Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1700/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarma) 21.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları” tələ binə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2-1(103)1246/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində 0,05826 ha torpaq sahəsinə İddiaçı, X54 və X21 mülkiyyət hüququ, həmin torpaq sahəsində yerləşən 153 nömrəli fərdi yaşayış evinə isə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.x x.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən, X25, X19, X22, X7, X34, X23, X37, X43, X26, X47, X20 və X27 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 153 ünvanında qeydiyyatdadırlar.
3. FM seriyalı, 015576 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsindəki 2 otaqlı, ümumi sahəsi 62,7 kv.m olan 153 nömrəli fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və həmin fərdi yaşayış evinə dair X3 adına texniki pasport tərtib edilmişdir. 4. 25.11.2009-cu il tarixli, AZ-İ 379029 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X12 xx.xx.2009-cu ildə vəfat etmişdir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-186/2007 nömrəli qətnaməsinə əsasən, X8 cavabdehlər X38, X22, X28 və X24 qarşı iddia tələbi təmin edilmiş, X8 və onun xx.xx.2005-ci ildə anadan olmuş qızı X29 Bakı şəhəri, Novruzov qardaşları küçəsi, 4-cü aşırım, 153 nömrəli evə istifadə hüquqlarının tanınması, həmin evə köçürülmələri və qeydiyyata götürülmələri qət edilmişdir. Qətnamə xx.xx.2007-ci il tarixdədə qanuni qüvvəyə minmişdir. 6. 11.04.2009-cu il tarixdə Rasim Səfərov (keçmiş Novruzov qardaşları) küçəsi, 153 nömrəli ünvanda yaşayan X9 yaşadığı özbaşına tikilinin sxemi tərtib edilmiş, 59 saylı MKİS-nin möhürü və mühəndisinin imzası ilə təsdiq edilmişdir.
7. İddiaçı cavabdehə müraciət edərək üçüncü şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ünvanında yerləşən 153 nömrəli evdən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir
8. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müra ciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxs, X13 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 153 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Onun bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X25, X19, X22, X7, X 34, X23, X37, X43, X26, X47, X20 və X14 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ünvanında yerləşən 153 nömrəli evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 153 nömrəli ev 1989-cu ildən iddiaçıya məxsusdur. Oğlu X1 Nigar Müqabil qızı ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Nigar Xəlilova həmin vaxtdan da iddiaçıya məxsus evə qeydiyyata düşmüşdür. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X39 ilə X13 nikahları pozulmuşdur. X25 2016-cı il tarixdən sözügedən evdə yaşamır, hazırda atasına məxsus mənzildə yaşayır. X19, X22, X10, X34, X23, X37, X 43, X26, X47, X20 və X14 isə iddiaçıya məxsus evə necə qeydiyyata düşmələri bəlli deyil. Onların iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması ona bir sıra çətinliklər yaradır. İddiaçı həmin şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 153 nömrəli evdən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdehə müraciət etsə də, ona bunun yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilə biləcəyi bildirilmişdir. Cavabdehin etirazları:
11. Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərardadı ilə X25, X19, X22, X7, X34, X23, X37, X43, X26, X47, X20, X27 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirl ər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-10815/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 153 nömrəli fərdi yaşayış evi xx.xx.2003-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Eyni zamanda, həmin ünvanda fərdi yaşayış evinin yerləşdiyi 0,05826 ha torpaq sahəsi İddiaçı ilə yanaşı X54 və X21 paylı mülkiyyətlərindədir. Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin sorğuya cavabına əsasən müəyyən olunur ki, ünvan 1 ünvan altında 4 ayrı yaşayış evi yerləşir.
15. İddiaçı və X3 adlarına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış və qeydiyyat vəsiqəsində qeydə alınmış əmlak kimi evlərin fərqli texniki göstəriciləri (İddiaçı məxsus evin ümumi sahəsi 88 kv.m olmaqla 4 otaqlı, X5 məxsus evin ümumi sahəsi 62,7 kv.m olmaqla 2 otaqlı) qeyd edilsə də, həmin evlər daşınmaz əmlakın fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət eyni ünvan göstəriciləri ilə qeydiyyata alınmışdırlar. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi X19, X27, X34, X37, X47, X26, X20, X4 münasibətdə əsaslı hesab edilə bilməz. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı ilə X15 hər ikisi ayrı-ayrı evlərin mülkiyyətçiləri olmuş olsalar da, eyni ünvan göstəricilərinə malikdirlər və X3 qohumları da məhz Ş.Ə.Qurbanovanın mülkiyyətində olan mənzilin dövlət reyestrində qeydiyyatdan keçmiş ünvanı üzrə qeydiyyata alınmışdırlar. Belə olan halda, iddiaçı onunla bərabər mülkiyyətçi statusunda olan, fərqli evlər olsa da, eyni ünvan göstəricilərinə hüququ olan başqa bir mülkiyyətçinin qohumlarını həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının müraciəti ilə əlaqədar adıçəkilən üçüncü şəxslər X19, X27, X34, X37, X47, X26, X20, X2 həmin ünvan üzrə qeydiyyatdan çıxarılmaqdan imtinası qanuni olmuşdur.
16. İş materiallarından həmçinin müəyyən olunur ki, eyni ünvanda digər fərdi yaşayış evində X22, X23, X43 qeydiyyatdadırlar. ünvan 2 ünvanda yerləşən bir digər əmlak X16 aid olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş evdir. Həmin evə X9 adına faktiki sxem tərtib edilmişdir. X9 gəlini X17 və nəvəsi X29 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə həmin evə istifadə hüquqları tanınmış, evə köçürülmüş və qətnamə ilə ünvan üzrə qeydiyyata alınmışdırlar. Məhkəmə qeydiyyatdan çıxarma ilə bağlı halları hazırkı işə tətbiq etdikdə müəyyən edir ki, iddiaçının üçüncü şəxsləri ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir: 1) Üçüncü şəxslər iddiaçının razılığı ilə deyil, məhkəmə qətnaməsinə əsasən həmin ünvana qeydiyyata alınmışlar. 2) Üçü ncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, X16 aid fərdi yaşayış evində qeydiyyatdadırlar. 3) Üçüncü şəxslər iddiaçıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər.
17. Hazırkı halda, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz.
18. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiy i X25 iddiaçının keçmiş gəlinidir. X25 ilə X21 nikahları xx.xx.2011-ci il tarixdə Nizami rayon VVADQ şöbəsində qeydə alınmış, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)418/2022 nömrəli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X30 və xx.xx.2015-ci il təvəllüdlü X6 anaları X13 yanında saxlanılması qət edilmişdir. Məhkəmə birgə mülkiyyətçi olan X39 ilə X13 xx.xx.2011-xx.xx.2022-ci illərdə nikahda olduqlarını nəzərə alaraq hesab edir ki, X13 mülkiyyətçi X21 ailə üzvü (arvadı) olmuş şəxs kimi həmin ünvanda yerləşən əmlaka dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına uyğun olaraq istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş X13 qeydiyyatdan çıxarılma barədə hazırkı iddia tələbi təmin edilə bilməz.
19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2-1(103)-1246/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişidir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.... Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kir ayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış y eri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.... Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə min miş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında bax ılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KA SSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansi yası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüqu q normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, ünvan 1 ünvanda 4 ayrı yaşayış evi yerləşir.
34. Həmin ünvanda yerləşən bir ev mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsasən, İddiaçı məxsus ümumi sahəsi 88 kv.m olmaqla 4 otaqlı fərdi yaşayış evidir.
35. Həmin ünvanda yerləşən digər bir ev müvafiq qeydiyyat vəsiqəsinə əsasən, mərhum X5 məxsus ümumi sahəsi 62,7 kv.m olmaqla 2 otaqlı fərdi yaşayış evidir. Üçüncü şəxslər X19, X27, X34, X37, X47, X26, X20, X7 mərhum X3 mülkiyyətində olan həmin fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçmiş ünvanı üzrə qeydiyyata alınmışdırlar. Belə ol an halda, iddiaçı eyni ünvan göstəricilərinə hüququ olan başqa bir mülkiyyətçinin fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçmiş ünvanı üzrə qeydiyyata alınmış adıçəkilən üçüncü şəxslərin həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz.
36. Həmin ünvanda yerləşən digər bir ev X16 aid olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş evdir. Həmin evdə X22, X23 və X43 qeydiyyatdadırlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnaməsi ilə X9 gəlini X11 və nəvəsi X29 həmin evə istifadə hüquqları tanınmış, onlar həmin evə köçürülmüş və ünvan üzrə qeydiyyata alınmışdırlar. Göründüyü kimi, həmin şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, X16 aid fərdi yaşayış evində qeydiyyatdadır lar. Belə olan halda, həmin şəxslərə münasibətdə də iddiaçı iddia tələbində haqlı hesab edilə bilməz.
37. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X3 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X16 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir.
38. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X25 iddiaçının keçmiş gəlinidir. Başqa sözlə, üçüncü şəxs X25 iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərindən olan X39 ilə xx.xx.2011-xx.xx.2022-ci illərdə nikahda olmuş, nikahları məhkəmə qaydasında pozulmuşdur.
39. X13 mül kiyyətçi X21 ailə üzvü (arvadı) olmuş şəxs kimi həmin ünvanda yerləşən əmlaka dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına uyğun olaraq istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehə qarşı yönəlmiş X13 qeydiyyatdan çıxarılma barədə hazırkı iddia tələbi təmin edilə bilməz.
40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə d üzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.
41. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 21(103)-1246/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.