Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1699/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: üçüncü şəxsin iştirakına xitam verilməsi və verdiyi kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı X2 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövl ət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsindən imtinasını əsassız hesab etməklə cavabdehin üzərinə ona dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2-1(105)- 14/2025 saylı qərarından üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 21 06.2007-ci il tarixli 219/2 saylı sərəncamı ilə X3 Xaçmaz rayonu, Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmməd əliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzunmüddət istifadə etdiyi 330 kv m torpaq sahəsi onun daimi istifadəsinə verilməklə həmin torpaq sahəsinin 120 kv.m hissəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. 2. iddiaçı ərizə ilə cavabdehə müraciət edərək Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanmasını xahiş etmişdir.
3. Cavabdeh 05 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Xaçmaz RİH başçısının xx.xx.2007-ci il tarixli, 219/2 saylı s ərəncamı ilə ayrıldığı aşkar edilmişdir. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki istifadə vəziyyəti bələdiyyə tərəfindən təsdiq edilmiş sxemdə əks olunan torpaq sahəsindən fərqlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 219/2 saylı sərəncamı ilə ona Xaçmaz rayonu Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmmədəliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzun müddət istifadə etdiyi, onun daimi istifadəsinə verilmiş 330 kv.m. torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsindən imtinasını əsassız hesab etməklə cavabdehin ü zərinə ona dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219/2 saylı sərəncamı ilə Xaçmaz rayonu, Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Məhəmmədəliyev küçəsində yaşadığı evin həyətyanı sahəsinə bitişik uzun müddət istifadə etdiyi 330 kv m torpaq sahəsi daimi istifadəsinə verilməklə həmin torpaq sahəsinin 120 kv.m hissəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Qanuna müvafiq surətdə ərazinin sxemi çəkilmiş, rayonun baş memarı və İstisu Bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmişdir. Yaşayış evinin lahiyyələndirilməsinə müvafiq olaraq qanuni əsaslarla aldığı torpaq sahəsində yeni yaşayış evi inşa etmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün nümayəndəsi vasitəsilə cavabdeh DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişdir. Ünvanlanmış xx.xx.2021-cfİİ tarixli **********34 saylı məktubla ərizənin icrasından imtina olunmuşdur.
6. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-64/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim X4) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi iddiaçıya torpaq qanunvericiliyinin tələblərinə zidd ayrılmışdır. Ayırma ilə bağlı sərəncama pla n-sxem əlavə edilməmiş, bələdiyyənin tərtib etdiyi yerquruluşu planından çıxarış isə naturada təqdim edilən torpaq sahəsinin yerləşməsindən xeyli fərqlənir.
9. İddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2-1 (105)-219/2024 nömrəli qərardadı ilə "xxxx" ASC zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək Xaçmaz Rayon icra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219/2 saylı Sərəncamı ilə iddiaçı İq or Sokolenkonun daimi istifadəsinə verilmiş, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmmədəliyev küçəsində iddiaçının mülkiyyətində olan evin həyətyanı sahəsinə bitişik, 330 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair İqor Sokolenkonun adına mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2-1(105)-14/2025 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X6 və X7) ilə apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-64/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219/2 saylı Sərəncamı ilə iddiaçı X2 daimi istifadəsinə verilmiş və Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ünvanında iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evin yerləşdiyi həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşən 330 kv.m torpaq sahəsində inşa edilmiş və ölçüləri 7.0 x 8.4 metr, tikintialtı sahəsi 58,8 kv.m olan iki mərtəbəli fərdi yaşayış evi üzərində X2 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmuşdur.
13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə və orada tikili inşa edilməsinə icazə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən sərəncam qəbul edilmiş, həmin sərəncam hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağırılması halı müəyyən edilməmişdir. Nəticə etibarillə sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni sahibliyində olmuşdur. Bundan əlavə məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan qeyd edilən torpaq sahəsinin iş üzrə üçüncü şəxs olan "xxxx" ASC-nin daimi istifadəsində olan torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşdüyünü qeyd etsə də, həmin hal iş materialları əsasında təkzib olunmuşdur. Belə ki, cavabdeh həmin torpaq sahəs i üzərində üçüncü şəxsin əmlak hüququnun mövcudluğunu bildirməsinə baxmayaraq həmin hüququn yaranması əsaslarına dair heç bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmiş, habelə istinad olunan müvafiq Dövlət Aktı arxiv məlumatlarda aşkar edilməmişdir.
14. Üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə Torpaq Məcəlləsinin 46, 47, 65 və 68-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 19 və 25-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
16. Kassator bildirmişdi r ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Mübahisəli torpaq sahəsi iddiaçıya ayrılmamışdan əvvəl artıq "xxxx" ASC-yə ayrılmışdır və bu səbəbdən rayon icra hakimiyyəti həmin torpaq sahəsini iddiaçıya ayıra bilməzdir. Belə ki, təqdim olunmuş dövlət aktından da göründüyü kimi Xaçmaz Rayon icra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 226 saylı sərəncamı ilə "xxxx" ASC-yə cizgidə göstərilən, sahəyə uyğun olaraq 747,11 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi mübahisəli sərəncam qəbul edilərkən torpaq sahəsinə artıq "xxxx" ASC-nin hüquqları qeydiyyata alınmışdır və bu səbəbdən həmin torpaq sahəsi sonradan başqa rayon icra hakimiyyətinin sərəncamı ilə təkrarən başqa şəxsə ayrıla bilməzdir. Digər tərəfdən sözügedən torpaq sahəsi iddiaçıya torpaq qanunvericiliyin tələblərinə zidd ayrılmış dır. Həmin sərəncama plan-sxem əlavə edilməmişdir, bələdiyyənin tərtib etdiyi yerquruluşu planından çıxarış isə naturada təqdim edilən torpaq sahəsinin yerləşməsindən xeyli fərqlənir. b)
17. Kassasiya şikayətinə qarşı etiraz Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bil ər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlid ir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərək ətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsim yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) 18. dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati mə hkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. İş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon icra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 219/2 saylı Sərəncamı ilə onun daimi istifadəsinə verilmiş, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi (hazırda İstisu qəsəbəsi) N.Mühəmmədəliyev küçəsində mülkiyyətində olan evin həyətyanı sahəsinə bitişik, 330 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2-1 (105)-219/2024 nömrəli qərardadı ilə "xxxx" ASC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən "xxxx" ASC-in məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair heç bir zərurət mövcud deyildir.
23. Belə ki, üçüncü şəxs iddiaçıya ayrılmış torpaq sahəsinin əvvəllər ona ayrıldığını bildirsə də, bu barədə hər hansı mötəbər sübut-torpaq ayrılmasına dair sərəncam, dövlət aktı və ya torpağın məhz ona ayrılması barədə başqa ilkin hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə ilkin hüquqmüəyyənedici sə nədlər olmadığından "xxxx" ASC-in üçüncü şəxs qismində məhkəmə iştirakını istisna olunur.
25. İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına d air” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “...
24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün İşə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəs in qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qaza nırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur....
27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlar a da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat işt irakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur....
32. İnzibati məhkəmə icraatının tərəfləri iddiaçı və cavabdehdir. Üçüncü şəxslər isə mübahisə tərəflərindən (iddiaçı və ya cavabdehdən) kənar şəxslər ola bilərlər. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün üçüncü şəxslər həm də İPM-in 26cı maddəsinin tələblərinə uyğun olaraq prosessual fəaliyyət qabiliyyətinə də malik olmalıdırlar.
33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatın ın tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir....
36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.
37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhk əmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.
38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahi sə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan kon kret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.
39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir....
46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız mə hkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur....
53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin hallan, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlb etmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.
54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkə mə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.
55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.
27. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş qərarlar üç üncü şəxs "xxxx" ASC-in mənafeyinə təsir etmədiyindən, onun qanunla qorunan maraqlarına toxunmadığından məhkəmə icraatına iştirakına xitam verilməli, eyni zamanda verilmiş kassasiya şikayəti mümkün sayılmamalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" ASC-in iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. "xxxx" ASC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2-1 (105)-14/2025 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.