Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1701/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: bağ sahəsinə çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), 11.06.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı X3 vəkili X6 və cavabdeh İdarənin vəkili Vəkil oğunun iştirakı ilə İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3cü şəxs X4 qarşı bağ sahəsinə çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cı il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Xəzər rayonu, Çöl Şüvəlan bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 48 B/1 saylı bağ sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul e dilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarı ilə (hakim R.Kərimli; iş No 2-1 (82)-305/2018) iddianın qismən təmin edilməsi; iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar masivindəki 48B/1 saylı bağ sahəsinin 0,12 ha torpaq sahəsinin 0,096 ha hissəsində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlər reyestrində qeydə alınması barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması; iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)201/2019) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müda fiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Y.Musayev kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə üçüncü şəxs M.Quliyev gəlmədiyindən v ə bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılm alıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, işin materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 15.10.2015ci il tarixli 2885 saylı arxiv arayışına görə, Bakı şəhər X10 İcraiyyə Komitəsinin 04.09.1990 -ci il tarixli 6/265 saylı qərarı ilə X5 190 saylı BTK tərkibində Şüvəlan stansiya massivində bağ sahəsi ayrılmışdır. İşin materiallarında olan 56 saylı orderə görə, iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin 04.09.1990-ci il tarixli 6/265 saylı qərarına əsasən Çöl Şüvəlan bağlar sahəsində 190 saylı BTK nəzdində 0,12 ha hektar torpaq sahəsi olan 48B/1 saylı bağ ayrılmışdır. 12 noyabr 2015-ci il tarixdə iddiaçı müvafiq ərizə ilə cavabdeh İdarəyə müraciət edərək, bağ sahəsinə dair Texniki pasportun və reyestrdə n çıxarışın verilməsini xahiş etmişdir etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 03.12.2015-ci il tarixli cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmiş və göstərilmişdir ki, bağ sahəsinin ölçüsü 1.200 kv.m təşkil etsə də, iddiaçı əlavə 520 kv.m torpaq sahəsinin istifadə edir; həmçinin, bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin tam aparılmamışdır; elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir; belə ki, göstərilən bağ sahəsinin 48B və 48D saylı bağ sahələrinin ərazisinə aidddir. 24 avqust 2017-cı il tarixdə iddiaçı yeni ərizə ilə cavabdeh İdarəyə müraciət edərək, bağ sahəsinin koordinatlarının müəyyən edilməsini xahiş etmişdir etmişdir. Lakin həmin inzibati orqanın iddiaç ıya ünvanladığı 12.09.2017-ci il tarixli cavab məktubu ilə təkrarən iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunmuş və bu zaman göstərilmişdir ki, eyni bağ nömrəsi ilə qonşuluqda digər şəxsin adına bağ sahəsinin qeydiyyatdan keçmişdir; göstərilən bağ sahəsinin çox hissəsi 6.000 voltluq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2018-cı il tarixli 3004 nömrəli rəyinə görə, ekspertin müvafiq sorğusuna cavab vermiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi bildirilmişdir ki, iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsində 190 saylı BTK nəzdində ayrılmış 488/ 1 nömrəli bağ sahəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X2 (3-cü şəxsdir) adına qeydiyyata alınmış torpaq sahəsi digər ərazidə yerləşir və üst-üstə düşmə halı yoxdur. Elektron baza məlumatlarına əsasən bağ nömrəsi təkrarlanır. Tədqiq olunan ərazidən elektrik xəttinin keçməsini, xəttin istiqamətinin 10,0 m məsafədə müəyyən edilmiş mühafizə zolağını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin X7 və X1 04 may 2018-ci il tarixli **********57 saylı məktubunda göstərilənlər nəzərə alınaraq, iddiaçı Bakı şəhəri, Çöl-Şüvəlan qəsəbəsində 190 saylı BTK nəzdində ayrılmış 488/1 nömrəli bağ sahəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin 0,024 ha hissəsinin elektrik xəttinin mühafizə zon asında yerləşdiyi müəyyən edilir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının iddiası "öhdəliyin icrası haqqında" iddia növünə aid olduğundan, ona münasibətdə Azərbaycan Respublikası İPM ilə iddia müddəti də nəzərdə tutulmamışdır, iddiaçının subyektiv hüququ mövcuddur və cavabdeh inzibati orqanı müvafiq səlahiyyətli qurum olduğundan iddia mümkün iddiadır. Mübahisənin mahiyyəti iə bağlı qeyd olunmalıdır ki, cavabdeh inzibati orqanın imtinasında göstərilən "torpaq sahəsinin müəyyən hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi” ilə bağlı xüsusatlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə alınmış ekspertiza rəyinə əsasən, iddiaçının iddia etdiyi 0,12 ha ölçüdə torpaq sahəsinin 0,024 ha hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə olan halda, iddiaçının həmin (0.024 ha) torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alına bilməz. Həmçinin, müvafiq bağ sahəsinin iddiaçıya ayrılması Bakı Şəhər XDS İK-nın 04 sentyabr 1990- cı ıl tarixli 6/265 nömrəli qərarı, ondakı məlumatların (qeydlərin) həqiqətə uyğun olmadığı cavabdeh İdarə tərəfindən sübuta yetirilmədiyindən, hər hansı şəxs tərəfindən mübahisələndirilmədiyindən, həmin inzibati orqanın özu tərəfindən və ya məhkəmə qaydasında ləğv olunmadığından, etibarsız sayılmadığından, subut kimi mötəbər qiymətləndirilməlidir. Həmin qərar isə iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Çöl- Şüvəlan bağ massivindəki 48B/1 saylı bağ sahəsinin qanuni istifadəçisi olduğunu süb ut edir. Cavabdeh İdarənin imtinasının "eyni nömrə ilə başqa şəxsin adına digər bağ sahəsinin qeydiyyata alınması” məsələsinə gəldikdə isə, eyni nömrə ilə başqa bağ sahəsinin digər şəxsin adma qeydiyyatdan keçməsi, yəni bağ sahəsinin nömrəsindəki uyğunsuzluq iddiaçının iradəsindən asılı olan hal deyil və nəzərə alınmalıdır ki, vətəndaşların qanuni istifadəsində olmuş bağçılıq təsərrüfatının torpaqlarının rəsmiləşdirilməsi zamanı mövcud uyğunsuzluqların aradan qaldırılması müvafiq (DƏDRX haqqında) Əsasnamə ilə hazırkı cavabdeh İdarənin vəzifələrindən biridir. Odur ki, belə hal hüququ olan şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına heç bır halda əsas vermir. Beləliklə, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar massivində yerləşən 0,12 ha öl çüdə 48B/1 saylı bağ sahəsinin 0,096 ha hissəsinə mülkiyyət hüquqlarının qeydiyyatı üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas mövcud olduğundan, cavabdeh İdarənin imtinası qismən qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də, iddiaçının iddia tələbi qismən əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qismən təmin edilmişdir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. H əmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollek tiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunün 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtinar edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariata qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildiksə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəx s müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-cı bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması uçun əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11) hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməs ini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayş evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli 13 yanvar 2015 ci il tarixli Fərmanının 1 -ci bəndi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri n Siyahısı təsdiq edilmişdir. Siyahının 2.5-ci bəndində Azərbaycan Respublikası Sovet, Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ ey.ləri, habelə onların, altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yemdən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri nəzərdə tutulmuşdur. Həmin Fərmanın 2-cı bəndi ilə müəyyən edilmişdir kı, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə görə, inzibati aktın əbulundan imtina olunmasının və ya cavabdehin hərə kətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş s əbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir.Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qəra rı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1701/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1701/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver