Məhkəmə qərarları › İş №2-1(102)-1702/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1702/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1702/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı qızı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: dövlət ehtiyacları üçün daşınmaz əmlakın könüllü alqı-satqı qaydasında geri alınması zamanı verilməli olan 10 faiz miqdarında əlavə ödəniş. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin vəkili oğlunun və nümayəndəsi oğlunun, üçüncü şəxs Bakı şəh ər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin vəkili Vəkil və nümayəndəsi oğlunun iştirakı ilə, İddiaçı İddiaçı qızının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı kompensasiya ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-275/2019 saylı iş üzrə 30 yanvar 2019-cu il tarixli qərarından cavabdeh və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhər İcra Hakimiyyəti Başç ısının “Avtomagistral yolunun genişləndirilməsi ilə əlaqədar olaraq ünvan 1, ünvan 2, ünvan 3, ünvan 4 və ünvan 5 ünvanlarda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürürlməsi barədə” 31.05.2011-ci il tarixli, *** saylı sərəncamına əsasən ünvan 1 və ünvan 2, ünvan 3, ünvan 4, ünvan 5 ünvanlarda mövcud olan vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin, eləcə də 9 məcburi köçkün ailəsinin məskunlaşdığı Hərbi Dəniz Qüvvələrinə məxsus qeyri-yaşayış sahəsinin vətəndaşlara, qanunvericiliyə uyğun şəkildə notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı 14.02.2011-ci il tarixli, ***** *****27 saylı məktubuna əsasən müəyyən edilmiş hər kv.m üçün 1500 manat məbləğində kompensasiya ödənilməklə köçürülməsinin təmin edilməsi qərara alınmışdır. X1 oğlu tərəfindən müvafiq orqanlara ünvanlanmış notariat qaydasında təsdiq edilmiş 16.12.2011-ci il tarixli ərizəsində göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış və köməkçi sahələri daxil olmaqla cəmi 1037,83 kv.m-dən ibarət olan ona məxsus fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən adına bankda hesab açılmışdır. Yaşadığı fərdi yaşayış evinin ümumi sahəsinin hər kv.m-nə görə 1500 manat olmaqla 155674,5 manat məbləğində kompensasiya ödənilməklə ailə üzvləri ilə birlikdə köçürülməsinə razıdır. Qeyd edilən məbləği aldıqdan sonra mənzilə dair müvafiq sənədləri təhvil verərək mənzili boşaldacaqdır. İddiaçı qızı tərəfindən notarial qaydada yazılmış 16 dekabr 2011-ci il tarixli ərizədə isə göstərilmişdir ki, ünvan 5 ünvanda yerləşən evlərinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq əri X1 oğluna 155674,5 manat məbləğində kompensasiya ödənilməklə köçürülmələrinə etiraz etmir. ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 155674,5 manat məbləğində vəsait bank vasitəsilə X1 oğluna ödənilmişdir. Daha sonra iddiaçı "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 32.3cü maddəsinə əsasən yaşayış evinin dəyərinə 10 faizi miqdarında əlavə ödəniş və eləcə də "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ona ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tələb olunan vəsaitləri ödəməmişdir. Bundan sonra isə iddiaçı məhkəməyə müraciət edərək və tələbini dəqiqləşdirərək "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 32.3-cü maddəsinə əsasən ünvan 2 ünvanda yerləşən evin ******* (bir milyon beş yüz əlli altı min yeddi yüz qırx beş) manatın 10 faizinin, yəni 155.674,5 (bir yüz əlli beş min altı yüz yetmiş dörd manat beş qəpik) manatın cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxar ılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsasən müəyyən edilmiş ərazilərdə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi ilə əlaqədar daşınmaz əmlakların ümumi sahəsinin hər kv.m üçün 1500 manat məbləğində vəsaitin bank vasitəsilə əmlak sahiblərinə ödənildiyini bildirmiş, eləcə də iddiaçının ərinə də qanunvericiliklə müəyyən edilmiş bütün xərclər, o cümlədən kompensasiya daxil olmaqla ******* manat vəsaiti bank vasitəsilə ödəməklə onun köçürülməsinin həyata keçirildiyini nəzərə almaqla iddianın rədd edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2087/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qərarı (hakim – Ş.A.Məmmədova) ilə iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən evin ******* (bir milyon beş yüz əlli altı min yeddi yüz qırx beş) manatın 10 faizinin, yəni 155.674,5 (bir yüz əlli beş min altı yüz yetmiş dörd manat beş qəpik) manatın cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh və üçüncü şəxslər tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-275/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin, üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apеllyаsiyа şikayətləri təmin еdilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəmə sinin 2-1(81)-2087/2018 saylı iş üzrə qəbul etdiyi 03 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qərarından isə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Şikayətlərdə qərarın ləğv edilərək iddianın rədd edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsindəBakı Şəhər İcra Hakimiyyətinin sərəncamlarına uyğun olar aq müəyyən edilmiş ərazilərdə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri hüquq müəyyənedici sənədlər əsasında notariat qaydada alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsi aparılmaqla vətəndaşlara məxsus daşınmaz əmlakın ümumi sahəsinin hər bir kv.metri üçün 1500 (bir min beş yüz) manat məbləğdə vəsaitin əmlak sahibləri tərəfindən bankdan əldə etmək yolu ilə həyata keçirilmişdir. “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 31.05.2011-ci il tarixli, saylı sərəncamının icrası ilə bağlı əlavə tədbirlər haqqında” 06.12.2011-ci il tarixli *** saylı sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş bütün xərclər, o cümlədən kompensasiya daxil olmaqla ******* (bir milyon beş yüz əlli altı min yeddi yüz qırx be ş) manat məbləğində vəsait iddiaçının əri X1 oğluna bank vasitəsilə ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Həmin kompensasiyanın miqdarı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmışdır. İddiaçının müraciətində qeyd edilən əlavə faizlər (kompensasiya) əri X1 oğluna iş materiallarından da göründüyü kimi məbləğin tərkibinə satınalma qiymətinə əlavə 20 faiz haqq və müvafiq çətinliklə bağlı 10 faiz haqq da hesablanaraq ödənilmişdir. Bundan əlavə, iddiaçı İddiaçı qızı Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiq olunmuş 16.12.2011-ci il tarixli 7E/13169 reyestr nömrəsi ilə qeydiyyata alınmış ərizəsində, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar əri X1 oğluna ******* (bir milyon beş yüz əlli altı min yeddi yüz qırx beş) manat məbləğində kompensasiya ödənilməklə köçürülmələrinə etiraz etməmişdir. Göründüyü kimi tərəflər arasında qarşılıqlı razılıqlar olmadan böyük məbləğdə vəsaitin mülkiyyətçiyə ödənilməklə köçürülmə işlərinin icrası həyata keçirilə bilməzdi. İddiaçının kompensasiyanın ödənilməsi barədə tələbinin məqsədi dövlət büdcəsindən külli miqdarda əlavə vəsaitin əldə edilməsinə cəhd kimi qiymətləndirilməlidir. Üçüncü şəxsin kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən evin abadlıq və yenidən qurma işləri aparılması çərçivəsində satınalınmasına dair iddiaçının əri X1 ilə qarşılıqlı razılıq əldə edilmiş və həmin razılığın şərtlərinə əsasən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanun unun 32.3-cü maddəsində nəzərdə tutulmuş torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədilə satıcıya razılaşdırılmış qiymətlə yanaşı kompensasiya qaydasında əlavə ödəniş həyata keçirilmişdir. Lakin bu ödənişin iddiaçının əri X1 oğluna ödənilməsinə baxmayaraq məhkəmələr iddiaçının iddia tələbini təmin edərkən yenidən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə istinad edərək ona ikinci dəfə "torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya kompensasiya qaydasında bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir" müddəasını rəhbər tutmuşdur. Bununla da, məhkəmələr maddi hüquq normasının tətbiq edilməsində kobud səhv buraxmışlar. Göründüyü kimi, ünvan 3 ünvanında yerləş ən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş bütün xərclər, o cümlədən kompensasiya daxil olmaqla ******* (bir milyon beş yüz əlli altı min yeddi yüz qırx beş) manat məbləğində vəsait iddiaçının əri X1 bank vasitəsi ilə ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Göstərilən məbləğ ödənilərkən həmin məbləğə satınalma qiymətinə 20 faiz əlavə və müvafiq çətinliklərlə bağlı 10 faiz haqq da daxil edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri və vəkilləri kassasiya şikayətlərinin məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini xahiş etdilər. İş baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara məhkəmə bildirişləri vasitəsilə iclas barədə lazımi qaydada məlumatlandırılmışlar. Bildirişdə iclasa gəlməyəcəkləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətləri n mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı İddiaçı qızı X1 oğlu ilə birgə nikahda olmaqla ər-arvaddırlar. Onlara məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış və köməkçi sahələri daxil olmaqla cəmi 1037,83 kv.m-dən ibarət olan fərdi yaşayış evi dövlət ehtiyacları üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən alınmışdır. Bunun üçün iddiaçının əri X1 oğluna fərdi yaşayış evinin ümumi sahəsinin hər kv.m-nə görə 1500 manat olmaqla ümumilikdə 155674,5 manat məbləğində kompensasiya ödənilmişdir. X1 oğlu müvafiq orqanlara ünvanlanmış notariat qaydasında təsdiq edilmiş 16.12.2011-ci il tarixli ərizəsində göstərmişdir ki, 155674,5 manat məbləğində kompensasiya almaqla ailə üzvləri ilə birlikdə köçürülməyə razıdır, qeyd edilən məbləği aldıqdan sonra mənzilə dair müvafiq sənədləri təhvil verərək mənzili boşaldacaqdır. Həmin vaxt İddiaçı qızı tərəfindən notarial qaydada yazılmış 16 dekabr 2011-ci il tarixli ərizədə isə göstərilmişdir ki, ünvan 5 ünvanda yerləşən evlərinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq əri X1 oğluna 155674,5 manat məbləğində kompensasiya ödənilməklə köçürülmələrinə etiraz etmir. İddiaçı hazırda cavabdeh tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 32.3-cü maddəsinə əsasən yaşayış evinin dəyərinə 10 faizi miqdarında əlavə ödənişin verilməsini tələb edir. Azərbaycan Respublik ası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükə sizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Qeyd edilən müddəaların mənasından göründüyü kimi dövlət ehtiyacları ilə əlaqədar daşınmaz əmlakın geri alınması zamanı əmlakı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Könüllü qaydada satmanı həvəsləndirmək məqsədilə ödənilən bu vəsaitin verilməsini könüllü alqı-satqı baş tutduqda qanunverici birmənalı nəzərdə tutur. Sözügedən normanın hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən yaşayış və köməkçi sahələri daxil olmaqla cəmi 1037,83 kv.m-dən ibarət olan fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı tərəflər arasında könüllü alqı-satqı qaydasında razılıq baş tutmuşdur. Buna görə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş digər prosedurların sonadək tətbiq edilməsinə ehtiyac qalmamışdır. Kollegiya bununla bağlı olaraq həmçinin qeyd edir ki, hər nə qədər tərəflər arasında daşınmaz əmlakın alıq-satqısına dair notariat qaydasında rəsmi alqı-satqı m üqaviləsi bağlanılmasa da, əslində onlar arasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35-ci maddəsinin mənasına uyğun könüllü alqı-satqı baş tutmuşdur. Belə ki, həmin maddəyə görə torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqısatqı müqaviləsi ilə rəsmiləşdirilir. İşin hallarından göründüyü kimi iddiaçı İddiaçı qızı və əri X1 oğlu notarial qaydada yazlıqları ərizələrlə onlara məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış və köməkçi sahələri daxil olmaqla cəmi 1037,83 kv.m-dən ibarət olan fərdi yaşayış evinin hər kv.m-nə görə 1500 manat olmaqla ümumilikdə 155674,5 manat məbləğində kompensasiya ödənilməklə dövlət ehtiyacları üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən alınmasına razılıqlarını bildirmişlər. Beləliklə, satıcılar satın alma təklifini qəbul etdiklərini yazılı formada verdikləri ərizələrlə təsdiq etmişlər. Ona görə də, onlar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş əmlakın razılaşdırılmış qiyməti ilə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş almaq hüququ əldə etmişlər. Cavabdehin və üçüncü şəxsin i ddiaya qarşı etirazlarının əsası, eləcə də kassasiya şikayətlərinin dəlilləri ondan ibarətdir ki, ödənilmiş satınalma məbləğinin (155674,5 manat) tərkibinə satınalma qiymətinə əlavə 20 faiz haqq və müvafiq çətinliklə bağlı 10 faiz haqq da daxil olmuşdur. Kollegiya hesab edir ki, ödənilmiş kompensasiya məbləğinin tərkibində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş əmlakın razılaşdırılmış qiyməti ilə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödənişin olmadığına dair apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.2-ci maddəsinə görə torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. Buna görə, 10 faiz əlavə ödənişin verilib-verilmədiyi ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı İddiaçı qızı və əri X1 oğlu tərəfindən notarial qaydada yazılmış ərizələrin məzmunu tədqiq olunmalıdır. Həmin ərizələrin məzmunundan isə görünür ki, onlar yalnız fərdi yaşayış evinin hər kv.m-nə 1500 manat olmaqla ümumilikdə 155674,5 manat məbləğində kompensasiya ödənilməklə dövlət ehtiyacları üçün əmlaklarının alınmasına razılıqlarını bildirmişlər. Həmin ərizələrdə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş əmlakın razılaşdırılmış qiyməti ilə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş verildiyi və həmin vəsaitin İddiaçı qızı və əri X1 oğlu tərəfindən qəbul edildiyinə dair hər hansı iradə ifadəsi yoxdur. Belə olan halda, apel lyasiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, mübahisəyə maddi hüquq normasını düzgün tətbiq etmişdir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya məhkəməsi İddiaçı qızının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olduğu ilə bağlı da düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasında n asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Səbail rayonu, ünvan 6 saylı binada qaz sızması nəticəsində 1995-ci ilin noyabrında baş vermiş partlayış nəticəsində bina əsaslı dağıntıya məruz qalmış, o cümlədən X1 oğluna məxsus 11 saylı mənzili dağılmışdır. Hazırki kompensasiyası tələb edilən mübahisəli ev isə iddiaçı İddiaçı qızının X1 oğlu ilə nikahlarından sonra yenidən bərpa edilmiş mənzildir ki, bu halda iddiaçının sözügedən evə birgə mülkiyyət hüququ, o cümlədən hazırki tələb üzrə evə dair kompensasiya ödənilməsini tələb etmək kimi subyektiv hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq n ormaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-275/2019 saylı iş üzrə 30 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar