Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1701/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 21(103)-1078/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur, xx.xx.1993-cü il tarixdən xx.xx.2003cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
2. İddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, müxtəlif illərdə pensiya məbləği əlavələr nəzərə alınmaqla artırılmış və nəticədə, son hesablamadan sonra pensiya məbləği 320,94 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun topladığı ümumi iş stajı və pensiya kapitalı cavabdeh inzibati orqan tərəfindən düzgün müəyyən edilməmişdir. Bu səbəbdən, əmək pensiyasının məbləği, ödənilməli olan məbləğdən azdır.
5. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə inzibati orqana müraciət etmiş və müraciətə uyğun olaraq, ona təyin edilmiş əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Bu səbəbdən, iddiaçı arzuladığı nəticəyə çatmışdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 18 avqust 2023-cü il tarixli, 21(112)-538/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin əsaslandırması: 7.1. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının xx.xx.1993xx.xx.2003-cü və xx.xx.2003-xx.xx.2006-cı illər üzrə əmək fəaliyyəti dövrləri 12 il, uşağa qulluq dövrü 6 il olmaqla, xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü 18 il təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ onun 51 yaşı tamam olduğu vaxtdan yaranmışdır ki, bunun əsasını onun üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş olması və 5 il sığorta stajına malik olması təşkil edir. Tərəflər arasında mübahisə doğuran məsələ iddiaçıya hesab lanmış pensiya məbləği ilə bağlı olmuşdur ki, məhkəmənin qənaətinə görə, cavabdeh hesablamaları düzgün aparmış, qanunvericiliklə müəyyən olunan düstur əsasında pensiya məbləğini müəyyən etmişdir. 7.2. İddiaçının əmək pensiyasının məbləği "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun pensiya təyin olunduğu dövrdə qüvvədə olmuş 27.1-ci maddəsinə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş və 3363 nömrə ilə 10 oktyabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış və tətbiq edilən dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarına əsasən hesablanmı şdır. 7.3. İddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının ilkin məbləği aşağıdakı qaydada müəyyən olunmuşdur: İddiaçının xx.xx.2006-cı il tarixədək pensiyanın sığorta hissəsi: - 2004 və 2005-ci illər üzrə orta aylıq əmək haqqı məbləği (030,04 manat+1376,46 manat)/24 ay=96,44 manat; Orta aylıq əmək haqqının 16 iİ üçün 60 faizi və tələb olunan iş stajından artıq 2 ili üçün 4 faizi, beləliklə cəmi 64 %- i nəzərə alınarsa, 06,44x64%*61,72 manat təşkil edir. xx.xx.2006-cı il tarixdə orta aylıq əməkhaqqının ümumi məbləği dəyişdirilmədən Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq 25 manat baza hissəsi və 36,72 manat sığorta hissəsi (61,72 manat – 25 manat = 36,72 manat) indeksləşdirilmişdir. Sığorta hissəsinin 2008-ci il tarixə indeksləşdirilmiş məbləği 36.72+8,3%+16,7%= 46,41 ma nat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı təqdim edilmiş 2006 və 2007-ci illər üzrə əmək haqqı cədvəllərinə əsasən aşağıdakı qaydada hesablanmışdır: 2006-cı il üzrə əmək haqqı - 1775,41 +8.3%=1922,77 manat 2007-ci il üzrə əmək haqqı - 1922,77+3078,84= 5001,61 + 16.7% =5836,87 manat Pensiya sığorta kapitalı - 5836.87x25%x50%=729,61 manat SH=729,61:144=5,07 manat. 7.4. Qeyd olunanlara əsasən, sözügedən şəxsin əmək pensiyasının sığorta hissəsi xx.xx.2008-ci il tarixindən 46,41+5,07=51,48 manat olmaqla, əmək pensiyasının məbləği BH+SH=60,00+51,48=111,48 manat təşkil etmişdir. "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3006 nömr əli Sərəncamına əsasən, xx.xx.2008-ci il tarixdən baza hissəsinin 75 manat müəyyən edilməsi ilə əlaqədar pensiyanın məbləği 75+51,48=126,48 manata çatdırılmışdır. xx.xx.2009-cu il tarixdə əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək (51,48+20,8% = 63,12) əmək pensiyasının məbləği 137,19 manata, xx.xx.2010-cu il tarixdən isə əmək pensiyasının məbləği 138,12 manata (62,19+1,5% = 63,12) çatdırılmışdır. 7.5. Qeyd olunmalıdır ki, “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1077 nömrəli Sərəncamına əsasən, xx.xx.2010-cu il tarixdən baza hissəsinin 85 manat müəyyən edilməsi ilə əlaqədar pensiyanın məbləği 85+63,12=148,12 manata çatdırılmışdır. 7.6. Növbəti ildə, yəni xx.xx.2011-ci il tarixdə əmək pensiyasını n sığorta hissəsi yenidən indeksləşdirilərək (63,12+5,7% = 60,71 ) əmək pensiyasının məbləği 151,71 manata çatdırılmışdır. Pensiya məbləğinin dəyişdirilməsi haqqında xx.xx.2011-ci il tarixli sərəncama əsasən, iddiaçının xx.xx.2010-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası* Qanununun 37.3.1-ci maddəsi tətbiq edilməklə, təqdim etdiyi əməkhaqqı cədvəllərinə əsasən aşağıdakı qaydada yenidən hesablanmışdır: 2009-cu il üzrə əmək haqqı - 4017,89+1.5%=4078,15 manat; 2010-cu il üzrə əmək haqqı-4078,15+4248.94=8327,09 + 5,7% =8801,74 manat; Pensiya sığorta kapitalı - 8801,74x25%x50%=1100,21 manat, SH=1100:96=11,46 manat Yenidən hesablanmış əmək pensiyasının məbləği - 85+68,71 + 1 1/46=103,17 manat. 7.7. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2012-ci il tarixindən sonra hər il indeksləşdirilərək artırılmış və xx.xx.2018-ci il tarixində 226,07 manata, xx.xx.2021-ci il tarixində 301,92 manata çatdırılmışdır. Son olaraq, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında* Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2008-d il tarixindən xx.xx.2010-cu il tarixədək qeydə alınmış pensiya kapitalı və indeksləşdirmə faizləri nəzərə alınmaqla, əvvəlki 3 il üçün aşağıdakı qaydada yenidən hesablanmışdır: xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixədək qeydə alınmış pensiya kapitalına əsasən SH=2438,33:109 ay=22,37 manat; Əmək pen siyasının məbləği 116,27 (BH)+93,36(SH) + 22,37(SH)=232,00 manat. 7.8. Hal-hazırda iddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən indeksləşdirilərək 320,94 manata çatdırılmışdır. Beləliklə, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əmək pensiyasının məbləğini düzgün müəyyən etmiş, hesablamaları həm həmin dövrdə qüvvədə olan Qanunun redaksiyasına, həm də hazırda pensiya təminatı ilə bağlı məsələləri tənzimləyən Qanunun və normativ hüququ aktların tələblərinə uyğun aparmış, iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra isə toplanmış pensiya kapitalını nəzərə almışdır ki, göstərilən bu halların hər biri pensiya işində olan sənədlər ilə yanaşı, həmçinin də müvafiq mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq olunmuşdur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 08 fevral 2024-cü il tarixli, 21(103)-1078/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh inzibati orqan onun 2006-cı il yanvarın 01-dək son 24 ay ərzində olan gəlirindən orta aylıq əmək haqqı hesablamaqla, pensiya haqqı məbləğini süni surətdə azaltmışdır. Halbuki, pensiya məbləği pensiyaya çıxdığı xx.xx.2008-ci ildən əvvəlki, yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün (24 ay) orta aylıq əmək haqqına əsasən hesablanmalı idi. Pensiya təyin olunarkən onun ümumi iş stajı 14 il 02 ay 18 gün olmuş, cavabdeh isə etirazında bu stajı 18 il kimi qeyd etmişdir. Həmin dövrdəki hesablama qaydalarına görə, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək h aqqının 60 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilmiş və yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Göründüyü kimi, onun ümumi iş stajı (14 il 02 ay 18 gün) tələb olunan (5 il) iş stajından (14- 5=9) 9 il artıqdır. Belə olan halda, aylıq pensiya haqqı məbləği orta aylıq əmək haqqının 78%-i (60+9x2=60+18=78 ) miqdarında hesablanmalı idi. İşə əlavə edilmiş əmək haqqı cədvəllərinə əsasən, müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına aid əmək fəaliyyətində faktiki orta aylıq əmək haqqı 209,82 (5035,66:24=209,82) manat olmuşdur. Bu zaman pensiyanın aylıq məblə ği ilkin olaraq, 163,66 manat (209,82x78%=163,66) olmalı idi. Lakin onun aylıq pensiya haqqı az miqdarda hesablanaraq 125 manat təşkil etmişdir. Hazırda sonrakı artımlar da nəzərə alınmaqla, aylıq pensiya haqqının məbləği 310,39 manat təşkil edir.
13. Göründüyü kimi, aylıq pensiya haqqının ilkin məbləği düzgün hesablanmamış, bu səbəbdən sonrakı artımlar və əlavələr də düzgün nəzərə alınmamışdır. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş ekspert rəyində pensiyanın aylıq məbləğinin düzgün hesablanıb-hesablanmaması barəsində heç bir məlumat verilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensi yaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.... Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanun da göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7 (hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada). 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq....
16. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il 17 mart tarixli 3 Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin müvəqqəti Qaydaları: Bənd 2.1. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2.2. Qanunun 8.1-ci maddəsinə görə üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı o lan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 10 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazı mi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 2
3. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 08 fevral 2024-cü il tarixli, 21(103)-1078/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.