Məhkəmə qərarları › İş №2-1(102)-17/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-17/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-17/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “X7” ASC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi; iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçünc ü şəxs “X7” ASC) qarşı məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2-1(103)-2368/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Üçüncü şəxsə aid işin halları: 1. ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil xx.xx.2009-cu il tarixdə tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına MH seriyalı ******* nömrəli çıxarış hazırlanmışdır. 2. “X7” ASC ilə X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 01 nömrəli ipoteka müqaviləsinə əsasən, sonuncunun mülkiyyətində olan mənzil bankla "xxxx" MMC arasında bağlanmış kredit xətti müq aviləsinin təminatı olaraq, mülkiyyətçi tərəfindən banka ipotekaya qoyulmuş və bank tərəfindən ipoteka predmeti kimi qəbul edilmişdir.

3. Kredit müqaviləsi üzrə borc məbləği ödənilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, ipoteka predmeti olan əmlak "xxxx" MMC tərəfindən satışa çıxarılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən satışa çıxarılan mənzil keçirilən iki hərrac baş tutmadığına görə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ipotekasaxlayan “X7" ASC tərəfindən 89250 manata satın alınmışdır. 5. xx.xx.2018-ci il tarixdə mənzil üzərində “X7” ASC-nin mülkiyyət hüq uqu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 6. “X7” ASC 14 yanvar 2022-ci il tarixdə həmin mənzili X1 (X3 arvadına) satmış, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixdə sonuncunun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçıya aid işin halları:

7. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin k əsişməsində 3.82 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, rayonun Təbriz, F.Məmmədov, Qarabağ ve Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə sonuncuya tapşırıqlar verilmişdir. 8. ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzil Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamın icrası ilə əlaqədar sökülməli olduğundan "xxxx" MMC ilə X5 arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Mülki məhkəmə icraatları:

9. Mənzilə dair "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə məhkəmə mübahisəsinin predmeti olmaqla, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-5669/2021 nömrəli qətnaməsi ilə etibar sız hesab edilmişdir (həmin qərar kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır).

10. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)34/2022 nömrəli qətnaməsi ilə "xxxx" MMC tərəfindən “X7” ASC-nin xeyrinə 130000 manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 nömrəli evin 2 nömrəli mənzilinə “X7” ASC-nin mülkiyyət hüquqlarının itirilməsi, “X7” ASC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. 11. "xxxx" MMC və “X7” ASC tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)4425/2022 nömrəli qətnaməsinə əsa sən qismən təmin olunmuş, qətnamə qismən - "xxxx" MMC tərəfindən “X7” ASC-nin xeyrinə 130000 manat məbləğində pul vəsaiti ödənilməklə, sonuncunun mənzilə mülkiyyət hüququnun itirilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə qalan hissədə (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) dəyişdirilmədən saxlanılmışdır. 12. "xxxx" MMC tərəfindən qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-466/2023 nömrəli qərarına əsasən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4425/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - "xxxx" MMC tərəfindən “X7” ASC-nin xeyrinə 89250 manat məbləğində pul vəsaiti ödənilməklə, “X7” ASC-nin mə nzilə mülkiyyət hüquqlarının itirilməsi barədə iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2416/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) apellyasiya şikayəti təmin olunmamış, “X7” ASC-nin şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi İddiaçı MMC tərəfindən 130000 manat məbləğində pul vəsaiti ödənilməklə, “X7” ASC-nin mənzil üzərində mülkiyyət hüquqlarına xitam verilməsi (itirilməsi) hissəsində ləğv olunmuş, İddiaçı MMC-nin həmin tələbi rədd edilmiş və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)3628/2023 saylı qərarı ilə apellyasiya instansiyas ı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin imtinası:

14. İddiaçı hazırda sökülmüş, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyat yazısının ləğv edilməsi və həmin mənzilə dair hər hansı sənədləşmə işlərinin aparılmamasına göstəriş verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, daşınmaz əmlak üzərinə həbs və ya qadağa məhkəmənin qərarı, yaxud da qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmuru və ya müstəntiqin qərarı əsasında qoyulur. Eyni zamanda, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

15. İddiaçı "xxxx" MMC cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mövcud olmayan, sökülmüş, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 9 saylı evin 2 saylı mənzilinin xüsusi mülkiyyət hüququ əsasında “X7” ASC-yə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqi qeydiyyatın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il, RX seriyalı, ******* saylı çıxarışın) ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. İddia ərizəsində işin hallarına istinad edilərək tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə iddiaçıya Nərimanov rayonunun Təbriz, F.Məm mədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. İddiaçı sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrini, o cümlədən mübahisə predmeti olan mənzili həmin mənzilin mülkiyyətçisinin razılığı ilə sökmüşdür. Bu səbəbdən, həmin mənzilə dair dövlət reyestrində aparılmış qeydlə r də ləğv edilməlidir.

17. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

18. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) xx.xx.2022-ci il tarixli 21(112)-13247/2022 nömrəli qərardadı ilə “X7” ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

19. İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cəmiyyətin yenidən təşkil edilməsi nəticəsində İddiaçı MMC yarandığını bildirmiş, iddiaçının İddiaçı MMC ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli protokol qərarı ilə iddiaçı "xxxx" MMC əsl İddiaçı MMC ilə əvəz edilmişdir.

20. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) xx.xx.2023-cü il tarixli 21(112)-3003/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

21. Birinci instansiya məhkəm əsi qeyd etmişdir ki, hazırda mənzilin mülkiyyətçisi “X7” ASC-dir. Belə olan halda, sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğvi barədə ərizə ilə müraciət etmək hüququna mənzilin mülkiyyətçisi olan “X7” ASC malikdir, iddiaçının belə bir hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Odur ki, iddia mümkün hesab edilməməlidir.

22. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və R.Ə.Səmədov) xx.xx.2023-cü il tarixli, 21(103)-2368/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3003/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. İddiaçı qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

26. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 430 nömrəli sərəncamından da göründüyü kimi, məhv olmuş əmlakın yerləşdiyi torpaq sahəsi iddiaçıya ayrılmışdır. Qanunvericiliyin tələbinə görə, daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Məhv olmuş əmlak iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyindən, iddiaçı hüquqları pozulan maraqlı şəxs kimi hazırkı tələblə məhkəməyə müraciət edə bilər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, ma raqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. Maddə

203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. … 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respubl ikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

18. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsi nin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

34. Apellyasiya məhkəməsi (o cümlədən birinci instansiya məhkəməsi) iddianın mümkün iddia olmaması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, hazırda mənzilin mülkiyyətçisi “X7” ASC-dir, bu səbəbdən sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğvi barədə ərizə ilə müraciət etmə k hüququna mənzilin mülkiyyətçisi olan “X7” ASC malikdir. İddiaçının belə bir hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.

35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə rayonun Təbriz, F.Məmmədov, Qarabağ ve Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3.82 ha torpaq sahəsi "xxxx" MMC-nin (hazırki adı İddiaçı MMC) daimi istifadəsinə verilmiş, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə sonuncuya tapşırıqlar verilmişdir.

36. Hazırkı mübahisənin predmeti olan mənzilin Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşməklə qeyd olunan Sərəncamın təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır.

37. Bu qərarın 29-cu bəndində istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 150.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər.

39. Sadalanan qanunvericilik normalarının birgə təhlili onu deməyə əsas verir ki, qanunverici məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi ilə bağlı müraciət etmək hüququ olan şəxslərin dairəsini müəyyən edərkən, hüquq sahibi qismində çıxış edə bilən subyektlərin dairəsinə yalnız mülkiyyətçiləri deyil, maraqlı şəxsləri də daxil etmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan mənzil Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə bağlı söküldüyündən və həmin mənzilin yerləşdiyi tor paq sahəsi də daxil olmaqla, ümumilikdə 3.82 ha torpaq sahəsi yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi üçün iddiaçının istifadəsinə verildiyindən, iddiaçı həmin mənzilin dövlət qeydiyyatının ləğvini tələb etmək üçün subyektiv hüquqa malik olan maraqlı şəxsdir (Mülki Məcəllənin 150.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18.1-ci maddələri).

41. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı hazırkı məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğundan, bu iddia mümkün iddiadır və mahiyyəti üzrə baxılmalıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən, mə hkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2368/2023 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar