Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1697/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1226 A saylı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-39/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 663 saylı sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 663 saylı sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 600 kv.metr torpaq sahəsinə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən cizgi tərtib edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
4. Cavabdehin 21 sentyabr 2016-cı il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, sorğuya verilmiş cavab məktubunda təqdim edilmiş yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmədiyi və uyğunsuzluq mövcud olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublika sı Qanununun 11.1-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1226 A saylı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 663 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. 14 mart 1995-ci il tarixdə ona Səbail rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin cizgisi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh onun bu müraciətini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunan yerləşmə cizgisi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənməmişdir və uyğunsuzluq mövcuddur.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əmlakın dövlət reyestrində müvafiq qeydiyyatını qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və əmlaka hüquqların dövlət reyestrində qeydiyyatının dəqiqliyinə görə cavabdehlik daşıyır. İddiaçının müraciəti nəticəsində aparılmış araşdırm a zamanı onun tərəfindən təqdim olunmuş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, sonuncu sorğuya cavab olaraq təqdim olunan yerləşmə cizgisinin onun tərəfindən təsdiqlənmədiyini və uyğunsuzluğun mövcud olduğunu bildirmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 4682/2016 nömrəli (hakim M.Bayramov) qərarı ilə iddia təmin edilmiş, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 663 nömrəli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.metr torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuna əsasən müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla, hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalı və həmin reyestrdən çıxarışla rəsmiləşdirilməli olduğundan, mübahisəli torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 663 nömrəli sərəncamı ilə fərdi evin tikilişi üçün İddiaçı ayrıldığından İddiaçı göstərilən torpaq sahəsinin adına qeydə alınmasını tələb etməkdə haqlıdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)940/2017 nömrəli, 2 may 2017-ci il tarixli qərar ı ilə (hakimlər V.Ağayev-sədrlik edən və məruzəçi, Ü.Mayılov və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 4 oktyabr 2017-ci il tarixli, 21(102)-1558/2017 saylı qərarı ilə (hakimlər İ.Dadaşov – sədrlik edən və məruzəçi, K.Bədəlov və İ.Hacıqayıbov) apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-940/2017 nömrəli, 2 may 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılması haqqında Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-cil tarixli, 663 nömrəli sərəncamında tikinti işlərinin başa çatdırılma müddəti sərəncam qəbul olunduğu gündən iki il hesab edilərək, qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihədəki ölçülərə əməl olunmazsa verilmiş torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməli olduğu qeyd edilmişdir. Həmçinin 1995-ci ildən keçən müddət ərzində İddiaçı sərəncama uyğun olaraq torpaq sahəsindən təyinatı üzrə istifadə edib-etmədiyini araşdırılmamış, nəticədə isə qanunsuz və əsaslandırılmamış məhkəmə qərarı qəbul ed ilmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)228/2018 nömrəli, 9 mart 2018-ci il tarixli qərarı ilə (hakimlər K.Abiyeva-sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddiaçının iddiası rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmamış, həmçinin torpaq sahəsinin ayrılmasına dair sərəncamda torpaq sahəsinin ölçüsünün 600 kv.metr olmasına baxmayaraq, cizgi 400 kv.metr torpaq sahəsinə dair tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşmə yeri mübahisəlid ir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı müvafiq qeydiyyatı aparmaqdan imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15 və 23-cü maddələrinə uyğun olmuşdur.
18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat
19. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 21 iyun 2018-ci il tarixli, 21(102)-1244/2018 saylı qərarı ilə (hakimlər X.Məmmədov – sədrlik edən və məruzəçi, A.Hüseynov və R.Nəbizadə) apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-228/2018 nömrəli, 9 mart 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin istinad etdiyi yerləşmə cizgisinin Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmədiyi ilə bağlı bildirilənlər əsaslı görünmür. Çünki torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş hər iki cizgi Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi cizgilərdəki uyğunsuzluqla bağlı olaraq isə qeyd edilməlidir ki, bu hal iddiaçının ziyanına şərh oluna bilməz. İlk növbədə ona görə ki, onlar iddiaçının özü tərəfindən yox, torpaq sahəsini ayırmış inzibati orqan tərəfindən tərtib edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan ayırdığı sahənin yerini dəqiq göstərmək vəzifəsi daşıyır. apellyasiy a instansiyası məhkəməsində üçüncü icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1910/2018 nömrəli, 18 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmiş, İddiaçı Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 663 saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
22. Məhkəmə hesab etmişdir ki, məhkəmə sözügedən sərəncam əsasında iddiaçıya to rpaq sahəsinin ayrılması və cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinasının əsasız olması barədə qərar qəbul edərkən düzgün hüquqi nəticəyə gəlsə də, iddiaçıya 1995-ci ildə müvafiq sərəncamın verilməsinə baxmayaraq, məhz 1995-ci ildə 600 kv.metr kimi ona təhkim olunduğu iddia olunan torpaq sahəsinin naturada 2004-cü ildə, təxminən 9 ildən sonra 400 kv.metr şəklində ayrılmasının səbəblərini araşdırmamış, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım göstərməməklə inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
23. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəm əsində üçüncü icraat
24. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 3 aprel 2019-cu il tarixli, 21(102)-745/2019 saylı qərarı ilə (hakimlər N.Rəsulbəyova – sədrlik edən və məruzəçi, Z.Quliyev və İ.Hüseynov) apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-1910/2018 nömrəli, 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi cavabdehin üzərinə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 663 saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını və reyestrdən çıxarışın verilməsini qət etsə də, nəzərə almamışdır ki, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi geniş ərazidir və konkret olaraq hansı sahə üzərində hüquqlarının olduğu müəyyən edilmədən iddiaçıya çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilməz. apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1416/2019 nömrəli, 30 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddiaçının iddiası rədd edilmişdir.
27. Məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi sahəyə dair mötəbər hüquq müəyyənedici sənədləri məhkəm əyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı müvafiq qeydiyyatı aparmaqdan imtina edilməsi qanuni və əsaslıdır.
28. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində dördüncü icraat
29. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 21(102)-72/2020 saylı qərarı ilə (hakimlər S.Hüseynova – sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Əliyev) apellyasiya instansiyası məhkəməsinin 2-1(103)-1416/2019 nömrəli, 30 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və İcra hakimiyyəti orqanlarının səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs - İcra hakimiyyətinin başçısıdır və torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründü yü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçılarına aid edilmişdir. Beləliklə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsi qanunamüvafiq hesab olunmalıdır. apellyasiya instansiyası məhkəməsində beşinci icraat
31. Apellyasiya baxışı zamanı məhkəmənin 2-1(103)-94/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli, 10/3706 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin “nümayəndələrin iştirakı barədə” **********09 saylı, xx.xx.2021-ci il tarixli arayışda mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirildiyi və tədqiq olunan faktiki torpaq sahəsinin 418,0 kv.metr təşkil etməklə, bir tərəfdən şərti sərhədləndiyi, 3 tərəfdən isə daş hasarla əhatə olunduğu göstərilmişdir. Lakin məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş suallar konkret olaraq cavablandırılmadığından, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən, həmin suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır”.
32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-39/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn - sədrli k edən və məruzəçi, İ.Kərimli və S.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmiş, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 14 mart 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsi qanunvericiliyin tələblərinə əs asən qanuni sayıldığından, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş cizgi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edildiyindən, mütəxəssis rəyi ilə də iddiaçının çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsinin faktiki ölçüsünün 418 kv.metr olduğu müəyyən edildiyindən, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 400 kv.m torpaq sahəsinə müvafiq çıxarış verilməsini tələb etdiyindən, Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
34. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
35. Cavabdehin kassasiya şikayətinin imtinanın və apelyasiya şikayətinin məzmununu təkrarlayan dəlillərinə görə, apellyasiya məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən Azərbaycan Respublikası Qanunlarının aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin şikayətdə qeyd olunan digər hallar qanunamüvafiq qaydada araşdırılmadığından sözügedən məhkəmə aktı ləğv olunmalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı İdarə tərəfindən Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq həmin yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmədiyi və yerləşmə cizgisində uyğunsuzluq olduğu bildirilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2-1 (103)-39/2022 saylı qərarı idarəyə daxil olduqdan sonra, xx.xx.2022-ci il tarixində İdarənin mütəxəssisləri tərəfindən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə baxış keçirilmiş, buna dair daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən torpaq sahəsinin faktiki ölçüsü 418 kv.metrdir. Göstərilən torpaq sahəsi 3 tərəfdən mişar daşı ilə hasarlanmış, 1 tərəfdən isə şərti olaraq sərhədlənmişdir. Torpaq sa həsi üzərində tikili yoxdur. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahəyə digər şəxs (X1) tərəfindən dəfələrlə müraciət olunmuşdur. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakını n (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 38. 1991-ci il tarixli redaksiyada olan Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə
7. Torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Maddə 9 Torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputa tları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Maddə 22 Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; Maddə
23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Maddə 29 Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 30 Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir; Maddə 100 Yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: (-) 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrini n tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını. 39. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudl arda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 9 8.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
42. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
45. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtər əfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
46. Qanunvericiliyin yuxarıda istinad olunan normaları, eləcə də Ali Məhkəmənin hazırkı iş üzrə əvvəlki qərarlarında nəzərdə tutulmuş göstərişlər və ifadə olunmuş hüquqi mövqelər baxımından Səbail rayon İcra Hakimiyyəti başçısının 14 mart 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
48. Cavabdeh həm apelyasiya və həm də kassasiya şikayətində əsas dəlili qismində yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmədiyinə və cizgilərdə uyğunsuzluğun olduğuna istinad edir. Bununla bağlı qeyd olunmalıdır ki, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş cizginin Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edildiyi iş üzrə materiallarla təsdiq olunur. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpaq sahəsinin ayrılması barədə Səb ail rayon İcra Hakimiyyəti tərəfindən sərəncamın qəbulundan (14 mart 1995-ci il) qısa müddət sonra (21 mart 1995-ci il) həmin torpaq sahəsinin sxemi tərtib edilmiş, daha sonra isə 14 mart 2004-cü il tarixdə yeni bir cizgi tərtib olunmuşdur. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair tərtib edilmiş hər iki sənəd Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin sənədlərin tərtib edilməsinin, eləcə də sənədlərdəki məlumat və qeydlərin dəqiqliyi və düzgünlüyünün onları tərtib edən inzibati orqanın məsuliyyət sferasına aid olduğu da nəzərə alındıqda, istinad olunan cizgilərdəki uyğunsuzluqlar iddiaçının ziyanına təfsir oluna bilməz. Qeyd olunmalıdır ki, cizginin təsdiqlənmədiyi və cizgilərdə uyğunsuzluğun olması barədə icra hakimiyyəti orqanının bildir dikləri mübahisəli torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ayrılmadığı və ya bundan imtina olduğu anlamına gəlmir. Ən azından ona görə ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 14 mart 1995-ci i sərəncamın ləğv olunması və ya geri çağırılması nəinki cavabdeh, eləcə də Səbail rayon İcra Hakimiyyəti tərəfindən də iddia olunmur. Həmçinin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
49. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş baxış nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli müayinə aktında qeyd edilən məlumatlar (torpaq sahəsinin faktiki ölçüsünün 418 kv.metr olması, 3 tərəfdən mişar daşı ilə hasarlanm ası, 1 tərəfdən isə şərti olaraq sərhədlənməsi, torpaq sahəsi üzərində tikilinin yoxluğu, eləcə də Elektron kadastr məlumatlarına əsasən göstərilən sahəyə digər şəxs tərəfindən müraciət olunması) bu qərarın 37-39-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından torpaq sahəsi üzərində iddiaçının etibarlı inzibati akta əsaslanan hüququnun qeydiyyata alınmasını istisna edən hal kimi qiymətləndirilə və onun hüququnun qeydiyyatından imtinaya səbəb ola bilməz.
50. Beləliklə, hazırkı mübahisəyə münasibətdə ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydiyyata alınmasından və bu barədə ona müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
51. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsa slı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2022-ci il tarixli, 21(103)-39/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.