Məhkəmə qərarları › İş №2-1(102)-17/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-17/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-17/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2 021-ci il tarixli qərarına dəyişiklik edilərək təyin edilmiş əlilliyin səbəb əlaqəsinin (ümumi xəstəlik səbəbindən) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-194/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçının əlillik vəziyyətinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2015ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M60- M79 - Yumşaq toxumaların xəstəlikləri => M70M79 - Yumşaq toxumaların digər xəstəlikləri => M79 - Yumşaq toxumaların...; Diaqnozun mətni: Yumşaq toxumalarında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyatı zamanı aldığı güllə yaralanmasında s\v sağ budun yuxarı 1\3-nin yumşaq toxumalarında yad cismin funksiyanın kəskin pozulması Spastik hemiplegiya sağ tərəfli hemiporez. Digər kəllə daxili travmalar erməni əsirlikdə başından aldığı travma nəticəsində hematomanın yaranması həmin hematomanın boşaldılması əməliyyatı s\v sağ gicgah nahiyəsində sümük defekti Somotoform pozğunluğu -Veqativ sinir sistemi somotoform disfunksiya Travmatik katarakta sol gözün mürəkkəb miopik astiqmatizim; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Yumşaq toxumala rında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyat zamanı aldığı güllə yaralamasında s\v sağ budun yuxarı 1\3-nin yumşaq toxumalar...;” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M60-M79 - Yumşaq toxumaların xəstəlikləri => M70-M79 - Yumşaq toxumaların digər xəstəlikləri => M79 Yumşaq toxumaların...; Diaqnozun mətni: Yumşaq toxumalarında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyatı zamanı aldığı güllə yaralamasında s\v sağ budun yuxarı 1\3-nin yumşaq toxumalarında yad cismin funksiyanın kəskin pozulması. Spastik hemi plegiya sağ tərəfli hemiporez. Digər kəllə daxili travmalar erməni əsirlikdə başından aldığı travma nəticəsində hematomanın yaranması həmin hematomanın boşaldılması əməliyyatı s\v sağ gicgah nahiyəsində sümük defekti. Somotoform pozğunluğu - Veqativ sinir sistemi somotoform disfunksiya Travmatik katarakta sol gözün mürəkkəb miopik astiqmatizm; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Yumşaq toxumalarında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyatı zamanı aldığı güllə yaralamasında s\v sağ budun yuxarı 1\3-nin yumşaq toxumalar...;” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0288003AAG88 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.3 - Baş beynin ocaqlı travması Ocaqlı; Diaqnozun mətni: Baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya.sağ gicgah nahiyəsində sümük deffekti.) xaric edilməsindən sonrakı vəziyyət; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.21. kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq ) qüsuru (S02-S02.1);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabili tasiya Agentliyinin “Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin qiymətləndirilməsi barədə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə baxılması” haqqında 21 oktyabr 2021-ci il tarixli **********8 nömrəli qərarının 40-cı bəndindən görünür ki, Ağdam rayon sakini İddiaçı (FjN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0288003AAG88 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadə tnamə verilmişdir. Həmin Şəhadətnamədə “Sağ budun yuxarı 1/3-nin, sol döş qəfəsi, sol kürək, sağ sağrı, sağ dirsək oynaq nahiyəsinin yumşaq toxumalarının bərkimiş dəri çapıqları. Sağ budun yuxarı 1/3-nin yumşaq toxumasının yad cismi (güllə), funksiyanın pozulması ilə. Sol gözün mürəkkəb miopik astiqmatizmi, 1,0 D fərq ilə travmatik kataraktası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Sağ gözün görmə itiliyinin 1,0 olmaqla. Burun tənəffüsün mülayim dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi. İkilitərəfli xroniki adheziv otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırl aşması kimi qeyd edilmiş “Baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya, sağ gicgah nahiyəsində sümük deffekti.) xaric edilməsindən sonrakı vəziyyət..”anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.21 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Re abilitasiya Agentliyinin 11 fevral 2022-ci il tarixli məktubundan görünür ki, o, xx.xx.2021-ci il tarixdə əyani müayinəyə cəlb olunmuşdur. Təqdim edilən tibbi sənədlər, hərbi həkim komissiyasının qərarı və müayinənin nəticəsi olaraq barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 414 nömrəli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.21-ci bəndinə uyğun olaraq “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir.

6. SHXÇDX-nin xx.xx.2021-ci il tarixli 1382 nömrəli arayışından görünür ki, iddiaçı 1992-ci ilin iyul ayından xx.xx.1992-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1992-c i il tarixdə döyüş əməliyyatı zamanı yaralanaraq düşmən tərəfindən əsir götürülmüşdür. xx.xx.1994-cü ildə əsirlikdən azad olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində qeydiyyatdadır.

7. X2 Dispanserinin xx.xx.2021-ci il tarixli tibbi arayışından görünür ki, Ağdam rayonu Ətyeməzli kəndində qeydiyyatda olan, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdən “Travmatik ensefalopatiya, şəxsiyyətin dəyişməsi ilə depressiv sindromla F07.2” diaqnozu ilə X2 Dispanserində dispanser müşahidəsindədir. Xəstəliyə görə ikinci qrup əlildir.

8. X2 Dispanserinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ağdam rayonu Ətyeməzli kəndində qeydiyyatda olan, 1971-ci il təvəllüdlü İddiaçı xx.xx.1994-cü il tarixdən “Travmatik ensefalopatiya” di aqnozu ilə X2 Dispanserində dispanser müşahidəsindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı məhkəməyə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli qərarına dəyişiklik edilərək təyin edilmiş əlilliyin səbəb əlaqəsinin (ümumi xəstəlik səbəbindən) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə iddiaçının əlillik müavinətı dayandırılmış və onun 2-ci qrup əlilliyi ləğv edilərək ona 3-cü qrup əlillik təyin edilmişdir. Bunun nəticəsində müharibə əlili pensiy ası adı pensiya ilə əvəz edilmişdir. Bütün sənədlərdə onun 1991-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar döyüş əməliyyatları zamanı sağ budundan yaralandığı və bir ay əsir düşdüyü sübut olunur.

11. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır. Lakin əyani müayinə zamanı yanaşı gedən və əlillik təyinatına əsas verə n xəstəliklər və ağırlaşmalar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər müəyyən edildiyindən “ümumi xəstəlik” səbəbindən müddətsiz əlillik dərəcəsinin təyinatı barədə əsaslı və düzgün qərar qəbul edilmişdir.

12. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) xx.xx.2023-cü il tarixli 21(116)-87/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik” səbəbindən - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyi qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan özü də iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamə verilməsini, həmin Şəhadətnamədə “Saq budun yuxarı 1/3-nin, sol döş qəfəsi, sol kürək, saq sağrı, saq dirsək oynaq nahiyəsinin yumsaq toxumalarının bərkimis dəri çapıqları. Saq budun yuxarı 1/3-nin yumsaq toxumasının yad cismi (güllə), funksiyanın pozulması ilə. Sol gözün mürəkkəb miopik astiqmatizmi, 1,0D fərq ilə travmatik kataraktası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Sağ gözün görmə itiliyinin 1,0 olmaqla. Burun tənəffüsün mülayim dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi. İkilitərəfli xroniki adheziv otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinin olmasını etiraf edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tar ixli 59 nömrəli Qərarına əsasən xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxardığından cavabdeh orqanın iddiaçının obyektiv müayinəsi zamanı qeyd olunan diaqnozun öz əksini tapmamasına istinad etməsi tamamilə əsassız olmuşdur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər: (R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və G.İ.Cavadova) 7 iyun 2023-cü il tarixli, 2-1(107)265/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-87/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan cavabdeh orqanın iddia tələbinə etirazından görünür ki, cavabdeh orqan özü də iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamə verilməsini, həmin Şəhadətnamədə “Saq budun yuxarı 1/3-nin, sol döş qəfəsi, sol kürək, saq sağrı, saq dirsək oynaq nahiyyə sinin yumsaq toxumalarının bərkimiş dəri çapıqları. Saq budun yuxarı 1/3-nin yumsaq toxumasım yad cismi (güllə), funksiyanın pozulması ilə. Sol gözün mürəkkəb miopik astiqmatizmi, 1,0D fərq ilə travmatik katarktası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiva ilə 0,5 olmaqla. Saq gözün görmə itiliyinin 1,0 olmaqla. Burun tənəffüsün mülayim dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi. İkilitərəfli xroniki adheziv otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinin olmasını etiraf edir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarına əsasən xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxardığından cavabdeh orqanın iddiaçının obyektiv müayinəsi zamanı qeyd olunan diaqnozun öz əksini tapmamasına istinad etməsi tamamilə əsassız olmuşdur.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.K.Hüseynov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və K.N.Bədəlov) 2-1(102)2437/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-265/2023 nömrəli qərarı ləğv edilmiş, iş tə krar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin qiymətləndirilməsi barədə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə baxılması” haqqında xx.xx.2021-ci il tarixli **********8 №-li qərarın 40-cı bəndində qeyd olunur ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0288003AAG88 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddia çı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Sağ budun yuxarı 1/3-nin, sol döş qəfəsi, sol kürək, sağ sağrı, sağ dirsək oynaq nahiyəsinin yumsaq toxumalarının bərkimiş dəri çapıqları. Sağ budun yuxarı 1/3-nin yumsaq toxumasın yad cismi (güllə), funksiyanın pozulması ilə. Sol gözün mürəkkəb miopik astiqmatizmi, 1,0D fərq ilə travmatik kataraktası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Sağ gözün görmə itiliyinin 1,0 olmaqla. Burun tənəffüsün mülayim dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi. İkilitərəfli xroniki adheziv otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi za manı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş “Baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya, sağ gicgah nahiyəsində sümük defekti.) xaric edilməsindən sonrakı vəziyyət..” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.21 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir.” Cavabdehin həmin qərarının məzmunundan belə nəticə hasil olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı verilmiş xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamədə yalnız “Sağ budun yuxarı 1/3-nin, sol döş qəfəsi, sol kürək, sağ sağrı, sağ dirsək oynaq nahiyəsinin yumsaq toxumalarının bərkimiş dəri çapıqları. Sağ budun yuxarı 1/3-nin yumsaq toxumasın yad cismi (güllə), funksiyanın pozulması ilə. Sol gözün mürəkkəb miopik astiqmatizmi, 1,0D fərq ilə travmatik kataraktası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Sağ gözün görmə itiliyinin 1,0 olmaqla. Burun tənəffüsün mülayim dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi. İkilitərəfli xroniki adheziv otit” diaqnozlu xəstəliyin səbə b əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş, lakin tibb müəssisəsinin 0288003AAG88 nömrəli göndərişində əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş “Bas beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya, sağ gicgah nahiyəsində sümük defekti.) xaric edilməsindən sonrakı vəziyyət..”. diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilməmiş, xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamədə göstərilməmişdir. Bu səbəbdəndir ki, iddiaçıya “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 2.5.21 bənd inə müvafiq olaraq (2.5.21. kəllə sümüyünün geniş (3x1sm-dən artıq) qüsuru) ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir. Başqa sözlə, iddiaçıya əlillik xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamədə göstərilən və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olan travma və ya xəstəlik üzrə deyil, həmin Şəhadətnamədə göstərilməyən, lakin tibb müəssisəsinin 0288003AAG88 nömrəli göndərişində əsas xəstəlik və ağırlaşma kimi qeyd edilən digər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmayan yanakı xəstəliklər üzrə müəyyən edilmişdir. İddianın təmin olunmasının əsasını təşkil edən və apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərb i Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamənin məhkəmə icraatında bilavasitə tədqiq olunduğuna dair məlumat işdə yoxdur. Bu səbəbdən də yuxarıda qeyd olunan nəticəni və cavabdehin xx.xx.2021-ci il tarixli **********8 №-li qərarının 40-cı bəndində qeyd olunanları müqayisəli şəkildə yoxlamaq mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, apellyasiya instansiyası məhkəmə si hazırkı məzmunda iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə müddətsiz təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamədə “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməli idi. Apellyasiya instansiyası məhkəməsinin sübut kimi istinad etdiyi xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamənin verilməsini, həmin Şəhadətnamədə göstərilən xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinin olmasını “eti raf edən” cavabdehin qərarı isə yuxarıda qeyd olunduğu kimi vəziyyəti apellyasiya instansiyası məhkəməsinin qənaətindən fərqli əks etdirir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və E.M.Mehdiyev) 25 aprel 2024-cü il tarixli, 21(107)-194/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(116)-87/2023 saylı qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qərara alı nmışdır.

21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddianın təmin olunmasının əsasını təşkil edən və birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamənin məhkəmə icraatında bilavasitə tədqiq olunduğuna dair məlumat işdə yoxdur. Bu səbəbdən də yuxarıda qeyd olunan nəticəni və cavabdehin xx.xx.2021-ci il tarixli **********8 №-li qərarının 40-cı bəndində qeyd olunanları müqayisəli şəkildə yoxlamaq mümkün deyil. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, iddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səb əbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, apellyasiya instansiyası məhkəməsi hazırkı məzmunda iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə müddətsiz təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamədə “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməl i idi. Birinci instansiyası məhkəməsinin sübut kimi istinad etdiyi- xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamənin verilməsini, həmin Şəhadətnamədə göstərilən xəstəliyin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydinin olmasını “etiraf edən” cavabdehin qərarı isə yuxarıda qeyd olunduğu kimi vəziyyəti birinci instansiyası məhkəməsinin qənaətindən fərqli əks etdirir.

22. İddiaçı qərardan kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 21(107)-194/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər ekspertiza təyin olunsaydı ayaq nahiyəsində, bədənində 5 gül lə indiyə qədər qalmışdır və ürəyində də qəlpə olması əsas xəstəlik kimi qeyd olunardı və bu xəsarətin anadangəlmə yox, xəstəlikdən və ya məişətdən yarandığı müəyyən olunardı ki, bu travma həmçinin kələ sümüyünün geniş qüsuru onda hərbi xidmətə çağırılmamışdan əvvəl olmamışdır. Bu əsas xəstəlik və digər yanaşı xəstəliklərin səbəbi onun əsirlikdə olduğu zaman yaranmışdır. Lakin apellyasiya məhkəməsi belə sübutların yəni onun əsas xəstəliyinin nədən yarandığını araşdırmamışdır. Bununla bağlı ekspertiziya təyin etsəydi hərbi komissayının rəyinə əsaslanmasaydı onun əsas xəstəliyinin kələ sümüyünün geniş qüsuru olduğunu müəyyən edərdi və əsas xəstələyinin səbəbinin hərbi travma olduğunu müəyyən edərdi. O, 1994-cü ildən “Ruhi əsəb dispanserində” qeydiyyatda olmuşdur və müalicə almışdır. 1998-ci ildə “Milli Münaqişə zəmnində” ona İ qrup əlilik dərəcəsi verilmişdir. Ona İ Qarabağ Əlilliyi status verilməməyinin səbəbi budur ki, Hərbi Hospitalda müalicə almadığı üçün ona hərbi komissiyanın rəyi olmamışdır. Əsirlikdə olduğu dövrdə aldığı zədələrin müalicəsi üçün Rusiya Federasiyasında cərrahi əməliyyat olmağa məcbur oldu. Bundan sonra hərbi həkim komissiyasında İ qrup əlilik təyin olundu. Rusiya Federasiyasından qayıdandan sonra məlum oldu ki, əlilik dərəcəsini ləğv ediblər, o yenidən Tibbi Ekspertizaya müraciət etdi, ona hərbi komissiyanın qərarını təqdim etdilər. Əsas xəstəlik kimi kələ sümüyün geniş qüsuru kimi götürülmüşdür. Halbuki, ürəyində olan qəlpə hərbi münaqişə zamanı alınmışdır. 2008-ci ildə hərbi komissiyanın təyin etdiyi qərarda ürəyində olan qəlpəni əsas xəstəlik kimi qeyd olunmuşdur. Bu hallar məhkəmə tərəfindən araşdırılmalı və yenidən ekspertiza təyin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 21(103)-58/2018 saylı qərarında onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı hərbi xidmət keçərkən yaralanması, yaralanmanın nəticəsinin hərbi travma olması, əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 23 saylı Mingəçevir Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.20215-ci il tarixli qərarı ilə təsdiqini tapması qeyd olunsa da məhkəmə bununla bağlı heç bir araşdırma aparılmamışdır. Beləliklə də onun əlilliyinin (Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) səbəbi ilə təyin olunması ilə xəstəliyin yəni travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbli əlaqəsi onun əsirlikdə olmağı ilə sübut olunur. Belə ki, bu hal mübahisəsizdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral ta rixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Ad sızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”

2. Əlilliyin müəyyən olunması meyarları 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir:... 2.5.21. kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq ) qüsuru (S02-S02.1); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunmas ı barədə Təlimat” 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardad ının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş üçüncü dərəcə əlilliyin səbəbinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyini və konstitusiya quruluşunun mü dafiəsi ilə əlaqədar” dəyişdirilməsinə yönəlmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı verilmiş xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamədə yalnız “Sağ budun yuxarı 1/3-nin, sol döş qəfəsi, sol kürək, sağ sağrı, sağ dirsək oynaq nahiyəsinin yumşaq toxumalarının bərkimiş dəri çapıqları. Sağ budun yuxarı 1/3-nin yumsaq toxumasın yad cismi (güllə), funksiyanın pozulması ilə. Sol gözün mürəkkəb miopik astiqmatizmi, 1,0D fərq ilə travmatik kataraktası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Sağ gözün görmə itiliyinin 1,0 olmaqla. Burun tənəffüsün mülayim dərəcədə pozulması i lə burun çəpərinin əyriliyi. İkilitərəfli xroniki adheziv otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş, lakin tibb müəssisəsinin 0288003AAG88 nömrəli göndərişində əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş “Baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya, sağ gicgah nahiyəsində sümük defekti.) xaric edilməsindən sonrakı vəziyyət..”. diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilməmiş, xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamədə göstərilməmişdir. Bu səbəbdəndir ki, iddiaçıya “Əlilliyin və sağl amlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 2.5.21 bəndinə müvafiq olaraq (2.5.21. kəllə sümüyünün geniş (3x1sm-dən artıq) qüsuru) ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir. Başqa sözlə, iddiaçıya əlillik xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnamədə göstərilən və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olan travma və ya xəstəlik üzrə deyil, həmin Şəhadətnamədə göstərilməyən, lakin tibb müəssisəsinin 0288003AAG88 nömrəli göndərişində əsas xəstəlik və ağırlaşma kimi qeyd edilən digər - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmayan yanakı xəstəliklər üzrə müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəmənin mövqeyini q anuna uyğun hesab etmir və gəldiyi nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

32. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “yumşaq toxumalarında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyatı zamanı aldığı güllə yaralamasında s\v sağ budun yuxarı 1\3-nin yumşaq toxumalar...;” səbəbi ilə bir il müddətinə ikinci qrup əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “yumşaq toxumalarında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyat ı zamanı aldığı güllə yaralamasında s\v sağ budun yuxarı 1\3-nin yumşaq toxumalar...;” səbəbi ilə beş il müddətinə ikinci qrup əlillik dərəcəsi verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0288003AAG88 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya.sağ gicgah nahiyəsində sümük deffekti.) xaric edilməsindən sonrakı vəziyyət; 2.5.21. kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq) qüsuru (S02-S02.1);” səbəbi ilə müddətsiz üçüncü qrup əlillik dərəcəsi verilmişdir.

33. Göründüyü kimi iddiaçıya əvvəllər də 2015-2016-cı illərdə 1 il, 2016-2021-ci illərdə 5 il müddətinə məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. 34. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2.1.5-ci bəndinə əsasən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi müəyyən edilir.

35. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyini n və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməsi ilə bağlıdır.

36. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

37. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Müdaf iə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnaməsi iş materiallarında mövcud olmasa da, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin qiymətləndirilməsi barədə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə baxılması” haqqında 21 oktyabr 2021-ci il tarixli **********8 nömrəli qərarında istinad olunan həmin Şəhadətnamədə “Sağ budun yuxarı 1/3-nin, sol döş qəfəsi, sol kürək, sağ sağrı, sağ dirsək oynaq nahiyəsinin yumşaq toxumalarının bərkimiş dəri çapıqları. Sağ budun yuxarı 1/3-nin yumşaq toxumasının yad cismi (güllə), funksiyanın pozulması ilə. Sol gözün mürəkkəb miopik astiqmatizmi, 1,0 D fərq ilə travmatik kataraktası nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,5 olmaqla. Sağ gözün görmə itiliyinin 1,0 olmaqla. Burun tənəffüsün mülayim dərəcədə pozulması ilə burun çəpərinin əyriliyi. İkilitərəfli xroniki adheziv otit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

38. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 fevral 2022-ci il tarixli iddiaçının müraciətinin təminindən imtina məktubunda da təqdim edilən tibbi sənədlərə, hərbi həkim komissiyasının qərarına və müayinənin nəticəsi olaraq iddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 414 nömrəli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.21-ci bəndinə uyğun olaraq “ümumi xəstəlik” səbəbindən xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edildiyini bildirmişdir.

39. Cavabdeh iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya, sağ gicgah nahiyəsində sümük deffekti) xaric edilməsindən sonrakı vəziyyət..”anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmadığını qeyd etsə də, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmənin nəticəsi olaraq müddətsiz üçüncü dərəcə əlilliyin təyini üçün əsas olan diaqnoz kimi “Baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya. sağ gicgah nahiyəsində sümük deffekti) xaric edilməsindən sonrakı vəziyyət” göstərilmişdir.

40. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh elektron təyinatla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyininə əsas olan diaqnoz “yumşaq toxumalarında qalmış yad cismin xx.xx.1992-ci ildə döyüş əməliyyatı zamanı aldığı güllə yaralanmasında s\v sağ budun yuxarı 1\3-nin yumşaq toxumalarında yad cismin funksiyasının kəskin pozu lması. Spastik hemiplegiya sağ tərəfli hemiporez. Digər kəllə daxili travmalar erməni əsirlikdə başından aldığı travma nəticəsində hematomanın yaranması həmin hematomanın boşaldılması əməliyyatı s\v sağ gicgah nahiyəsində sümük defekti. Somotoform pozğunluğu. Veqastiv sinir sistemi somotoform disfunksiya. Travmatik katarakta sol gözün mürəkkəb miopik astiqmatizm” qeyd etmiş, həmin diaqnoz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnaməsində də öz əksini tapmışdır.

41. Bundan başqa, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olmuş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0288003AAG88 nömrəli göndərişində n görünür ki, əsas diaqnoz S06.3 - Baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış sağ subdural hematomanın xaric edilməsi (1992 dekompressiv rezeksion depanasiya.sağ gicgah nahiyəsində sümük deffekti.) xaric edilməsindən sonrakı vəziyyət; ağırlaşmalar G81.1 Spastik hemiplegiya Sağ tərəfli hemiparez, sağ ətrafın hərəki funskiyasının pozulması. R26. Hərəkətin və yerişin pozulmaları-Xəstə çəliklə gəzir. R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Bədənin müxtəlif nahiyələrində bərkimiş köhnə qəlpə yaraları, çapıqlar funksiya pozulmaları. W33 Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş odlu silah yaralanması. Sağ budun yuxarı üçdə birinin yumşaq toxumalarında yad cism (güllə qalması) müəyyən edilmişdir.

42. İddiaçın ın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi hərbi həkim komissiyası tərəfindən tərtib edilmiş qərar əsasında təyin edilir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 650 nömrəli Şəhadətnaməsi ilə iddiaçıya əlillik dərəcəsi təyin edilmişdir.

43. SHXÇDX-nin xx.xx.2021-ci il tarixli 1382 nömrəli arayışından görünür ki, iddiaçı 1992-ci ilin iyul ayından xx.xx.1992-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1992-ci il tarixdə döyüş əməliyyatı zamanı yaralanaraq düşmən tərəfindən əsir götürülmüşdür. xx.xx.1994-cü ildə əsirlikdən azad olunmuşdur.

44. Bundan başqa, işdə olan X2 Dispanserinin xx.xx.2021-ci il tarixli tibbi arayışından və xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı “ Travmatik ensefalopatiya” diaqnozu ilə X2 Dispanserində dispanser müşahidəsindədir.

45. Beləliklə də, məhkəmə tərəfindən cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin edilməsi barədə qərarda göstərilən xəstəliyin (diaqnozun) hərbi əməliyyatlar zamanı alınan travma olduğu, yəni xx.xx.1992-ci ildə döyüş əməliyyatı zamanı aldığı güllə yaralaması nəticəsində əmələ gəldiyi müəyyən olunmuşdur.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir.

47. Həmin Qaydanın 3.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda Əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.

48. Beləliklə, iddiaçının göndərişdə qeyd olunan əsas diaqnozu və onun ağırlaşmalarının səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və işdə olan digər sənədlər ilə öz təsdiqini tapır.

49. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktiki hallara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi MN-nin ştatlı Hərbi Həkim Komissiyası tərəf indən qəbul edilmiş qərar əsasında müəyyən olunduğundan, Hərbi Həkim Komissiyasının qərarında göstərilən xəsarət, xəstəliklər tibb müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə qeyd edildiyindən cavabdeh iddiaçının əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)700/2022 nömrəli və xx.xx.2022-ci il tarixli 2-1(102)-2315/2022 nömrəli qərarları). Odur ki, cavabdeh formalaşmış məhkəmə təcrübəsinə uyğun davranmağa borcludur.

50. Belə olan halda iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2 1(107)-194/2024 nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik” səbəbindən-“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar