Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1699/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hakimə təyin edilmiş pensiyanın yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1953; FİN: 39K17PT) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq ha kim kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)567/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. DSMF-nin Salyan rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 11 yanvar 2008-ci il tarixli qərarına əsasən, iddiaçıya ilkin olaraq sabiq prokurorluq işçisi kimi 1 yanvar 2008-ci il tarixdən yaşa görə 483,78 manat məbləğində əmək pensiyası təyin edilmiş, 15 oktyabr 2017-ci il tarixdən sabiq hakim kimi yaşa görə 1070,37 manat məbləğində pensiya təyin edilmiş, 11 yanvar 2018-ci il tarixdən sabiq hakim kimi təyin edilmiş əmək pensiyası artırılaraq 2201,21 manat, 1 mart 2018-ci il tarixdən 2429,80 manat, 1 sentyabr 2019-cu il tarixdən 2507,00 manat hesablanmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək 1yanvar 2019-cu il tarixdən Tərtər Hərbi Məhkəməsinin hakiminin əmək haqqındakı artımlara uyğun olaraq ona pensiya artımlarını hesablanıb ödənilməsini xahiş etmişdir. Cavabdehin 6 may 2020-ci il tarixli **********1 saylı məktubu ilə iddiaçının həmin idarəyə daxil olmuş ərizəsi baxılması üçün DSMF-nin Salyan rayon şöbəsinə göndərilmişdir.
3. DSMF-nin Salyan rayon şöbəsinin iddiaçının müraciətinə baxılaraq ünvanladığı 13 yanvar 2020-ci il tarixli **********5 nömrəli məktubla bildirilmişdir ki, müxtəlif məhkəmələrdə 16 il 11 ay hakim vəzifəsində işləməyi, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindəki fəaliyyətini n son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği və əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasına əlavələr hesablanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən 1 sentyabr 2019-cu il tarixdən vəzifə maaşı 1.584,00 manat müəyyənləşdirilmişdir. Müvafiq olaraq pensiyanın artım məbləği (1.584,00 manat aylıq vəzifə maaşı + 712,80 manat qulluq stajına görə 45% əlavə + 237,60 manat təmsilçilik xərclərinə görə 15% əlavə) x 24 ay + (4.593,60 manat məzuniyyətə çıxarkən vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət + 4.593,60 manat müalicə məqsədilə vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət) x 2 il) – 79. 200: 24 ay = 3.300,00 manat – 3.037,50 manat (artıma qədər orta aylıq əmək haqqı) = 262,50 x 55,75% (15 ilə 50% + 5,75% (15 ildən artıq hər ilə görə 3% (il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)) = 146,35 manat təşkil edir. Belə ki, 1 sentyabr 2019-cu il tarixdən pensiyanın ümumi məbləği 2.507,00 manat (2.360,65 manat + 146,35 manat) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1 sentyabr 2019-cu il tarixdən 5.685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci ildən 2000-ci ilin sentyabr ayına kimi 25 ildən artıq Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, 02 sentyabr 2000-ci ildən 28 iyul 2007-ci ilədək Salyan rayon məhkəməsinin hakimi, 27 iyul 2007-ci ildən 13 dekabr 2010-cu ilə kimi Ağdam Hərbi Məhkəməsinin hakimi, 13 dekabr 2010-cu ildən 27 iyul 2017-ci ilə kimi (faktiki 31 oktyabr 2017-ci ilə kimi) Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 16 il 11 ay (faktiki 17 il 1 ay) hakim vəzifəsində işləmiş, 27 iyul 2017-ci ildən hakim səlahiyyətlərinə xitam verilmişdir. 2018-ci ilin yanvar ayından ona Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən pensiya hesablanmışdır.
6. Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına görə, 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə pensiya həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmalı olduğundan DSMF-nin Salyan şöbəsi tərəfindən həmin vaxt ona pensiya 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmışdır. 7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa edilən son dəyişikliklərlə hakimlərin əmək haqları 01 sentyabr 2019-cu ildən etibarən 2 dəfədən də çox artırılmışdır. Bu dəyişiklikdən sonra 01 sentyabr 2019-cu ildən etibarən on a hesablanan pensiyanın da məbləği 2 dəfədən də çox artırılmalı idi. xx.xx.2005-ci ilə kimi qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə görə əmək haqqı artımındakı sonrakı dəyişikliklər birmənalı şəkildə tam həcmdə pensiya məbləğinə şamil edilir. Lakin Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin tələbləri pozularaq iddiaçının pensiyası yenidən düzgün hesablanmamış, əmək haqqındakı bu artımlar pensiyasına daxil edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6653/2021 nömrəli qərarı ilə (hakim M.C.Qarayeva) iddia rədd edilmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına istinadən hesab etmişdir ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini x ahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-567/2022 nömrəli qərarı ilə (hakimlər: A.S.Hüseynov - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayəti mahiyyətcə, iddia ərizəsi eləcə də apellyasiya şikayəti ilə eyni məzmu ndadır. Əlavə olaraq iddiaçı kassasiya şikayətində qeyd edir ki, o, 9 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasının 11 may 2022-ci il tarixə təxirə salınması ilə bağlı qəbzə imza çəkib, lakin növbəti məhkəmə iclasının 11 may 2022-ci il tarixdə hansı vaxtda keçirilməsi barədə ona bildiriş göndərilməyib.
15. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırmamış, qərara özünün lazım hesab etdiyi düzgün olmayan məlumatları yazmış, istinad edilməməli qanun müddəalarına istinad etmiş əsassız və qanunsuz qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının şərh olunan müddəaları onun iddiası üzrə tətbiq edilə bilməz, belə ki, xx.xx.2005-ci ildən sonra qəbul edilib və vəziyy ətini ağırlaşdırır.
16. Həmçinin iddiaçı qeyd edir ki, ona ödənilən illik müavinət və müalicə xərcləri də cavabdeh tərəfindən düzgün hesablanmamış, mühasibat hesablamalarında səhvlərə yol verilmişdir. Pensiya hesablanması qaydasının hüquqi əsaslarına toxunmadan cavabdehin təqdim etdiyi ilkin məlumatlar əsasında məhkəmə baxışları zamanı pensiya məbləğinin ekspert ən azı mütəxəssis tərəfindən hesablanması zəruri idi. Cavabdehin təqdim etdiyi öz sənədləri mübahisəsiz sübut kimi qəbul edilə bilməz. İşə baxan hakimin həmin hesablamaları aparmasına qanun icazə vermir yəni hakim baxdığı işdə mütəxəssis və ya ekspert ola bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Mad də 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymət ləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir q ayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikay ətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına istinadla qeyd etmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bununla bağlı əsaslandırmalarını İPM-in 12.1, 13 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, iddiaçı iddia ərizəsində sonuncu əmək haqqı artımları nəzərə alınmaqla ona 5685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbay can Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair 18 iyul 2008-ci il tarixli qərarına istinad edərək onun pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmasını arzulayır.
24. Eyni yanaşma iddiaçının yazılı izahat və şikayətlərində də ifadə olunmuşdur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə:
1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbayc an Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqı nda» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
26. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş 109-cu maddəsinin beşinci hissəsinin tələbinə görə, səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir.
27. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol v erilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
28. Həmin normanın tələbinin təmin olunmaması, öz növbəsində işin hallarının araşdırılması prinsipinin tələblərinin də pozulmasına səbəb olmuşdur. Belə ki, işin faktiki halları məhz aydın şəkildə ifadə olunan tələb üzrə araşdırılmalı, cavabdehin də həmin tələb üzrə və hansı həcmdə öhdəlik daşıyıb-daşımadığı müəyyən edilməlidir. Bu zaman, həmçinin iddiaçıya əmək pensiyasının 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun təyin edildiyi (əmək haqqı artımındakı sonrakı dəyişiklik nəzərə alınmaqla yenidən hesablandığı) də yoxlanılmalıdır.
29. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü tələblə məhz hansı nəticəyə nail olmaq istədiyini dəqiq müəyyən etməmiş və bununla da İPM-in 13-cü maddəsinin tələbini pozaraq yardım etmə funksiyasını yerinə yetirmədən düzgün istiqamətdə araşdırma aparmamışdır.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 13 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı qeyd olunan prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın irəli sürülən məzmunda təmin edilməsi hissəsində təmin oluna bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-567/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.