Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-170/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: təminat xərcliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üçün təminat xərcliyinin 80 faizə çatdırılmaqla ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-288/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X13 xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisindən olan məlumata əsasən iddiaçı X3 Baxış Bahadur oğlunun İ növbə vərəsəsidir.
2. X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisindən olan məlumata əsasən iddiaçı X2 Şölə Xansuvar qızının İ növbə vərəsəsidir.
3. İddiaçı X16 cavabdeh Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək bildirmişdir ki, Şölə Bahadurovaya xx.xx.1977-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. O, mərhum həyat yoldaşı X6 təminat xərcliyinin 50 faizi məbləğində pensiya almışdır. X10 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. İddiaçı X2 Şölə Xansuvar qızının yeganə varisidir. X4 mərhum həyat yoldaşı X6 təminat xərcliyinin 50 faizi məbləğində aldığı əmək pensiyasının düzgün hesablanılmaqla, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2 -ci maddəsinə əsasən artırılmasını (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-ci ilə qədər itirilən gəlirin kompensasiyasının ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, X5 ailə başçısını itirməyə görə əmək pensiyası ödənişi dayandırılmışdır. Həmin tarixdən etibarən mərhum X17 Filial tərəfindən hər hansı əmək pensiyası ödənilməmişdir. Müraciətdə qeyd edilən məsələnin icrası mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı X16 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 mərhum həyat yoldaşı X6 təminat xərcliyinin 50 faizi məbləğində aldığı əmək pensiyasının düzgün hesablanılmaqla, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılmasını (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdı rılmaqla) və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-ci ilə qədər itirilən gəlirin kompensasiyasının yeganə vərəsəsi kimi ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X14 1913-cü il tarixdə Qubadlı rayonunun Xocamsahlı kəndində anadan olmuşdur. 1941- 1945-ci illərdə Böyük Vətən müharibəsindən əvvəl və sonra müstəntiq vəzifəsində çalışmışdır. 1945-ci ildə Polşa Respublikasının Poznan şərəhində yaralanmışdır. SSRİ Müdafiə Nazirliyi, Ali Soveti tərəfindən orden, medallar və fəxri fərmanlarla lətlif edilmişdir. xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Ailə başçısını itirməyə görə 01 dekabr 1977-ci il tarixdən ailə başçısının təminat xərcliyinin 50 faizi məbləğində anası X7 pensiya təyin edilmişdir. "Əmək pensiyaları h aqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılır. 25 avqust 2020-ci il tarixdə anası Şölə Bahadurova vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN xidmət" Mərkəzində notariat ofisi tərəfindən 07 iyul 2021-ci il tarixdə verilmiş 1155/2021 və 1156/2021 nömrəli məktublara əsasən o, atası X6 və anası X4 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdir. Bu səbəbdən 15 oktyabr 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mər kəzi X1 1-ci növbədə vərəsəsi kimi müraciət edərək, mərhum X4 mərhum həyat yoldaşı X6 təminat xərcliyinin 50 faizi məbləğində aldığı əmək pensiyasının düzgün hesablanılmaqla, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılmasını (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-ci ilə qədər itirilən gəlirin kompensasiyasının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfin dən verilmiş 10 noyabr 2021-ci il tarixli **********0 nömrəli cavab məktubuna əsasən müraciətində qeyd olunan məsələnin icra edilməsindən imtina edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(114)-993/2023 saylı qərarı ilə (hakim: X22) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur.
9. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-288/2023 nömrəli iş üzrə 28 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: A.V.Bayramov, hakiml ər: R.X,Mamedov və A.V.İsgəndərova) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(114)-993/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmiş məbləği anası təminat xərcliyinin 50 faizi miqda rında almışdır. Qərardan da göründüyü kimi, məhkəmə heç bir əsasa, sənədə istinad etmədən təminat xərcliyinin 80 faiz ödənildiyi qənaətinə gəlmişdir. Hesab edir ki, artırılmayan təminat xərcliyinin artırılmış kimi göstərilməsi məhkəmə tərəfindən düzgün, obyektiv qərarın qəbul edilmədiyinin sübutudur. X4 mərhum həyat yoldaşı X6 təminat xərcliyinin 50 faizi məbləğində aldığı əmək pensiyasının düzgün hesablanılmaqla, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılmasını (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-ci ilə qədər itirilən gəlirin kompensasiyası ödənilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin he sablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələr ində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq ə məkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir... 20.17. 22 dekabr 2023-cü il tarixədək olan redaksiya Bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcl iyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailə yə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 16. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
20. Prokurorluq işçilərinin sosial müdafiəsi.... 20.13. Prokurorluqda 35 il qulluq etmiş, həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 20.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı prokurorluq orqanlarında xidmət keçməsinə xitam verilmiş prokurorluq orqanlarının işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxması ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur. 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İş materiallarından görünür ki, iddiaçı Mərdan Bahadurov anası X4 mərhum həyat yoldaşı X8 təminat xərcliyinin 50 faizi məbləğində aldığı əmək pensiyasının düzgün hesablanılmaqla, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılması və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-cı ilə qədər itirilən gəlirin kompensasiyasının ödənilməsinə göstəriş verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətindən imtina etdiyi üçün iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan mötəbərliyi və mümkünlüyü heç bir şübhə doğurmayan sənədlərlə, o, cümlədən cavabdeh tərəfindən məhkəmənin tələbinə əsasən təqdim edilmiş pensiya işi ilə müəyyən edilir ki, iddiaçının mərhum anası X7 ilk dəfə, yəni xx.xx.1977-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunarkən vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi təyin olunmuşdur.
26. Mərhum Ş.Bahadurovanın pensiya növünün dəyişdirilərək vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi pensiya almaq barədə müraci ətindən sonra inzibati orqan tərəfindən xx.xx.2013-cü il tarixdə Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş departamentinə 29/3774 nömrəli məktub ünvanlamışdır.
27. Bundan sonra xx.xx.2014-cü il tarixdən Ş.X.Bahadurovanın vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılmış və vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. X10 öldüyü tarixə kimi, yəni xx.xx.2020-ci il tarixə kimi vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almışdır.
28. Apellyasiya şikayətində olduğu kimi iddiaçı kassasiya şikayətində də mərhum anası X4 mərhum həyat yoldaşı X6 təminat xərcliyinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qa nununa xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasında 20.17.2-ci maddəsinə əsasən artırılmasını və vəfat etdiyi tarixədək, yəni xx.xx.2020-ci ilə qədər itirilən gəlirin kompensasiyasının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyası iddiaçının mövqeyini əsassız hesab edərək “Əmək pensiyaları haqqında” Qanunun müvafiq müddəalarında istinad edərək bildirir ki, hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ödənilməli olan təminat xərcliyi nəzərdə tutulmuşdur.
30. İddiaçının mərhum anası isə xx.xx.2014-cü il tarixdən hərbi qulluqçunun ailə üzvü kimi deyil, vəfat etmiş prokurorluq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almış dır. Həmçinin iş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Ş,Bahadurovaya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi (557,98 x 80%) miqdarında 446,38 manat pensiya təyin edilərək mərhuma ödənilmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, hazırkı halda iddiaçının hüquqi tələbinin heç bir əsası yoxdur. Apelyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etdiyindən apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Məh kəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-288/2023 saylı iş üzrə 28 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.