Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1698/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat X5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçını itirməyə görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat X5 qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1088/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. İddiaçı 30.11.1978-ci ildə X3 ilə nikaha daxil olmuş, həmin nikahdan 3 övladı doğulmuşdur. 3.12.05.2019-cu il tarixdə iddiaçının əri vəfat etmiş, Suraxanı rayon məhkəməsinin 12.11.2019-cu il tarixli qətnaməsi ilə X1 ölüm faktı müəyyən edilmişdir.
4. Bundan sonra, iddiaçı ərizə ilə cavabd ehə müraciət edərək, ərinin vəfat ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh **********7 saylı, 28 yanvar 2020-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsi ilə (ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır) 01.01.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı gündən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh orqanın cavabı (ərizədən imtina olunması) ona münasibətdə qanunsuz hesab edilməklə, ailə başçısının itirilməsinə görə pensiya hüququ, yaşa görə əmək pensiyasından ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi hüququ əri X2 vəfat etdiyi gün, yəni 12.05.2019-cu il tarixdən yaranmışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi birinci instansiya məhkəməsinə vəsatət təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir.
8. Bakı İnzibati Mə hkəməsinin 2-1(112)-3404/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli protokol qərardadı ilə vəsatət təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3404/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Həsənova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 tərəfindən iddiaçıya ünvanlanmış **********7 №-li, 28.01.2020-ci il tarixli məktub qanunsuz hesab edilmiş, iddiaçıya əri X2 vəfat etdiyi 12.05.2019-cu il tarixdən, yəni hüququ yaradığı gündən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ, hazırkı halda, yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçməsi hüququ ərinin öldüyü vaxtdan, yəni 12.05.2019-cu il tarixdən yarandığından cavabdehin imtinası əsassız olmuşdur.
12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsi ndəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1088/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: S.İ.Bəktaşi və A.B.Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3404/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 17.12.2019-cu il tarixdə inzibati orqana müraciət etdiyindən inzibati orqanın imtinası əsaslı olmuşdur.
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddiaçıya əri X2 vəfat etdiyi 12.05.2019-cu il tarixdən, yəni hüququnun yarandığı gündən ailə başçısını itirməyə gör ə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, pensiyanın növündən asılı olmayaraq ilkin olaraq müraciət edənin müraciəti öyrənilməli, onun pensiya hüququnun yaranıb - yaranmaması məsələsi aydınlaşdırılmalı, pensiya hüququ yaranıbsa, ona pensiya təyin olunmalıdır. Yalnız bundan sonra ödənişin hansı tarixdən aparılmasından söhbət gedə bilər. Lakin apelyasiya instansiyası məhkəməsi qeyd edilən bu müddəaların heç birinə riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsi n sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:... 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-c i maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 31.1 Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandı ğı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.3 Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə
34. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şi kayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında ver ilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti əsaslı olduğundan təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 26. xx.xx.1958-ci il təvəllüdlü iddiaçının 30.11.1978-ci ildə X3 ilə nikaha daxil olması, Suraxanı rayon məhkəməsinin 12.11.2019-cu il tarixli qətnaməsi ilə X1 12.05.2019-cu il tarixdə ölüm faktının müəyyən edilməsi və iddiaçıya 01.01.2020-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməs i işin mübahisəsiz halıdır.
27. Mübahisə edilən hal iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vaxti ilə bağlıdır. İddiaçı hesab edir ki, əri vəfat edən vaxt onun ailə başçısını itirməyə görə pensiya hüququ yarandığından, ona həmin vaxtdan, yəni 12.05.2019-cu il tarixdən pensiya təyin edilib ödənilməlidir. Cavabdeh isə hesab edir ki, iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 17.12.2019-cu ildə müraciət etdiyindən ona növbəti ayın 1-dən, yəni 01.01.2020-ci il tarixdən pensiya təyin edilməsi qanuni olmuşdur.
28. Apelyasiya instansiyası məhkəməsi cavabdehin mövqeyini əsaslı hesab edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün 17.12.2019-cu il tarixdə cavabdehə müraciət etdiyində n, cavabdehin növbəti ayın 1-dən, yəni 01.01.2020-ci il tarixdən iddiaçıya pensiya təyin etməsi əsaslı olmuşdur.
29. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, hazırkı halda iddiaçının tələbi ailə başçısı itirməyə görə əmək pensiyası təyin edilməsi deyil, yaşa görə əmək pensiyası növündən ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmə ilə bağlıdır. İddiaçı 22.05.2009-cu il tarixdən yaşa görə əmək pensiyası alır. Pensiyanın bir növündən digər növünə keçirilməsi isə qanunun 34-cü maddəsi ilə tənzimlənir. Pensiyanın bir növündən digər növünə keçirildikdə yeni növ pensiyanın hansı tarixdən ödənilməli olması isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qə rarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsiQaydaları”nın 6.2-ci bəndinə əsasən, pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir.
30. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, ƏPQ-nin 4.1.3-cü maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası əmək pensiyasının növlərindən biri kimi təsbit edilmişdir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş mü ddətlərə təyin edilir. Odur ki, iddiaçının cavabdehə 17.12.2019-cu il tarixdə müraciət etməsinə baxmayaraq, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ əri vəfat etdiyi vaxtdan, yəni 12.05.2019cu il tarixdən yarandığından, o, hazırkı tələbində haqlıdır. İddiaçının artıq qazanılmış hüququndan, hüququnun yarandığı zaman istifadə etməməsi onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Qaydaların 6.2-ci bəndi isə pensiyanın bir növündən digər növünə keçməsini deyil, belə dəyişmə baş verdikdən sonra yeni növ pensiyanın hansı vaxtdan ödənilməsini müəyyən edir. Odur ki, hazırkı mübahisəyə tətbiq edilə bilməz.
31. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciəti ilə bağlı imtina cavabı verərkən “Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsinə əsaslanmışdır. Lakin məhkəmə tərkibi hesab edir ki, istinad edilən norma hazırkı mübahisəyə tətbiq edilə bilməz.
32. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi oxşar iş (2-1(102)-1768/2020 saylı iş) üzrə qərarında da bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qaydasını deyil, ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasından payın ayrılması qaydasını tənzimləyir. Həmin Qanunun 35.2-ci maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası payının bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən verilməsi öz əksini tapmışdır. 3
3. Hazırkı işdə isə iddiaçı ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasından payın ayrılmasını deyil, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmasını xahiş edir.
34. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, qərar ləğv edilməli, iddia təmin edilməlidir.
35. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının verdiyi kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1088/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı əri X2 vəfat etdiyi 12.05.2019-cu il tarixdən, yəni hüququ yaradığı gündən ailə başçısın ı itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat X5 həvalə edilsin. Qərar qətidir.