Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1700/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Müdafiə Nazirliyinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi Etibar Şərifovun və vəkili Dilarə Əfrasiyabovanın iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-305/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı fiziki şəxsdir. Cavabdeh dövlət orqanı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Sovetlər Birliyi dağıldıqdan sonra mənfur qonşular 199 0-cı illərin əvvəllərində ölkəyə əsassız ərazi iddiaları ilə müşayiət olunan qanlı toqquşmalar baş verərkən döyüş bölgəsində xidmətdə olmuşdur. Belə ki, X2 təşkili üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı çağırışına əsasən Hərbi Hissənin Ağdam Dəmir Yolu stansiyasında yerləşən 1 saylı Səyyar Hərbi Hospitalında 1992-ci ilin fevral ayından Anestezioloq köməkçisi qismində xidmət keçmişdir. Bu faktı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri T/X Polkovnik Qurbanov iddiaçının həqiqətən də N saylı hərbi hissənin çağırışında X3 təşkilində olduğunu təsdiq edən №386 saylı xx.xx.1992-ci il tarixli arayış təqdim etmişdir. Bundan sonra 2016-cı ildə hüquqi faktın müəyyən olunması üçün ərizə ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə işə baxaraq mahiyyət i üzrə qətnamə çıxarmamışdır. Belə ki, xx xxxxxx 2016-ci il tarixli məhkəmə qərardad çıxararaq öz qərardadında qeyd etmişdir ki, həqiqətən İddiaçı Hərbi hissənin çağırışında olması faktı təsdiqini tapmışdır. Lakin, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlar verilməsi qaydası və şərtləri haqqında əsasnamənin və müvafiq vəsiqələrin nümünəsi eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016cı il tarixli 438 nömrəli Qərarının 1.1.2-ci bəndinin ilkin abzasında göstərilmişdir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyasının rəyinə əsasən verilir. Bu əsasla məhkəmədəki iş baxılmamış saxlanılmışdır. Daha sonra iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmiş, onlar isə bu işə onların baxmadığını yenidən Müdafiə Nazirliyinə müraciət etməli olduğunu bildirmişlər. İddiaçı isə sonradan Müdafiə Nazirliyinə müraciət etmiş, ərizəsi adiyyatı üzrə Tibb Baş İdarəsinə, oradan da Mərkəzi Arxiv İdarəsinə göndərilmiş yekunda Mərkəzi arxiv İdarəsi məktubuna cavab olaraq bildirmişdir ki, N saylı Hərbi Hissə Komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivdə olmadığından barəsində araşdırma aparıla bilmir. Bundan sonra yenidən xx.xx.2019-cu il tarixində Müdafiə Nazirliyinə müraciət edərək N saylı hərbi hissənin çağırışına əsasən Hərbi Hissənin Ağdam Dəmir Yolu stansiyasında yerlə şən 1 saylı Səyyar Hərbi Hospitalında 1992-ci ilin Fevral ayından Anestezioloq köməkçisi kimi xidmət etməyini nəzərə alaraq onun müharibə veteranı vəsiqəsi ilə təmin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan xx xxxx 2019-cu il tarixində şablon tipli imtina məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2667/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bu ndan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-305/2020 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Səriyyə Seyidova) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tələblərinə əməl olunması və tələb olunan sənədlər əsasında şəxslərə həmin adların verilməsi və imtina olunması dövlət or qanları üçün məcburidir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı əlində əsasnamədə tələb olunan Arayış vardır. Lakin dövlət orqanı həmin arayış əsasında müharibə veteranı adının verilməsindən imtina edir. Hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəllə arasındakı fərqi nəzərdən qaçıraraq normanı səhv tətbiq edib. İşin faktiki hallarından görünür ki, İddiaçı arayışı məhkəməyə təqdim etsə də, birinci instansiya məhkəməsi bunu qəbul etmiş lakin döyüş əməliyyatlarında iştirak etməsini sübut edəcək digər sübutların olmamasına istinad etmiş, lakin Apelyasiya Məhkəməsində döyüş əməliyyatlarında iştirakını təsdiq edəcək şahidləri dindirsə də onları nəzərə almamışdır. Onların Müdafiə Nazirliyinə müraciət etmiş, ərizənin aidiyyəti üzrə Tibb Baş İdarəsinə, orad an da Mərkəzi Arxiv İdarəsinə göndərilmişdir. Yekunda Mərkəzi arxiv İdarəsi məktubu cavab olaraq bildirmişdir ki, N saylı Hərbi Hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığından barələrində araşdırma aparıla bilmir. Qeyd edir ki, vətəndaş olaraq X1 Nazirliyinin və ya hər hansı bir dövlət qurumunun sənədləşmə və arxivləşmə işlərinə müdaxilə edə bilməz. Əgər Müdafiə Nazirliyi hər hansı bir pozuntuya yol verirsə bunun nəticəsində vətəndaşa heç bir zərər dəyə bilməz. İşdə olan sübutlarla İddiaçı, həqiqətən 1992-ci ilində N saylı Hərbi Hissənin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi təsdiqlədiyi halda, onun cavabdeh Müdafiə Nazirliyi N saylı Hərbi Hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olma dığın olmamasını əsas gətirərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Belə olan halda, iddiaçıya "müharibə veteranı" adı və vəsiqəsi verilməsindən cavabdeh Müdafiə Nazirliyinin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsininxx.xx.2020-ci il tarixli, 2-1(103)-305/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Əfrasiyabova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz ç ıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi E.Şərifov da vəkili D.Əfrasiyabovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehi n nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin tələblərinə əməl olunması və tələb olunan sənədlər əsasında şəxslərə həmin adların verilməsi və imtina olunması dövlət orqanları üçün məcburidir. İşin faktiki halla rından göründüyü kimi, İddiaçı əlində əsasnamədə tələb olunan Arayış vardır. Lakin dövlət orqanı həmin arayış əsasında müharibə veteranı adının verilməsindən imtina edir. Hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəllə arasındakı fərqi nəzərdən qaçıraraq normanı səhv tətbiq edib. İşin faktiki hallarından görünür ki, İddiaçı arayışı məhkəməyə təqdim etsə də, birinci instansiya məhkəməsi bunu qəbul etmiş lakin döyüş əməliyyatlarında iştirak etməsini sübut edəcək digər sübutların olmamasına istinad etmiş, lakin Apelyasiya Məhkəməsində döyüş əməliyyatlarında iştirakını təsdiq edəcək şahidləri dindirsə də onları nəzərə almamışdır. Onların Müdafiə Nazirliyinə müraciət etmiş, ərizənin aidiyyəti üzrə Tibb Baş İdarəsinə, oradan da Mərkəzi Arxiv İdarəsinə göndərilmiş dir. Yekunda Mərkəzi arxiv İdarəsi məktubu cavab olaraq bildirmişdir ki, N saylı Hərbi Hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığından barələrində araşdırma aparıla bilmir. Qeyd edir ki, vətəndaş olaraq X1 Nazirliyinin və ya hər hansı bir dövlət qurumunun sənədləşmə və arxivləşmə işlərinə müdaxilə edə bilməz. Əgər Müdafiə Nazirliyi hər hansı bir pozuntuya yol verirsə bunun nəticəsində vətəndaşa heç bir zərər dəyə bilməz. İşdə olan sübutlarla İddiaçı, həqiqətən 1992-ci ilində N saylı Hərbi Hissənin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi təsdiqlədiyi halda, onun cavabdeh Müdafiə Nazirliyi N saylı Hərbi Hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığın olmamasını əsas gətirərək, ona müha ribə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Belə olan halda, iddiaçıya "müharibə veteranı" adı və vəsiqəsi verilməsindən cavabdeh Müdafiə Nazirliyinin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyüuğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin si yahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrin də cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azər baycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kən di daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, y erli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən iddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində iştirak etdiyi halı sübut edən hər hansı bir mötəbər sübutu işə əlavə edilmədiyini müəyyən etmişdir ki, iddiaçının VO seriyalı 074856 nömrəli hərbi biletində də onun döyüş zonasında hərbi hissənin tərkibində iştirak etməsi barədə heç bir qeyd yoxdur. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, İddiaçı müharibə veteran adını daşımaq hüququna malik deyildir. Bütün yuxarıda göstərilənlərə istin adən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-305/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1700/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1700/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver