Məhkəmə qərarları › İş №2-1(102)-1697/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1697/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1697/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1697/23) (Açar sözlər: əlilliyin bərpa edilməsi) Bakı şəhəri 21 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(103)-1447/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nərimanov RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış iddiaçı hərbi xidmət keçərkən ağ xəttin iri ölçülü residiv yırtığı diaqnozu ilə xx.xx.1996xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. İddiaçının aldığı xəstəliyin hərbi xidmət dövründə olması Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli 136 nömrəli qərarı ilə öz təsdiqini tapır.

2. İddiaçı xx. xx.2008-ci ildə qarnın ön divarının əməliyyatdan sonrakı residivi qiqant yırtığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, xx.xx.2008-ci ildə əməliyyat olunmuş və xx.xx.2008-ci ildə evə buraxılmışdır.

3. İddiaçı xx.xx.2011-xx.xx.2012-ci il tarixlərdə M.Ə.Əfəndiyev adına 2 nömrəli BŞKXnın İ cərrahiyə şöbəsində qarnın ön divarının əməliyyatdan sonrakı residiv boğulmuş yırtığı diaqnozu ilə stasionar müalicədə olmuşdur. 4. 18 saylı şəhər poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında iddiaçıya xx.xx.2009-cu il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40- K46 Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqren a olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı. Bitişmə xəstəliyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.2.7). 5. 18 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçıya xx.xx.2014-cü il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan). 6. 18 saylı şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçıya xx.xx.2015-ci il tarixdən bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri = > K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan). Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçıya xx.xx.2016-cı il tarixdən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 -Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqerna olmadan; Diaqnozun mətni: Qarının ön divarının əməliyyatdan sonrakı venrtal yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: qarının ön divarının venrtal yırtığı). 7. 18 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndəri şi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubla əlilliyin təyinindən imtina edilmişdir (X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 -Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.0 - Qarnın ön divarının yırtığı, keçməməzlik ilə, qanqren olmadan; Diaqnozun mətni: Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti).(səbəb – diaqnoz və ağırlaşması əlillik təyinatına əsas vermir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı idd ia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin 2021-ci ilin may ayından bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əsassız olaraq əlillik təyinindən imtina edilmişdir. Belə ki, 10 ildən çox eyni xəstəlikdən əziyyət çəkdiyindən ona ömürlük əlillik təyin edilməli idi.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, 18 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və əlilliyin təyinindən imtina edilmişdir (X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K40-K46 -Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.0 - Qarnın ön divarının yırtığı, keçməməzlik ilə, qanqren olmadan; Diaqnozun mətni: Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti).

11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı hal-hazırda mövcud olan xəstəliklər və qüsurlarının müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 pubik hüquqi şəxsi tərəfindən verilmiş T336/2022 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin TibbiSo sial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş son göndərişdə qeyd edilən hazırda onun əziyyət çəkdiyi “qasıq yırtığı, qarnın ön divarının cərrahi əməliyyatdan sonrakı residiv ventral yırtığı, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, residiv göbək yırtığının ləğvi, Alloplastika cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid emək mümkün deyil.

12. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 11 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6590/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əlilliyi nin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası inzibati praktikaya uyğun olmamaqla, qanunvericiliyinin normalarına zidd olmuş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.8, 13.1, 13.2, 13.3-cü maddələrində nəzərdə tutulmuş qarşılıqlı etimad prinsiplərini pozmuşdur. Belə ki, iddiaçı 1996-cı ildən yırtıq xəstəliyindən əziyyət çəkir, 18 saylı şəhər poliklinikasının xx.xx.2009-cu tarixli göndərişi əsasında ona hərbi xidmət dövrü ilə əlaqədar alınmış xəstəliyə görə İİİ dərəcə əlillik müəyyən edilmiş, həmin xəstəlik “X1”nın Xİ Sinifə uyğundur (Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtı ğı, keçməməzlik və ya qanqrena olmadan). 2014-cü ildən 2015-ci ilədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə yenidən təyin edilmiş, 2016-ci ildə iddiaçıya 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) İİİ dərəcə əlillik müəyyən edilmişdir. Belə olan halda 2021-ci ildə həmin diaqnozun qoyulması iddiaçıda xəstəliyin mövcud olmasını sübut edir və iddiaçının tam reabilitasiya olunmasını istisna edir.

14. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov/sədrlik edən və məruzəçi/, E.C. Kazımov və İ.Vəkil) 17 mart 2023-cü il tarixli, 2-1(103)-1447/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2-1(112)-6590/2022 nömrəli qərarı qüvvədə saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

18. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı 18 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi qiymətləndirilmiş, “diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina verilmişdir. İddiaçının Forma 8 8 arayışında müəyyən edilən diaqnozda göstərilən xəstəlik patoloji haldır, bərpası və reabilitasiyası mümkündür. Bərpası mümkün olmayacağı təqdirdə şəxsdə dəyişikliklər olmalı və ağırlaşmalar qeyd olunmalı idi. Ağırlaşmalarda şəxsin stasionar müalicədə olmasını zəruri edən hal mövcud olmamış, hemoqlobin və çəki normada olmuş, əlillik təyinatına əsas verməmişdir.

19. Bundan başqa Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə keçirilmiş məhkəmə ekspertizasının nəticəsində şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid edilməsinin mümkün olmaması barədə rəy verilmişdir. Lakin məhkəmə qətnamə qəbul edən zaman iş üçün ən vacib məqamlard an biri olan ekspert rəyinə diqqət yetirməmişdir və onun niyə sübut kimi işə təsir göstərməməsi barədə münasibət bildirməmişdir.

20. Bundan əlavə, əlilliyin təyini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion səlahiyyətidir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edild iyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-so sial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.....

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.... 24. “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fizik i və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyət lər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqa n maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir....

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qe yd edir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 2016-cı ildə iddiaçıya 5 il müddətinə İİİ dərəcə əlillik müəyyən edilməsinin və 2021-ci ildə həmin diaqnozun qoyulmasının iddiaçıda xəstəliyin mövcud olmasını sübut etməsi iddiaçının tam reabilitasiya olunmasını istisna etməsi ilə bağlı mövqeyi ilə qətiyyən razılaşmır.

30. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda diaqnozunda qeyd olunan xəstəliyin faktiki mövcud olması işin mübahisələndirilməyən halıdır.

31. İşin mübahisələndirilən halı iddiaçının diaqnoz üzrə xəstəliyinin tam reabilitasiya olunub-olunmaması və bu əsasa görə ona əlillik təyin edilməsindən ibarətdir.

32. Digər tərəfdən, şəxsə onun barəsində təyin olunmuş diaqnoz əsasında əvvəllər əlilliyin müəyyən edilməsi faktı növbəti müayinədə də əlillik d ərəcəsinin təyin edilməsinə özü-özlüyündə (qeyd-şərtsiz) əsas ola bilməz. Əks hal əlilliyin təyin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan təkrar müayinə müddətlərinin tətbiqinə zidd olardı.

33. Kassasiya şikayətinin ekspertiza rəyinə məhkəmələr tərəfindən hüquqi qiymət verilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bununla bağlı kassasiya dəlili əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edildiyi kimi, birinci instansiya məhkəməsi mübahisənin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspert qarşısında suallar qoymuş, lakin birinci instansiya məhkəməsi ekspert rəyindəki həmin cavablara hər hansı münasibət bildirməmişdir. Məhkəmə həmin sualların araşdırılmasını iş üçün əhəmiyyətli hesab etmişdi rsə, deməli mübahisənin düzgün həlli üçün onlara münasibət bildirməli idi.

34. Azərbaycan Respublikası İPM-nin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

35. Qeyd olunan kassasiya dəlili apellyasiya şikayətində də qeyd olunsa da, apellyasiya instansiyası məhkəməsi həmin dəlilə münasibət bildirməmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilm əməlidir.

38. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

39. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 21(103)-144 7/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar