Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1701/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1701/2022) (Açar sözlər: torpaq sahəsinin verilməsi barədə sərəncamın ləğv edilməsi. ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) “sərəncamın ləğv edilməsi və s. tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 27 may 2022-ci il tarixli, 2-1(103)-1201/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlandığı 2018-ci il 16 avqust tarixli, **********88 saylı məktubunda qeyd edilmişdir ki, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədilə komitənin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ünvan 2 ünvanında yerləşən Müdafiə Nazirliyinin "xxxx" hərbi şəhərciyinin istifadəsində olmuş və Komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş 3.92 ha ərazinin hasara alınması faktı müəyyən edilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı sözügedən ərazinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 111 və 112 saylı sərəncamları və 2017-cı il 21 aprel tarixli, 38 saylı və 2017-ci il 4 may tarixli, 49 saylı Ayrıc aktları əsasında hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə müvafiq olaraq "xxxx" Mənzil-Tikinti Kooperativinə və İddiaçı MMC-yə icarə əsasında ayrılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci yarımbəndinə əsasən, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlərin həyata keçirilməsi yerli icra hakimiyyətlərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanına əsasən, Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilmir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda qeyd olunan ünvanda yerləşən dövlətə məxsus torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MTK-ya və İddiaçı MMC-yə verilmiş müvafiq sərəncamların ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir.
3. İddiaçınə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 avqust tarixli, **********88 saylı məktubu nəzərə alınaraq, İddiaçınə Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xə tai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3,8 ha boş torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017- ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 414 saylı sərəncamının ləğv edilməsi, həmçinin həmin sərəncamla ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 112 saylı sərəncamının, o cümlədən sənədləşdirmə işlərinin, yəni 13256 saylı inşaat pasportu, xx.xx.2018-ci il tarixli, 18/038/761 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması və xx.xx.2018-ci il tarixli 18/04-188 saylı məktubla razılaşdırılmış memarlıq-planlaşdırmasının eskiz layhəsinin hüquqi qüvvəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “R.A.N” kiçik müəssisəsinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 8.0433 hektar olan torpaq sahəsinin geri qaytarılması məqsədilə məhkəməyə müraciət edilmiş, həmin mübahisənin nəticəsi olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə barışıq sazişi bağlanmış və həmin iş üzrə iddiaçı tərəfə dəymiş zərərin müqabilində Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsi cavabdeh tərəfindən təklif edilmiş, bundan əlavə gələcəkdə yerdə qalan 6.433 ha. boş torpaq sahəsinin hündürmərtəbəli binaların tikintisi məqs ədilə veriləcəyinə dair öhdəlik götürülmüşdür. Belə ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2016-cı il 30 noyabr tarixli, 2-1(88)-3705/2016 saylı qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə yaranmış mübahisənin nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin barışıq sazişinin şərtlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti yuxarıda qeyd edilən torpaq sahəsinin ayrılması üçün 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamı qəbul etmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə 2017-ci il 29 iyun tarixli, 1350 saylı icarə müqaviləsi bağlanmış və torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir. İddiaçı tərəfindən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşasına başlamaq üçün bütün sənədləşmə işləri tamamlanmış, Bakı Şəhər İcra Hakimiyyətini n Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2017-ci il 11 may tarixli, 13256 saylı inşaat pasportu, 17/38 saylı, 2017-ci il 21 aprel tarixli ayrıc aktı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2018-ci il 27 mart tarixli, 18/03-8/761 nömrəli məktubu və 2018-ci il 2 mart tarixli, xx/xx-00278 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintiyə X5 tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2018-ci il 20 aprel tarixli, 18/04-188 saylı məktubu ilə təsdiq olunmuş eskiz layihəsi əldə edilmişdir. Bütün sənədləşmələr başa çatdıqdan sonra tikintiyə başlanılmışdır. Lakin ərazini təhlükəsizlik qaydalarına müvafiq olaraq hasarladıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tərəfindən işlərə müdaxilələr olunmuş, i ddiaçı tərəfindən tikintiyə dair bütün sənədlərin nüsxələri komitənin səlahiyyətli şəxslərinə təqdim olunmasına baxmayaraq heç bir məhkəmə qərarı olmadan iddiaçı tərəfin inşa etdiyi hasarlar sökülməyə başlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci il 21 sentyabr tarixdə iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin hündürmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MTK-nın və İddiaçı MMC-nin istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin 2017-ci il 13 mart tarixli, 111 və 112 saylı sərəncamlarının müvafiq olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 2018-ci il 30 avqust tarixli, 415 və 414 saylı sərəncamları ilə ləğv edildiyi bildirilmişdi r. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin 2018-ci il 17 sentyabr tarixli bildirişində də həmin sərəncamın ləğvi ilə əlaqədar 1350 saylı, 2017-ci il 29 iyun tarixli müqaviləyə xitam verildiyi qeyd edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 414 saylı sərəncamı tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin sərəncamları qəbul edərkən Bakı Şəhər İcra Hakimiyyəti iddiaçı tərəfin hüquqlarını pozmuş, bu barədə heç bir xəbərdarlıq etmədən və heç bir əsas olmadan, müvafiq barışıq sazişinin və məhkəmə qərarının şərtlərini pozaraq, əvvəlki sərəncamları ləğv etmişdir. İddia ərizəsində iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 109.8-ci maddəsinə, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə istinad edilm işdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli, 2-1(112)-1276/2020 nömrəli qərarı (hakim-M.Qarayeva) ilə iddia təmin edilmiş, iddiaçıya dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı ləğv edilmiş və həmin sərəncam əsasında ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçıya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri bərpa ed ilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı qəbul edilərkən cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmamış, sərəncam inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməməklə qəbul olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlan mış 2018-ci il 22 iyun tarixli təhvil-qəbul aktında göstərilən ümumi sahəsi 732 kv.m olan tikinti sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli təhvil-qəbul aktına əsasən, “Qaraçuxur-1a” hərbi şəhərciyinin torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli təhvil-qəbul aktına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin M ənzil İstismar İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş cizgidə göstərilən torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə ayrıc aktı ilə göstərilən torpaq sahəsinin ölçüləri və texniki göstəriciləri ilə üstüstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə, müvafiq ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26257 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, 2016-cı il 30 noyabr tarixli, Bakı şəhər İcra Hakimiyyəti hündür mərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən "R. A.N” kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha. boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə və yerdə qalan 6.433 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında X4 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam verməyi öz üzərinə öhdəlik götürməsi barədə barışıq sazişinə əsasən iş üzrə icraata xitam verilməsinə dair qərardadda ondan apellyasiya şikayətinin verilməsi müddəti və qaydası haqqında tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qayda da izah verilmiş, “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən və iş materiallarından da göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, 2016-cı il 30 noyabr tarixli qərardadından apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır. Lakin həmin iş üzrə cavabdeh tərəf qanuni qüvvəsini almış məhkəmə qərardadının şərtlərinə uyğun olaraq verdiyi sərəncamı bu barədə məhkəməyə müraciət etmədən qanunvericiliyin tələblərinə zidd olaraq ləğv etmişdir. Həmçinin Mübahisələndirilən sərəncamda heç bir normaya istinad edilməmiş, sərəncamın hüquqi əsası göstərilməmiş, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilm iş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyətinin başçısına öz sərəncamlarını ləğv etmək səlahiyyəti verilməmişdir.
9. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-1(103)-335/2021 nömrəli qərarı ilə (sədrlik edən A.Ə.Hüseyn, hakimlər V.M.Məmmədov, A.B.Nuriyeva) Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq bildirmişdir ki, üçüncü şəxsin nümayəndəsi mübahisəli tor paq sahəsinin dövlət əmlakı olması ilə bağlı dövlət reyestrindən çıxarışı təqdim etmişdir ki, həmin çıxarışda ünvan kimi ünvan 5nvan isə iddiaçıya ayrılmış torpaq sahəsinin ünvanı ilə eynilik təşkil etmir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamın ləğv edilməsi barədə 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı 1 illik müddət ötürüldükdən sonra qəbul edilməklə yanaşı, “İnzibati icraat haqqında” qanunun 68.2-ci maddəsində qeyd edilən əsasların heç biri mövcud olmamışdır.
12. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi İnz ibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-7/2022 nömrəli qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər R.S.Nəbizadə, K.N.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-1(103)-335/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışa əsasən (İİ cild: iş v. 30) Müdafiə Nazirliyindən ƏMDK-nin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş hərbi şəhərciyin ərazisi Bakı şəhəri, Xətai ra yonu, Səməd bəy Mehmandarov küçəsi, 35 qeyd edilmişdir (hazırda həmin torpaq sahəsi üçüncü şəxs- X2 alğı-satqı qaydasında satılmışdır). Bundan əlavə, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə ƏMDK-nın İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi arasında bağlanmış təhvil-təslim aktında (İ cild: iş v. 44) “Qaraçuxur-1a” hərbi şəhərciyinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Anten meydançası ünvanında yerləşməsi qeyd olunmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsinin isə Bakı şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamında Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşməsi qeyd olunmuşdur.
15. Yuxarıda qeyd edilən sənədlərdə ünvanların bir- birindən fərqlənməsi onların üstüstə düşməməsi barədə birmənalı nəticəyə gəlməsinə əsas vermir. Belə ki, torpaq sahələrinin üst-üstə düşməsi məsələsinə düzgün qiymət verilməsi üçün iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları (həmçinin iddiaçının faktiki istifadəsində olan sahənin koordinatları) ilə Əmlak Məsələləri Dövlət Xidmətinin, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan ( vaxtilə Qaraçuxur-1a” hərbi şəhərciyinin ərazisi olmuş) torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi istiqamətində araşdırma aparılmalıdır. İş materiallarında olan və aşağı instansiya məhkəmələrinin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2019-cu il 28 dekabr tarixli, 26257 saylı ekspert rəyində ("xxxx" MMC-nin mütəxəssis rəyinə istinad edilmiş dir) sözügedən torpaq sahələrinin üst-üstə düşməməsi qeyd olunsa da, mütəxəssis rəyinin verilməsi zamanı torpaq sahələrinin koordinatlarının hansı qaydada müqayisə edilməsi və ya ümumiyyətlə müqayisə edilməsi məsələsinə toxunulmamış, gəlinən nəticə əsaslandırılmamışdır.
16. Bundan əlavə, kassator tərəfindən məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzinin 10/5347 nömrəli, 2021-ci il 12 noyabr tarixli rəyi təqdim edilmiş, həmin rəydə torpaq sahələrinin üst-üstə düşdüyü qeyd olunmuşdur. Məhkəmə kollegiyası sözügedən ekspert rəyini əvvəllər işə baxılarkən tədqiq olunmamış yeni sübut olduğunu nəzərə alır və ona apellyasiya məhkəməsi tərəfindən təkrar baxışda qiymət verilməli olmasını hesab edir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2022-ci il 27 may tarixli, 2-1(103)-1201/2022 nömrəli qərarı ilə (sədrlik edən A.S.Hüseynov, hakimlər H.Ü.Həmidov, M.N.Tağızadə) üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2108/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı MTK-nın iddiasının təmin edilməməsi qərara alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə uyğun araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı X4 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin xx.xx.2009-cu il tarixli, 355 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərarının ləğv edilməsi, icraatın təzələnməsi və üçüncü şəxs qismində cəlb edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ərizəsinə baxarkən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3705/2016 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli barışıq sazişinə əsasən X4 və “R.A.N” kiçik müəssisəsinin yazılı razılığı əsasında 3-cü şəxslərin istifadəsinə verilməsini öhdəsinə götürdüyü və barışıq sazişinə uyğun olaraq xx.xx.2017-ci il tarixli, 112 nömrəli sərəncamı ilə İddiaçı MMC-nin icarəsinə verilmiş Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan, 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmiş və daha sonra xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 “Qaraçuxur 1A” hərbi şəhərciyinin ərazisi ilə üst-üstə düşürmü, düşürsə hansı hissədə? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5347 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 112 nömrəli sərəncamı ilə İddiaçı MMC-nin icarəsinə verilmiş Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan, 2347-2348 saylı məhəllələrdə yerləşən Ayr ıc Aktında (İİ cild, 33-cü vərəq) göstərilmiş 2,30 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmiş və daha sonra xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 (Baş planda (İİ cild, 7-ci vərəq) göstərilmiş) “Qaraçuxur 1A” hərbi şəhərciyinin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilir. Eyni zamanda iş üzrə müəyyən edilmişdir ki, işin materiallarında olan xx.xx.2018-ci il tarixli “Təhvil-qəbul Aktı”nda qeyd olunmuş “Anten meydançası” ifadəsi “Qaraçuxur-1A” hərbi şəhərciyin rəsmi ünvanını deyil, təyinatını bildirir. Bununla müəyyən olunur ki, hərbi şəhərciyin ünvanı - ünvan 8 kollegiyası tərəfindən torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi iddiaçıya icarəyə verilərkən torpaq qanunvericiliyinin tələbləri pozulmuş, həmin vaxt Müdafiə Nazirliyinin balansında olmuş hərbi şəhərciyin ərazisindən torpaq sahəsi icarəyə verilmişdir. Halbuki, yerli icra hakimiyyəti orqanı dövlət mülkiyyətində olan və hər hansı şəxsin istifadəsində olmayan (istifadəsiz) torpaq sahəsini iddiaçının icarəsinə verə bilərdi. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dövlət təşkilatının istifadəsində olan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair onunla bağlanmış barışıq sazişi digər şəxsin (Müdafiə Nazirliyinin) hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan qanunsuz olmuşdur. Bu baxımdan, Bakı şəhər İcra Hakimiyyətinin Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti əsasında öz əvvəlki sərəncamını ləğv etməsi qanuni və əsaslı olmuşdur.
19. İddiaçı MTK həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları və iddia ərizəsində qeyd olunanlar təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il,tarixli 2-1 (85)3705/2016 saylı qərardadı əsasında saziş bağlanarkən mübahisələndirilən ərazi şərti olaraq götürülsə Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsinin balansında olub və Əmlak Məsələləri Dövlət Xidməti 2018-ci ilin iyun ayında təhvil verilib. Belə olan halda hazırkı ərazi ilə bağlı tələblər Müdafiə Nazirliyi tərəfindən irəli sürülə bilər. Bakı şəh əri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən torpaq sahəsi ümumiyyətlə Müdafiə Nazirliyinin heç bir zaman balansına verilməyib və Nazirliyə məxsus olan hər hansı bir əmlak orada mövcud olmayıb. Belə ki, Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzi arasında bağlanmış xx.xx.2018-ci il tarixli aktın ikinci səhifəsində yerləşən 1969-cu ildə inşa edilmiş 704.8 kv.m sahəsi olan tikili həmin ərazidə mövcud deyil. Mübahisəli ərazinin Müdafiə Nazirliyinin heç bir zaman balansında olmaması eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin "İdarəetmə Mərkəzi, arasında bağlanmış xx.xx.20 18-ci il tarixli akta əlavə edilmiş heç bir topoqrafik tələblərə cavab verməyən amma hər iki təşkilatın imza və möhürləri ilə təsdiq edilən sxemlə də sübuta yetirilir. Belə ki, həmin sxemin ikinci səhifəsinin sağ aşağı küncündə həmin ərazinin ayrılmasına dair hər hansı bir qərarın olmadığı bildirilir. Bundan əlavə akta əlavə edilmiş sxemdə hər hansı bir ölçü vahidləri mövcud deyil və sxemin birinci səhifəsinin yuxarı hissəsində sxemin 2010-cu ilin dekabr ayında tərtib olunduğu qeyd edilir. Belə olan halda həmin ərazidə olan 1969-cu ildə inşa edilmiş tikili və torpaq sahəsinin ölçülərinin göstəriciləri saxtalaşdırılmaqla aparılıb. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən etiraz təqdi m olunmuşdur. Etiraza əsasən kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Torpaq Məcəlləsi. Maddə 51 bənd
6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. 23. “Torpaq icarəsi haqqında” Qanun: Maddə 10.2. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul o lunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. 24. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanı:... 2.3. həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər; Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. 25. “İnzibati icraat haqqında” Qanun Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
26. İnzibati Prosessual M əcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). 31.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Apellyasiya baxışı zamanı apellyasiya instansiyası Ali Məhkəmənin göstərişlərinə uyğun araşdırma apararaq müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktoru arasında aparılmış təhvil qəbul zamanı aşağıdakı əsas vəsaitlər aşkar edilmişdir: “tikilialtı torpaq sahəsi 704.8 kv.metr olan 1969-cu ildə istismara verilmiş yeraltı tikili, tikilialtı torpaq sahəsi 28. 1 kv.metr olan 1969-cu ildə istismara verilmiş tikanlı məftildən tor hasar, 732.9 kv.metr sahəsi olan ümumi tikilialtı sahə, 1969-cu ildə istismara verilmiş 1500.0 kv.metr yaşıllıq sahəsi, 39215.0 kv.metr ərazinin ümumi torpaq sahəsi. Qeyd: “1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli 1122 nömrəli məktubuna əlavə edilmiş siyahıda 17-ci sırada qeyd olunan “Qaraçuxur-1a” hərbi şəhərciyinin torpaq sahəsi 4,14 ha qeyd olunmuşdur, faktiki olaraq tərtib olunmuş baş plana əsasən ərazinin ümumi torpaq sahəsi 39215,0 kv.m təşkil edir. 0,2185 ha ərazi vətəndaşlar tərəfindən zəbt edilmiş və həmin ərazidə qəbirsanlıq salınmışdır.
2. Elektron kadastr məlumat bazasına əsasən baş plan çəkilən sahənin bir hissəsi xx.xx.2008-ci il tarixli Komitə sifarişi kimi "xxxx" MMC adına q eydə alınıb. Torpaq sahəsinin 1920 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür”.
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5347 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 112 nömrəli sərəncamı ilə İddiaçı MMCnin icarəsinə verilmiş Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan, 2347-2348 saylı məhəllələrdə yerləşən Ayrıc Aktında (İİ cild, 33-cü vərəq) göstərilmiş 2,30 ha torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmiş və daha sonra xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 (Baş planda (İİ cild, 7-ci vərəq) göstərilmiş) “Qaraçuxur 1A” hərbi şəhərciyinin ərazisi ilə üst-üstə düşür.
34. Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi iddiaçıya icarəyə verilərkən torpaq qanunvericiliyinin tələbləri pozulmuş, həmin vaxt Müdafiə Nazirliyinin balansında olmuş hərbi şəhərciyin ərazisindən torpaq sahəsi icarəyə verilmişdir. Halbuki, yerli icra hakimiyyəti orqanı dövlət mülkiyyətində olan və hər hansı şəxsin istifadəsində olmayan (istifadəsiz) torpaq sahəsini iddiaçının icarəsinə verə bilərdi. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dövlət təşkilatının istifadəsində olan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair onunla bağlanmış barışıq sazişi digər şəxsin (Müdafiə Nazirliyinin) hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan qanunsuz olmuşdur. Bu baxımda n, Bakı şəhər İcra Hakimiyyətinin Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti əsasında öz əvvəlki sərəncamını ləğv etməsi qanuni və əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Apellyasiya məhkəməsinin nəticəsi hazırki qərarın 22-25 və 26 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. 36..Yuxanda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 21(103)-1201/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.