Məhkəmə qərarları › İş №2-1(102)-1698/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1698/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1698/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ 2-1(102)-1698/20 Açar sözlər: sərəncamın ləğvi, iddia müddəti, iddianın mümkün sayılmaması. Bakı şəhəri xx xxxxxxxx 2020-ci il 23.09.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı inzibatı aktın qismən etibarsız hesab edilməsi və i carə hüquq münasibətlərinə xitam verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1004/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 188 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində 2405-ci məhəllədə yerləşən 0,6052 ha torpaq sahəsi qeyri-yaşayış obyektinin layihələndirilməsi üçün icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunan sərəncam əsasında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yuxarıda göstərilən ünvanda 0,6052 ha torpaq sahə sinin ayrıc aktı hazırlanaraq İddiaçı təhvil verilmişdir. Sözügedən torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında 49 il müddətinə xx.xx.2017-ci il tarixli, 1311 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Həmin ünvanda göstərilən 0,6052 ha torpaq sahəsi Azərbaycan Respublikasının vətəndaşı kimi ona yeni iş yerlərinin yaradılması məqsədilə qeyri-yaşayış obyektinin tikintisi üçün verildiyindən göstərilən torpaq sahəsi icarə əsasında deyil, daimi istifadə hüququ əsasında verilməli idi. İddiaçı torpaq sahəsinin onun istifadəsinə icarə əsasında deyil, daimi istifadəsinə verilməli olduğunu bildirərək, Bakı şəhər İcra Hakimiyyətindən icarə müqaviləsinin torpağın onun isttifadəsinə “müvəqqəti” verilməsi hissəsində xitam verilməsini xahiş etmişdir. Bakı şəhər İH iddiaçının x ahişini təmin etməmişdir. İddiaçı bundan sonra iddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi və daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İH başçısının xx.xx.2016-cı il tarixli, 188 saylı sərəncamının 1-ci bəndinin qismən - “icarə əsasında” ifadəsinin ləğv olunması və həmin sərəncam əsasında yaranmış icarə hüquq münasibətlərinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmsasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq qanunvericiliyinə görə yalnız xarici hüquqi şəxslər və əcnəbi vətəndaşlar torpaq sahəsini icarə əsasında əldə edə bilərlər. Mübahisənin predmeti olan torpaq sahəsi Azərbaycan vətəndaşı kimi ona qeyri-yaşayış obyektinin tikintis i üçün verilmişdir. Həmin ərazidə öz vəsaiti hesabına qeyri-yaşayış obyekti tikərək əlavə iş yerləri açmaq niyyətindədir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yezılı etiraz və mülahizə təqdim etməmiş, lakin birinci instansiya məhkəməsinin iclasında iddianın həll olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4246/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə (hakim A.bdullayeva) iddia tələbi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 188 saylı sərəncamının 1-ci bəndinin qismən - “icarə əsasında” ifadəsinin ləğv edilməsi və həmin sərəncam əsasında yaranmış icarə hüquq münasibətlərinə xitam verilməsi öhdəliyinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhə İH başçısının xx.xx.2016-cı il tarixli, 188 saylı sərəncamında İddiaçı torpağın verilməsi zamanla məhdudlaşdırılmadığı halda, həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsində müqavilə müddəti 49 il müəyyən olunmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslərim torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Məhkəmə qanunun bu müddəası nı nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1004/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4246/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş iddia mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəyə maddi və prosessual hüquq normalar ını düzgün tətbiq etməmişdir. Belə ki, işə baxan məhkəmə iddia müddəti barədə müddəalara istinad edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4 və 384.0.5-ci maddələrinin tələblərinə əhəmiyyət vermədən nəzərə almamışdır ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, həmçinin dövlət orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin (və ya sahibin) hüquqlarını pozmuş aktların etibarsız sayılması (və ya ləğv edilməsi) haqqında mülkiyyətçinin tələblərinə (bu halda torpaq istifadəçiləri də mülkiyyətçiyə bərabər tutulurlar) iddia müddəti şamil edilmir. Məhkəmənin istinad etdiyi diğər dəlilə - icarə hüquq münasibətlərinə xitam verilməsi barədə i şlərə mülki məhkəmə icraatı qaydasında baxılması barədə mövqeyə gəlincə, bu nəticə də mülki qanunvericiliyin tələblərinə zidd olaraq gəlinmiş nəticədir. Çünki Azərbaycan Respublikası İPM-nin 37-ci maddəsinin tələbinə görə, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İcarə müqaviləsinin etibarsızlığı və ya ləğv edilməsi barədə tələb də iqtisadi tələb olduğundan (çünki, torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və yeni iş yerləri açmaq üçün iddiaçıya verilmişdir) bu tələbə də inzibati aktın qismən ləğv edilməsi barədə tələblə birgə baxılmalıdır. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Əsasland ırıcı hissə: Cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin fa ktik hallarından göründüyü kimi iddiaçı, inzibat orqan tərəfindən 2016-cı ildə qəbul olunmuş inzibati aktın qismən etibarsız olunmasını tələb edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şər t yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenu munun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları ara şdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın (hazırki iddia ilə məhkəməyə müraciət olunduğu tarixdən) təxminən 2 il 3 ay əvvəl qəbul edilmiş inzibati aktın ləğv olunmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən qəra rı 2016-ci ilin may ayında qəbul edilmişdir. Bu qərarda şikayət vermə barədə müddəa, yəni hüquqi müdafiə vasitələrindən istfadə qaydası və müddəti nəzərdə tutulmamışdır. Bu halda ondan şikayət vermə müddəti qüvvəy mindiyi gündən 6 ay müddətində verilə bilərdi ki, bu müddət hazırki işdə ötürülmüşdür. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Məhkəmə kollegiyası inzibati orqanın qərarından şikayət verilməsi ilə bağlı müddətin ötürülməsi barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. İddiaçının digər tələbi tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış torpaq icarəsi haqqında müqavilə əsasında yaranmış icarə hüquq münasibətlərinə xitam verilməsi barədədir. “İnzibati və mülki hüquq münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştira kçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı halda iddiaçının icarə hüquq münasibətlərinə xitam verilməsi barədə tələbi icarə müqaviləsindən irəli gələn tələb olduğuna görə həmin tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia həmin hissədə də mümkün sayılmamalıdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi icarə hüquq münasibətlərinə xitam verilməsi tələbinə dair iddiaya mülki icraat qaydasında baxılmalı olması barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qər arını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1004/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar