Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-170/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-cizginin) verilməsindən imtina; torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-cizginin) verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2-1(103)856/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 18 mart 1999-cu il tarixli, 582 saylı sərəncamına əsasən X2 (iddiaçının əri) fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 6/1 №-li evin yaxınlığında istifadə etdiyi 300 (üç yüz) kv.m. torpaq sahəsi ayrılmışdır.
2. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, iddiaçı (mərhumun arvadı) İddiaçı və X3 (mərhumun qızı) xx.xx.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən X1 vərəsələridir.
3. Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi Bakı filialı tərəfindən iddiaçı ya ünvanlanmış 13 avqust 2021-ci il tarixli məktubda bildirilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli 582 saylı sərəncam arxivdə mövcuddur, lakin həmin Sərəncama cizgi və aktı əlavə edilməyib.
4. İddiaçı qeyd olunan torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilib və bu səbəbdən də cavabdehdə hər hansı sənəd mövcud deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra i ddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 582 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə X1 adına verilmiş 300 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin (plan-cizgisinin) hazırlanaraq verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, mərhum əri T.Hüseynova verilmiş torpaq sahəsi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək məqsədilə ilkin hüquq müəyyənedici sənədləri toplamaq üçün müxtəlif orqanlara, o cümlədən cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikas ı Dövlət Arxiv İdarəsi Bakı filialının iddiaçıya təqdim etdiyi 13 avqust 2021-ci il tarixli cavab məktubu verib. Həmin məktuba əsasən Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1999cu il tarixli 582 saylı sərəncam arxivdə mövcuddur. Lakin həmin Sərəncama cizgi aktı əlavə edilməyib. 15 sentyabr 2002-ci il tarixli cavab məktubu ilə həmin cizgi və aktı iddiaçıya verməkdən imtina edib. İnzibati orqan mövqeyini onunla əsaslandırıb ki, cavabdehin sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilib və bu səbəbdən də cavabdehdə hər hansı sənəd mövcud deyil. İddiaçı cavabdehin həmin imtinaedici inzibati aktından Bakı şəhəri İcra Hakimiyyətinə inzibati şikayət vermişdir. Həmin inzibati şikayət onunla əsaslandırılmışdır ki, işin hal lar əsasında cavabdeh ya cizgi və aktı arxivə təqdim etməyib yaxud da bu və ya digər səbəbdən cizgi və akt mövcud deyil. Bu halda səlahiyyətli inzibati orqan kimi cavabdeh həmin cizgi və aktı təmin etməlidir. Bugünkü tarixə kimi Bakı şəhər İcra Hakimiyyəti inzibati şikayətlə əlaqədar hər hansı addım atmayıb və bununla da hərəkətsizlik edib.
7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli iddiaya etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də rayon icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzər də tutulmamışdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərini n sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Cavabdeh qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “cizgi sxeminin verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)12399/2023 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 582 saylı sərəncamına əsasən iddiaçının mərhum həyat yoldaşı X2 Suraxanı rayonu, Qaraç uxur qəsəbəsində ayrılmış 300 kv.m torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-cizgisinin) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilməmişdir. Torpaq sahəsi hazırda Suraxanı rayonunun inzibati ərazi vahidində yerləşir. Bununla bağlı hər hansı mübahisə yoxdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X4 Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 300 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Sur axanı rayonu İcra Hakimiyyəti Başçısının 18 mart 1999-cu il tarixli, 582 saylı sərəncamı qüvvədədir, ləğv olunmayıb. Odur ki, icra olunmalıdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2-1(103)-856/2024 nömrəli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(112)12399/2023 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nüm ayəndəsi və vəkili tərəfindən fotoşəkillər təqdim edilmiş və həmin fotoşəkillərlə yerləşmə sxeminin (plan-cizginin) verilməsi iddia olunan faktiki ərazinin sahəsinin Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 18 mart 1999-cu il tarixli, 582 saylı sərəncamı ilə X4 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 6/1 №-li evin yaxınlığında ayrılmış 300 kv.m. torpaq sahəsindən dəfələrlə az olması, yolkənarı olması, çoxmənzilli yaşayış binalarının ətrafında yerləşməsi müəyyən edilmişdir. Bununla bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin faktiki vəziyyətinə mütəxəssis tərəfindən tərəflərin iştirakı ilə yerli baxış keçirilərək, torpaq sahəsinin faktiki vəziyyəti, yerləşmə mövqeyi, həmçinin faktiki göstərilən ərazinin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 582 saylı 18 mart 1999-cu il tarixli sərəncamında qeyd edilən Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 6/1 nömrəli evin yaxınlığında yerləşib-yerləşməməsi barədə mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Suraxanı RİH-nin 08 may 2024-cü il tarixli və 22 may 2024-cü il tarixli məktublarında qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi-vəkili ilə telefon əlaqəsi yaradılaraq yerində baxış keçirsək də, qarşı tərəf Suraxanı rayon İcra Hakimiyyəti başçısının 582 saylı 18 mart 1999-cu il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış həmin torpaq sahəsinin yerini və harada yerləşdiyini müəyyən edə bilməmişdir, nəzərinizə çatdırırıq ki, rayon icra hakimiyyətinin ötən illərə, o cümlədən 2018-ci ilə dair sənədləri qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən və həmin torpaq sahəsi ayrılan zaman vətəndaş İddiaçı verilmiş cizgi aktı və ya onun surəti RİH-ə təqdim olunmadığından, eləcə də bu barədə RİH-də heç bir məlumat olmadığından Suraxanı rayon İcra Hakimiyyəti başçısının 582 saylı 18 mart 1999-cu il tarixli sərəncamı ilə ayrılmış həmin torpaq sahəsinin harada yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 582 saylı sərəncamı əsasında hər hansı bir şəxsin adına mülkiyyət hüquqlarının qeydiyyata alınıb-alınmaması barədə məlumatın, həmçinin əgər qeydiyyata alınmışdırsa, bununla bağlı bütün hüquq müəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İcra Hakimiyyətləri (XDS, ZDS) və ya bələdiyyə tərəfindən verilən sərəncamlar (qərarlar) Milli Arxiv İdarələrində saxlanıldığından, sərəncamların (qərarların) sonradan dəyişiklik və ya ləğv edilməsi halları olduğundan, habelə həmin sərəncamlar (qərarlar) ilə bağlı İdarənin arxivində məlumat bazası olmadığından bəhs olunan torpaq sahəsinin qeydiyyata alınıb-alınmaması haqqında dəqiq məlumat təqdim edilməsi mümkün olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi və vəkili də izaha tında plan-cizginin verilməsi tələb olunan ərazinin indiyə kimi iddiaçının mərhum əri, daha sonra isə özü tərəfindən istifadə olunmadığını bildirmişdir.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə, sözügedən torpaq sahəsi üçün nəzərdə tutulan cizgi və aktı daşınmaz əmlakın dövlət qeydiyyatı üçün ilkin hüquqi sənədlər və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələrinə müvafiq olaraq həmin sənədi təqdim etmədən həmin torpaq sahəsi üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək mümkün deyil. Göstərilən maddələrdən aydın olur ki, xx.xx.1999-cu il tarixli, 582 s aylı sərəncam qanunun tələblərinə uyğun hüquqi sənəddir. Buna görə də məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, həmin sənədin kassatora təqdim edilməsi onun qanunla qorunan maraqlarının təmin edilməsi üçün vacibdir. Torpaq sahəsinə cizgisi artıq ölmüş şəxs - kassatorun atası X2 verilməli idi, lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə əməl etməmişdir. Bu səbəbdən də sözügedən torpaq sahəsi az həcmli olsa belə, ona dair cizgi tərtib olunaraq verilməli və yaxud başqa ərazidə vətəndaşın mülkiyyət hüququ təmin edilməli idi. İnzibati orqanın öhdəliyinin düzgün yerinə yetirməməsi kassatorun subyektiv hüquqlarının pozuntusuna səbəb olmuşdur. Əlavə olaraq, to rpaq sahəsi kassatora naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m. torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə sərəncamı ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazi vahidində yerləşir. Bununla bağlı hər hansı mübahisə yoxdur. Kassatorun mərhum həyat yoldaşı X4 Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 300 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 18 mart 1999-cu il tarixli, 582 saylı sərəncamı qüvvədədir, ləğv olunmayıb. Odur ki, icra olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz t əqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Madd ə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏD LƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyas iya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin tələbləri baxımından iddiaçıya torpaq sahəsinə dair yerləşmə sxeminin (plan-cizginin) verilməsindən imtina ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. 2
2. Apellyasiya instansiyası məhkəməsinin qərarında sadalanmış qanunvericiliyin tələbələrinə görə iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla (qərarla) birlikdə iddiaçıya təhvil verilməlidir. İşin hallarından isə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 18 mart 1999-cu il tarixli, 582 saylı sərəncamı verilərkən torpaq ayırma sənədlərinin tamlığının təmin olunmamışdır. Başqa sözlə, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən cizgi tərtib olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən sonradan tərtib edilmiş kserosurət cizgidən də sahənin naturada harada yerləşdiyin i müəyyən etmək mümkün deyildir. Belə ki, həmin cizgi müvafiq koordinatlara və ya tərpənməz dayaq nöqtələrinə istinadla tərtib edilməmişdir.
23. Kollegiya hesab edir ki, işin apellyasiya instansiyası məhkəməsindəki icraatı zamanı müəyyən olunmuş hallarına uyğun olaraq, vərəsə kimi iddia qaldırmış iddiaçı müvafiq sərəncama istinad etsə də, həmin sərəncam əsasında bir dəfə 27 yanvar 2003-cü il tarixli akt əsasında torpaq sahəsinin naturada bölgüsünə dair məlumatın mərhum ərinə sağlığında verildiyindən, faktiki göstərilən torpaq sahəsinin sərəncamla ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən olunmadığından, ümumiyyətlə isə tərəflərin iştirakı ilə baxış keçirilərkən Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 6/1 №-li evin yaxınlığında ayrılmış 300 kv.m. torpaq sahəsinin faktiki yerini mü əyyən etmək mümkün olmadığından və iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsindən müvafiq hüquq müəyyənedici sənədə əsasən istifadə və sahiblik edilmədiyindən, iddia olunan ölçüdə torpaq sahəsi faktiki iddia olunan yerdə mövcud olmadığından iddia tələbinin təmin olunmamasına dair apellyasiya məhkəməsinin yekun mövqeyini əsaslı hesab edir.
24. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2-1(103)-856/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.