Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1697/2020 22.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, üçüncü şəxsin vəkili X1, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın xx.xx.2020-ci il tarixli, 2-1(103)-375/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu il tarixində anadan olmuş, 1992-ci ilin may ayından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş, 2001-2006-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi hissə komandirinin kadrlar və nizami hissə üzrə köməkçisi vəzifəsində xidmət etmiş, 2006cı ildən 2011-ci ilə qədər Mülki Müdafiə Qoşunlarında Binəqədi rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsi rəisinin köməkçisi olmuş, cavabdehin xx.xx.2010-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır.
2. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2010-cu il tarixinə olan yeni məlumat vərəqəsinin tərtib olunması məqsədi ilə Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyi xx.xx.2019-cu il tarixli, 12/338 nömrəli, 01.05.201-cu il tarixli, 12/1346 nömrəli məktublarla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən hesablandığından iddiaçı bununla bağlı Azərbaycan Respublikası Cavabdehnə müraciət etməlidir.
3. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət etsə də, onun müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin tələblərinə müvafiq olaraq, köçürülmə zamanı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “B” bəndinə əsasən həmin tarixdə onun (yaşa görə) pensiyaya çıxmaq hüququnun olmasını (46 yaş və 24 il xidmət müddəti) xx.xx.2005-ci il tarixində, köçürülməyədək və köçürülmədən sonra olan maaş fərqini (2019-ci ilə olan fərq N nömrəli h/h-450 azn, MMQ375 azn) nəzərə alaraq pensiyanın yenidən, köçürülməyədək olan vəzifədən (N nömrəli h/h komandirinin kadrlar və nizami hissə üzrə köməkçisi vəzifəsindən) hesablanm ası məqsədi ilə, yeni məlumat vərəqəsinin tərtib olunaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.1992-ci ildə könüllü olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına daxil olmuş, 2001-ci ilin mart ayından 2006-cı il yanvar ayına qədər N nömrəli hissədə xidmət etmiş, yaşı və səhhəti nəzərə alınaraq 0758 nömrəli, xx.xx.2005-ci il tarixli əmr ilə hərbi xidmətini davam etdirmək üçün Mülki Müdafiə İdarəsinə keçirilmiş, keçirilmə zamanı onun ümumi təqribən 24 il xidməti olmuş və həmin tarixdən onun pensiyaya çıxmaq hüququ yaranmış, xx.xx.2005-ci tarixindən xx.xx.2010-ci il tarixinədək Cavabdeh Mülki Müdafiə Qoşunlarında hə rbi xidmət keçmiş, xx.xx.2010-cu il tarixdə Cavabdeh xx.xx.2010-cu il tarixli, 2623/ş nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldığı zaman əvvəlki vəzifə maaşı 260 manat, sonuncu vəzifə maaşı 168 manat təşkil etmişdir. Pensiya təyin edildiyi zaman pul təminatı 168 manat əsas götürülmüşdür, bu da aylıq olaraq 92 manat fərq təşkil edir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı mülki müdafiə qoşunlarının komandanlığından ehtiyata buraxıldığı zaman sonuncu vəzifə maaşı 185 manat olmuşdur. Bu barədə pul attestatında qeyd olunmuş və pensiya hesablanması üçün müvafiq ünvana göndərilmişdir. Hal-hazırda qeyd olunan ştat ləğv olunduğu üçün bu günə olan vəzifə maaşı barədə məlumat vermək mümkün deyildir. 7. 3-cü şəxs Azərbaycan Respublika sının Müdafiə Nazirliyi də iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0287 nömrəli, xx.xx.2006-cı il tarixli əmri ilə hərbi xidmətini davam etdirmək üçün yeni yaradılmış Azərbaycan Respublikası Cavabdeh sərəncamına göndərilmişdir və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmamış, onun xidmətində həmin an fasilə yaranmamışdır. İddiaçının həmin ana kifayət qədər xidmət stajının toplanmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin müddəalarına görə iddiaçıya məlumat vərəqinin tərtib edilməsi qeyri qanunidir. Həmin normanın məzmununa görə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Bundan başqa səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirinin 0758 nömrəli, xx.xx.2005-ci il tarixli əmri ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin kadrlar və nizami hissə üzrə köməkçisi vəzifəsindən Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinin Bakı regional mülki müdafiə şöbəsinin əməliyyat bölməsi rəisinin köməkçisi vəzifəsinə keçirilməsi yaşı və səhhəti ilə bağlı olmamışdır. Habelə onun daha sonra Müdafiə Nazirinin 0287 nömrəli, xx.xx.2006 -cı il tarixli əmri ilə hərbi xidmətini davam etdirmək üçün yeni yaradılmış Azərbaycan Respublikası Cavabdeh sərəncamına göndərilməsi səbəbi də yaş və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də iddiaçıya pensiyanın Cavabdehndə tutduğu sonuncu vəzifənin təminat xərcliyindən hesablanması qanuna müvafiqdir. Üçüncü şəxs qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2744/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı hərbi xidmətdən ehtiyata xx.xx.2010-cu il tarixindən buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rüt bə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır. İddiaçının iddia tələbində istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsində isə əmək pensiyasının hesablanma qaydası deyil, əmək pensiyasına əlavələrin hesablanması qaydası müəyyən edilmişdir.
10. Qərardan narazı qalan iş üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-375/2020 n ömrəli qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2744/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı hərbi xidmətdən ehtiyata xx.xx.2010-cu il tarixdən buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır.
13. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il, cavabdeh və üçüncü şəxs isə xx.xx.2020-ci il tarixində rəsmi qaydada əldə etmişdir.
14. İddiaçı dövlət büdcəsi hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəməyə müraciət etmiş, xx.xx.2020-ci il tarixli qərardadla iddiaçı dövlət hesabına vəkillə təmin olunmuş, xx.xx.2020-ci il tarixində isə kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-375/2020 nömrəli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə məhkəmə işə baxarkən Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsini, İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci m addələrinin tələblərini pozmuş, işi tam mahiyyəti üzrə araşdırmamış və “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin müddəalarına diqqət yetirməmişdir. Belə ki, xx.xx.2005-ci il tarixində iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan bir qurumdan Azərbaycan Respublikası Cavabdeh tabeçiliyində olan bir quruma keçirilməsi barədə Müdafiə Nazirliyinin 0758 nömrəli, xx.xx.2005-ci il tarixli əmri qeyri-qanuni sayılmalıdır. Əmrdə Mülki Müdafiə İdarəsi Müdafiə Nazirliyinin tabeçiliyində olan qurum kimi qeyd olunmuşdur. d. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh və üçüncü şəxs etiraz təqdim etməmişdir. e. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vək il kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
18. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X2 və nümayəndəsi Nümayəndə izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respubl ikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddia çının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
21. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pens iyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər Həmin Qanunun 20.18-ci maddəsinə görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblər i göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya şikayətinin dəlillərində iddiaçı məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin nəzərə alınmadığı qeyd olunsa d a, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən tələbini hazırkı qərarın 21-ci bəndində göstərilən normaların məzmunu baxımından qiymətləndirmiş və haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası kimi iddiaçının istinad etdiyi normada qanunverici əmək pensiyasının hesablanma qaydasını deyil, əmək pensiyasına əlavələrin hesablanması qaydasını müəyyən etmişdir. İddiaçı isə həmin normaya istinad edərək əmək pensiyasının yenidən hesablanması məqsədilə məhkəməyə müraciət etmiş, məhkəmələr də haqlı olaraq iddia tələbinin əsassız olmadı qənaətinə gəlmişdir.
27. Bundan başqa, iddiaçı kassasiya şikayətinin dəlillərində hazırkı qərarın 20-21-ci bəndlərində qeyd olunan normaların tələblərinin apelyasiya inst ansiyası məhkəməsi tərəfindən pozulduğunu bildirsə də, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmış, işin həllində əhəmiyyət kəsb edən zəruri sübutları toplamış və ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirmiş, nəticədə qanuni və əsaslı qərar qəbul etmişdir.
28. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
29. Belə ki, iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinin məzmunundan aydın görünür ki, normada nəzərdə tutulan əmək pensiyasına əlavə yalnız səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş şəxslərə şamil olunur. İddiaçı isə vəzifəsinin dəyişməsinin onun səhhəti və ya yaşı ilə əlaqədar olmasını sübut edə bilməmişdir. Odur ki, həm in norma iddiaçıya şamil oluna bilməz.
30. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
31. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-375/2020 nömrəli qərarı dəyişdirilmədən sax