həmin debitor borclarının alınması üçün tədbirlər görülməsi ləğvetmə komissiyasının səlahiyyətlərinə aid edilmişdir. “xxxx” MMC yenidən təşkil edilmək məqsədilə ləğv edilmədiyindən, iddiaçının onun hüquqi varisi elan olunmasının hüquqi əsası olmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli, 2-1(84)-795/2018 saylı qərardadı ilə (hakim Kənan Vəliyev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1(107)-629/2018 saylı qərardadı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmuş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin təkrar baxışı zamanı iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xxxx” MMC-nin hüquqi varisi olmasına dair dəyişikliyin reyestrdə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2-1(84)-2018 saylı qər arı ilə (hakim Kənan Vəliyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik hüquqi şəxsin yenidən təşkilinin birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə formasında, hüquqi şəxsin təsisçilərinin və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilməsini müəyyən etmişdir. Hüquqi şəxslərin birləşmə, qoşulma və çevrilmə formasında yenidən təşkili onun hüquq və vəzifələrinin təhvil aktına uyğun olaraq müvafiq olaraq yeni yaranmış hüquqi şəxsə və ya əvvəlki hüquqi şəxsə keçməsini nəzərdə tutmuşdur ki, “xxxx” MMC öz hüquqi statusunu itirərək İddiaçı-yə qoşulmuş, habelə 21 avqust 2017-ci il tarixli qərarla onun varisi olaraq təsisçisi olduğu İddiaçı elan edilmiş və büdcə hesablaşmalarında olan debitor və kreditor borclarının alınması və di gər kreditorlarla hesablaşma iddiaçıya həvalə olunmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2-1(107)-144/2019 saylı qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Mübariz Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 56.2, 57.1, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7, 5.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində etirazda qeyd etdiyi imtinanın əsaslarını təkrarlamış və bildirmişdir ki, apellyasiya məhkəməsi əsassız olaraq “xxxx” MMC-nin iddiaçı müəssisəyə qoşulması qənaətinə gəlmişdir. Belə ki, qanunvericilik qoşulmanı hüquqi şəxsin yenidən təşkilinin növlərindən birinə aid etməklə yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə ərizəyə yeni təşkil haqqında qərarın, təhvil aktı və ya bölünmə balansı və mətbuatda müvafiq elanın dərc olunması barədə məlumatların əlavə olunmasını nəzərdə tutmuşdur. “xxxx” MMC-nin ləğvetmə prosesində qanunvericiliklə nəzərdə tutulmuş sənədlərdən heç biri qeydiyyat orqanına təqdim edilməmiş, habelə “xxxx” MMC-nin müraciəti yenidən təşkillə bağlı deyil, ləğvetmə ilə bağlı olmuş, iddiaçı isə vergi orqanına ləğv edilmiş müəssisənin hüquqi varisi kimi qeydiyyata alınmaq üçün əsassız müraciət etmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddia məcburetmə haqqında iddia növünə aid olmuş, iddiaçı tələbinin yerinə yetirilməsindən imtina olunduqdan 9 ay sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbayc an Respublikası Qanunun 5.5, 5.5.1, 5.5.2, 5.5.3, 5.7 və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Ap ellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. “xxxx” MMC 21 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi X1 olmuşdur. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi “kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********53 saylı bildirişinə əsasən “xxxx” MMC 30 avqust 2017-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İddiaçı isə 25 oktyabr 2016-cı il tarixdə qeydiyyata alınmış, həmin hüquqi şəxsin də qanuni təmsilçisi X1 olmuşdur. “xxxx” MMC-nin 21 avqust 2017-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin varisi təsisçisi olduğu İddiaçı elan edilmiş və “xxxx” MMC-nin büdcə ilə hesablaşmalarda olan kre ditor və debitor borclarının geri alınması iddiaçıya həvalə edilmişdir. Qərarda ləğv edilmə ifadəsi göstərilsə də hüquqi varisliklə bağlı digər müddəalar da orada yer almışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşa ğı instansiya məhkəmələri müəyyən etmiş, məsələ hər hansı bir qaydada mübahisələndirilməmişdir. Lakin iddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkün lük şərtlərinə onu səlahiyyəti olan şəxs tərəfindən imzalanması aiddir. İlk iddia tələbi iddiaçının qanuni təmsilçisi tərəfindən verilmişdir. Daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr verilərkən onları iddiaçının nümayəndəsi kimi təqdim olunan Mübariz Məmmədov imzalanmışdır. İnzibati məhkəmə icraatında hüquqi şəxsin təmsilçiliyi ilə bağlı qaydalar aşağıdakı kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İPM-nin: - 26.2-ci maddəsinə əsasən, (...) hüquqi şəxslərin adından prosessual hərəkətləri (...) hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və (...) yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri (...) hüquqi şəxslər olan işçiləri həyata keçirirlər; - 31.1-ci maddəsinə əsasən, iİnzibati məhkəmə icraatında proses işti rakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər; - 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddələrin tələblərindən göründüyü kimi, hüquqi şəxslərin adından prosessual hərəkətləri hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya hüquqi şəxslər tərəfindən xüsusi səl ahiyyət verilmiş, əsas iş yeri hüquqi şəxslər olan işçiləri həyata keçirmək hüququna malikdir. Belə nümayəndə nümayəndəliyini təsdiq edən sənədləri məhkəməyə təqdim etdiyi andan hüquqi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Nümayəndəliyi təsdiq edən sənədlərə isə nümayəndənin hüquqi şəxsin işçisi olduğu barədə sənəd və hüquqi şəxs tərəfindən xüsusi səlahiyyətin verilməsinə dair etibarnamə aiddir. İddia ərizəsi İddiaçı-nin qanuni təmsilçisi kimi onun direktoru N.Dadaşov tərəfindən imzalanmışdır. Onun səlahiyyəti işdə olan “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrdən çıxarışla” öz təsdiqini tapır. Lakin iddianın dəqiqləşdirilməsi barədə ərizələr iddiaçının nümayəndəsi M.Məmmədov tərəfindən imzalanmışdır ki, onun səlahiyyətinin təsdiqi kimi 29 may 2018-ci il tari xli etibarnamə və 28 may 2018-ci il tarixli “Əmək müqaviləsi (kontraktla)” təqdim olunmuşdur. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş sənədlər iddiaçının nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd kimi qəbul etmək üçün yetərli deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndəril məsindən sonra yaranır; - 3-cü maddəsnin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi - (...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir; - 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-cu maddəsinin 1-ci bəndinə əsaəsn, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanmış maddələrin mənasından isə məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, lakin həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. Beləliklə, qanunvericiliyin göstərilmiş tələblərinə görə, yalnız elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatın a dair təqdim edilmiş sənəd hüquqi şəxsin nümayəndəsinin həqiqətən onun işçisi olduğunu təsdiq edir. Lakin belə sənəd məhkəmələrə təqdim edilməmiş, halbuki məhkəmələr təqdim edilmiş iddianın dəqiqləşdirilməsinə dair iddia tələblərinə münasibətdə qiymətləndirmə aparmaqla nəticəyə gəlmişdirlər. Qeyd edilmiş halda məhkəmlər tərəfindən həmçinin Azərbaycan Respublikası İPMnin aşağıdakı müddəaları da pozulmuşdur: - 52-ci maddəsinə əsaəsn, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; - 54.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki,i işin araşdırılması prinsipi iddianın şərtlərinin yoxlanılmasına da şamil olunduğundan, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə koll egiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddianın dəqiqləşdirilməsi barədə verilmiş ərizə üzrə iddiaçının nümayəndəsinin səlahiyyətlərini yoxlamaqla, hansı iddia tələblərinə qiymətin verilməli olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Al i Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər Departameninin direktoru XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-144/2019 sa ylı, 28 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar