Məhkəmə qərarları › İş №2-1(102)-1702/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1702/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1702/2021 12.10.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; icra sənədinin icrası ilə bağlı tələbin məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçıların vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X10, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə (üçüncü şəxs X7) qarşı “icra məmurunun icra sənədinin icrası ilə əlaqədar mənzildən çıxarılmalarına dair hərəkətləri etməkdən çəkinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2021-ci il tarixli, 2-1(103)-1498/2021 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X2 Rayon Məhkəməsinə müraciət edərək X11 və X5 Ünvan1 ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-1251/2015 nömrəli 24.02.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X4 və X1 mənzildən ailə üzvüləri və əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir.

3. Həmin qətnamədən narazı qalan X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2018 saylı 06.11.20 18-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1251/2015 saylı 24.02.2015-ci il tarixli qətnaməsi “mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması“ hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş və qətnamənin X6 münasibətdə dəyişdirmədən saxlanılması qət edilmişdir.

4. X11 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3351/2019 saylı 13.05.2019cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2019 saylı 06.11.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1052/2018 saylı 10.07.2019-cu il tarixli icra vərəqəsi Bakı şəhəri Cavabdehnə göndərilmişdir. İcra vərəqəsinə əsasən borclular X4 və X5 Ünvan1 ünvanında yerləşən, ümumi sahəsi 156,1 kv.m olan mənzilə istifadə hüququna xitam verilməli, onlar Ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar.

6. Bakı şəhəri Cavabdeh icra məmuru X14 tərəfindən qəbul edilmiş 10.07.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərara əsasən icra sənədi üzrə icraata başlanılmış, borclular X6 və X8 10 gün müddətinə icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı Apellyasiya Məhkəməsinin 10.07.2019-cu il tarixli, 2(103)-1051/2018 saylı icra sənədinin icrası ilə əlaqədar Ünvan mənzilindən çıxarılmalarına dair hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 cavabdehlər X4 və X5 ünvan 2-dən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmaları barədə iddia ilə Yasamal rayon məhkəməsinə muraciət etmiş, məhkəmənin 2(004)-1251/2015 saylı 24.02.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 1051/2018 saylı 06.11.2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qi smən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1251/2015 saylı 24.02.2015-ci il tarixli qətnaməsi “mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması“ hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbinin təmin edilməməsi, ancaq qətnamənin “cavabdehlərin mənzildən çıxarılmaları hissəsində” dəyişdirmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin belə nəticəyə gəlməsinə səbəb o olmuşdur ki, iddiaçı cavabdehlərin ailə üzvlərini iddia tələbi üzrə cavabdeh qismində cəlb etməmiş, ailə üzvlərinin kimlərdən ibarət olması müəyyən olunmamış və onlar məhkəmədə iştirak etməmiş və verilmiş iddiadan müdafiə olunmamışlar. İddianın bu hissəsi qeyri-müəyyən olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3351/2019 saylı 13 ma y 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2019 saylı 06.11.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin Mülki Kollegiyalarının qərarları ilə qətnamə “mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması” hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilməmişdir. Ümumiyyətlə, onlar cavabdehlərin “ailə üzvü” olmamışlar və heç vaxt nə X11 və nə də X13 onlarla bu mənzildə birgə yaşamamışlar. Mübahisəli mənzili onların mənzili olmuş, lakin mənzil alınarkən İddiaçı1 əri ilə aralarında əmlak mübahisəsi olduğundan mənzil İddiaçı1 bacısı Səlminin adına sənədləşdirilmişdir. Onlar cavabdehlər X4 və X5 ailə üzvü olmamışlar və ailə üzvü deyillər. Eləcə də onlar bu idd ia tələbləri üzrə cavabdeh olmamış və onlara qarşı evdən çıxarılmaqlarına dair iddia belə verilməmişdir. Göründüyü kimi, onlar iddia tələbində və məhkəmə qətnaməsində və qərarında cavabdeh olmamışlarsa, icra sənədi üzrə də borclu ola bilməzlər. Buna baxmayaraq Baki şəhəri Cavabdeh icra məmuru X15 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3351/2019 saylı 13 may 2019-cu il tarixli qərarı ilə və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2018 saylı 06.11.2018-ci il tarixli qətnaməsi ilə onların mənzildən çıxarılmamaqları barədə qərarlara baxmayaraq 06 fevral 2020-ci il tarixdə mənzillərinə gələrək, məhkəmə qətnaməsində çıxarılmağı qət edilmiş şəxslərə deyil, tələbin könüllü icrası haqqında bildirişi onlara verərək onlardan mənzildən çıxarılmaların ı tələb edirlər. Baki şəhəri Cavabdeh icra məmuru X12 10 iyul 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2021 saylı 24.02.2021-ci il tarixli qərarı ilə (hakim Şəlalə Həsənova) iddia tələbinin təmin edilməsi, iddiaçıların Bakı Apellyasiya Məhkəməsinin 10.07.2019-cu il tarixli, 2(103)-1051/2018 saylı icra sənədinin icrası ilə əlaqədar Ünvan mənzilindən çıxarılmalarına dair hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin mülki iş üzrə tərəf olmamış, onlarla bağlı məhkəmə qərarı qəbul edilməmiş, onlara münasibətdə hal-hazırda müvafiq icra sənədi mövcud deyildir, onlar icr a sənədində borclu qismində göstərilməmişdir.

11. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2021-ci il tarixli 21(103)-1498/2021 saylı qərardadına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Azər Hüseynov) üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli, 2-1(112)-1199/2021 saylı qərarı ləğv edilmiş, iddianın mümkün sayılması qərara alınmışdır.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar yaşadıqları mənzilə dair hər hansı hüquqları olmadığı halda hazırkı iddia ilə məhkəməyə müraciət etsələr də, onlar məhz cavabdeh inzibati orqan tərəfindən hansı hüquqlarının pozulduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini əsaslandıra bilmirlər.

14. İddiaçılar 16.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2021-ci il tarixli 2-1(103)-1498/2021 nömrəli qərardadının ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2021 saylı 24.02.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinə əsasən məhkəmə maddi hüquq normalarının və Azərbaycan Respublikası Konstitusiyasının 26, 29, 43 və 60-cı maddələrinin və “İcra haqqında” Qanunun, həmçinin Ali Məhkə mə Plenum qərarının tələblərini pozmaqla iddianı mümkün saymamışdır. Belə ki, hazırkı iş üzrə inzibati mübahisənin predmetini inzibati orqanın vəzifəli şəxsinin iddiaçılara qarşı Azərbaycan Respublikası Konstitusiyasının 26, 29, 43, 60-cı maddələrinin, “İcra haqqında” Qanunun və Ali Məhkəmə Plenumunun pozulmasından ibarət olan hərəkətləri təşkil edir. İddiaçıların hüquqi maraqları onda ehtiva olunur ki, iddia təmin edildiyi halda onlar məhkəmə qərarı olmadan mənzildən çıxarılmaqdan müdafiə olunacaqlar. Bu halda, iddiaçıların öz hüquqi məqsədlərinə digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə çatmaları mümkünsüzdür.

16. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli, 2(103)1051/2018 nömrəli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 13.05.2019-cu il tarix li, 2(103)-3351/2019 saylı qərarı ilə X və X1 iddiaçıların ailə üzvü olması faktı müəyyən edilmişdir. Buna baxmayaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilir və yenidən sübut edilməyə çalışılır. Bu isə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Nümayəndə kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi X14 məhkəmə icl asında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

20. Üçüncü şəxs X7 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

22. Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.

23. Həmin qə rarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsas ən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.

24. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02.09.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də on ların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hü ququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar)

26. İnzibati Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab ed ilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1052/2018 saylı 10.07.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclular X4 və X5 ünvan 1 ünvanında ye rləşən, ümumi sahəsi 156,1 kv.m olan mənzilə istifadə hüququna xitam verilməli, onlar ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar.

31. İddiaçılar həmin icra vərəqəsi əsasında icra məmurunun hərəkətlərinin qanunsuz olduğunu bildirərək icra sənədinin icrası ilə əlaqədar Ünvan mənzilindən onların çıxarılmalarına dair hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir.

32. Hazırkı qərarın 21-25-ci bəndlərində göstərilən normalardan, eləcə də beynəlxalq və milli məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən isə görünür ki, icra sənədlərinin icrasına həmin sənədi qəbul etmiş məhkəmə tərəfindən nəzarət olunmalıdır.

33. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsində təsbit edilmiş icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə məhkəmənin öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirilməli olduğuna dair normanın tələbinə əsasən icraya nəzarət etməli olan məhkəmə məhz icra sənədini vermiş məhkəmədir. Buna görə də, icra sənədini hansı məhkəmə (ümumi, kommersiya və ya inzibati) vermişdirsə, icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi ilə bağlı, eləcə də icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından verilmiş şikayətlərə, icra işi üzrə məhkəmə qaydasında həll edilməli olan məsələlərlə əlaqədar icra məmurunun müraciətlərinə, həmçinin Mülki Prosessual Məcəllənin 231-ci maddəsində nəzərdə tutulmuş məsələlərə icraya nəzarətlə bağlı səlahiyyətlər çərçivəsində məhz həmin məhkəmə tərəfindən baxılmalıdır. İc ra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan tərəflər sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, şikayət verməklə mübahisələndirə bilərlər.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.

35. Hazırkı işdə də iddiaçının tələbi icra sənədinin icrası ilə bağlı olduğundan onların tələbinə inzibati məhkəmə icraatı qaydasında yox, müvafiq qətnaməni qəbul etmiş ümumi məhkəmə tərəfindən baxılmalıdır.

36. Göstərilənlərə əsasən iddiaçıları kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuni və əsaslı qərardad qəbul edilmişdir.

37. Odur ki, iddiaçıların kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2021-ci il tarixli, 2-1(103)-1498/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2021-ci il tarixli, 21(103)-1498/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar