Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-17/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ Açar sözlər: Mənzilin icarə müqaviləsinin dəyişdirilməsi barədə sərəncamın ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (X7 üçüncü şəxs olmaqla) Cavabdeh başçısının 02 mart 2020-ci il tarixlı, 45 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-442/2021 nömrəli, 15 iyul 2021ci il tarixli qə rarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş 02 mart 2020-ci il tarixli, 45 saylı sərəncam əsasında mərhum atası X2 məxsus olmuş mənzilin atasının vərəsəsi kimi onun adına sənədləşdirilməsini xahiş etmişdir.
2. Cavabdeh 1258 saylı, 08 iyul 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, mübahisəli mənzilin şəxsi hesabı həmin mənzildə pasport qeydiyyatında olmaqla yeganə yaşayışçı X3 rayon İcra Hakimiyyətinə ünvanlandığı müraciət əsasında onun adına dəyişdirilmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı mərhum X1 vərəsəsi olması barədə də hər hansı sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 02 mart 2020-ci il tarixli, 45 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, Axxxxdə yerləşən 43.62 kv.m. sahəyə malik 3 otaqlı, 29 saylı mənzil iddiaçının mərhum atası X2 məxsus olmuşdur. Atası vəfat edəndən sonra iddiaçı həmin mənzili faktiki olaraq vərəsəlik qaydasında qəbul etmiş və müvəqqəti olaraq mərhum bacısının qızı X3 istifadəsinə vermişdir. Lakin iddianı qaldırmamışdan bir neçə gün əvvəl ona məlum olmuşdur ki, Cavabdeh başçısının 02 mart 2020-ci il tarixli, 45 nömrəli sərəncamına əsasən həmin mənzilin şəxsi hesab vərəqəsi X3 adına dəyişdirilmişdir. İddiaçı cavabdeh orqana rəsmi ərizə ilə müraciət edərək həmin sərəncamın surətinin ona təqdim olunmasını xahiş etmiş, 08.07.2020-ci il tarixli, 1258 nömrəli məktubla sərəncamın surəti ona göndərilmişdir. Sərəncamla mənzilin icarə müqaviləsinin mərhumun bir nəfərdən ibarət ailə üzvü olan Səmayə Məmmədovanın adına dəyişdirilməsi qərara alınmışdır. Belə ki, icra hakimiyyəti orqanının iddiaçının vərəsə kimi mövcudluğundan xəbəri olmamış, Səmayə Məmmədova özünü mərhumun yeganə vərəsəsi kimi təqdim etmişdir. Halbuki, mərhum İnqilab Şahsuvarovun yeganə və birinci növbəli vərəsəsi iddiaçı olmuşdur. Səmayə Məmmədova iddiaçının bacısı qızı olmaqla beşinci növbə vərəsələr sırasına aiddir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(118)-221/2021 saylı qərarı ilə (hakim: V.E.Əziz ova) iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh mənzilin icarədarının vəfatından sonra mənzilin icarə müqaviləsini onun ailə üzvü olan və onunla birgə yaşayan nəvəsi X3 adına dəyişdirərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Mənzil xüsusi mənzil fonduna aid edilmədiyindən vərəsəlik münasibətlərindən söhbət gedə bilməz. Mənzil dövlət mənzil fonduna aid olmaqla icarədarı mərhum xxxx olmuş və onun vəfatından sonra mənzil icarə müqaviləsi onunla birgə yaşamış və mənzildə qeydiyyatda olan nəvəsi S.Məmmədovanın adında dəyişdirilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mənzil icarə müqaviləsinin və şəxsi hesab vərəqəsinin üçüncü şəxs S.Məmmədovanın adına dəyişdirilməsinə dair sərəncamının qanunsuz hesab edilməsi üçün hə r hansı əsas müəyyən edilmədiyindən iddia əsassızdır.
7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv ediməsini və Cavabdeh başçısının 02 mart 2020-ci il tarixlı, 45 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-442/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Dəmirov, hakimlər: R.Ə.Ağayev və Z.İ.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(118)-221/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh başçısının 02.03.2020-ci il tarixli, 45 saylı sərəncamının verilməsi üçün əsas olmuş hallar məhkəmə tərəfindən araşdırılmamış və işin faktiki hallarının müəyyən edilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən mötəbər sübutların toplanması və hüquqi qiymət verilməsi üçün təşəbbüs göstərilməmişdir. Əslində işin ədalətli, qərəzsiz, obyektiv həlli üçün göstərilən məsələlərin araşdırılması yetərli idi. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri:
12. Üçüncü şəxs kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşay ış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 81.2 Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 695.1 Kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdir ilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək bildirmişdir ki, Cavabdeh başçısının 02.03.2020-ci il tarixli, 45 saylı sərəncamının verilməsi üçün əsas olmuş hallar məhkəmə tərəfindən araşdırılmamışdır.
20. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə Cavabdeh mənzilin icarədarının vəfatından sonra mənzilin icarə müqaviləsinin onun ailə üzvü olan və onunla birgə yaşayan nəvəsi X3 adına dəyişdirərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Mənzil dövlət mənzil fonduna aid olmaqla icarədarı mərhum xxxx olmuş və onun vəfatından sonra mənzil icarə müqaviləsi onunla birgə yaşamış və mənzildə qeydiyyatda olan nəvəsi Səmayə Məmmədovanın adında dəyişdirilmişdir. Cavabdeh tərəfindən mənzil icarə müqaviləsinin və şəxsi hesab vərəqəsinin üçüncü şəxs Səmayə Məmmədovanın adına dəyişdirilməsinə dair sərəncamının qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
21. Belə ki, iş materiallarında olan Cavabdeh başçısının 02 mart 2020-ci il tarixli, 45 saylı mübahisələndirilən sərəncamından görünür ki, Axxxxin 29 saylı mənzilin əsas icarədarı – üçüncü şəxsin mərhum babası X4 vəfat etdiyi üçün icarə müqaviləsi həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayan X3 cavabdehə ünvanladığı müraciət əsasında onun adına bağlanmaqla mənzilin şəxsi hesabı 1 nəfər ailə üzvü ilə onun adına dəyişdirilmişdir.
22. Bundan əlavə, Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 21.01.2020-ci il tarixli 114 saylı arayışdan görünür ki, Axxxxin 29 saylı mənzilində X7 20.06.2001-ci il tarixdən qeydiyyatdadır, X4 26 aprel 2011-ci il tarixdə Şahsuvarova Yekaterina 02 fevral 1996-cı il tarixdə vəfat etmişlər, X5 29 yanvar 1990-cı il tarixdə, X6 (iddiaçı) isə 24 iyun 1991-ci ildə qeydiyyatdan çıxmışlar.
23. Göründüyü kimi, cavabdeh mənzil kirayə müqaviləsini iş üzrə üçüncü şəxs X3 adına dəyişdirməklə heç bir qanun pozuntusuna yol verməmişdir.
24. G östərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-442/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.