Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1700/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “tor paq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(103)-25/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli İİİ ЖГ seriyalı 431107 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü Axundov X4 ilə xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.1985-ci ildə nikah bağlamışlar, ərə Axundov arvada isə Axundova soyadı verilmişdir.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 378 №li xx.xx.1 992-ci il sərəncamından xx.xx.2015-ci il tarixli T-27-112 saylı arxiv çıxarışından görünür ki, X2 Nardaran bağlar massivində 205 saylı bağ tikinti kooperativinin nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və X5 bağlar sahəsindəki 205 saylı kooperativin 128 saylı orderi ilə X2 Bakı şəhəri İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1209 “v” saylı bağ ayrılmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/1145 №li ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmə ti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********41 №li mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti aparatının X3 və X5 bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızına ayrılmış sahəsi 0,12 ha olan 1209 v saylı bağ sahəsinə dair texniki sənədin (plan-ölçü, ayrıc aktı, sxem, cizgi və s.) təqdim edilməməsi səbəbindən sözügedən bağ sahəsinin naturada yerinin sənəd üzrə müəyyən edilməsi mümkün olmamışdır. Lakin iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş və faktiki ölçüsünün 1174 kv. metr təşkil etdiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə edilmiş yer quruluşu planına əsasən, torpaq sahəsinin eni 24,5 metr, uzunluğu 48 metr olmaqla koordinatları aşağıdakı kimi müəyyən edilmişdir: X - 415153.4078, 415184.4498, 415166.4411, 415135.4261; Y-4493283.6661, 4493247.0547, 4493230.4434, 4493267.0776. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********41 №li mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən, iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yeləşdiyi müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3806 nömrəl i ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X3 və istismarı biriyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Nardaran bağlar sahəsində 205 saylı VTK nəzdində X2 ayrılmış faktiki ölçüsü 1174 kv.metr olan 1209 “V” saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsi Nardaran bağlar massivinin hüdudları daxilində yerləşməklə, yaşayış məntəqələrinin torpaqların aid olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X - 415153.4078, 415184.4498, 415166.4411, 415135.4261; Y - 4493283.6661, 4493247.0547, 4493230.4434, 4493267.0776. Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşın maz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********41 №- li mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən, iddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X3 və istismarı biriyinin Nardaran bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Nardaran bağlar sahəsində 205 saylı VTK nəzdində X2 ayrılmış və iddiaçı tərəfindən təqdim olunmuş, faktiki ölçüsü 1174 kv.metr olan torpaq sahəsinin boş t orpaq sahəsi olduğunu və faktiki olaraq iddiaçının istifadəsində olduğunu nəzərə alaraq, digər şəxslərə məxsus torpaq sahələri ilə və Xalq çimərliyinə ayrılmış sahə ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az) sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla, dövlət mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazinin səthi (relyefi) qumsallıqdır.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu ilə bağ sahəsinin onun adına daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilmədiyi, həmçinin göstərilən hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Az ərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti aparatının X3 və X5 bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən 0,12 ha sahəsi olan 1209 “v” saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın Axundova (Həsənova) Samirə Ağaverdi qızına verilməsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti aparatının X3 və X5 bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində ayrılmış, faktiki ölçüsü 1174 kv. metr olan 1209 “v” saylı bağ torpaq sahəsinə dair Axundova (Həsənova) Samirə Ağaverdi qızının xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, plan ölçünün tərtib edilməsi və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra hakimiyyəti aparatının X3 və X5 bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən Axundova (Həsənova) Samirə Ağaverdi qızına 0,12 ha sahəsi olan 1209 “v” saylı bağ ayrılmışdır. Qeyd olunan sənədlərin əsasında iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarışın (arayış) verilməsi ilə bağlı 11 fevral 2020-ci il tarixli və 30 mart 2020-ci tarixli ər izələr ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh müvafiq olaraq 18 mart 2020-ci il tarixli və 18 may 2020-ci il tarixli məktublar ilə çıxarışın verilməsindən imtina etmişdir. İlkin imtinanın əsası kimi sözügedən ünvanda yerləşən bağ sahəsinə dair çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradıİmaması göstərilmişdir. Son imtinanın əsası kimi isə cavabdeh qeyd olunan torpaq sahəsinə dair sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmamasını, həmin torpaq sahəsinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının altına düşməsini göstərmişdir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mü lkiyyətinə keçir. Bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri lə ğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
10. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 10 iyun 2022-ci il tarixli, 2-1(112)256/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər P.A.Hüseynov (sədrlik edən), C.A.Yusifov və R.Ə.Səmədov) 31 yanvar 2024-cü il tarixli, 21(103)-25/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 378 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və X8 bağlar sahəsindəki 205 saylı bağ tikinti kooperativinin 128 saylı orderinə əsasən iddiaçı Həsənova (hazırda Axundova) Samirə Ağaverdi qızına Nardaran bağlar massivində 205 saylı bağ tikinti kooperativinin nəzdində 0,12 ha torpaq sahəsi olan 1209v saylı bağ ayrılmışdır. Cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bağ sa həsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi halına görə isə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin cavabdeh orderin arxiv nüsxəsinin İdarənin arxivində aşkar edilmədiyini qeyd etsə də, bu, imtina üçün əsas hesab edilmir. Eyni zamanda həmin sərəncamın arxiv çıxarışı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmişdir, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda isə həmin sərəncamın idarənin arxivində saxlanıldığı və həmin nüsxədə X1 adının göstərildiyi qeyd olunmuşdur. Bundan başqa, o rderin əsli iddiaçıdadır və hazırda da iddiaçı qeyd olunan sərəncama və orderə əsasən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edir.
14. Bundan başqa, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Bakı şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X3 və X5 bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində X2 ayrılmış faktiki ölçüsü 1174 kv.metr olan 1209 “V” saylı bağ sahəsinin koordinatları müəyyən edilmiş, eyni zamanda ekspert rəyi ilə müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi Nardaran bağlar massivinin hüdudları daxilində yerləşməklə, yaşayış məntəqələrinin torpaqların aiddir, torpaq sahəsi Xəzər də nizinin 0-50 metrlik mühafizə zolağından kənarda yerləşir, digər şəxslərə məxsus torpaq sahələri ilə və Xalq çimərliyinə ayrılmış sahə ilə üst-üstə düşmür.
15. Bundan əlavə, apellyasiya baxışı zamanı məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti X7 izahat vermiş və izahatında ekspert rəyində qeyd edilənləri müdafiə edərək mübahisələndirilən ərazinin Xəzər dənizinin mühafizə zonasına düşmədiyini, həmin ərazinin çimərlik ərazisi olmadığını, vətəndaşların istifadəsində olan yaşayış torpaqları olduğunu, bağlar massivində yerləşən torpaq sahəsi olduğunu təsdiq etmişdir. Həmçinin ekspert X7 həmin bağ sahəsinə aid xəritəni məhkəməyə təqdim etmiş, həmin xəritədən görünür ki, mübahisələndirilən t orpaq sahəsi bağların torpaq sahələrinə aid ərazidə yerləşir.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki göstərilən ərazidə sxematik xəritəyə əsasən heç bir bağ sahəsi mövcud deyildir. İddiaçı tərəfindən şərti olaraq göstərilən sahə Bilgəh-Nardaran (Bakı-dairəvi) yolunun qumsallıq ərazisidir. Torpaq sahəsinin hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazisinin bir hissəsi isə Xəzər dənizinin mühafizə zolağında yerləşir. Müvafiq torpaq sahəsi rayon icra hakimiyyəti tərəfindən metal məhəccərlərlə hasarlanaraq mühafizə və nəzar ət edilir və həmin əraziyə giriş-çıxış mövcud deyildir. Bundan başqa, dənizkənarı qumsallıq ərazidə hər hansı bir digər bağ sahəsi faktiki olaraq yoxdur və sözügedən torpaq sahəsi indiyədək iddiaçının faktiki olaraq istifadəsində olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlə rin iclasının protokolundan çıxarış; 20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mü lkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə
25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hak imiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərar ı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazım i qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı ins tansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərl i hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı i şin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 378 nömrəli xx.xx.1992ci il tarixli sərəncamı ilə X2 Nardaran bağlar massivində 205 saylı bağ tikinti kooperativinin nəzdində bağ sahəsinin ayrılması qərara alınmış, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və İstismar Birliyinin (Nardaran bağlar sahəsindəki 205 saylı kooperativ) 128 saylı orderi ilə X2 Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1209v saylı bağ ayrılmışdır.
30. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 378 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamının idarənin arxivində saxlanılan nüsxəsində X1 adının göstərildiyi bildirilmişdir (Nardaran BTK-205).
31. X2 ayrılmış faktiki ölçüsü 1174 kv.metr olan 1209 “V” saylı bağ sahəsinin koordinatları müəyyən edilmiş, qeyd olunan torpaq sahəsi Nardaran bağlar massivinin hüdudları daxilində yerləşməklə, yaşayış məntəqələrinin torpaqların aid torpaq sahəsidir. İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının 1209 v saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağından kənarda yerləşdiyi müəyyən edilmişdir.
32. Qeyd olunan torpaq sahəsi faktiki olaraq da iddiaçının istifadəsindədir və işdə olan ekspert rəyləri də həmin torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə və Xalq çimərliyinə ayrılmış sahə ilə üst-üstə düşmədi yi müəyyən edilmişdir.
33. Bu qərarın 19-cu bəndində istinad edilən normalara əsasən, 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
34. Sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi halına görə isə nəzərə alınmalıdır ki, bununla bağlı iddiaçı heç bir məsuliyyət daşımır və bu hal onun təqsiri ucbatından baş verməmişdir. Əgər sxematik xəritə ilə hər hansı uyğunsuzluq olsa belə, həmin uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını t əmin etmək cavabdeh inzibati orqanın vəzifəsidir.
35. Cavabdehin imtina dəlillərinin əsassız olması nəticəsində iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərar ı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 21(103)-25/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.