Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1701/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)1701/2020) Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması. Bakı şəhəri xx xxxxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Vəkil iştir akı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-228/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Binəqədi rayonu Binəqədi qəsəbəsi bələdiyyəsinin xx xxxxxx 2001-cı il tarixli qərarı ilə Binəqədi qəsəbə bələdiyyəsi əraz isində Gülüstan küçəsi 10-cu döngədə 400 kv.m boş torpaq sahəsinin bu iş üzrə iddiaçı olan İddiaçı satılması qərara alınmışdır. Bələdiyyə qərarı qəbul edilərkən Torpaq Məcəlləsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun, “Torpaq islahatı haqqında” Qanunun müddəalarına əsaslanmış, Bakı şəhər Torpaq Şöbəsinin xx.xx.2001-ci il tarixli 05/01-217 saylı torpaqayırma sənədlərinə (rəy, yerquruluşu layihəsi, torpaq sahəsinin qaiməsindən çıxarış haqqında arayış) və bələdiyyənin İqtisadiyyat komissiyasının xx xxxx 2001-ci il tarixli 7 №-li protokoluna istinad edilmişdir. “X1” şirkəti iddiaçıya satılmış həmin torpaq sahəsinin bələdiyyə torpağı deyil, dövlət torpaq fondu torpaqlarına aid olduğunu və sonradan şirkətə ayrıldığını bildirmiş, bu asasla məhkəməyə müraciət edərək, Binəqədi qəs əbəsi bələdiyyəsinin xx xxxxxx 2001-cı il tarixli qərarının etibarsız sayılmasını xahiş etmişdir. İddia tələbi Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2015-ci il tarixli, 2-1(103)-23/15 saylı qərarı ilə rədd edilmişdir və həmin qərar qanuni qüvvəyə minmişdir. “X1” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin torpaq sahəsinin satılması barədə Binəqədi qəsəbəsi bələdiyyəsinin xx xxxxxx 2001-cı il tarixli qərarının xx.xx.2005-ci il tarixdən qüvvədən düşmüş hesab olunması haqqında qərqr çıxarılmasını xahiş etmiş, bu iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ə rizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və ya cavabdeh yazılacaq) müraciət etmişdir. Cavabdeh onun xahişini təmin etməmiş, xx xxxxxxxx 2018-ci il tarixli, **********65 saylı məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, daxil olmuş sənədlər surətdir və torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmiş və ərizəyə əlavə edilmiş məhkəmə qərarları ilə bağlı idarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qar şı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər Binəqədi qəsəbəsi bələdiyyəsinin xx xxxxxx 2001-ci il tarixli qərarı ilə ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 10-cu Gülüstan döngəsi, 2B ünvanında yaşayır. Cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almaqdan imtina etməsi əsassızdır. Çünki bu torpaq sahəsi bələdiyyənin qərarı əsasında ona satılmışdır. “Binəqədi Oyl” şirkəti, B inəqədi bələdiyyəsi tərəfindən ona ev tikilməsi üçün ayrılmış torpaq sahəsinin onlara aid olduğunu iddia edərək, bələdiyyə qərarının ləğv olunması barədə tələblə məhkəməyə müraciət etmiş, lakin şirkətin iddiası təmin edilməmişdir. İddiaçı daha sonra tələbini hüquqi cəhətdən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 61.1, 61.2-ci maddələri və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Repspublikası Qanunun 11, 15-ci maddələri ilə əsaslandırmışdır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda göstərilən imtina məktubunun məzmununa uyğundur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-419/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçıya verilmiş torpaq sahəsinin qeydiyyata alınması üçün bu cür əsaslar vardır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(103)-1088/2019 saylı qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəşi), V.Ağayev və C.Yusifov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-419/2019 saylı qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2486/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(103)-1088/2019 saylı qərarı ləğv edlmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-228/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər K.Abiyeva (sədrlik edən və məruzəçi) Ü.Mayılov və V.Həsənov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-419/2 019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsi üçün əsasdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində yuxarıda göstərilən işin faktiki halları sadalanmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı qeydiyyat üçün təqdim etdiyi sənədlər surətdir və zəruri olan sənədlərin əsli verilməmişdir. xx.xx.2007-ci ilə qədər verilmiş bələdiyyə torpaqlarına dair müvafiq qaydada təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməlidir. xx.xx.2020-ci il tarixdə idarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçmə işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 400 kv.m olsa da, faktiki olaraq 310,3 kv.m təşkil edir. Orada özbaşına olaraq 1 mərtəbəli yaşayış evi inşa edilmişdir. Ərizəyə əlavə olunmuş yerləşmə cizgisində istinad və məsafələr olmadığından torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Binəqədi bələdi yyəsinə aid ərazinin sərhədləri barədə idarənin elektron kadastr bazasında hər hansı məlumat yoxdur. Həmçinin ərizəyə əlavə edilmiş məhkəmə qərarları ilə idarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Daha sonra kassasiya şikayətində «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2, 7.1, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinə, Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə istinad edilmişdir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə İddiaçı məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlməd ikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyə n etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı, torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsini tələb edir. Həmin iddia tələbinin hüquqi əsası kimi məhkəmələr qeyd etmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1) daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ər izəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarının” 9-cu bəndinə əsasən, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudları daxilində həyətyanı sahə, yaşayış evi, fərdi qaraj tikintisi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar, ənənəvi xalq sənətləri və s. ilə məşğul olmaq üçün torpaq almaq istəyən Azərbaycan Respublikasının fi ziki və ya hüquqi şəxsləri müvafiq rayon, şəhər bələdiyyə orqanına ərizə ilə müraciət edir (ərizədə 8ci bəndin birinci yarımbəndindəki məlumatlar göstərilməlidir). Qalan məsələlərin həlli bu qaydaların 8-ci bəndində göstərilən şərtlərə uyğun həyata keçirilir; 8-ci bəndinə əsasən, torpaq sahələrinin alqı-satqısı aşağıdakı qaydada həyata keçirilir: rayon, şəhər bələdiyyə orqanı ərizəyə 5 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir; rayon, şəhər torpaq şö`bəsi 15 gün müddətində aşağıdakı sənədləri hazırlayıb bələdiyyə orqanına təqdim edir: a) satılacaq torpaq sahəsinin faktiki ölçüsü barədə arayış; b) satılacaq torpaq sahəsinin qaiməsindən (sertifikatından) çıxarış; v) ərazi üzrə adambaşına düşən orta torpaq norması barədə arayış; q) satılması nəzərdə tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından çıxarış; 2) rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sadalanan normaların təhlilindən göründüyü kimi 2001-ci il tarixə münasibətdə yaşayış evinin tiki ntisi üçün bələdiyyə torpağının ayrılması barədə şəxs müraciət etdikdə, onun ərizəsi əsasında bələdiyyə orqanı müvafiq sənədlərin təqdim edilməsi üçün torpaq şöbəsinə tapşırıq verməli, sonuncu tərəfindən sadalanmış sənədlər, o cümlədən satılması nəzərdə tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından çıxarış bələdiyyəyə təqdim olunmalıdır. Sonrakı mərhələdə sahəni alan şəxs onun dəyərini ödəməli və bundan sonra torpaqların alqı-satqısına dair akt tərtib edilməli, həmin akt bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanmaqla möhürlə təsdiq edilməlidir. İşin materiallarından görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixli qərar qəbul edilənədək qanunvericiliyin sadalanan normalarının tələbləri qaydasında satıl ması nəzərdə tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Torpaq Şöbəsi tərəfindən tərtib edilmiş, təsdiq edilərək bələdiyyəyə təqdim olunmuş, torpaq sahəsinin dəyəri avqust 2001ci il tarixli qəbzə əsasən bələdiyyənin hesabına ödənilmişdir (1600 000 AZM). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edilir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin ona satılması barədə Binəqədi qəsəbəsi Bələdiyyəsinin xx xxxxx x 2001-cı il tarixli qərarının və torpağın alğı-satqı aktının surətini cavabdehə təqdim etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Kassatorun idarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçmə işləri zamanı torpaq sahəsinin ölçüsünün sənəd üzrə 400 kv.m, faktiki olaraq 310,3 kv.m təşkil etməsi, orada özbaşına olaraq 1 mərtəbəli yaşayış evi inşa edilməsi, ərizəyə əlavə olunmuş yerləşmə cizgisində istinad və məsafələr olmadığından torpaq sahəsinin yerləşməsini müəyyənləşdirməyin mümkün olmaması ba rədə dəlilləri, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə təsir etmir. Çünki Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsiniyerquruluşuişləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Kassatorun təqdim olunmuş sənədlərin surət olması, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmaması barədə dəlilləri də qəbul olunan deyildir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 23.1-ci maddəsinə görə inzibati orqan ərizə, şik ayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Bu normaların baxılan işə tətbiqi onu deməyə əsas verir ki, inzibati orqan apardığı icraat çərçivəsində iddiaçının təqdim etdiyi sənədlərdə olan çatışmazlıqları onun diqqətinə çatdırıb aradan qaldırılmasını tələb etməli, buna əməl etməməsinin hüquqi nəticələrini izah etməli, iddiaçı ağlabatan müddətdə həmin nöqsanları aradan qaldırmadığı halda idd iaçının xahişini təmin etməkdən imtina etməli idi. Lakin iş materiallarından inzibati orqanın bu cür hərəkət etməsi müəyyən olunmur. Keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təqdim edilmədiyi və ərizəyə əlavə edilmiş məhkəmə qərarları ilə bağlı idarənin üzərinə heç bir öhdəlik qoyulmaması ilə bağlı dəlillər də əsassızdır. Belə ki, işə baxmış apelyasiya instansiyası məhkəməsi işə yenidən apelyasiya qaydasında baxarkən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq olaraq sorğu vermiş və məhkəmənin sorğusuna Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi xx xxxxxx 2020-ci il tarixli müşayət məktubu ilə, xx xxxxxx 2001-cı il tarixli qərarın, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş çıxarış və torpaq sahəsinin planının təsdiq edilmiş surətlərini məhkəm əyə təqdim etmişdir. Həmçinin məhkəmə araşdırması gedişində cavabdehin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsində çöl ölçmə işləri aparılmış və xx xxxxxx 2020-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” təqdim edilmişdir. Həmin aktda qeyd edilir ki, bələdiyyənin qərarına əsasən torpaq sahəsinin ölçüsü 400 kv.m, faktiki ölçü 310,3 kv.m-dir, torpaq sahəsinin iki tərəfi qonşu sahələrdir, iki tərəfi yoldur. Torpaq sahəsi 4 tərəfdən mişar daşı ilə sərhədlənmişdir. Torpaq sahəsində S=160,0 kv.m, S=23,0 kv.m 2 ədəd 1 mərtəbəli yaşayış evləri mövcuddur; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin konktrakt ərazilərdir. Yerləşmə cizgisində dəqiq istinad və məsafə olmadığından sənədlə sahəni dəqiqləşdirmək olmur. Üzərindəki tikilinin qeydiyyat ı barədə bazada məlumat yoxdur. Bələdiyyə sənədləri barədə məlumat yoxdur. Torpaq sahəsi yoldan 7 metr məsafədə yerləşir. Bundan başqa məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazilərində yerləşməsi ilə bağlı cavabdehin baxış aktında göstərilənlərə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, həmin hala qanuni qüvvədə olan məhkəmə aktları ilə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-228/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1701/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1701/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver