Məhkəmə qərarları › İş №2-1(102)-1699/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1699/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1699/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar söz: müharibə veteranı adının və vəsiqəsinin verilməsi, hərbi xidmət keçmənin hərbi biletlə yanaşı hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunması, qanuni əsaslarla tərxis olunma. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı, onun vəkili X2 və cavabdehin vəkili Səfərov Fəxrə ddin Heydər oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-138/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı aid NZ ******* nömrəli hərbi biletin 6 və 7-ci səhifələrində onun xx.xx.N-ci ildən xx.xx.N-ci ilə kimi Ağdam bölgəsindəki döyüşlərdə iştirak etməsi əksini tapmışdır. İddiaçı müharibə iştirakçısı kimi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin apa ratı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmişdir. Komissiya iddiaçının tələbini təmin etməmiş və ona xx.xx.2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-14408 nömrəli arxiv arayışına görə, onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 131 nömrəli əmri ilə V batalyonun təmir tağımına qəbul edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirnin xx.xx.N-ci il tarixli N nömrəli əmri ilə təmir tağımından təchizat tağımının şəxsi heyət sıralarına keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin dekabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrə li hərbi hissənin dekabr Nci il nizami hissə üzrə əmrlər kitabında onun hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat olmadığından, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ona məxsus NZ ******* nömrəli hərbi biletlə təsdiq olunur. Bundan əlavə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 131 nömrəli əmrinə əsasən 5-ci batalyonun təmir tağımına qəbul edilmiş, Ş.Mirzəyev adına N nömrəli hərbi hissə üzrə N nömrəli əmrə görə, o, xx.xx.N-ci il tarixdən təmir tağımının şəxsi heyəti sıralarından təchizat tağımının şəxsi heyəti sıralarına keçirilmişdir. Cavabdehin etiraz dəlilləri: İddiaçı N nömrəli hərbi hissənin tərkibində hərbi xidməti barədə məlumat yoxdur. Bu səbəbdən ona "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2089/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrun da gedən döyüşlərdə iştirak etməsi ona məxsus NZ ******* nömrəli hərbi biletlə təsdiq olunur. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv olunmasının və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), S.Seyidova və İ.Əhmədov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2089/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı «Müharibə veteranı, silahlı qüvvələr veteran ı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Bu barədə iddiaçının hərbi biletindəki qeydlər də hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmur. Bundan başqa, iddiaçının qanuni əsaslarla şəxsi heyət siyahısından çıxarılması və ya ehtiyata yaxud istefaya buraxılması ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında n iddiaçı kassasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsinin əsası kimi ona istinad etmişdir ki, iddiaçı ona «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə nəzərdə tutulan, onun hərbi döyüşlərdə iştirakını sübut edən sənədlərə malik deyil. Bu barədə hərbi biletdəki qeydlər də hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmur. Halbuki, iş materiallarında ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün kifayət qədər əsaslar və yazılı sübutlar mövcuddur. Buna b axmayaraq apelyasiya instansiyası məhkəmə kollegiyası iş materiallarında olan hüquqi sənədlərə bir tərəfli və qeyri-obyektiv qiymət verərək hər bir vasitə ilə iddiaçıya layiq olduğu adın verilməsindən imtina etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili Səfərov Fəxrəddin Heydər oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinc i hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir:...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan d öyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasını n Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi hallarda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Adı çəkilən Əsasnamədən göründüyü kimi hərbi biletlər “Müharibə v eteranı” adı verilməsi üçün əsaslardan biridir. İşə baxmış apelyasiya məhkəməsinin kollegiyası isə iddiaçının hərbi biletində olan məlumatları iddianın təmin olunması üçün yetərli hesab etməmiş və mövqeyinin onunla əsaslandırmışdır ki, iddiaçı «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Bu barədə iddiaçının hərbi biletindəki qeydlər də hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsd iq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyasının bu yanaşması sözügedən Əsasnamənin 1-ci bəndinə uyğundur. İddiaçı xx.xx.N-xx.xx.N-ci illərdə N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini iddia etsə də, qeyd olunan hərbi hissədə xidməti arxiv arayışları ilə öz təsdiqini tapmır. İddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 131 nömrəli əmri ilə təmir tağımına qəbul edilməsi barədə qeyd mövcud olsa da, N nömrəli hərbi hissə komandirinin dekabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir, onun həmin hərbi hissədə və ya digər hərbi hissələrdə hərbi qulluqçu olaraq xidmət keçməsi təsdiq olunmur. Hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları əlavə olunmadığı təqdirdə, inzibati orqanın iddiaçıya müharibə veteranı adının verilməsi üçün hüquqi əsas mövcud olmur və bu halda inzibati orqanın imtinası qanunsuz sayıla bilməz. Çünki İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Mü haribə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni döyüşən hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, iddiaçının qanuni əsaslarla şəxsi heyət siyahısından çıxarılması və ya ehtiyata yaxud istefaya buraxılması ilə bağlı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı 1996-cı il martın 1-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan, keçmiş Sovet Ordusunun və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini sair qaydada başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır, bu barədə qeyd onun hərbi biletində yoxdur, arxiv sənədləri isə mövcud deyil. Cavabdehin Mərkəzi Arxivinin arayışında da N nömrəli hərbi hissə komandirinin dekabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində onun barəsində məlumat aşkar olunmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu əsaslandırması ilə də razılaşır və qeyd edir ki, iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş dispozisiya şərtləri mövcud deyil. Nəzərə alınmalıdır ki, “X1 şikayətinə əsasə n Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, hərbi qanunvericiliyin tələblərinin yerinə yetirməsini sübut etmədən hərbi qulluqçunun müəyyən dövr ərzində hərbi hissədə qalması və vəzifəsinin icrası zamanı hərbi xidmət keçməsi və hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun əvvəlki instansiya məhkəmələrində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmələr həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas vermir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-138/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar