Məhkəmə qərarları › İş №2-1(102)-1697/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1697/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1697/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kameral vergi yoxlaması ilə hesablanan vergi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabde h tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(105)200/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar əsasında müəyyən edilir ki, kameral yoxlaması nəticəsində İddiaçı 3104.65 manat vergi məbləği hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3 İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsi tərəfindən iddiaçı barəsində 2021-ci ilin gəlir vergisi üzrə kameral vergi yoxlamasının nəticələri barədə 28 sentyabr 2022-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə əsassız qərar qəbul edilmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-2017/2023 nömrəli qərarı ilə (hakim X3) iddia rədd edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********256400 saylı qərar əsaslı olaraq qəbul edildiyindən, onun iddiası əsassızdır. Vergi ödəyicisi ərzaq mallarının pərakəndə satışı ilə məşğul olmuş, 2019-cu ildən fəaliyyətini dayandırmış, mal qalığı olaraq qalan malları dostuna məxsus zirzəmidə saxlamış, sonradan qalan malın bir hissəsi istifadə müddəti bitdiyi üçün yararsız hala düşmüş, bir hissəsinin şəxsi istifadə məqsədləri üçün istifadə edilmiş, qalan hissəsi isə ianə olaraq paylanmışdır. Qeyd edilən məlumatlar vergi ödəyicisinin nümayəndəsi tərəfindən m əhkəməyə təqdim edilsə də, həmin halları təsdiq edən hər hansı sənəd (akt və s.) məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələbinə uyğun olaraq həyata keçirilmiş kameral yoxlama nəticəsində iddiaçının barəsində haqlı olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********256400 saylı qərar qəbul edilmişdir.

6. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-424/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X2 /sədrlik edən və mə ruzəçi/, X6 və X11) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2447/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X8 /sədrlik edən və məruzəçi/, X4 və X1) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(105)-424/2024 nömrəli qərarı ləğv edi lmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən aparılmış iddiaçının 2021-ci ilə görə gəlir vergisi üzrə 3 ədəd kameral vergi yoxlaması qərarı mövcuddur ki, onların ikisi, yəni xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərar işdə var, xx.xx.2022ci il tarixli qərar isə işdə yoxdur ki, halbuki xx.xx.2022-ci il tarixli qərar apellyasiya məhkəməsi tərəfindən tələb edilməli idi. Bununla yanaşı işdə (iş səhifəsi 25) iddiaçının cavabdehə təqdim etdiyi gəlir vergisi üzrə 2020-ci ilə dair bəyannamə var, lakin həmin bəyannamədə nə gəlir haqqında, nə də xərc haqqında məlumat yoxdur. İddiaçının 2021-ci ilin gəlir vergisi haqqında 2021-ci il tarixinə dair bəyannamə işdə mövcud deyildir ki, həmin mə sələnin araşdıırlması üçün, yəni iddiaçının gəlir vergisi üzrə 2021-ci ilə dair bəyannamənin təqdim edilib-edilməməsinin araşdırılması məqsədi ilə vergi ödəyicisinin (iddiaçının) şəxsi vərəqəsinin tələb edilməsi mütləqdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-200/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər X7 /sədrlik edən və məruzəçi/, X9 və X12) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi ni xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə Vergi Məcəlləsinin 37.4, 67.1 və 67.15-ci maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

16. Bildirilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 67.14-cü maddəsini düzgün tətbiq edilməmiş, maddi hüquq normasının tələbləri pozulmuş, iddiaçıya qanunsuz və əsassız olaraq əlavə vergi məbləği hesablayarkən, hansı əlaqəli məlumatlardan istifadə etdiyini öz qərarında əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində cavabdeh inzibati orqanın Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələblərini, maddi hüquq normasını düzgün tətbiq etmədiyini araşdırmamışdır. b) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləm əyə və müdafiə etməyə;... Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət baş a çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.... 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günümüddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ö dəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparma dıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üz rə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. …... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. (xx.xx.2024-c ü il tarixədək olan redaksiya)... Maddə

83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağl ı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarın ın əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmən in inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Hazırkı iş üzrə iddiaçı tərəfindən kassasiya şikayəti verilməsində məqsəd cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçı iddia edir ki, cavabdeh onun barəsində vergi yoxlaması həyata keçirərkən qanuna uyğun davranış sərgiləməmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının mövqeyi ilə razılaşmayaraq iş materiallarında mövcud olan sübutlara istinad etməklə kassasiya şikayətinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.

26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi ödəyicisi kimi iddiaçının 2020-ci il üzrə 77338,86 manat məbləğində mal qalığı mövcud olmuş, həmin mal qalığı 2021-ci ilə keçmişdir. Bu hal iddiaçının cavabdehə təqdim etdiyi gəlir vergisinin bəyənnaməsi ilə müəyyən olunur.

27. Daha sonra iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim etdiyi bəyannamədə ümumiyyətlə dövriy yəsinin, mal qalığının olmadığı qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya uyğunsuzluq məktubu göndərildikdən sonra iddiaçı dəqiqləşmə təqdim edərək yeni bəyannamədə qeyd edilən məbləğdə mal qalığının olduğunu qəbul etmiş, cavabdeh tərəfindən iddiaçıya yenidən uyğunsuzluq məktubu göndərildikdən sonra (fəaliyyət göstərdiyi və malların harada olduğu yer naməlum olduğu üçün) iddiaçı təkrarən dəqiqləşmə təqdim edərək qeyd edilən məbləğdə mal qalığının olduğunu qəbul etsə də, mal qalığının sıfırlanmasına dair yeni bəyannamə təqdim etmiş, həmçinin həmin malları dostuna məxsus olan evin zirzəmisində saxladığını, bir hissəsinin (ərzaq məhsulları) istifadə müddəti bitdiyi üçün yararsız hala düşdüyünü, bir hissəsini şəxsi istifadə məqsədləri üçün istifadə edildiyini, qalan hissəsinin isə ianə şə klində paylanıldığını, mallardan heç birinin satılmadığını və gəlir əldə edilmədiyini əsas gətirərək qeyd edilən iddia tələbini irəli sürmüşdür.

28. İddiaçı həmin halları təsdiq edən sənədlər təqdim etmədiyindən cavabdeh tərəfindən nəzərə alınmamış və həmin hallar müəyyən edilmədiyindən, aşkar edilməmiş mal qalığı indiki halda təqdim edilmiş mal kimi qiymətləndirilərək, ona uyğun olaraq əlavə vergi məbləği hesablanmışdır.

29. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, indiki halda iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan sübutetmə yükü məhz iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı bəyannamədə qeyd edilən məbləğdə mal qalığının olduğunu qəbul edirsə, bu halda həmin malların hansı təyinat üzrə istifadə edilməsinə (bir hi ssəsinin yararsız hala düşməsinə, bir hissəsinin şəxsi istehlak üçün istifadə olunmasına, bir hissəsinin isə ianə şəklində verilməsinə) dair sübutları da təqdim etməlidir. Lakin iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı heç bir sübut təqdim edilməmişdir.

30. Vergi qanunvericiliyinin tələblərinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq məhz vergi ödəyicisinin vəzifəsi kimi qeyd edilmişdir.

31. Lakin işin hallarından göründüyü kimi, vergi ödəyicisinin 2020-ci ilin sonuna qeyd edilən məbləğdə mal qalığı olduğu halda və növbəti il üzrə həmin mallara dair hesabat məlumatlarının təqdim edilməsinin və uçotunun aparılmasının zəruruliyi barədə məlumatlı olduğu halda, bu barədə heç bir sənədləşdirmə (yararsız hala düşməsi, şəxsi istehlak məqsədilə istifadə edilməsi və ya ianə şəklində paylanmasına dair akt tərtib edilməsi ya digər formada (videogörüntü, fotoşəkil) rəsmiləşdirmə)) işləri aparmamışdır.

32. İddiaçı tərəfindən hazırkı mübahisə ilə bağlı mal qalığının 2021-ci il tarixə keçməsi və bununla əlaqədar bəyənnamələrin həmin tarixdə (2021-ci ildə) cavabdehə təqdim edilməsi iş materialları ilə sübut edildiyindən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi qanuni və əsaslı olmuşdur.

33. Cavabdehin 28 sentyabr 2022-ci il tarixli kameral vergi yoxlaması barədə qərarı 2020-ci il üzrə mal qalığına görə deyil, 2021-ci il üzrə mal qalığına görə qəbul edilmişdir. Yəni iddiaçının öhdəliyi 2021- ci ilə təsadüf etdiyindən onun barəsində qərarın qəbul edilməsi zamanı Vergi Məcəlləsinin tələbləri pozulmamışdır. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların müəyyən edilməsi mümkün olmamışdır.

34. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 2021-ci il üzrə mal qalığı kimi mövcud olmuş malların, sonradan mövcud olmaması halının onların təqdim edilməsi kimi qiymətləndirilməsi və bu əsasla da əlavə vergi məbləğinin hesbalanması ilə bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələbinə əsasən əgər vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aş kar edilərsə, bu halda həmin mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir və vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə hesablanır.

35. İddiaçı apellyasiya şikayəti olduğu kimi kassasiya şikayətində də vergi orqanının vergiləri Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa 83.9-cu maddəyə əsasən hesablandığını qeyd etmişdir.

36. Məhkəmə kollegiyası iddiaçının arqumenti ilə razılaşmayaraq bildirir ki, vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisi tərəfindən xərclər və ya gəlirləri təsdiq edən sənədlər təqdim edilmədiyi halda, vergilərin məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) bi rbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” əsasında şərti rentabellik norması tətbiq edilməklə hesablanması vergi orqanının səlahiyyəti kimi müəyyən edilmişdir.

37. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edilməsi qanuni olmamışdır. Belə ki, 67.17-ci maddə Vergi Məcəlləsinə xx.xx.2024cü il tarixdə əlavə edilmişdir. Cavabdehin qəbul etdiyi qərar isə dəyişiklikdən əvvəl olduğundan hüquq münasibətlərinin tənzimlənməsində Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edilməsi qanuni sayıla bilməz.

38. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 2-1(105)-200/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar