Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1702/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya mümkünsüz, müddət) 29.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi, vurulmuş maddi və mənəvi zərərin tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(103)-301/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan boru xəttinin balans mənsubiyyəti nöqtəsində istismarda olan şəbəkədən ayrılması və iddiaçıya təhvil verilməsi, 524,63 manat borcun silinməsi və vurulmuş maddi və mənəvi ziyana görə 50000 manat ödənilməsi, CavabdehSC-nin rəhbər vəzifəli şəxsləri tərəfindən Azərbaycan Konstitusiya və qanunlarına saygısızlıq göstərilməsi, onların kobud şəkildə pozulması, vəzifə mövqelərində sui-istifadə, vətəndaşlara təzyiqlər etmələri barədə AR Prezidentinə və ARNK-ya məlumat göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2.Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3915/2019 nömrəli qərardadı ilə (hakim: M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. 3.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Cavabdeh" ASC ilə iddiaçı arasında xx.xx.2005-ci tarixdə bağlanılmış 32322905 nömrəli müqavilə mövcuddur. Belə olan halda, iddiaçı ilə cavabdeh arasında mübahisə mülki münasibətlər dövriyyəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış fərdi müqavilədən yarandığından, mübahisənin həlli ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə aiddir. Həmçinin məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC -nin rəhbər vəzifəli şəxsləri tərəfindən Azərbaycan Konstitusiya və qanunlarına saygısızlıq göstərilməsi, onların kobud şəkildə pozulması, vəzifə mövqelərində sui-istifadə, vətəndaşlara təzyiqlər etmələri barədə AR Prezidentinə və ARNK-ya məlumat göndərilməsi barədə“ iddiaçının tələbinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1- 2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmamışdır. 4.İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 5.Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-301/2020 nömrəli iş üzrə 29 yanvar 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3915/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsinin qərardadı xx xxxxxx 2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir.
7. İddiaçı həmin qərardaddan xx xxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat
8. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, kassasiya şikayəti i ddiaçı tərəfindən imzalanmamış və şikayət müddət ötürülməklə verilmişdir.
9. Bu səbəbdən müvafiq məhkəmə bildirişi göndərilməklə qeyd edilən nöqsan iddiaçı tərəfin diqqətinə çatdırılmış, kassasiyanın mümkünlüyü məsələsinə məhkəmə işlasında baxılacağı bildirilmiş, məhkəmə iclasının vaxtınadək həmin nöqsanların aradan qaldırılması ona təklif edilmiş, eyni zamanda bu nöqsanların aradan qaldırılmamasının hüquqi nəticələri izah edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. İddiaçının vəkili kassasiya şikayətinin mümkün sayılmasını xahiş etdi.
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün h esab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
13. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı xx xxxxxx 2020-ci il tarixdə iddiaçının ünvanına göndərilmiş, SS**********AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən həmin qərardad iddiaçıya xx xxxxxx 2020-ci tarixdə imza edilməklə təqdim olunmuşdur. 15. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, apelyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)301/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və S.S.Seyidova) ərizə təmin edilmiş, iddiaçının mübahisələndirilən qərardaddan kassasiya şikayəti verilməsi üçün vəkillə təmin olunması Azərbaycan Respublikası Vəkillər X1 həvalə edilmiş, həmin qərardad icra edilməsi üçün Azərbaycan Re spublikası Vəkillər Kollegiyasına göndərilmişdir. xx xxxx 2020-ci il tarixdə Vəkil iddiaçıya hüquqi yardım göstərilməsi üçün order yazılmışdır. İddiaçının vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
17. Göründüyü kimi, iddiaçı ona vəkil təyin ediləndən sonra da kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan 10 günlük müddəti ötürmüşdür.
18. Azərbaycan Respublikası İPM-nin: - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
19. Hazırkı halda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadını aldıqdan 3 aydan çox müddət keçdikdən sonra ondan kassasiya şikayəti vermiş, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinə baxmayaraq müddət bərpasına dair ərizə də verməmişdir.
20. İddiaçıya məhkəmə bildirişi göndərilməklə qeyd olunan nöqsan onun diqqətinə çatdırılmış və kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi ona təklif edilməklə kassasiyanın mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasın a təyin edilsə də, müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir.
21. Məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətlərinin tətbiq edilməsinin əhəmiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında da öz əksini tapmışdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət ve rmək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir.
23. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".
24. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının kassasiya şikayəti onun tərəfindən imzalanmamışdır.
25. İş materiallarında olan, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı tərəfindən Bakı Ap elyasiya Məhkəməsinə ünvanlanan xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı Sumqayıt Regional vəkil bürosuna gələrək səs-küy salmış, ona təyin edilmiş vəkildən imtina etdiyini bildirərək vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətini imzalamaqdan imtina etmişdir.
26. Azərbaycan Respublikası İPM-nin: - 90.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. - 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şə xsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. -1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
27. Hazırda iddiaçının kassasiya şikayəti onu verən şəxs – iddiaçı tərəfindən imzalanmamışdır. İddiaçıya göndərilmiş məhkəmə bildirişində bu nöqsanın da aradan qaldırılması, yəni onun tərəfindən imzalanmış k assasiya şikayəti təqdim edilməsi təklif olunsa da, bu çatışmazlıq aradan qaldırılmamış, məhkəmə kollegiyasına iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış kassasiya şikayəti təqdim edilməmişdir.
28. Hazırkı kassasiya şikayətini vəkil imzalasa da, iddiaçının vəkilə şikayəti onun adından imzalamaq səlahiyyəti verməsi barədə etibarnamə kassasiya şikayətinə əlavə edilməmişdir. Eləcə də şikayəti imzalayan vəkilin belə bir səlahiyyətinin olub - olmaması barədə iş materiallarında hər hansı sübut (etibarnamə) aşkar edilməmişdir.
29. Qanunvericiliyin istinad edilən müddəalarına əsasən şikayət, onu verən şəxs – iddiaçı tərəfindən imzalanmadığı üçün də həmin şikayət üzrə kassasiya icraatı mümkün hesab edilə bilməz.
30. Azərbaycan Respublikası İPM-nin: - 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. - 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-301/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiy a icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.