Məhkəmə qərarları › İş №2-1(102)-1699/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1699/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1699/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (3-cü qrup əlilliyin bərpa edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 16 mart tarixli, 2-1(103)-1388/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan Yevlax rayon Mərkəzi Xəstəxanasının 1996-cı il 10 iyun tarixli göndərişi əsasında şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı 1996-cı il 10 iyun tarixində ilkin müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlillik təyin olunmuşdur. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => Tibbi-sosial yardım və M20-M25 - Oynaqların digər zədələnmələri => M23-reabilitasiya vasitələri: Dizin oynaqdaxili zədələnməsi => M23.8 - D... Sağ diz oynaqların kontrakturası, sağ bud sümüklərinin köhnə bitişmiş sınığı. Sağ aşağı ətrafın funksiya pozulması. 2.3. Üçüncü dərəcə əlillik => 2.3.11. Bud-çanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası”.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1997ci il 9 iyun tarixli, 165 nömrəli qərarının surətinə əsasən, 1967-ci il təvəllüdlü vətəndaş İddiaçı 1995-ci il 28 iyun tarixindən 1995-ci il 27 oktyabr tarixinə kimi və 1995-ci il 14 dekabr tarixindən 1996-cı il 15 yanvar tarixinə kimi yaralanması ilə bağlı “sağ budun orta 1/3 hissəsinin qəlpəli odlu silah yaralanması, bud sümüyünün sınığı/1995-ci il 26 iyun/ nəticəsində sağ diz oynağının atıcı əzələ-oynaq kontrakturasiya, sağ bud sümüyünün orta 1/3 hissəsində bitişmiş sınığı, sağ aşağı ətraf funksiyasının mülayim/orta/dərəcədə pozğunluğu ilə sağ budun irinli-nekrotik ocağının canasiyası və İlizarov üsulu ilə ostoesintez/ 1995-ci il 11 iyul/ əməliyyatı” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında müalicə və müayinə olunmuşdur, hərbi travmadır.

3. Yevlax rayon Mərkəzi Xəstəxanasının 2014-cü il 15 aprel tarixli göndərişi əsasında baxılmış şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı 2014-cü il 16 aprel tarixində təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqəda r 3-cü qrup müddətsiz əlillik təyin olunmuşdur. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro...; Diaqnozun mətni: Odlu silah yaralamasında sonra sağ bud sümüklərin orta 1/3-nin köhnə bitişmiş sınığı.ostemeliti Sağ diz oynaqların kontrakturası, sağ bud sümüklərinin köhnə bitişmiş sınığı, Sağ aşağı ətrafın funksiya pozulması Şəkərli diabet orta ağır forma; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.11. Bud-çanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası.

4. Yevlax rayon Mərkəzi Xəstəxanasının 2015-ci il 18 aprel tarixli göndərişi əsasında şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı 2015-ci il 20 aprel tarixində təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü qrup əlillik təyin olunmuşdur. X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı,xr osteomeliti, əzələ yırtığının konturakturası.sağ baldır düzgün bitişməyən sınığı Daban sümüyün sınığı Digər xr osteomielit. Oynaqların kontrakturası. Bud sümüyün cismiyinin postramatik artrozu. İnsuldən asılı olmayan şəkərli dia bet Koma ilə orta ağır forma İİ tip; Meyar: 2 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı,xr osteomeliti,əzələ.

5. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardialogiya şöbəsinin 2016-cı il 10 mart tarixli, XT 2452 nömrəli epikrizinə əsasən, İddiaçı MİX, sol mədəciyin arxa divarının dişli infarktı, kəskin mərhələ, serebral ateroskleroz, sol orta beyin arteriyası hövzəsində işemik insult, sağ tərəfli hemiparez, motor afaziya, şəkərli diabet tip 2 orta ağır diaqnozu qoyulmuşdur. 6. 2016-cı il 20 aprel tarixli göndəriş əsasında şəxsin müayinəsi barədə məlumata əsasən, 2016-cı il 20 aprel tarixində təkrar müayinə nəticəsində İddiaçı Azərbay can Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü qrup əlillik təyin olunmuşdur. X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı,xr. osteomeliti,əzələ yırtığının konturakturası.sağ baldır düzgün bitişməyən sınığı Daban sümüyün sınığı Digər xr osteomelit Oynaqların kontrakturası Bud sümüyün cismiyinin postramatik artrozu İnsuldən asılı olmayan şəkərli diabet Koma ilə orta ağır forma İİ tip; Meyar 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Hərbi əməliyyat lar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, xr osteomeliti.əzələ...”

7. Yevlax rayon Mərkəzi Xəstəxanasının 2016-cı il 3 may tarixli göndərişi əsasında şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı 2016-cı il 3 may tarixində təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü qrup əlillik təyin olunmuşdur. X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40G47 - Epizodik və paroksizmal pozğunluqlar => G44 - Baş ağrısının digər sindromları => G44.1 Digər rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı..; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı, baş beyinin sol orta beyin arteriyası hövzəsində işemik in sultdan sonrakı vəziyyət. Spastik hemiplegiya, sağ tərəfli hemiparezürəyin xroniki işemik xəstəliyi.Sol mədəciyin orta divarın 2 dişli infarktı.Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları, motor afaziyası.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...”

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin şəxsin müayinəsi barədə 2016cı il 10 may tarixli məlumatına əsasən, təkrar müayinə nəticəsində 2016-ci il 10 may tarixində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik təyin olunmuş, növbəti müayinə üçün tarix 2021-ci il 10 may qeyd olunmuşdur. TSEK-in diaqnozu: Başqa rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı, baş beynin sol orta beyin arteriyası hövzəsində işemik insultdan sonrakı vəziyyət. Spastik hemiplegiya, sağ tərəfli hemiparez. Ürəyin xroniki işemik xəstəliyi. Sol mədəciyin orta divarının 2 dişli infarktı. Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları, motor afaziyası. Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyl, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ ve hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin ve sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri. Əmək zəmanəti barədə: Əsəb gərginliyi tələb olunmayan işlərdə işləyə bilər.

9. Akademik M.Ə.M irqasımov adına Respublika Klinik Xəstəxanasının 2021-ci il 16 mart tarixli ambulator kitabçasından çıxarışa əsasən, İddiaçı 2-ci qrup əlillik təyin olunmuşdur. Xəstənin daxil olma tarixi 2021-ci il 6 mart, çıxma tarixi 2021-ci il 16 mart olaraq qeyd olunmuşdur. Ona əsas xəstəlik kimi sağ orta beyin arteriya hövzəsində işemik insultun davamlı qalıqları, əsas xəstəliyin ağırlaşması kimi motor afaziya sağ tərəfli hemiparez, yanaşı xəstəliklər kimi şəkərli diabet tip 2 orta ağır forma diaqnozları qoyulmuşdur.

10. Abşeron rayon Mərkəzi Xəstəxanasının 2021-ci il 1 iyun tarixli göndərişi əsasında şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı 2021-ci il 11 iyun tarixində əlillik verilməsindən imtina edilmişdir. X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstə liklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində işemik insultun nəticələri; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 15 ildə aldığı stasionar müalicəsi yetərli deyil.İxtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin.

11. Abşeron rayon Mərkəzi Xəstəxanasının 2021-ci il 1 iyun tarixli göndərişi əsasında şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı 2021-ci il 11 iyun tarixində təkrar müayinə nəticəsində ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci qrup əlillik təyin olunmuşdur. X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 Serebrovaskulyar xəstəliklərin nəticəl əri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində işemik insutun nəticələri.Disfaziya və afaziya, motor afaziya Spastik hemiplegiya, Sağ tərəfli hemiparez; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.

12. Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxsin əlilliyinin qiymətləndirilməsi üzrə məlumatına əsasən 2021-ci il 11 iyun tarixində İddiaçı ümumi xəstəlik səbəbilə ikinci dərəcəli əlillik təyin olunmuş, beyin infarktının nəticələri, sol beyin yarımkürəsində işemik insultun nəticələri, disfaziya və afaziya, motor afaziya, spastik hemiplegiya, sağ tərəfl i hemiparez diaqnozu qoyulmuşdur. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti 2026-cı il 11 iyun olaraq qeyd olunmuşdur.

13. Cavabdeh tərəfindən 23 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçının müayinəsinə dair məlumatları və “Əlillik” Alt sistemindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş çıxarışa əsasən, iddiaçının son 1 il ərzində cavabdehə 2021-ci il 6 may və 2021-ci il 1 iyun tarixlərində müraciətləri olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

14. İddiaçı 2021-ci il 24 avqust tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının 2-ci qrup əlilliliyinin səbəb əlaqəsinin dəyişdirilməs i və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci il 11 fevral tarixində anadan olmuş, 1985-1987-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, birinci Qarabağ müharibəsi zamanı müxtəlif cəbhələrdə döyüşlərdə iştirak edərək N nömrəli hərbi hissədə qulluq etmişdir. Hərbi tapşırığı yerinə yetirən zaman minaya düşmüş və ciddi xəsarət almışdır. Ondan sonra hərbi hospitallarda müalicə almışdır. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi həkim komissyasının qərarında onun aldığı xəsarətlərin dərəcəsi göstərilmişdir. Xəstəliyi ilə əlaqədər ona 2-ci dərəcəli əli llik təyin edilmişdir. Bunun əsasında hərbi pensiya təyin olunmuşdur. Hazırda ona təyin edilmiş əlillik cavabdeh tərəfindən ləğv olunmuş və əvəzində ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş edir.

16. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin qiymətləndirilməsi” Qaydasının təsdiq edilməsi haqqında 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarın 3-cü bəndinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 33-cü maddəsinə istinad edilmişdir.

17. Cavabdeh iddia ərizəsinə qarşı 2021-ci il 13 oktyabr tarixində Bakı İnzibati Məhkəməsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Yevlax rayon Mərkəzi Xəstəxanasnın 1996-cı il 10 iyun tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00- M25 - Artropatiyalar => M20-M25 Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.8 - Digər daxili zədələnmələri; Diaqnozun mətni: Sağ diz oynaqların kontrakturası, sağ bud sümüklərinin köhnə bitişmiş sınığı Sağ aşağı ətrafın funksiya pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.11. Bud-çanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Yevlax rayon Mərkəzi Xəstəxanasının 2014-cü il 15 aprel tarixli gönd ərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro...; Diaqnozun mətni: Odlu silah yaralamasından sonra sağ bud sümüklərin orta 1/3-nin köhnə bitişmiş sınığı ostemeliti Sağ diz oynaqların kontrakturası,sağ bud sümüklərinin köhnə bitişmiş sınığı, Sağ aşağı ətrafın funksiya pozulması Şəkərli diabet orta ağır forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının vəziyyəti ilə əlaqədar 2021-ci il 17 iyul tarixində k eçirilmiş iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində işemik insultun nəticələri” “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq əlillik təyinatına əsas verdiyindən həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən ümumi səbəblərdən 5 il müddətinə 2ci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul olunmuşdur. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tari xli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə, əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə, əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Bu səbəbdən iddiaçı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün ilk növbədə Agentliyə müraciət etməlidir. Lakin qeyd olunan məsələ ilə bağlı iddiaçının Agentliyə müraciəti daxil olmamışdır.

18. Bakı İnzibati Məhkəməsi 2021-ci il 15 oktyabr tarixli, 2-1(112)-9682/2021 saylı qərardadı ilə İddiaçı hal-hazırda mövcud olan xəstəliklərinin və qüsurlarının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan, məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “İddiaçı müayinəsi zamanı onda hal-hazırda aşkar olunan xəstəlik və qusurların səbəb əlaqəsi nədir?”

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 2021-ci il 20 dekabr tarixli, T 337/2021 nömrəli ekspert rəyinə əsasən, komissiya aşağıdakı nəticəyə gəlmişdir: “Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o hazırda “sağ arxa beyin arteriya hövzəsində işemik insultun davamlı qalıqları, motor afaziya, sağtərəfli hemiparez, hemiplegiya, şəkərli diabet tip 2 orta ağır gedişli, ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz” diaqnozunda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Həmin diaqnoz və ağırlaşmalarla əlaqədar ona 2-ci dərəcə əlillik verilsə də, hərbi xidmətdə olarkən aldığı travma hazırda əlilliyin təyini üçün heç bir əsas vermir.”

20. İddiaçı 2022-ci il 15 aprel tarixind ə ekspert rəyi əsaslandırılmadığı üçün təkrar məhkəmətibbi ekspertizasının keçirilməsini tələb etmişdir.

21. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 15 aprel tarixli, 2-1(112)-2092/2022 saylı qərardadı ilə İddiaçı hal-hazırda mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sualları qoymuşdur:

1. İddiaçı müayinəsi zamanı onda hal-hazırda aşkar olunan hansı xəstəlik və qüsurlar aşkar olunur? 2.Bu xəstəliklərin səbəb əlaqəsi nədir?

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 284/MEŞ nömrəli ekspert rəyinə əsasən komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.İddiaçı tibbi sənədlərdə göstərilənlərə əsasən aşağıdakı xəsarət və xəstəliklər aşkar e dilmişdir: Sağ budun orta 1/3-nin qəlpəli odlu silah yaralanması, bud sümüyünün sınığı ilə əlaqədar sağ diz oynağının açıcı əzələ oynaq konturakturası,s ağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, sağ aşağı ətraf funksiyasinin mülayim dərəcədə pozulması; Sağ arxa beyin arteriya hövzəsində işemik insultun davamlı qalıqları, motor afaziya, sağtərəfli hemiparez, hemiplegiya, şəkərli diabet tip 2 orta ağır gedişli, ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. 2.İddiaçı qeyd olunan xəsarətlərlə (Hərbi travma) düçar olduğu xəstəliklər arasında səbəbli əlaqə yoxdur.

23. İddiaçı 2022-ci il 12 oktyabr tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əl illiyinin bərpa edilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli, 2-1(112)-2092/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim M.Hacıbəyova).

25. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının sağlamlıq vəziyyəti 1996-ci il 10 iyun tarixində ilkin olaraq qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir, daha sonra 23 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2014-cü il 16 aprel tarixində təkrar qiymətləndirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyin təsdiq edilməsinə baxmayaraq, 2015-ci il 20 aprel tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 1 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmiş, daha sonra 2016-ci il 10 may tarixində 5 il müddətinə, 2021-ci il 1 iyun tarixində isə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir.

26. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin müəyyən edilməsi barədə 1996-ci və 2014-cü il tarixlərdə qəbul edilmiş qərarlar olduğu halda, sonradan iddiaçıya ümumi xəstəlik səbəbi ilə 2-ci dərəcə əlillik təyin edilmişd ir. İddiaçı bununla razılaşmamış və müddətsiz təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə əlilliyinin bərpa olunmasımnı xahiş etmişdir.

27. Məhkəmə hesab etmişdir ki, cavabdeh Agentliyin iddiaçının əlilliyinin bərpa olunmasından imtinası inzibati praktikaya uyğun olmamaqla, qanunvericiliyinin normalarına zidd olmuşdur. 28. “İnzibati icraat haqqında” Qanunun 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

29. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlill iyin müddətsiz təyin edilməsinə dair inzibati akt qüvvədə olduğu üçün bu haqda məlumatlar “Əlilllik” altsistemində bərpa edilməlidir.

30. Məhkəmə öz qərarını Azərbaycan Respublikası Konstitusiyasının 38, 60.1-ci, “İnzibati icraat haqqında” Qanunun 11.1, 13, 14, 21.1, 24.2, 24.3, 24.4, 24.5, 64.2, 67.1, 67.2-ci, İnzibati Prosessual Məcəllənin 58.1, 58.7, 68.1, 68.2, 110.1-ci, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1, 1.2, 2.1, 2.2, 2.3, 3.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 16 mart tarixli, 2-1(103)1388/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: sədrlik edən – A.Oruczadə, R.Səmədov və X.Cəmilova).

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Qərar 2023-cü il 31 mart tarixində tərəflərə göndərilmişdir.

35. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmam asını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

36. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləs i Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək ( tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. “İnzibati icraat haqqında” Qanun Maddə

35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inziba ti orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiy ası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər müddətsiz 3-cü qrup əlilliyinin bərpa edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

46. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə ko llegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

47. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

48. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının əlilliyinin qiymətləndirilməsi və ona müddətsiz 3-cü dərəcə əlilliyin təyin edilməsi barədə 1996-ci və 2014-cü illərdə qəbul edilmiş qərarların “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edildiyi görünmür. Cavabdeh tərəfindən də məhkəməyə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktın ləğvinə (hüquqi qüvvəsini itirməsinə) dair icraat materialları təqdim edilməmişdir. Başqa sözlə, “ İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Belə ki, həmin maddəyə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

49. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun əlilliyi n qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. 50. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların m övcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur.

51. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymət ləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyi n edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

53. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

54. Bundan başqa, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə, əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə, əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Bu səbəbdən iddiaçı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün ilk növbədə Agentliyə mürac iət etməlidir. Lakin qeyd olunan məsələ ilə bağlı iddiaçının Agentliyə müraciəti daxil olmamışdır.

55. Bununla bağlı nəzərə almaq lazımdır ki, əslində prosessual qənaət prinsipi baxımından cavabdeh məhkəmə icraatının gedişində əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üzrə iddiaçının mülahizə və münasibətini öyrənə və həmin məsələnin həll olunması üçün məhkəmədən müddət müəyyən olunmasını xahiş edə bilərdi. Lakin cavabdehin həmin imkandan yararlandığı iş üzrə materiallardan görünmür.

56. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

57. Beləliklə, işin müəyyən olunmuş hallarından görü nür ki, hazırkı mübahisəyə münasibətdə əlilliyin dərəcəsi və səbəb əlaqəsi dəyişdirilərkən cavabdeh tərəfindən bu qərarın 48-50-ci bəndlərində qeyd olunan qaydada inzibati icraat aparılmamış, iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən hallar nəzərə alınmamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul edilmişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən və istinad olunan normalar baxımından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü i l tarixli, 2-1(103)1388/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar