Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1698/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə (qaraja) texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə (qaraja) texniki pasportun verilmə si” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-120/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 2449 saylı, xx.xx.2008-ci il tarixli arxiv çıxarışından görünür ki, Darvin küçəsi, 37 saylı evin 98 saylı mənzilində yaşayan X2 25 iyun 1976-cı ildən standart metal qarajın qurulmasına icazə verilmişdir.
2. AN-İ seriyalı, ******* saylı xx.xx.2008-ci il tarixli qarajın alqı-satqı müqaviləsindən görünür ki, sözügedən qaraj 8000 manat müqabilində X3 (etibarnamə üzrə nümayəndəsi X5) tərəfindən X1. 3. xx.xx.2008-ci ildə tərtib edilmiş Daşınmaz Əmlakın Texniki pasportundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 59 saylı binanın həyətində yerləşən qaraj 1977-ci ildə tikilmiş, sahəsi 18,0 kv.m, tikintialtı sahəsi 18,0 ha, daxili hündürlüyü 2.0 metrdir və onun hüquq subyekti X7r.
4. AN-İ seriyalı, ******* saylı xx.xx.2001-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, sözügedən qaraj 4000 manat müqabilində İddiaçı satılmışdır.
5. RPA********** saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, sözügedən qaraj "xxxx" ASC tərəfindən sığorta edilmişdir.
6. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin X.A.Akçurinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun məzmunundan müəyyən olunur ki, Q.Qarayev prospekti 59 saylı binanın həyətində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri ilə əlaqədar olaraq həmin binanın həyətində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 11/969 saylı texniki pasporta əsasən ona məxsus dəmir qaraj həmin ünvandan B.Nuriyev küçəsi 61 saylı binanın həyətinə köçürülmüşdür.
7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, qaraja dair texniki pasportun tərtib edilməsini xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı arxiv texniki pasportuna əsasən qarajın yerləşmə mövqeyi və situasiya planına uyğun olmadığı müəyyən edilmişdir. Belə k i, Q.Qarayev küçəsi 59 saylı binanın həyətində yerləşən metal qaraj İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri ilə bağlı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 61 saylı binanın həyətinə köçürülmüşdür. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra apelyasiya məhkəməsində icraat zamanı iddia tələbin in dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 15,8 kv.m olan qeyriyaşayış sahəsinə (qaraja) texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli qaraj 1977-ci ildə inşa edilməklə, cavabdeh inzibati orqan tərəfindən verilmiş texniki pasporta əsasən X4 mülkiyyətində olmuşdur. O, həmin qeyri-yaşayış sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə keçmiş mülkiyyətçidən almışdır. Həmin müqavilə əsasında o, qaraj üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətini təmi n etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina qanunsuzdur, onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmişdir.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qarajın yerləşmə mövqeyinin situasiya planına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Q.Qarayev küçəsi 59 saylı binanın həyətində yerləşən metal qaraj İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri ilə bağlı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 61 saylı binanın həyətinə köçürülmüşdür. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçı qeyri-yaşayış binasına münasibətdə qanunvericilikdə müəyyən olunmuş hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Bundan başqa, metal qarajın ölçüsü faktiki olaraq 15,8 kv.m təşkil edi r.
12. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-8240/2021 nömrəli qərarı (hakim: X9) ilə iddia təmin edilmiş, Bakı şəhəri 15 saylı notariat ofisində 08 aprel 2021-ci ildə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alınan və Baki şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbi üzrə iddiaçı qismində çıxış edən İddiaçı mübahisə predmetini təşkil edən qeyri-yaşayış binasını (qarajı) məhz mülki əqd əsasında əldə etmiş dir ki, bu əqd əsasında o, qarajın dəyərini əvvəlki mülkiyyətçisi X6 ödəyərək, qaraj üzərində sahiblik hüququnu əldə etmişdir. Göründüyü kimi, hər nə qədər də cavabdeh qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirsə də, iddiaçının sözügedən əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əvvəlki mülkiyyətçi ilə bağlanmış alqı-satqı müqaviləsi mövcuddur. Həmçinin “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarın a əsasən cavabdehin iddiaçının mülkiyyət hüququnu təsdiq etməməsi əsaslarından biri digər inzibati orqanın inzibati icraatı düzgün aparmaması ilə bağlı olmuşdur ki, hazırkı vəziyyətdə həmin icraatın aparılmaması iddiaçının təqsiri kimi onun ziyanına şərh edilə bilməz. Cavabdehin bildirdiyi üçüncü dəlilə münasibətdə bildirilir ki, cavabdeh etiraz ərizəsində qeyriyaşayış binasının (qaraj) faktiki ölçülərinin 15,8 kv.m olduğunu qeyd etsə də, bu hal hazırki iddia tələbinin həllində əhəmiyyət daşımır. Çünki, əvvəlki mülkiyyətçinin adına verilmiş texniki pasportda qarajın ölçüləri 18,0 kv.m göstərilmişdir ki, bu da qaraj ilə bağlı hər hansı artımların olmadığını, əksinə qarajın faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi bu dəlil i ddianın təmin edilməməsi üçün yetərli deyildir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-120/2023 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə, yəni Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 59 saylı binanın həyətində yerləşən ümumi sahəsi 15.8 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə və iddia tələbinin “Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 59 saylı binanın həyətində yerləşən, ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) mülkiyyət h üququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlı hissəsindən imtinasına dair ərizəsi icraata qəbul edilmiş, iddia tələbindən imtina olunan hissədə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-8240/2021 nömrəli qərarı ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-120/2023 nömrəli qərarı (hakimlər:X10/ sədrlik edən və məruzəçi/, X11 və X12) ilə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 59 saylı binanın həyətində yerləşən, ümumi sahəsi 15.8 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) texniki pasportun tərtib edilməsi v əzifəsi cavabdehə həvalə edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qarajın keçmiş sahibinin adına tərtib olunmuş texniki pasportda qarajın yerləşdiyi ünvan sonradan həmin qarajın sahibi tərəfindən və onun təşəbbüsü ilə deyil, həmin ərazidə Bakı şəhər İcra Hakimiyyətinin apardığı abadlıq işləri nəticəsində başqa ünvana köçürülməsi səbəbindən dəyişdirilmişdir. Hansı ki, bu məsələnin təqsirliliyi iddiaçının üzərinə qoyula bilməz. Həmçinin cavabdeh orqanın mütəxəssisləri tərəfindən yerində müayinə və ölçmə işləri həyata keçirilərkən, texniki pasportun tərtib edilməsi tələb olunan qarajın sahəsinin faktiki olaraq 15.8 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. Lakin iş materiallarından göründüy ü kimi, bu barədə birinci instansiya məhkəməsi tərəfindən lazımi araşdırma aparılmamış və nəticədə qərarın nəticəvi hissəsində texniki pasportun 18 kv.m. ölçüdə qaraja dair tərtib olunub verilməsi göstərilmişdir. Qeyd olunan hal ilə razılaşmayaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qərarı 18 kv.m. qaraja dair texniki pasportun tərtib olunması hissəsində dəyişdirilərək, həmin qarajın ölçüsü 15.8 kv.m. göstərilməlidir.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində işin halları, imtina məktubunun, iddia tələbinə etirazın və apelyasiya şikayətinin dəlilləri sadalanmışdır. kassasiya şikayətinə e tirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:... 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı ha llarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın day andırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şik ayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə ol unmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin ed ilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin istinad olunan normaları baxımından iddiaçıya məxsus qeyriyaşayış sahəsinə (qaraja) texniki pasportun tərtib olunub verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Cavabdehin şikayətində qeyd olunmuşdur ki, cavabdehin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı texniki pasportun arxiv nüsxəsinə əsasən qarajın yerləşmə mövqeyinin situasiya planına uyğun olmadığı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 59 saylı binanın həyətində yerləşən metal qarajın müvafiq yerli icra hakimiyyəti tərəfindən aparılan abadlıq işləri ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 61 saylı binanın həyətinə köçürüldüyü, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 saylı binanın həyətində faktiki olaraq qarajın möv cud olmadığı müəyyən edilmişdir.
32. Bununla bağlı, nəzərə almaq lazımdır ki, iddiaçının texniki pasportun tərtib olunmasını tələb etdiyi qaraj, iş üzrə materiallardan da göründüyü kimi, metal konstruksiyadan quraşdırılmışdır və şəhərsalma və tikinti qanunvericiliyi anlamında torpaq üzərində yerləşdirilən, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikilidir.
33. Bundan başqa, həmin qarajın yeri və ünvanı iddiaçının iradəsinə əsasən deyil, cavabdehin özünün də etiraf etdiyi kimi, vaxtilə qarajın verilməsini həyata keçirmiş icra hakimiyyəti orqanı tərəfindən şəhərsalma məqsədləri baxımından dəyişdirilmiş və dəmir qaraj həmin ünvandan B.Nuriyev küçəsi 61 saylı binanın həyətinə köçürülmüşdür. Bu baxımdan qaraja dair texniki pasport məhkəmə qərarının icr ası qaydasında yeni ünvan üzrə tərtib olunmalıdır.
34. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən həmin qaraja münasibətdə əvvəllər texniki pasport tərtib olunmuş və qarajın əvvəlki sahibinə təqdim olunmuşdur.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Hazırkı mübahisəyə münasibətdə inzibati praktikanın dəyişdirilməsi iş üzrə materiallardan görünmür. Bu baxımdan cava bdeh iddiaçıya münasibətdə də inzibati praktikaya uyğun davranmağa və onun etimad hüququnun qanunla qorunduğunu nəzərə almağa borcludur.
36. Beləliklə, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-120/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.