Məhkəmə qərarları › İş №2-1(102)-1699/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1699/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1699/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə (üçüncü şəxs İsmayıllı rayonu Cülyan Bələdiyyəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı vəkili Sevil Səlimovanın iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə (üçüncü şəxs İsmayıllı rayonu Cülyan Bələdiyyəsinin iştirakı ilə) qarşı “çıxarışda torpaq sahəsinin ölçüs ünə düzəliş edilməsi” tələbinə dair iş üzə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 12 fevral 2019-cu il tarixli, 21(107)-28/19 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 08 may 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İsmayıllı rayon Dövlət Arxivinin 65 №-li arxiv fondunda saxlanılan Talıstan İƏD-nin Gülyan kəndi üzrə 1996-2000-ci illərin, Gülyan İƏD-nin 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarında X3 ailə başçısı olmaqla, istifadəsində yaşayış evi və 0,46 ha həyətyanı torpaq sahəsi göstərilmiş və bu hal İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.02.2018-ci il tarixli 38 №-li arxiv arayışında və Talıstan İƏD-nin Gülyan kəndi üzrə 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarından çıxarışlarda qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Gülyan kənd İƏD üzrə nümayəndəliyinin, Gülyan Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 12.03.2018-ci il tarixli aktda qeyd edilmişdir ki, 1955-ci ildə İsmayıllı rayonu keçmiş Nizami adına kolxoz tərəfindən İddiaçı 0,46 ha həyətyanı torpaq sahəsi verilmiş və o, həmin il ailə quraraq əri ilə birlikdə sözügedən torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. 2002-ci ildə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilərkən ya qəsdən, ya da texniki səhv olaraq 0,46 ha əvəzinə 0,18 ha torpaq sahəsi ilə bağlı şəhadətnamə tərtib edilmişdir. İsmayıllı rayon Gülyan Bələdiyyəsinin 14.03.2018-ci il tarixli 06 nömrəli arayışında iddiaçının xüsusi mülkiyyətində 0,46 ha həyətyanı torpaq s ahəsi olduğu və həmin torpaq sahəsinin ona 1955-ci ildə keçmiş Nizami adına kolxoz tərəfindən verildiyi qeyd edilmişdir. Lakin RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış”ın torpaq sahəsinin ölçüsü qrafasında 0,18 ha torpaq sahəsi qeyd edilmişdir. İddiaçı RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın torpaq sahəsinin ölçüsü qrafasında 0,18 ha torpaq sahəsinin 0,46 ha olaraq dəyişdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 29.03.2018-ci il tarixli **********17 nömrəli məktubla bildirmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,18 ha olduğu üçün qeyd olunan yaşayış evi 0,18 ha torpaq sahəsi üzərində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrində çıxarışla rəsmiləşdirilmişdir. 0,28 ha torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmadığı üçün onun qeydiyyata alınması mümkün olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,torpaq islahatı aparılan zaman qanuni istifadəsində 0,46 ha olmasına baxmayaraq, 0,18 ha torpaq sahəsi ilə bağlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Halbuki təsərrüfatbaşına kitabda 1996-2000-ci illər üzrə torpaq sahəsinin ölçüsü 0,46 ha qeyd edilmişdir. Həmçinin həmin torpaq sahəsi bələdiyyə və dövlət mülkiyyətində deyil. Deməli, xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı "RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı h aqqında daşınmaz əmlakın reyestrdən çıxarış"ın torpaq sahəsinin ölçüsü qrafasında 0,18 ha torpaq sahəsinin 0,46 ha olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 02.10.2018-ci il tarixli iş № 2-1(84)-844/2018 (sədrlik edən hakim V.Qasımov) qərarı ilə iddianın qismən təmin edilməsi, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrdən çıxarış"ın torpaq sahəsinin ölçüsü qrafasında 0,18 ha torpaq sahəsinin 0,4459 ha olaraq dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəb ələ Ərazi İdarəsinin üzərinə qoyulması,iddianın qalan hissədə təmin edilməməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12.02.2019-cu il tarixli iş № 2-1(107)-28/2019 (hakimlər M.Hüseynov - sədrlik edən və məruzəçi, G.Abbasov və R.Rəfiyev) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməs i, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2-1(84)-844/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrdən çıxarış”ın torpaq sahəsinin ölçüsü qrafasında 0,18 hektar torpaq sahəsinin 0,46 hektar olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 63 saylı qərarı əsasında X3 və İddiaçı mülkiyyətinə JN111F nömrəli kod 40724028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,18 hektar torpaq sahəsi verilmiş, həmin vaxtdan sonra mülkiyyətçilər dəyişsə də, torpaq sahəsinin ölçüsü dəyişməmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya aqrar islahat zamanı verilmiş pay torpağı sahəsinin ölçüsü ilə bağlı da araşdırılma aparılmış və müəyyən edilmişdir ki, JN-0076 kod 40724028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X3 və İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,90 hektar pay torpaq sahəsi verilmişdir. İsmayıllı rayon Cülyan Bələdiyyəsinin 05.01.2019-cu il tarixli 01 nömrəli məktubuna əsasən Cülyan kəndində torpaq islahatı zamanı adambaşına düşən pay torpağı norması 0,24 hektar olmuş, İddiaçı və X2 0,90 hektar pa y torpağı verilmiş, pay torpağı verilərkən həyətyanı torpaq sahəsi nəzərə alınmamış və pay torpağı sahəsindən həyətyanı torpaq sahəsinə görə torpaq sahəsi pay torpağından çıxılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, X3 və İddiaçı adlarının qarşısında yerləşən “qaytanlanmış kitabda həyətyanı torpaq sahəsi” qrafasında və noyabr 1987-ci il tarixli 143 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna “sənəd üzrə” qrafasında torpaq sahəsinin ölçüsü 0,30 hektar təsərrüfatbaşına kitabında X3 ailə başçısı olmaqla istifadəsində yaşayış evi və 0,46 hektar həyətyanı torpaq sahəsi qeyd olunması iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun yaranma əsası kimi çıxış edə bilməz. Belə ki, həmin sənədlərin əsaslandığı konkret hüquqi sənədlərlə bağlı məlum at qeyd edilmir. İş materiallarında olan 1991-2000-ci il tarixli Təsərrüfatbaşı qeydiyyat barədə çıxışlardan görünür ki, iddiaçının mərhum ərinin adına olan Təsərrüfatın xüsusi mülkiyyətdə, istifadəsində (sahibliyində) qeyd edilən torpaq sahəsi 1991–1995-ci illərdə 0,30 hektar qeyd edilmiş, 1996-ci ildən başlayaraq 0,46 hektar qeyd edilmişdir. Torpaq sahəsinin ölçüsünün hansı əsasla çoxalması (qərar və ya sərəncam) ilə bağlı rəsmi sənəd mövcud deyildir. Bununla belə iddiaçının İsmayıllı rayon Cülyan kəndində yerləşən həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə dövlət reyestrində hüquqi qeydiyyatı mövcuddur və bununla bağlı müvafiq sənədlər vardır. Qeyd edilən qeydiyyatın əsası isə İsmayıllı rayon aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 63 saylı qərarı əsasın da X3 və İddiaçı mülkiyyətinə JN-111F nömrəli kod 40724028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və ya yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4-cü bəndində üzərində mülk iyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) qeyd olunmuşdur. Bu iş üzrə də İsmayıllı rayon AİK-nin qərarı təsdiq edilmiş İsmayıllı rayonu Cülyan kəndi üzrə birgə təsərrüfatdan İƏB-də qeydiyyatda olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X3 və İddiaçı adlarının qarşısında yerləşən “qaytanlanmış kitabda həyətyanı torpaq sahəsi” qrafasında və noyabr 1987-ci il tarixli 143 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda “sənəd üzrə” qrafasında torpaq sahəsinin ölçüsü 0,30 hektar qeyd edilsə də, İsmayıllı rayon 65 nömrəli arxiv fondunda saxlanılan Talıstan İƏD-nin Cülyan kəndi üzrə 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında X3 ailə başçısı olmaqla, istifadəsində yaşayış evi və 0,46 hektar həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Lakin torpaq islahatı aparılan zaman iddiaçının mülkiyyətinə nə 0,30 hektar, nə də ki 0,40 hektar torpaq sahəsi verilmişdir, əksinə 0,18 hektar torpaq sahəsi ilə bağlı JN-111F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmiş və həmin şəhadətnamə əsasında RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrdən çıxarış”ın torpaq sahəsinin ölçüsü qrafasında 0,18 hektar torpaq sahəsi qeyd edilmişdir. Halbuki torpaq islahatı zamanı iddiaçının qanuni istifadəsində 0,46 hektar torpaq sahəsi olmuş və hazırda naturada həmin torpaq sahəsinin ölçüsü 0,4459 hektardır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 fevral 2019-cu il tarixli, 2-1(107)-28/2019 saylı qərarını ləğv edib, baxılması və yeni ədalətli, qanuni qərar qəbul edilməsi üçün işi yenidən Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili S.Səlimova kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instans iyası məhkəməsinin 02 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəm əsinin 02 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tə rəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 12 fevral 2019-cu il tarixli, 21(107)-28/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2-1(084)-844/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyes trdən çıxarış”ın torpaq sahəsinin ölçüsü qrafasında 0,18 hektar torpaq sahəsinin 0,46 hektar olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 1.1, 14.2, 32, 34.1, 68.1, 68.2, 82, 85-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 7, 9, 10, 25-ci maddələrinə, Azərbaycan SSR-in 7 iyul 1970-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR-in Torpaq Məcəlləsinin 133-cü maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1, 16.2, 16.3, 16.4-cü maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. Belə ki, həmin dəlillər işin faktiki hallarından ibarət olmaqla, iddiaçının bu halların sadalanması ilə hansı fakt ları təsbit və ya təkzib etmək istədiyi məlum deyil, çünki iddiaçı sözügedən hallar üzrə onun hansı hüquqi qənaətə gəlməsi və apelyasiya instansiyası məhkəməsinin iddiaçının fikrincə, mübahisəni həll edərkən nəyi nəzərə almaması konkret olaraq açıqlanmamışdır. İddiaçının Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və ya yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü və 2.40-cı bəndlərinə istinad etməsi və apelyasiya instansiyası məhkəməsinin, iddiaçının qənaətinə görə həmin bəndlərinin tələblərinin pozulmasının nədən ibarət olması konkret olaraq göstərilməm əklə yanaşı, həm də əsaslandırmamışdır. Eyni zamanda, hazırkı mübahisəni həll edən apelyasiya instansiyası məhkəməsi işin hallarını dəqiq müəyyən etməklə, onlara sözügedən Fərmanın normalarını düzgün tətbiq etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İsmayıllı rayonu Cülyan kəndi üzrə 1996–2000-ci illərin, Cülyan İƏD-nin 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarında X3 ailə başçısı olmaqla, istifadəsində yaşayış evi və 0,46 hektar həyətyanı torpaq sahəsi göstərilmiş, həmçinin İsmayıllı RİHB-nın Cülyan kənd İƏD üzrə nümayəndəliyinin, Cülyan Bələdiyyəsinin nümayəndələri təqdim etdikləri sübutlarda 1955-ci ildə İsmayıllı rayonu keçmiş Nizami adına kolxoz tərəfindən İddiaçı 0,46 hektar həyətyanı torpaq sahəsi verilmiş və o, həmin il ailə quraraq əri ilə birlikdə sözügedən torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 63 saylı qərarı əsasında X3 və İddiaçı mülkiyyətinə JN-111F nömrəli kod 40724028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,18 hektar torpaq sahəsi verilmiş, qeyd edilən 0,18 hektar həyətyanı torpaq sahəsi 12 sentyabr 2007-ci il tarixli Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X1 adına hüquqi qeydiyyatdan keçmiş Tapdıq Hüseynov 17 dekabr 2010-cu il tarixdə vəfat etdiyindən 29 dekabr 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsəsən 0,18 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi vərəsə olaraq hazırkı iddiaçının mülkiyyətinə k eçmişdir. İddiaçının adına verilmiş 13 yanvar 2016-cı il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrdən çıxarış”ın torpaq sahəsinin ölçüsü qrafasında 0,18 hektar torpaq sahəsi qeyd edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 63 saylı qərarı əsasında X3 və İddiaçı mülkiyyətinə JN-111F nömrəli kod 40724028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,18 hektar torpaq sahəsi verilmiş, həmin vaxtdan sonra mülkiyyətçilər dəyişsə də, torpaq sahəsinin ölçüsü dəyişməmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN0076 kod 40724028 nömrəli Torpağa mülkiyyət hüqu quna dair Dövlət Aktına əsasən X3 və İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,90 hektar pay torpaq sahəsi verilmişdir. İsmayilli rayon Cülyan Bələdiyyəsinin 05 yanvar 2019-cu il tarixli 01 nömrəli məktubuna əsasən Cülyan kəndində torpaq islahatı zamanı adambaşına düşən pay torpağı norması 0,24 hektar olmuş, İddiaçı qizına və X2 0,90 hektar pay torpağı verilmiş, pay torpağı verilərkən həyətyanı torpaq sahəsi nəzərə alınmamış və pay torpağı sahəsindən həyətyanı torpaq sahəsinə görə torpaq sahəsi pay torpağından çıxılmamışdır. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, X3 və İddiaçı adlarının qarşısında yerləşən “qaytanlanmış kitabda həyətyanı torpaq sahəsi” qrafasında və noyabr 1987-ci il tarixli 143 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda “sənəd üzrə” qrafasında torpaq sahəsinin ölçüsü 0,30 hektar, təsərrüfatbaşına kitablarında X3 ailə başçısı olmaqla, istifadəsində yaşayış evi və 0,46 hektar həyətyanı torpaq sahəsi qeyd olunması iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun yaranma əsası kimi çıxış edə bilməz. Belə ki, həmin sənədlərin əsaslandığı konkret hüquqi sənədlərlə bağlı məlumat qeyd edilmir. Belə Təsərrüfatbaşına kitabda aparılan qeyddə 0,46 hektar torpaq sahəsi Təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində (sahibliyində) olan torpaq sahəsi kimi qeyd edilmişdir. Bundan əlavə İsmayıllı RİHB-nın Cülyan kənd İƏD üzrə nümayəndəliyinin, Cülyan Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 