Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1701/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mərhum hərbi qulluqçunun həyat yoldaşı kimi növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi, müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) qarşı “hərb i xidmət vəzifələrinin icrası zamanı ölmüş hərbi qulluqçunun arvadı kimi növbədənkənar mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqları yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) mənzil kirayəsi üçün kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-138/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 26 noyabr 2011-ci il tarixdə X3 ilə nikah bağlamışdır və onların həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü Murad və xx.xx.2016-cı il təvəllüdlü Milena adlı uşaqları var.
2. X3 xx.xx.2000-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrin də həqiqi hərbi xidmət keçmiş (X4 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının hərbi komendantının köməkçisi olmuş), 24 yanvar 2021-ci ildə ölmüşdür. Ölüm şəhadətnaməsində onun ölümünün səbəbi kimi “beyin qişasının dəqiqləşdirilməmiş xoşxassəli yeni törəməsi” qeyd olunub.
3. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 0326 nömrəli əmri ilə, X3 vəfat etdiyi üçün 24 yanvar 2021-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilib. Əmrdə qeyd olunub ki, “ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır”.
4. Həmin əmrin əsasında X4 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının hərbi komendantının nizami hissə üzrə 11 mart 2021-ci il tarixli, 71 nömrəli əmri ilə X1 vəfat etdiyinə görə xx.xx.2021-ci il t arixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilib. Həmin əmrdə də qeyd olunub ki, “ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır”.
5. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, vəfat etmiş hərbi qulluqçunun həyat yoldaşı kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə əsasən kirayə haqqı üçün kompensasiya verilməsi və mənzil sahəsi ilə təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh 7 iyun 2021-ci il tarixli, 03/12-11-11/M-98/4-068/4 məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə istinadən bildirmişdir ki, göründüyü kimi, qanunvericilikdə ölmüş hərbi qulluqçunun ailəsinə kirayə xərclərinin ö dənilməsinin davam etdirilməsi nəzərdə tutulmuşdur. İddiaçının ölmüş əri xidmət dövründə vəfat etmiş, həmin dövrdə RİHdə mənzil növbəsində olmamış və kirayə pulu almamışdır. Bu səbəbdən də kirayə pulunun ödənilməsinin davam etdirilməsi RİH-in səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 29 iyun 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Binəqədi Rayon İcra Hakimiyyətində dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin (hə r ay üçün 375 (üç yüz yetmiş beş) manat) 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsində işin yuxarıda qeyd olunan hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh onun müraciətlərinə və ərizələrinə cavab verməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28, 21.5-ci və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə istinad etmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Etirazda əlavə olaraq göstərilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsində qeyd olunmuş “hərbi xidmət vəzilələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə dedikdə, (həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi) bu vəzifələrin kimin tərəfindən icra olunması sonuncu xidmət etdiyi qurumun və ya yerli icra hakimiyyətlərinin nəzərdə tutulması məsələsi mübahisə yaradır. Bu baxımdan RİH-in iddiaçının tələbini yerinə yetirmək səlahiyyəti yoxdur. Bundan başqa, dddiaçının həyat yoldaşı vəfat etdiyindən ona məxsus olmuş imtiyazların onun həyat yoldaşına şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məsələsinin müsbət həlli mümkün olmamışdır.
10. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş, mövqeyini “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə istinadla əsasland ırmışdır.
11. Birinci instansiya məhkəməsinin sorğusu əsasında X4 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının verdiyi xx.xx.2021-ci il tarixli, 74 nömrəli arayışında göstərilmişdir ki, kapitan X3 xx.xx.2020-ci il tarixdə ailə vəziyyəti ilə məzuniyyətə buraxılmış, məzuniyyətdə olduğu zaman səhhəti pisləşdiyinə görə xx.xx.2020-ci il tarixdə “X9”-ya müraciət etmiş, xx.xx.2020-ci il tarixdə “Foramen magnum Meningiomu. XBT-10, D32.9” diaqonuzu qoyulmuş və “Farlaterial transcondylar yanaşma ilə subtotal Tm eksizyonu” əməliyyatı keçirilmişdir. xx.xx.2020-ci il tarixdə əməliyyat keçirdiyi üçün məzuniyyəti uzadılmışdır. Əməliyyatdan sonra vəziyyəti pisləşmiş və xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində həmin xəstəxanada vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası zamanı baş vermə mişdir.
12. Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-1404/2022 nömrəli qərarı (hakim: X8) ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 51, 52-ci, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanunun 21.5, 28-ci maddələrinə istinad etməklə gəldiyi nəticəni belə əsaslandırıb ki, üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair münasibətində kapitan X1 ölümünün hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olduğunu qeyd etsə də, mərhum X1 xidmət keçdiyi X4 Aeroportunun Hərbi Əlaqələr Komendantlığı tərəfindən göndərilmiş arayış və müvafiq əmrlərin çıxarışlarından görünür ki, mərhum X1 ölümü hərbi xidmət vəzifələrinin icrası zamanı baş verməmişdir.
14. Yuxarıda qeyd edilən qa nunvericiliyin müddəalarından da aydın şəkildə görünür ki, ölmüş hərbi qulluqçunun ailəsinin güzəştlərdən yararlanmaq hüququnun saxlanmasını hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması ilə şərtləndirmişdir.
15. Birinci instansiya məhkəməsi hüquqi əsaslandırmanı davam edərək daha sonra qeyd etmişdir ki, hərbi qulluqçuların hansı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsində konkret göstərilmişdir. İddiaçının ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətdə olduğu zaman əməliyyat olunması və nəticədə ölməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, mövcud qanunvericiliyə əsasən iddiaçının mərhum əri X1 hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmam ası işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.
16. Mövcud qanunvericiliyə əsasən yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verildiyindən, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirildiyindən, iddiaçının mərhum ərinin isə hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından, cavabdeh Binəqədi RİH tərəfindən verilən imtina qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddi a tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Apellyasiya instansiyası məhkəməsinin sorğusu əsasında Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 277 nömrəli cavabında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının (3.2-ci bəndinin) tələblərinə əsasən vəfat etmiş sabiq kapitan X2 adı mənzil növbəsinə qəbul olunması üçün Azərbaycan Ordusunda 2000-ci ildə xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısına daxil edilərək Maliyyə Nazirliyinə göndərilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-138/2023 nömrəli qərarı (hakimlər: Cahangir Yusifov (sədrlik edən və məruzəçi), Pərviz Hüseynov və Şərafət Məmmədova) ilə Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-1404/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, konkret halda, iddia tələbinin qanuni əsasını “Hərbi qulluqçuların statusu haqqında» Qanunun sözügedən 21-ci maddəsinin 5-ci hissəsi təşkil edir.
21. X7 həyat yoldaşı olan iddiaçının iddia tələbindən və onun nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən müəyyən olunur ki, onun mərhum əri Rəşid Mahmudov hərbi xidmətdə olarkən, uşaqların yetkinlik yaşına ça tanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün 01 yanvar 2021-ci il tarixinə qədər almış və bu işin mübahisələndirilməyən halını təşkil edir.
22. İddiaçının mərhum əri Rəşid Mahmudovun adı Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə dayanan hərbi qulluqçuların adlı siyahısına daxil edilərək təsdiq olunması üçün Maliyyə Nazirliyinə göndərilmiş və müvafiq nəticəsi gözlənilir.
23. Belə olan halda, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun qeyd olunan 21-ci maddəsinin 5-ci hissəsinin tələbi baxımından iddiaçının vəfat etmiş hərbi qulluqçu əri Rəşad Mahmudovun ailəsi kimi onun həmin mənzil növbəsindən istifadə etmək hüququna malikdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehdən mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzilin kiray əsi üçün kompensasiyanın ödənilməsini davam etdirilməsini tələb etməkdə haqlı olduğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən onun qanunla qorunan hüquqları pozulmuş hesab oluna bilməz.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətinin dəlillərinə əsasən işə baxan apellyasiya instansiya məhkəməsi maddi hüquq normasının düzgün tətbiq etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
26. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə
12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşa yış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ Maddə 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Maddə 12.5. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooper ativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Maddə
21. Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ Maddə 21.5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Maddə
28. Həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) kündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. 28. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun Maddə
27. Hərbi xidmət vəzifələrinin icrası 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. gü nün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. 27.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: 27.2.1. bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi his sədən (xidmət yerindən) kənarda olması; 27.2.2. sərxoş vəziyyətdə olması; 27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi. 27.3. Hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan və ya qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaran əmr, sərəncam və göstəriş vermək qadağandır. Belə əmr, sərəncam və göstəriş vermiş komandirlər və rəislər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
29. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilmə sinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
30. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassa siya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının tətbiqində səhvə yol verilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
34. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş və bu qərarın 1-3-cü paraqraflarında əksini tapmış hallarına görə iddiaçının əri X3 xx.xx.2000-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, 24 yanvar 2021-ci ildə xəstəxanada vəfat etmişdir.
35. İddiaçı ərinin hərbi xidmət vəzifələrinin icrası zamanı öldüyünü əsas tutaraq, dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsini tələb edir.
36. İddiaçının bu cür hüququ “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normada deyilir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.
37. Bu normanın tətbiq olunması üçün aşağıdakı dispozisiya şərtləri mütləq mövcud olmalıdır: 1) hərbi qulluqçu həlak olmuş və ya ölmüşdür; 2) hərbi qulluqçu hərbi xidmət vəzifələrinin icra sı zamanı həlak olmuş və ya ölmüşdür; 3) hərbi qulluqçunun ailə üzvü vardır.
38. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması, həmin normanın tətbiqini istisna edir.
39. Lakin apelyasiya instansiyası məhkəməsi mübahisənin həllinə bu normanı tətbiq etməmişdir. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddianın maddi-hüquqi əsası kimi bu normanın tətbiq edilməli olduğunu bildirməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə iddiaçının bu əsaslandırmasına qiymət verməmiş, həmin normanın nəyə görə tətbiq edilmədiyini əsaslandırmamışdır.
40. Apellyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsinin 5-ci hissəsində deyilir ki, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.
41. Nəzərə alınmalıdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsinin 5-ci hissəsi və həmin Qanunun 28-ci maddəsi ümumilikdə hərbu qulluqçuların ailə üzvlərinin sosial təminatına xidmət edir. Lakin bu normaların tənzimləmə predmetləri fərqlidir. Belə ki, qanunda hərbi qulluqçunun ailə üzvlərinə bir sıra güzəştlər müəyyən olunub (Qanunun 10-cu maddəsinin 4-cü, 6-cı hissələri, 12-ci maddəsinin 9-cu hissəsi, 20ci maddəsinin 1-ci hissəsi və s). Həmin imtiyazların ailə üzvünün hərbi qulluqçu olduğu müddətdə qüvvədə olduğu şübhəsizdir. Hərbi qulluqçu vəfat edərsə ailə üzvlərinin bu imtiyazlardan istifadə etməkdə davam edə bilməsi məhz apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi norma ilə tənzimlənir. Həmin norma, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqdan (vəfat etdikdən) sonra onun ailəsinin istifadə etdiyi güzəştlərə hüququn saxlanmasını (davam etməsini) təsbit edən normadır.
42. Qanunun 28-ci maddəsi isə, hərbi qulluqçu həlak olduqdan (öldükdən) sonra ailə üzvlərinin faktik istifadə etdikləri güzəştin davamından bəhs etmir. Bu normada hərbi qulluqçunun ailəsinə dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq, o cümlədən uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsindən bəhs olunur.
43. Bundan başqa, birinci instansiya məhkəməsi iddian ı rədd edərkən tamamilə başqa əsasla – iddiaçının mərhum ərinin hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından rədd etmişdir. Apelyasiya şikayətinin dəlilləri də məhz məhkəmənin bu mövqeyinin qanunsuz olması ilə bağlı olmuşdur.
44. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasına baxmayaraq, işin bu halına münasibət bildirməmiş və bu hala qiymət vermədiyini əsaslandırmamışdır.
45. Halbuki, yuxarı inzibati orqan olaraq iş üzrə üçüncü şəxs Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 0326 nömrəli əmri ilə Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olduğu əksini tapmışdır.
46. Bu əmrin Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağl ı olduğunu təsdiq edən sənəd kimi hüquqiliyi və əsaslılığı ilə bağlı qeyd olunmalıdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci bəndinə görə, “ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular «Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimat»la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır....
47. Əgər hərbi qulluqçu:... v) Hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində həlak olmuşsa (ölmüşsə), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxar ılma barədə əmrdə, hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrası ilə bağlı ölümünün səbəbləri göstərilir”.
48. Göründüyü kimi Rəşad Mahmudovun ölümünün səbəbi qanunvericiliklə nəzərdə tutulmuş, inzibati akt sayılan əmrdə müəyyən olunmuşdur. Həmin əmrin bu bəndi qüvvədə olduğu, Müdafiə Nazirliyinin təmsilçisi bu mövqeni yazılı təsdiq etdiyi halda, aşağı inzibati orqanın - Hərbi Əlaqələr Komendantlığının xx.xx.2021-ci il tarixli 74 nömrəli arayışına istinadla məhkəmənin hərbi qulluqçu Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olmadığı barədə gəldiyi nəticənin qanuni olub-olmaması apelyasiya instansiyaı məhkəməsi tərəfindən araşdırılmamışdır.
49. Hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan işin hallarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellya siya instansiyası məhkəməsi iddiaçının mərhum ərinin xidməti vəzifələrinin icrası zamanı ölməsi halını, eləcə də, iddiaçının mənzil kirayəsinə görə kompensasiya alıb-almamasını, hazırda həmin kompensasiyanın iddiaçıya ödənilib-ödənilməməsini araşdırmamışdır.
50. Halbuki, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
51. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bil ər (İPM-nin 12.2-ci maddəsi).
52. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
53. İşin hallarının bu vəziyyətində məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir.
54. İşin hallarının İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun araşdırılması üçün geniş hə cmdə sübutlar araşdırılmaqla davam etdirilməsinə ehtiyac vardır. Bu da məhkəmə qərarının ləğv edilməklə işin təkrar baxılması üçün müvafiq apellyasiya məhkəməsinə göndərilməsi üçün əsaslardan biridir.
55. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri iddiaçının konkret hüquqi marağını müəyyən etməmişlər. Belə ki, iddia tələbindən iddiaçının mərhum ərinin sahib olduğu mənzil növbəsi hüququnu davam etdirmək istəməsi (“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddənin 5-ci bəndi) və ya növbədənkənar mənzil almaq istəməsi (“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddə) aydın görünmür.
56. Halbuki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərin in dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin təkrar baxışı zamanı İPM-nin 13-cü maddəsinə uyğun olaraq məhkəmə iddiaçıya yardım etməklə iddia tələbinin dəqiqləşdirilməsi (hazırkı qərarın 46-cı bəndi) ilə bağlı təklif verməli, eləcə də, qərarın 40-cı bəndində qeyd edilən halların araşdırılması təmin etməli, yalnız bundan sonra aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq yekun nəticəyə gəlməlidir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 27-29-cu bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
59. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-138/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
60. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
61. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan haz ırkı halda şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 21(103)-138/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.