Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1698/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəb ələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,70 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-37/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-119A kodlu, 40608018 nömrəli Şəhadətnaməyə əsasən, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin (X2, X3, X5) mülkiyyətinə verilmişdir. Şəhadətnamədə onun kitabda qeydə alındı ğı nömrə qeyd edilməmişdir.
2. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********98 nömrəli məktubuna əlavə edilmiş “Vətəndaşların istifadəsində olan qanuni həyətyanı və normadan artıq torpaq sahələrinin Siyahısı”na əsasən, iddiaçının adı həmin siyahıda 518 nömrəli aktla qeydə alınmış, ailə üzvü 5 nəfər, həyətyanı sahə 0.10 ha, zəbt torpaq sahəsi 0.44 ha göstərilmişdir.
3. Həmin məktuba əlavə edilmiş subyektlərin Siyahısına əsasən, iddiaçı və onun ailə üzvlərinin adları siyahıda 232-ci sırada göstərilmiş, qaytanlanmış kitabda həyətyanı sahə 0.10 ha, faktiki torpaq sahəsi 0.26 ha qeyd edilmişdir.
4. Məktuba əlavə edilmiş “Vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”ə əsasən iddiaçı və onun ailə üzvlərinin adları cədvəldə 119cu sırada qeyd edilmiş, qanuni istifadədə olan torpaq sahəsinin 0.10 ha olduğu göstərilmişdir. Həmçinin iddiaçının ailə üzvü olan oğlu Orxan Nəbiyevin adının qarşısında ailə üzvü 1 nəfər olmaqla qanuni istifadəsində 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir
5. JN-119F kodlu 40608018 nömrəli Şəhadətnaməyə əsasən, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.26 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, 6861 nömrə ilə kitabda qeydə alınmışdır.
6. JN-518 kodlu, 40608018 nömrəli Dövlət Aktına əsasən Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarı ilə 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, 9746 nömrə ilə kitabda qeydə alınmışdır.
7. Daşınmaz Əmlakın Kadastr ı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********09 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən iddiaçının nümayəndəsi X3 tərəfindən göstərilən, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Faktiki naturada ölçülmüş 0.657 ha torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə sözügedən torpaq sahəsi iddiaçının istifadəsindədir.
8. İddiaçı mülkiyyətinə verilmiş 0,70 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh 12 dekabr 2019-cu il tarixli, **********33 nömrəli məktubla 0,70 ha torpaq sahəsi üzərində iddia çının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edildiyini bildirmişdir.
9. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, JN-119A kodlu, 40608018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin arxiv nüsxəsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydiyyat mövcud olmamışdır. Həmçinin, torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə müvafiq sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması məsələsinə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il t arixli, 818 nömrəli Fərmanına uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal xəritəsinin tərtib edilməsi prosesinin gedişində baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.70 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
12. Cavabdehin iddiaya qarşı yazılı etirazı onun imtina məktubu eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, şəhadətnamədə torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.70 ha, faktiki torpaq sahəsi 0.68 ha təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında torpaq sahəsinin 0.40 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluq ərazi, 0.10 ha hissəsi kənd təsərrüfatı təyinatlı ərazi, 0.18 ha hissəsi isə yol yeri kimi öz əksini tapmışdır.
13. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 nömrə li qərarı ilə (hakim İ.Cabbarov) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mütəxəssis rəyinə əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu, Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən JN-119F nömrəli X4 və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0.70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən təqdim edilən JN-119A nömrəli Şəhadətnamə digər şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaş ı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədə tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır. Həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyil. Həmçinin həyətyanı torpaq sahələrinə aid Cədvəldə iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində 0.10 ha, faktiki istifadəsində 0.26 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İddiaçının JN-119A nömrəli Şəhadətnamə əsasında 0.70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır. Bundan başqa, cavabdeh orqanın etiraz məktubuna əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən təqdim edilən JN-119A saylı Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyil və İdarəyə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında müva fiq qeydlər aparılmamışdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.
15. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-221/2021 nömrəli, 21 may 2021-ci il tarixli qərarı ilə (hakimlər V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və İ.Şükürov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Ali Məhkəmənin İnzibati Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2-1(102)1609/2021 nömrəli qərarı ilə (hakimlər Z.Quliyev – sədrlik edən və məruzəçi, R.Nəbizadə və İ.Şəfiyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-221/2021 nömrəli, 21 may 2021-ci il tarixli qərar ı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
20. Məhkəmə hesab etmişdir ki, sözügedən torpaq sahəsi iddiaçı ilə bərabər daha 3 nəfərin (onun ailə üzvlərinin) birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 222.1-ci maddəsinə müvafiq olaraq birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərd ən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Lakin qanunun həmin tələblərinə baxmayaraq, sözügedən 0.70 hektar torpaq sahəsi ilə bağlı yalnız bir şəxs, yəni hazırkı işdə iddiaçı olan İddiaçı məhkəmədə iddia qaldırmış, digər 3 şəxsin isə bu məsələyə münasibəti araşdırılmamışdır. Belə ki, işdə onların adından çıxış etmək üçün nə iddiaçıya, nə də ki, tələbin güzəşti barədə hər hansı bir rəsmi sənəd mövcud deyildir. Lakin istər birinci instansiya, istərsə də apelyasiya instansiyası məhkəməsi həmin məsələyə diqqət verməmiş, onu aydınlaşdırmamışdır. Buna görə də apelyasiya məhkəməsində işə təkrar baxıldığı zaman sözügedən məsələ tam və hərtərəfli araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın mümkün olub-olmamasına münasibət bildirilməlidir. İddiaçının əsaslandığı JN-1 19A KOD-40608018 saylı şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına və cavabdehin təqdim etdiyi JN-518 KOD 40608018 saylı şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarına istinad edilsə də, sözügedən qərarlar iş materiallarında mövcud deyildir, halbuki məhz bu qərarlar adıçəkilən şəhadətnamələrin verilməsinə səbəb olmuşdur. Bu da İPM-nin 12.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda işin hallarının apelyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamasının daha bir faktı ondan ibarətdir ki, apelyasiya məhkəməsi 21 may 2021-ci il tarixli qərarında “İş materiallarında olan mütəxəssis rəyində qeyd edilir ki, faktiki naturada ölçülmüş t orpaq sahəsi Qəbələ rayonu, Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Belə ki, cavabdeh tərəfindən surətləri təsdiq edilərək məhkəməyə təqdim edilən JN-119F nömrəli X4 və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0.70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A nömrəli Şəhadətnamə digər şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədə tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır. Həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyil. Həmçinin həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində 0.10 ha, faktiki istifadəsində 0.26 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. İddiaçının JN119A nömrəli Şəhadətnamə əsasında 0.70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır” qeyd etməsinə rəğmən, sözügedən ziddiyyətlərin və uyğunsuzluqların aradan qaldırması istiqamətində hər hansı hərəkət etməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-37/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, Ə.Məcidov və A.Mahmudov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********09 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı nümayəndəsi X3 tərəfindən göstəriliən, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhədi daxilində kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Faktiki naturada ölçülmüş 0.657 ha torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir, İddiaçı nümayəndəsi X1 bildirdiyinə görə, sözügedən torpaq sahəsi İddiaçı istifadəsindədir. Sözügedən ziddiyyətlərin və uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə məhkəmə kollegiyasının qərardadı ilə Azərbaycan Respublikası İqtisаdiyyаt Nаzirliyi yаnındа Əmlаk Məsələləri Dövlət Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, iddiaçı və onun ailə üzvlərinə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamələrlə bağlı ziddiyyətli məqamların araşdırılması üçün həmin orqana sorğu göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 fevral 2022-ci il tarixli, **********52 saylı məlumatın təqd im olunmasına dair məktubundan məlum olur ki, Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin arxivində JN-119A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi mövcud deyildir. Həmçinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi şöbəsi tərəfindən təhvil verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. Mövcud olan elektron kadastr baza məlumatlarında sözügedən həmin şəhadətnamə öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçının JN-119A nömrəli Şəhadətnamə əsasında 0.70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A saylı Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv mat eriallarında mövcud deyildir və İdarəyə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydlər aparılmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının özünün və onun ailə üzvlərinin qanuni istifadəsində 0.70 həyətyanı torpaq sahəsinin olması barədə bəyanı əsassız olmaqla toplanmış sübutlarla təkzib olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi (JN-119F kod 40608018 nömrəli Şəhadətnamə) verilmişdir ki, bu da hazırkı qərarın 36-cı paraqrafında göstərilənlərə uyğundur (qanuni istifadədə 0,10 ha, faktiki istifadədə isə 0.26 ha)
23. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsi b arədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmənin gəldiyi nəticə düzgün sayıla bilməz. Barəsində şikayət verilən məhkəmə aktına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi İdarəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə görə imtinanın bütün əsas və səbəblərini sadalamağa borclu idi. Lakin iş materiallarından və barəsində şikayət verilən məhkəmə aktından da göründüyü kimi, cavabdeh imtinanın bütün əsas və səbəblərini sadalamamış, yalnız məhkəmədə bildirmişdir ki, sənəddə uyğunsuzluq vardır. Satılmış torpaq sahəsin in 0,04 ha hissəsinin Ərazi İdarəsində olan elektron baza məlumatlarında yol yerinə düşməsi barədə də məhkəmənin gəldiyi qənaət əsaslı sayıla bilməz. Belə ki, faktiki olaraq Zarağan bələdiyyəsinin mülkiyyətində hesab edilən torpaq sahəsi 1997-ci ildən, daha doğrusu mülkiyyətinə verildiyi gündən onun faktiki istifadəsindədir və oradan hər hansı yol keçmir. Birinci instansiya məhkəməsi bu xüsusatı nəzərə almamış, mülkiyyət hüquqlarımı pozan məhkəmə aktını qəbul etmiş, apellyasiya məhkəməsi isə bu qanunsuzluğu aradan qaldırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırı lması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır
27. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamə Maddə
3. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir Maddə 5. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmla k üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır Maddə 8.0.5. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 10.2. Qeyd iyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkət i etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla) 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sən ədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət: 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyi ndəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasl andırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayət qismən - qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
34. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayarkən ona istinad etmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi (JN119F kodlu, 40608018 nömrəli Şəhadətnamə) verilmişdir və bu da hazırkı qərarın 36-cı paraqrafında göstərilənlərə uyğundur (qanuni istifadədə 010 ha, faktiki istifadədə isə 0.26 ha).
35. Bununla bağlı mübahisəyə dair işə ilk dəfə baxarkən Ali Məhkəmə qeyd etmişdir ki, iddiaçının əsaslandığı JN-119A kodlu 40608018 saylı şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına və cavabdehin təqdim etdiyi JN-518 kodlu 40608018 saylı şəhadətnamədə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarına istinad edilsə də, həmin qərarlar iş materiallarında m övcud deyildir. Halbuki məhz həmin qərarlar adıçəkilən şəhadətnamələrin verilməsinə səbəb olmuşdur. Bu da İPM-nin 12.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir
36. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərini natamam icra etmiş, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı iş üzrə materiallara əlavə edilsə də, həmin qərarla təsdiq olunmuş 28 noyabr 1997-ci il tarixli, 15 saylı qərarın, həmçinin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə təsdiq olunmuş 25 aprel 2002-ci il tarixli, 13 saylı qərarın tələb edilərək məhkəməyə təqdim o lunması və qeyd edilən qərarların tədqiq olunması təmin edilməmişdir.
37. Bundan başqa, Ali Məhkəmə öz qərarında həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən surətləri təsdiq edilərək məhkəməyə təqdim olunan JN-119F nömrəli X4 və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” tərəfindən imza edildiyi halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0.70 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən təqdim olunmuş JN-119A nömrəli Şəhadətnamə digər şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. Apelyasiya məhkəməsi həmin göstərişlərin icrası məqsədi ilə lazımi prosessual hərəkətləri həyata keçirməmiş, həmin şəhadətn amələrə imza etmiş adıçəkilən şəxslərin həmin dövrdə həmin qurumda işlədikləri və imza yetgisinə malik olduqları yoxlanılmamışdır. Bu məqsədlə aidiyyəti qurumlara sorğu göndərilməmiş, qeyd olunan dövrə və quruma aid arxiv sənədləri tələb olunaraq araşdıırılmamışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarını araşdırmamış və bununla da işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələblərini pozmuşdur.
39. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə obyektiv qanunauyğun qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəl diyi nəticəni və bu nəticəyə dair əsaslandırmanı İPM-in 12.1, 12.2 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Bu baxımdan mübahisəyə dair iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, Ali Məhkəmənin hazırkı qərarında əks olunmuş hüquqi mövqe nəzərə alınmaqla obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmi n edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 21(107)-37/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin olunmur. Qərar qətidir.