12 mart 2018-ci il tarixli aktda qeyd edilmişdir ki, 19 55-ci ildə İsmayıllı rayonu keçmiş Nizami adına kolxoz tərəfindən İddiaçı 0,46 hektar həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı faktlar öz təsdiqini tapmamışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən 1991–2000-ci il tarixli Təsərrüfatbaşı qeydiyyat barədə çıxarışlarına əsasən müəyyən edilmişdir ki, iddiaçının mərhum ərinin adına olan Təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində (sahibliyində) qeyd edilən torpaq sahəsi 1991-1995-ci illərdə 0,30 hektar qeyd edilmiş, 1996-cı ildən başlayaraq 0,46 hektar qeyd edilmişdir. Torpaq sahəsinin ölçüsünün hansı əsasla çoxalması (qərar və ya sərəncam) ilə bağlı rəsmi sənəd mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü və 2.4-cü bəndlərini düzgün olaraq tətbiq edib təfsir etmişdir. Belə ki, həmin siyahının 2.3-cü bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) qeyd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, qeyd edilən Fərmanla təsdiq edilmış Siyahının 2.3-cü və 2.4-cü bəndlərində qeyd edilən torpaq sahələri, yaşayış evlərinin hüquqi qeydiyyatı aparılmayan həyətyanı torpaq sahələrinin hüquqi qeydiyyata alınmasına aid olan hüquqi tənzimləmədir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısını müəyyən etmişdir. Belə ki, qeyd edilən Fərmanın məqsədi hüquqi qeydiyyatı aparılmayan torpaq sahələri dövlət qeyd iyyatının aparılaraq mülki dövriyyəyə cəlb edilməsi məqsədi daşıyır. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının İsmayıllı rayon Cülyan kəndində yerləşən həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə dövlət reyestrində hüquqi qeydiyyatı mövcuddur və bununla bağlı müvafiq sənədlər vardır. Həmin qeydiyyatın əsası isə İsmayıllı rayon İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998ci il tarixli 63 saylı qərarı əsasında X3 və İddiaçı mülkiyyətinə JN-111F nömrəli kod 40724028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə çıxış edir. Bununla belə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, fərmanda göstərilən siyahıda qeyd edilən hüquqi qeydiyyatı aparılan və ya aparılmayan fərdi yaşayı ş evlərinin o həyətyanı torpaq sahələridir ki, onların hüquqi qeydiyyatı aparılmayıb və ya onların üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması aparılmamışdır. Bundan əlavə iddiaçının tələbində qeyd edilən və noyabr 1987-ci il tarixli 143 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda “sənəd üzrə” qrafasında torpaq sahəsinin ölçüsü 0,30 hektar olması iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun əsası kimi çıxış edə bilməz. Çünki qeyd edilən torpaq sahəsinin iddiaçının mərhum ərinin adına verilməsi ilə bağlı hər hansı qərar arxiv məlumatlarında aşkar edilməmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya və onun mərhum ərinə pay torpağı verilərkən həyətyanı torpaq sahəsi pay torpaq sahəsindən çıxılmamışdır. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR-in 7 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR-nin Torpaq Məcəlləsinin 133-cü maddəsinə əsasən fərdi mənzil tikintisi üçün verilən sahələrin ölçüsü yerli şəraitdən və tikilən evin böyüklüyündən asılı olaraq hər bir halda müvafiq (rayon, şəhər, qəsəbə, kənd) xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən aşağıdakı normalar daxilində müəyyən edilir: şəhərlərdə - 300 kvadrat metrdən 600 kvadrat metrədək, şəhər tipli qəsəbələrdə və kənd yaşayış məntəqələrində - 700 kvadrat metrdən 1200 kvadrat metrədəkdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. -·9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. -·25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətən daşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətindən olan həyətyanı torpaq sahəsindən əlavə təxminən 0,28 hektar torpaq sahəsinin onun mülkiyyətinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”da düzəliş edilməklə məhkəmə qərarı əsasında verilməsi qanunvericiliyə uyğun deyildir. Belə ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi artıq həmin ərazidə aparılmış aqrar islahat zamanı iddiaçıya verilmişdir və hazırda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır. Bu gün həmin çıxarışda düzəliş edilməsi ilə bağlı tələbin təmin edilməsi Torpağın mülkiyyətə verilməsi haqqında yuxarıda qeyd edilən şəhadətnamənin və aqrar islahat komissiyasının qərarlarına birbaşa təsir edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməməli, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilm əsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 21(107)-28/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar