Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-170/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Məhərrəmov Əbdül Azər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli 2-1(103)-1489/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur.
2. İddiaçının ali təhsil haqqında diplomda və əmək kitabçasında əksini tapmış məlumatlara əsasən, 1978-ci ildən 1983-cü ilədək (5 il) Azərbaycan Neft və Kimya İnstitutunda təhsil a lmış, ona mühəndis-elektrik ixtisası verilmişdir. İddiaçı 23.11.1983-cü ildən 03.02.1984-cü ilədək (2 ay 10 gün) “xxxx” MMC-nin Elektrik sexində növbətçi elektrik montyoru, 03.02.1984-cü ildən 14.05.1986-cı ilədək (2 il 3 ay 11 gün) həmin sexdə V qrup növbətçi elektrik montyoru, 14.05.1986-cı ildən 01.02.1989-cu ilədək (2 il 8 ay 17 gün) həmin sexdə böyük növbətçi elektrik montyoru, 01.02.1989-cu ildən 01.11.1993-cü ilədək (4 il 9 ay) həmin sexdə növbə rəisi, 01.11.1993-cü ildən 01.07.2003-cü ilədək (9 il 8 ay) stansiyanın növbə rəisi vəzifələrində işləmişdir, 01.07.2003-cü ildən hal-hazıradək idarə aparatında elektrik stansiyasının növbə rəisi işləyir.
3. İddiaçı 04.11.2019-cu il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şə rtlərlə Təyinat İdarəsinə (bundan sonra - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının xahişini təmin etməmiş və 21 noyabr 2019-cu il tarixli məktubla ona cavab verərək bildirmişdir ki, onun 57 yaşı 15.07.2017-ci il tarixdə, yəni 01.07.2017-ci il tarixdən sonra tamam olduğundan, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün 01.01.2006-cı il tarixədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu. Lakin həmin tarixədək müvafiq güzəştli iş stajına malik olmamışdır. Bundan başqa onun işlədiyi sahələr sözügedən qərarda qeyd olunan sahəyə aid deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1978ci ildən iyun 1983-cü ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və 15.07.2017-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, o, 1978-ci ildən 1983-cü ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, ona mühəndis-elektrik ixtisası verilmişdir. Bundan sonra əmək fəaliyyətinə başlamış, 23.11.1983-cü ildən 03.02.1984-cü ilədək “xxxx” MMCnin Elektrik sexində növbətçi elektrik montyoru, 03.02.1984-cü ildən 14.05.1986-cı ilədək həmin sexdə V qrup növbətçi elektrik montyoru, 14.05.1986-cı ildən 01.02.1989-cu ilədək həmin sexdə böyük növbətçi elektrik montyoru, 01.02.1989-cu ildən 01.11.1993-cü ilədək həmin sexdə növbə rəisi, 01.11.1993-cü ildən 01.07.2003-cü ilədək stansiyanın növbə rəisi vəzifələrində işləmişdir. 01.01.2006-cı il tarixinədək təhsil müddəti də nəzərə alınmaqla ümumi iş stajı 27 il təşkil edir, eyni zamanda 2006-cı il tarixinədək davamlı zərərli iş yerində işləmə müddəti isə 23 il təşkil edir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə qarşı imtina məktubunun məzmununa uyğun yazılı etiraz vermişdir.
8. Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-725/2020 saylı qərarı ilə (hakim Ş.Həsənova) iddia təm in edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hüquqlarının yarandığı vaxtdan, yəni 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlər mövcuddur.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək iddianın rədd edilməməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1489/2020 saylı, 14.09.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1489/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və ali təhsil haqqında diplomdan müəyyən olunur ki, iddiaçı 01.01.2006-cı il tarixə, 4 il 10 ay ali təhsil müddəti də daxil olmaqla, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində imtina məktubunda və etirazda əksini tapmış dəlillər təkrarlanmış, əlavə olaraq g östərilmişdir ki, iddiaçının təqdim etdiyi güzəştli arayışda ümumilikdə istismar sahəsinin fəaliyyət sahələri göstərilsə də, məhz iddiaçının tutmuş olduğu peşələrin mahiyyəti açıqlanmamış, iddiaçının tutmuş olduğu peşələrlə müvafiq siyahılardakı peşələr arasında heç bir uyğunlaşdırma aparılmamış, iddiaçının məhz gərginkik altında olan 330 kv və yüksək gərginlikli qurğuların sınağı və ölçülməsi qazanxana qurğusunun turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması ilə məşğul olmuş olduğu iş materialları ilə öz təsdiqinin tapmamışdır. Məhkəmə tərəfində konkret yox, ümumi uyğunlaşdırma aparılmış, məhz hansı peşələrin məhz hansı koda uyğun gəldiyi göstərilməmişdir. b. Kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və vəkili Məhərrəmov Əbdül Azər oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Res publikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 3.Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 6 3 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa gürə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa gürə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlə rdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsi ndə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 30.Əmək pensiyasını təyin edən orqan 30.1.Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 20. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıda kılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməs i Qaydaları Əlavə
2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
22. Əmək Məcəlləsi Maddə
87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
23. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları” 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
24. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
25. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.
1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edi lmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs 01.01.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, Azərbaycan Respublikası Nazirlər Kabinetinun 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, v əzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinun 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda əksini tapmış işlərdə işləmiş olsun.
30. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.
31. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini iddiaçının işlədiyi sahələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmadığını və 01.01.2006-cı il tarixə ümumi stajı 25 ildən a z təşkil etdiyini göstərmişdir.
32. Apelyasiya instansiyası məhkəməsi isə cavabdehin imtinasını əsassız hesab edərək, iddiaçının 23.11.1983-cü il tarixdən 03.02.1984-cü il tarixədək Elektrik sexində (öyrənən) V qrup növbətçi elektrik montyoru, 03.02.1984-cü il tarixdən 14.05.1986-cı il tarixədək V qrup növbətçi elektrik montyoru, 14.05.1986-cı il tarixdən 01,02.1989-cu il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru, 01.02.1989-cu il tarixdən 01.11.1993-cü il tarixədək sexin növbə rəisi, 01.11.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək elektrik stansiyasının növbə rəisi işlədiyi vəzifələr (2140000. Xİİİ. “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı”. 2140000a - a) fəhlələr: 2140000a19834 - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qur ğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); 2140000a-19859 qazanxana qurğusunun, turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları və 2140000b - b) rəhbərlər və mütəxəssislər: 2140000b - 24043 qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri) cəmi 12 il yarımdan çox olmaqla, 2 nömrəli Siyahı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə uyğunlaşdırmışdır.
33. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu uyğunlaşdırması ilə razılaşır. Belə ki, bu qərarın 21-ci bəndində qeyd olunduğu kimi “Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən y aşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
34. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə bu cür arayışlar təqdim olunmuşdur.
35. İş materiallrından görünür ki, iddiaçının barəsində “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən “İstehsalat fəaliyyəti haqqında” 29.10.2019-cu il tarixli 205-60 nömrəli arayış verilmişdir. Arayışda qeyd oluumuşdur ki, istismar sahəsi bilavasitə aşağıdakı sex və sahələrin elektrik avadanlıqlarının istismarı ilə məşğul olur: 1 və 2 nömrəli Qazan-Turbin sexində (QTS-1,2) yerləşən əsas və köməkçi elektrik avadanlıqları, o cüm lədən Turbogeneratorun, blok transformatorlarının, işçi və ehtiyat, xüsusi sərfiyyat transformatorlarının, təsirlənmə sistemləri, paylayıcı qurğuları və sair avadanlıqlar; Yanacaq-Nəqliyyat sexinin mazut nasosxanası və digər sahələrdə yerləşən elektrik avadanlıqları; 330-500 kv-luq X1 yerləşən yüksək gərginlikli elektrik avadanlıqları, o cümlədən hava açarları, kompressor qurğuları, hava xətləri 330/500/35 kv-luq Reaktor və sair avadanlıqlar.
36. İstismar heyəti elektrik avadanlıqlarının fasiləsiz və etibarlı işləməsini təmin edir və onların iş yeri 1 və 2 nömrəli Qazan-Turbin sexinin, 330/500 kv X1 yerləşir.
37. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və 23.11.1983-cü il tarixdən 01.11.1993-cü il tarixədək əlavə 12%, 01.11.1993-cü il tarixdən hal-hazıradək əlavə 8% əmək haqqı ödən ilmişdir.
38. İddiaçının 03.02.1984-cü il hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a”, ”b” bəndlərinə uyğundur. 39. “xxxx” ASC-nin “xxxx” MMC-nin birinci instansiya məhkəməsinə ünvanlanmış 17.03.2020-ci il tarixli 0713 nömrəli “Əmək funksiyaları barədə” Arayışında da eyni məlumatlar əksini tapmışdır.
40. Məhkəmə kollegiyası iddiaçının əmək kitabçasında göstərilənləri, “xxxx” ASC-nin “xxxx” MMC tərəfindən verilmiş 29.10.2019-cu il tarixli 205-60 nömrəli “İstehsalat fəaliyyəti haqqında” arayışı, iş materiallarına əlavə olunmuş digər sənədlərdə öz əksini tapmış məlumatları (işçinin əmək funksiyalarını) 2 saylı Siyahıda olan müvafiq təsnifatların fərqləndirici meyarları ilə tutuşdurub o nəticəyə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının işlədiyi peşələrin 2 saylı Siyahı üzrə eyniləşdirməsi düzgündür.
41. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həm də iddiaçının 03.02.1984-cü ilədən hal-hazıradək tutduğu vəzifələr Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş qərarın 24-cü bölməsinin “a”, “b” bəndlərinə uyğundur.
42. Məhkəmə kollegiyası kassatorun “məhkəmə tərəfindən konkret deyil, ümumi uyğunlaşdırma aparılmış, məhz hansı peşələrin hansı koda uyğun gəldiyi göstərilməmişdir” dəlili ilə bağlı bildirir ki, bu formal dəlildir və qərarın ləğvinə əsas ola bilməz. Çünki məhkəmə iddiaçının elektrik montyoru, sonradan növbə rəisi işlədiyi dövrləri sadalamış və həmin peşələrə uyğun olaraq göstərmişdir ki, i ddiaçının işlədiyi peşələr 2140000. Xİİİ. “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı”. 2140000a - a) fəhlələr: 2140000a-19834 - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); 2140000a-19859 - qazanxana qurğusunun, turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları və 2140000b - b) rəhbərlər və mütəxəssislər: 2140000b - 24043 - qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri) cəmi 12 il yarımdan çox olmaqla, 2 nömrəli Siyahı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir.
43. Yəni apelyasiya instansiyası məhkəməsinin əsaslandırılmasından aydın şəkildə görünür ki, iddiaçının işlədiyi elektrik montyoru peşəsinin 2 nömrəli siyahının 2140000a19834 və 2140000a-19859 kodlarında nəzərdə tutulmuş peşələrlə eyniləşdirmişdir.
44. Həmçinin məhkəmələr iddiaçının 1978-ci ildən iyun 1983-cü ilədək M.Əzizbəyov adına X2 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, ona mühəndiselektrik ixtisası verilmişdir. Təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
45. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunmuşdu ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırm a və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
46. Göründüyü kimi iddiaçının ali təhsil aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır.
47. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
48. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzə rə alınması müəyyən edilmişdir.
49. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir.
50. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi təhsil illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün, həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalıdır.
51. İddiaçının əmək şəraiti ağır olan işlərdə işlədiyi illər toplam 12 il 6 aydan çoxdur. Yəni iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün həmin normada nəzərdə tutulan dispozisiya şərtləri mövcuddur və apelyasiya məhkəməsi də məhz bu əsasla i ddianın təmin olunmasını qanuni hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli 21(103)-1489/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.