Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-170/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin baza məlumatlarının bərpa olunması və yerinin göstərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X5 və X6) “torpaq sahəsinin baza məlumatlarının bərpa olunması və yerinin göstərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyun tarixli, 2-1(103)-29/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2006-cı il 15 avqust tarixdə MH seriyalı, ******* nömrəli reyestrdən çıxarış verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona torpaq sahəsinin baza məlumatlarının bərpa olunması və yerinin göstərilməsini xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinin yerinin göstərilməsi barədə 2017-ci il 30 oktyabr tarixli müraciətə baxılmışdır. Təqdim olunmuş surət olan sənədlər araşdırılarkən məlum olmuşdur ki, **********90 reyestr nömrəli çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-22109D saylı şəhadətnamə əsasında verilmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2017-ci il 27 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə mü raciət edərək, daşınmaz əmlakın dövlət reyestrində MH seriyalı, ******* nömrəli, **********190 reyestr nömrəsi olan 2006-cı il 15 avqust tarixli rəsmiləşdirilmiş Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinin bütün baza məlumatlarının (toplanmış yazı üsulu ilə kağız üzərində (yazılı sənədlər) və elektron daşıyıcılar üzərində) bərpa olunması və həmin torpaq sahəsinin yerinin göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2006-cı ildə X2 ilə notarial qaydada alğı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini almışdır. O, daima həmin torpaq sahəsinə getmiş və sahə onun nəzarətində olmuşdur. Müqavilə bağlandıqdan sonra o nun torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə 2006-cı il 15 avqust tarixdə MH seriyalı, **********190 reyestr nömrəsi olan reyestrdən çıxarış verilmişdir. O, ailə vəziyyəti ilə əlaqədar bir müddət həmin torpaq sahəsi ilə maraqlana və ora gedə bilməmişdir. Lakin o, əmin olmuşdur ki, mülkiyyəti kimi qeydiyyata alınmış həmin torpaq sahəsinə hüquqları hər hansı şəxs tərəfindən pozulmayacaqdır. Lakin torpağa aid olan kadastr məlumatları məhv edilmiş, onların üzərində qanunsuz dəyişiklik olunmuş, onun mülkiyyətində olan həmin torpaq sahəsi heç bir əsas olmadan üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Artıq 8 ildir ki, torpağının qaytarılması ilə bağlı mübarizə aparmaqdadır. İlk növbədə o, məsələ ilə bağlı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə şikayət etmişdir. Lakin müsbət nəticə alınmamışdır. Sonradan o, digər dövlət orqanlarına müraciət etməyə məcbur olmuşdur. Nəhayət iddiaçı faktla bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğuna müraciət etmişdir. Onun ərizəsi Bakı şəhəri Xəzər RPİ-yə göndərilmiş və İdarə tərəfindən 2-ci Polis Bölməsinə yönəldilmişdir. Araşdırma aparılmış və torpaq sahəsinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və izahatlar alınmışdır. Bundan sonra torpaq sahəsinin qanunsuz zəbt olunması faktı müəyyənləşdirilərək cinayət işinin başlanması məqsədilə toplanmış materiallar Bakı şəhəri Xəzər RPİ-nin İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. Araşdırma aparan müstəntiq məsələnin məhz mülki mübahisəyə aid olduğunu qeyd edərək cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul e tmişdir. Həmin qərardan narazı qaldığından o, məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə şikayət təmin olunaraq qərar ləğv olunmuş, müstəntiqə bir sıra tapşırıqlar verilmişdir. Bunlardan biri onun mülkiyyəti kimi qeydiyyata alınaraq barəsində çıxarış verilmiş torpaq sahəsinin dəqiq yerinin müəyyənləşdirilməsi məqsədilə ekspertizanın keçirilməsi, eləcə də torpaq sahəsinin hansı şəxs tərəfindən zəbt olunmasının (ələ keçirilməsinin) müəyyən olunması idi. Lakin müstəntiq əlavə araşdırma aparmamış və yenidən həmin qərarı qəbul etmişdir. Bundan sonra iddiaçı Bakı şəhəri Xəzər rayon prokurorluğuna şikayət etmişdir. Prokurorluq həmin qərarı qanunsuz sayaraq ləğv etmişdir. Araşdırmanın aparılması digər müstəntiqə həvalə olunmuşdur. Müstəntiq cavabdehə müxtəlif sorğular ünvanlamış, lakin sorğ uların cavabları kimi tələb olunan məlumatların verilməsindən imtina olunmuşdur. Beləliklə, cavabdehin bütün işlərdə maraqlı olması müəyyən edilmişdir. Nəhayət sonuncu araşdırma “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarın qəbul olunması ilə nəticələnmişdir. Bundan sonra iddiaçı və onun vəkili tərəfindən cavabdehə sorğular yazılsa da, cavabdeh üzərinə düşən vəzifələrin icrasından qəsdən yayınmış, onun mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına nail olmuşdur. Belə ki, polis orqanında araşdırma gedən zaman iddiaçı hazırkı cavabdehə müraciət etmişdir. Müraciətdə qeyd olunan torpaq sahəsi yerli baxış zamanı cavabdehin nümayəndələrinə göstərilərkən torpağın digər şəxsə məxsus olması bildirilmiş və bu səbəbdən ərizənin təmin olunması qeyri-mümkün hesab olunmuşdur. Sonradan hüquq məsləhətxanasının sorğusuna cavab olaraq cavabdehin 2017-ci il 25 oktyabr tarixli məktubunda göstərilmişdir ki, ona məxsus torpaq sahəsi alğı-satqı müqaviləsi əsasında X3 adına keçmişdir və hazırda da onun mülkiyyətindədir. Bunları nəzərə alaraq iddiaçı tərəfindən yenidən cavabdehə müraciət olunmuş və onun mülkiyyətindəki torpaq sahəsinin müəyyən edilmiş kadastr məlumatlarına əsasən yerinin müəyyən edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh orqan bu dəfə də qanunla müəyyənləşdirilmiş vəzifələrinin yerinə yetirilməsindən qərəzli boyun qaçıraraq qaldırılan məsələnin həllinin təmin olunmasından qanunsuz olaraq imtina etmişdir. Hesab olunmuşdur ki, onun mülkiyyətində olan torpaq sahəsinin üçüncü şəxsin adına qeydiyyata alınması, eləcə də kadastr məlumatlarının itirilməsi və bu səbəbdən d ə torpaq sahəsinin yerinin dəqiq göstərilməsinin mümkünsüz olması da qanunsuzdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Hesab olunur ki, cavabdehin bu hərəkətləri qanunsuzdur və heç bir əsas olmadan onun (iddiaçının) alğı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinin digər şəxslərin mülkiyyətinə verilməsinə də heç bir əsas yoxdur. Maraqlı odur ki, müxtəlif müraciətlərə verilən cavab məktubları çaşdırıcıdır, əsassızdır və ən əsası da nə məntiqə, nə də ki qanuna sığır. Bu da özlüyündə yolverilməzdir. İdd iaçı torpaq sahəsinin dəqiq yerinin müəyyənləşdirilməsi məqsədilə cavabdehə 2017-ci il 17 iyun tarixdə müraciət etmişdir. Müraciətə 2017-ci il 4 iyul tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, əvvəlki mülkiyyətçinin adına verilmiş və hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-22109D saylı şəhadətnamənin elektron baza məlumatı olmadığından, torpaq sahəsinin yerini təyin etmək mümkün deyil. Halbuki, alğı-satqı müqaviləsinə əsasən bu torpaq sahəsi onun (iddiaçının) adına reyestrdə MH seriyalı, ******* nömrəli, **********190 reyestr nömrəsi olan, 2006cı il 15 avqust tarixli reyestrdən çıxarışla yenidən qeydiyyata alınmışdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstər ilmişdir ki, **********90 reyestr nömrəli çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-22109D saylı şəhadətnamə əsasında verilmişdir. Cavabdehin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxslərin mülkiyyətindədir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 2017-ci il 24 noyabr tarixli məktub ünvanlanmışdır. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən ləğv edilmiş DTXK tərəfindən verilən JN-22109D saylı şəhadətnamənin elektron baza məlumatı olmadığından, torpaq sahəsinin yerini təyin etmək mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 2017-ci il 4 iyul tarixli məktubla cavab verilmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadas tr baza məlumatlarına əsasən Bakı şəhər Ərazi İdarəsinin mütəxəssislərinı göstərilən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və ərizəçiyə 2016-cı il tarixli məktub ünvanlanmışdır. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, ərizəçi torpaq sahəsinin dəqiq yerləşdiyi yeri bilmir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Bu haqda iddiaçıya 2014-cü il tarixli 10 aprel cavab məktubu da göndərilmişdir. Belə ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti (indiki Xəzər Rayon İcra Hakimiyyəti) tərəfindən ayrılmış torpaq sahəsinin cizgisi cavabdehin elektron kadastr məlumat bazası ilə uyğunsuzluq təşkil edir. Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan qəsə bəsində yerləşən 4/40 saylı torpaq sahəsi 2005-ci il 17 iyun tarixli, 22109D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında vətəndaş X1 verilmişdir. Sözügedən əmlak AN-№ ******* 2006-cı il 9 iyun tarixli alğı-satqı müqaviləsi əsasında X4 Mürvətovun mülkiyyətində keçmişdir və hal-hazırda da onun mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 mart tarixli, 2-1(82)58/2019 nöm rəli qərardadı ilə X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 iyun tarixli, 2-1(82)58/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində MH seriyalı, ******* nömrəli (**********190 reyestr nömrəsi olan), 2006-cı il 15 avqust tarixli reyestrdən çıxarışla qeydiyyat alınmış Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin bütün baza məlumatlarının bərpa olunması və həmin torpaq sahəsinin yerinin göstərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını deyil, üzərində onu n hüquqları qeydiyyata alınmış torpaq sahəsinin yerinin ona göstərilməsini istəməkdədir. Hansı ki, cavabdeh həmin torpaq sahəsinin vaxtilə X1 ayrıldığını (sonradan iddiaçıya satılmışdır) və həmin şəxsə ayrılan 4/40 saylı torpaq sahəsinin koordinatlarını “İdarənin məlumat bazası ilə uyğunsuzluq təşkil etməsi” şərti ilə bilir, lakin elektron kadastr baza məlumatlarının saxlanılmamasını səbəb gətirərək məsələnin həllindən imtina edir. İddiaçının ona məxsus yeri düzgün göstərib-göstərməməsindən, habelə daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin mülkiyyəti kimi qeydiyyata alınıbalınmamasından asılı olmayaraq, onun koordinatlarını əks etdirən plan və ölçü əsasında aparılmış üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyat alınmış torpaq sahəsinin yeri naməlum qala bilməz. Həmin torpaq s ahəsinin başqa şəxsin adına qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşməsi fikri də təsdiq etməkdədir ki, iddiaçıya məxsus torpaq sahəsinin yeri məlumdur. Qeydiyyat alınmış torpaq sahəsinin elektron baza məlumatların saxlanmaması da iddiaçının iradəsindən asılı olan hal deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinin bütün baza məlumatları bərpa olunmalı və həmin torpaq sahəsinin yeri iddiaçıya göstərilməlidir. Məhkəmə cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin (Bakı şəhər Ərazi İdarəsi) imtinasını qanunsuz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyun tarixli məhkəmə iclası ilə X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyun tarixli, 2-1(103)-29/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı 2019-cu il 4 iyun tarixli dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, **********90 reyestr nömrəli reyestrdən çıxarış keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-22109D saylı şəhadətnamə əsasında verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-22109D saylı şəhadətnamənin verilməsinə əsas olmuş ilkin torpaqayırma cizgisində dəqiq istinad ölçüləri qeyd olunmamışdır. Buna baxmayaraq, cizgidə qeyd edilən sahə və keçid yolları mövcud göstərilən sahəni əks etdirməməkdədir. Bu səbəbdən sənəd üzrə sahənin dəqi qliklə təyin edilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən digər fiziki şəxslərin mülkiyyətindədir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, ərizəçi torpaq sahəsinin yerləşdiyi yeri dəqiq bilməməkdədir. Belə ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti (indiki Xəzər Rayon İcra Hakimiyyəti) tərəfindən ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilən JN22109D saylı şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin cizgisi İdarənin elektron kadastr məlumat bazası ilə uyğunsuzluq təşkil edir. Qeyd olunan səbəblərə görə, ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, yuxarıda qe yd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza təyin edilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, həmçinin üçüncü şəxslərin cəlb edilməsi barədə idarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş və nəticədə qanunsuz qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.2. Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və A zərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir;... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilm iş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdeh dirlər.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxl anılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddia olunan torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 1995-ci il 22 noyabr tarixli, 789 saylı sərəncamı ilə X1 ayrılmış, cavabdehin 2006-cı il 31 may tarixli, İİ № 726 saylı arayışına uyğun olaraq, 7 saylı DNK-nın 4Ə/2-229 reyestr nömrəli, 2006-cı il 08 iyun tarixli alğı-satqı müqaviləsinə əsasən Şüvəlan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 4/40 saylı torpaq sahəsi alıcı İddiaçı mülkiyyətinə verilmiş, MH № ******* seriya və nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiy yət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********90).
23. Göründüyü kimi, iddiaçı torpaq sahəsinə hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə etmiş, cavabdeh inzibati orqan torpaq sahəsi üzərində iddiaçının hüquqlarını tanımış və təsdiq etmişdir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsi). İddiaçıya bu barədə müvafiq çıxarış verilmiş, həmin çıxarışda daşınmaz əmlakın dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən reyestr nömrəsi göstərilmişdir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.2-ci maddəsi).
24. İşin materiallarına görə, qeydiyyat ilə bağlı hüquq sahibləri arasında mübahisə olmadığı nəzərə alındıqda, hesab edilir ki, iddiaçının adına aparılan qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun aparılmışdır: qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilmiş; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmış; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlər, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsaslar müəyyən edilməmişdir.
25. Qeyd olunanlar, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına qeydiyyat orqanının vəzifəli şəxslərinin cavabdeh olduğu nəzərə alındıqda, iddiaçı hazırkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 iyun tarixli, 21(103)-29/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.