Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1697/2021 12.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiya işinin tələb edilməməsi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına qarşı iş üzrə “əmək pensiyasının yenidən təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)921/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1948-ci il təvəllüdlü İddiaçı pensiyanın yenidən hesablanması üçün dəfələrlə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, sonuncu 03.06.2020-ci il tarixli bildirişində qeyd etmişdir ki, iddiaçıya 13.03.2020-ci il tarixli müraciəti əsasında həmin tarixdən əvvəlki 3 ilin pensiyası hesablanmış və keçmiş dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə hər ay ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının 63 yaşdan təyin edilməsi və həmin tarixdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 13.03.2020-ci il tarixdən DSMF 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən yaşa görə əmək pensiya sı təyin edilmişdir. Pensiya təyinatı aparılan zaman DSMF Bakı Ərazi Şöbəsi tərəfindən bir sıra aşkar qanunsuzluqlara yol verilmişdir. Belə ki, 2017-ci ildə Qanuna edilmiş dəyişikliklərlə əlaqədar yeni qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1 və 37.7-ci maddələrinin ona (iddiaçıya) münasibətdə tətbiq edilməsi, onun hüquqi vəziyyətini pisləşdirmişdir. 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1 və 37.7-ci maddələri iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Buna baxmayaraq, cavabdeh orqan Azərbaycan Respublikası Konstitusiyasının 147, 149-cu maddələrinin tələblərinə zidd olaraq onun (iddiaçının) hüquqlarını kobudcasına pozmuşdur. Ona, yaşa görə əmək pensiyası hüququnun yarandığı 2011-ci il tarix dən deyil, 01.04.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi, qanunsuz olaraq ona münasibətdə 32.1.1-ci maddənin tətbiq edilməsi barədə dəfələrlə 1 saylı DOST Mərkəzi vasitəsilə DSMF-yə müraciət etsə də, onun (iddiaçının) müraciətlərinə, şikayətinin mahiyyətinə uyğun və əsaslandırılmış cavab verilməmişdir.
4. İddiaçı məhkəməyə “iddia ərizəsinə əlavə” təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununun 32.1.1-ci maddəsinə əsasən pensiya məbləği hesablanarkən, nəinki ona (iddiaçıya) münasibətdə düzgün tətbiq edilməmiş, hətta 2017-ci ilin aprel ayından 2020-ci ilin aprel ayınadək sosial sığorta nömrəsinə ödənilən məcburi dövlət sosial sığorta haqları mövcud qaydaların əksinə olaraq hesabla nmış pensiya məbləğinə əlavə edilməmişdir. Əlavə olunan məbləğ 3 ildə cəmi 1.176,11 x 1,8 = 2.116,9 manat, 3 il müddətində aylıq isə 2.116,9 manat: 36 = 58,8 manat təşkil edir. İddiaçı 3 il müddətində aylıq pensiya məbləğinə əlavə edilməmiş həmin 58,8 manatın aylıq pensiya məbləğinə hesablanaraq əlavə olunması məsələsinə xüsusi diqqət yetirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının həmin ərizəsini iddianın dəyişdirilməsi (həcminin artırılması) kimi icraata qəbul etmişdir.
5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının ola bilər ki, hüququ 2011-ci ildə yaranmışdır. Lakin o, öz hüququndan vaxtında istifadə etməmişdir. Belə ki, vətəndaş (iddiaçı) 2011-ci ildə müraciət etməli olduğu halda, 13.03.2020-ci il tarixdə yaşa görə pensiya üçün müraciət etmişdir. Müraciət etdiyi vaxtdan, yəni 2020-ci ildən artıq hüquqi nəticə yaranır. Bu hüquqi nəticənin yarandığı zaman qüvvədə olan qanunvericilik tətbiq olunur. Qüvvədə olan qanunvericiliyə əsasən də şəxsə müraciət etdiyi tarixdən ən çox 3 il üçün yaşa görə pensiya təyin edilmiş və halhazırda da ödənilir. Bir hal da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadında da bu məsələ ətraflı şəkildə tənzimlənir. Həmin qərardada əsasən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvv əlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(112)-5478/2020 saylı qərarına əsasən (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək pensiyası hüququ 2011-ci il tarixində yaransa da, cavabdeh haqlı olaraq iddiaçıya müraciət etdiyi 13.03.2020-ci il tarixindən əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissəsinin ödənilməsini təmin etmişdir. Pensiya təyin edilərkən onun 2017-2020-ci illərdə işlədiyi vəzifə üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının nəz ərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması tələbi ilə bağlı isə qeyd etmişdir ki, həmin dövr 6 ildən artıq olsa da, iddiaçının 2011-ci ildən sonrakı dövr üzrə müvafiq ödəmələrinin nəzərə alınmaması hazırkı inzibati məhkəmə icraatında müəyyən edilmədiyindən bu tələb əsaslı sayıla bilməz.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 21(103)-921/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Vidadi Məmmədov və Afaq Nuriyeva) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(112)-5478/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərarı iddiaçıya 17.06.2021-ci il tarixində təqdim edilmişdir.
12. İddiaçı 16.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)-921/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı bir çox maddi və prosessual hüquq norm alarının pozulması, xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulması və ya düzgün tətbiq olunmaması ilə çıxarılmışdır. Belə ki, 2017-ci il iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün həmin tarixdən sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Həmin müddəa Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndi ilə müəyyən edilmişdir. Qaydaların həmin bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Məhkəmə tərəfindən isə həm göstərilən maddi hüquq normaları düzgün tətbiq olunmamış, həm də İnzibati Prosessual Məcəllənin 11.1, 12, 14.1, 14.3, 15.1, 58.2, 58.3, 58.7, 59.2, 60, 68.1-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabde hin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
18. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
19. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsaəsn məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər.
20. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
22. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2021ci il tarixli, 2-1(102)-280/2021 saylı qərarı: “Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, pensiyanın yenidən hesablanması ilə bağlı tələblərə qiymət verərkən məhkəmələr tərəfindən pensiya işləri tələb olunmalı və tədqiq edilməlidir. Belə ki, pensiya işinin əldə edilməsi iddiaçıya nə vaxt və hansı qaydada pensiya təyin olunmasını, pensiya təyin olunarkən hansı dövrün, vəzifə maaşının və əlavələrin nəzərə alındığını, pensiyanın sonradan hesabla ndığını müəyyən etməyə imkan verir”. hər hansı qaydada yenidən KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
27. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdu r. Oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasından isə məlumdur ki, pensiyanın yenidən hesablanması ilə bağlı tələblərə qiymət verərkən məhkəmələr tərəfindən pensiya işləri tələb olunmalı və tədqiq edilməlidir.
28. Lakin hazırkı iş üzrə işə baxan aşağı instansiya məhkəmələri iddiaçının pensiya işini tələb etməmiş, iddiaçıya nə vaxt və hansı qaydada pensiya təyin olunmasını, pensiya təyin olunarkən hansı dövrün, vəzifə maaşının və əlavələrin nəzərə alındığını, pensiyanın sonradan hər hansı qaydada yenidən hesablanıb-hesablanmadığını müəyyən etməmişlər.
29. Pensiya işi tələb edilərək yuxarıda qeyd edilən hallara qiymət verilmədən hazırkı mübahisəyə qanuni və ədalətli qiymət verilməsi isə mümkün deyil. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhk əmənin vəzifəsi olsa da, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bu vəzifəsinə əməl etməmiş, nəticədə hazırkı qərarın 17-19-cu bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə tam, hərtərəfli araşdırma aparmadan iddiaçının tələbini təmin etməmişdir.
30. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
31. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiya işini tələb edərək iş materiallarına əlavə etməli, Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq tələbə mahiyyəti üzrə qiymət verməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kass asiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 21(103)-921/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.