Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1702/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1702/2022) Açar sözlər: (qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi ) Bakı şəhəri 18 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar 59 s aylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-138/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1974-cü ildə istismara verilmiş ünvan 1 ünvanında yerləşən 59 saylı MTK-nın yaşayış binasının 190,2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin son rakı inkişafı haqqında” 7 yanvar 1965-ci il tarixli 5 saylı Qərarının 2-ci hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na əsasən dövlət əmlakı hesab edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının registrində Kod 825, registr nömrəsi ***-*******1 olmaqla qeydiyyata alınmışdır.
2. Bundan sonra, 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından hazırkı iş üzrə iddiaçılar qeyri-yaşayş sahəsinin dövlət vəsaiti hesabına deyil, kooperativin üzvlərinin vəsaiti ilə inşa edildiyini, kooper ativ üzvlərinin şərikli mülki olduğunu bildirərək daşınmaz əmlakın dövlət registrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişlər.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 avqust 2018-ci il tarixli, **********65 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 432 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına əsasən həmin binada yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilir. Göstərilənləri nəzərə alaraq 190.2 kv.metr təşkil edən həmin qeyri-yaşayış sahəsi dövlət mülkiyyət ində olan əmlak kimi dövlət əmlakının registrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçılar cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən yaşayış binalarının 1-ci mərtəbəsində 192 kv.m kooperativ üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının registrində qeydiyyata alınmasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
5. İddiа tələbi əsasən onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin (xeyir-şər zalının) tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmadığından, habelə həmin tikili kooperativ üzvrlərinin şərikli mülkü olduğundan dövlət əmlakı hesab edilməsi və dövlət əm lakının registrində aparılmış qeydiyyat əsassızdır. Bu barədə verilmiş məktub qeyri- qanuni, əsassızdır və registr qeydiyyatı ləğv olunmalıdır. Belə ki, ünvan 1 ünvanında (keçmiş 3-cü Zavodskaya 2) 1969-cu ildə 99 nəfərdən ibarət 59 saylı (keçmiş JCK BQİ №59) kooperativin keçmiş Sovetin nümunəvi nizamnamə əsasında yaranması, təsis olunması və fəaliyyətinə başlanması barədə ümumi iclas keçirilmişdir. 9 mərtəbəli 2 bloklu kooperativ binanın ümumi smeta dəyəri (mənzillər, zirzəmi, bloklar, 1-ci mərtəbədə xeyirşər zalı, həyatyanı ərazinin yaşıllaşdırılması, su nasosların və gözətçi otaqlarının, yanğın hovuzunun, 2 ədəd liftin quraşdırılması və elektrik yarımstansiya daxil olmaqla) 99 nəfər təsisçilərin arasında bölünmüşdir. 1974-ci ildə 99 payçılardan ibarət 9 mərtəbəli 2 bloklu yaşayış bina sı tam şəkildə tikilmiş, istismara verilmiş və hal-hazırda şərikli mülkiyyət hüququ əsasında fəaliyyət göstərir. Heç bir dövlət qurumu 59 saylı Mənzil-Tikinti Kooperativinin 9 mərtəbəli binasının inşaatında iştirak etməmiş, binanın və birinci mərtəbəsində yerləşən xeyir-şər zalının tikintisində heç bir pul vəsaiti dövlət tərəfindən xərclənməmişdir. Bundan əlavə, 59 saylı Mənzil-Tikinti Kooperativinin Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamına heç bir aidiyyəti yoxdur. Onların binasında yerləşən qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Kommunal Təsərrüfatı Departamentinin 365 saylı xx.xx.2011-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, «araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən bina rə hbəri olduğunuz Kooperativin balansındadır. Mənzil-tikinti kooperativləri evlərin istismarı və təmir-abadlıq xərcləri kooperativlərin vəsaiti hesabına maliyyələşdirilir. Dövlət vəsaiti hesabına isə yalnız dövlət mənzil fondunda olan binalarda bu və ya digər təmir-abadlıq işləri aparılır. Yuxarıda qeyd edilənlərlə əlaqədar bildirilir ki, bina kooperativ üzvlərinin mülkiyyətidir». Eyni məzmunda Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən onlara verilmiş 181 saylı xx.xx.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin ünvanda 9 mərtəbəli çoxmənzilli bina 1974-cü ildə payçıların şəxsi maliyyə vəsaiti hesabına inşa olunmuş kooperativ binadır və dövlət mənzil fondunun balansına daxil deyil. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli 5 saylı Qərarında deyilir: “Azərbaycan SSRdə mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə əsasən mənzil-tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binanın inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir.” Daşınmaz Əmlakın Dövlət Komitəsi nə onların 59 saylı Mənzil-Tikinti Kooperativinin razılıq ərizəsini, nə həmin qeyri-yaşayış sahəsinin dövlət hesabına t ikilməsini təsdiq edən sənədlərin, nə də binanın 1-ci mərtəbəsində 192 kv.m. kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının hansı ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisinin və idarələrinin balansında olunması və həmin qeyri-yaşayış sahəsinin 1974-ci ildən bu günə kimi tikilməsi üçün aparılmış dövlət ödənişlərinin bank qəbzlərinin və kimin hesabına köçürülməsi barədə sənədləri təqdim edə bilməmişdir. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Komitəsi tərəfindən binanın 1ci mərtəbəsində 192 kv.m. kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalını dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının registrində qeydiyyata alınması qeyriqanunidir.
6. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, iddia 59 saylı MənzilTikinti Kooperativi tərəfindən qaldırılmış və həmin kooperativin təsisçiləri adından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən imzalanmışdır. Lakin nə “59 saylı MənzilTikinti Kooperativi” adlı hüquqi şəxsin mövcud olması, nə də adları çəkilən şəxslərin həmin kooperativin adından iddianı imzalamaq səlahiyyətinə malik olması barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə olunmamışdır. İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş “59 saylı MTK-nın 16 sentyabr 2018-ci il tarixli ümumi iclasın protokolu” hüquqi sənəd kimi qəbul edilə bilməz. Belə ki, “59 saylı Mənzil-Tikinti Kooperativi” adında hüquqi şəxs mövcud olmadığından, onun təsisçiləri adından keçirilmiş hər hansı iclas qanuni sayıla bilməz. Eyni zamanda, həmin hüquqi şəxs tərəfindən qaldırılmış iddiaya da məhkəmə tərəfin dən baxıla bilməz. 59 saylı Mənzil-Tikinti Kooperativi o halda hüquqlara, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququna malik ola bilər ki, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış olsun. Lakin 59 saylı Mənzil-Tikinti Kooperativi adlı hüquqi şəxsin mövcud olması barədə işin materiallarında heç bir mötəbər sübut yoxdur. Digər tərəfdən, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdir ilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Eyni zamanda, Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-4886/2018 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun tanınması barədə iddiaçıların iddia tələbi təmin edilməmişdir. Beləliklə, qeyd edilən binada yerləşən qeyriyaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətindədir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə uyğun olaraq dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim R.Kərimli) 2-1(82)-342/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, müvafiq qeyriyaşayış sahəsinə dair dövlət əmlakının registrində aparılmış qeydiyyat MTK üzvü kimi hazırkı iddiaçıların dolayısı ilə ayrı-ayrılıqda mənafelərinə toxunsa da, hazırkı iddia hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmiş MTK tərəfindən, eləcə də müvafiq etibarnamə və nizamn amə ilə onun adından çıxış etmək səlahiyyəti olan şəxs (və ya şəxslər) tərəfindən irəli sürülə bilər. Hazırkı iddiaçılar hətta təsisçi olsalar belə, qeyd olunan səlahiyyətə malik olmadığından, iddia mümkün sayıla bilməz.
9. İddiaçı2 Əsgər oğlu həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İ.Əhmədov sədrlik edən və məruzəçi, S.Seyidova və İddiaçı2) 2-1(103)-1018/2019 nömrəli 23 aprel 2019-cu il tarixli qərardadı ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçıların fərqli subyektlər, lakin eyni obyektlə (qeyri-yaşayış sahəsi) bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları (14 iyul 2017 və 27 iyun 2018-ci il tarixli) mövcuddur. Qeyd edilmiş qərarlarda isə iddiaçıların hazırkı iddia obyektinə subyektiv hüququnun olması öz əksini tapmışdır. Beləliklə, iddiaçılar hazırkı sözügedən qeyri-yaşayış sahəsinə dair subyektiv hüququnun olmasına dair sənədlər məhkəməyə təqdim edildiyi halda birinci instansiya məhkəməsi iddia tələbini subyektiv hüququn müəyyən olunmaması əsası ilə mümkün saymamaqda haqlı olmamışdır.
12. Cavabdeh kassasiy a şikayəti verərək qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. c)kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azəbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2238/2019 nömrəli 10 iyul 2019-cu il tarixli (hakimlər Z.Quliyev – sədrlik edən və məruzəçi, R.Nəbizadə və İ.Hüseynov) qərardadı ilə apellyasiya instansiya məhkəməsinin 23 aprel 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış (iddianın mümkün hesab edilməsi barədə qərardaddan şikayət verilməsinin prosessual qanunverciliklə nəzərdə tutulmaması əsası ilə) və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. ç) birinci instansiya məhkəməsində ikinci icraat
14. İddiaçı2 vəfat etdiyinə görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı iş üzrə 5 mart 2021-ci il tarixli qərardadı ilə (hakim P.Hüseynov) iş üzrə icraata ona aid hissədə xitam verilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin (hakim P.Hüseynov) 2-1(112)-505/2021 saylı, 5 mart 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
16. Məhkəmənin mövqeyinə görə, ünvan 3 ünvanında yerləşən 59 saylı MTK-nın yaşayış binasının birinci mərtəbəsində olan 190.2 kv.m qeyri-yaşayış sahəsi Dövlət Əmlakının Registrində (Kod 825, registr nömrəsi ***-*******1) qeydiyyata alınmışdır. Hazırda iddiaçılar qeyd olunan qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınmasının ləğv edilməsini tələb edirlər. Lakin məhkəmədə araşdırılan sü butlarla müəyyən edildi ki, həmin qeyri-yaşayış sahəsi dövlət vəsaiti hesabına inşa edilmişdir və dövlət mülkiyyətindədir. İddiaçı tərəf qeyd olunan Registrdə qeydiyyatın ləğv edilməsini tələb etsə də, həmin qeydiyyatın qanunsuz və əsassız olmasına dair sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmadı, habelə Registrdə qeydiyyatın aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Həmin əmlak dövlət mülkiyyəti hesab edildiyi üçün dövlət mülkiyyətində olan əmlak kimi Dövlət Əmlakının Registrində qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.
17. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin e dilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. f) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə sorğuları göndərilmişdir.
19. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə daxil olmuş məktublardan görünür ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 192.0 kv.m. olan qeyri-yaşayış sahəsinə dair X1 mülkiyyət hüququ ləğv edilmişdir. Məktublara qeyri-yaşayış sahəsinin X2 verilməsi ilə bağlı sənədlər də əlavə olunmuşdur. Sorğuya cavab m əktublarında o da qeyd olunmuşdu ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” 5 saylı xx.xx.1965-ci il tarixli Qərarının 2-ci hissəsinə əsasən MTK-nın razılığı ilə onların binalarında qeyriyaşayış sahələri tikilərsə, həmin tikili işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul hesabına aparılır. Azərbaycan Respublikası Prezidentinin 432 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına əsasən həmin binada yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilir. Eyni zamanda bild irilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin dövlət vəsaiti hesabına inşa edilməsini təsdiq edən sənədlərin – yaşayış binasının mərtəbələr üzrə planının və digər sənədlərin əldə edilməsi məqsədilə aidiyyəti üzrə Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur.
20. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki 192 kv.m. qeyri-yaşayış sahəsinin (xeyir-şər zalının) dövlət vəsaiti hesabına inşa edilməsi barədə hər hansı bir sənəd əldə etmək imkan xaricindədir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.Cəmilova sədrlik edən və məruzəçi, A.Oruczadə və M.Tağızadə) 2-1(103)-138/2022 nömrə li 27 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2021 saylı 5 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 192 kv.m olan kooperativin üzvlərinin şərikli mülki olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakın registrindəki qeydiyyatının (Kod 825, registr nömrəsi ***-*******1) ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
22. Apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, c avabdeh inzibati orqan iddiaçıların qeydiyyatının ləğv olunmasını tələb etdiyi xeyir-şər zalına dair registrdəki qeydiyyatın aparılması üçün əsas olan sənədləri məhkəməyə təqdim edə bilməmişdir, bununla yanaşı iş üzrə mübahisələndirilən qeydiyyatın aparılması üçün əsas olan sənədlər təqdim olunmadığı üçün həmin qeyri-yaşayış obyektinin dövlət vəsaiti hesabına inşa edilməsi halı iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) iş materiallarına əlavə olunmuş qanuni qüvvəsini almış və icra olunmuş məhkəmə qətnamələrini iş üzrə üçüncü şəxs qismində iştirak etməsinə baxmayaraq yuxarı instansiya məhkəmələrində mübahisələndirməmişdir. Bu fakt həm işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9820/2018 saylı iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinin tərəflərə, o cümlədən 3-cü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməsi barədə xx.xx.2018-ci il tarixli məktubu, həm də kassasiya instansiya məhkəməsinin 2(102)-890/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında (i.v. 242243) göstərilənlərlə öz təsdiqini tapır. Belə ki, adı çəkilən kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdi ki, “.......eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ümumiyyətlə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməməsi nəzərə alınmamışdır. Həmçinin iş materiallarına əlavə olunmuş mülki işlər üzrə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi binanın kooperativ üzvləri tərəfindən ödənilmiş əmlak payları hesabına tikildiyi, həmin binanın və mübahisəli qeyri-yaşayış sahəsinin başqasının hesabına tikilməsi və ona məxsus olması barədə işdə heç bir sübutun mövcud olmaması və həmin əmlakın kooperativ üzvlərinin ümumi mülkiyyəti sayıldığı müəyyən edildiyindən, həmin qətnamələr də işdə 3-cü şəxs qismində iştirak etmiş - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən mübahisələndirilmədiyindən sözügedən məhkəmə qətnamələrində əks olunmuş, araşdırılmış və qiymətləndirilmiş faktların yenidən mübahisələndirilməsi və sübut edilməsi hazırki işdə yolverilməzdir.
23. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyinin əsası kimi 1982-ci ildə qəbul edilmiş və 1.10.2009-cu ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 35, 112-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 110.1-ci, 139-1-ci, İPM-in 12.1-ci, 14.1-ci, 1.2-ci maddəsinə istinadən MPM-in 82.3-cü maddələrinə və Azərbaycan SSR Nazirlər Sovetinin 3.6.1983-cü il tarixli 252 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə istinad etmişdir.
24. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyun 2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarına əsaslanaraq iddiaçıların hazırkı iddia predmeti üzərində subyektiv hüququnun olmasını bildirmişdir. Bununla əlaqədar bildirilir ki, məhkəmənin belə bir mövqeyi tamamilə əsassızdır. Belə ki, iddia 59 saylı Mənzil-Tikinti Kooperativi tərəfindən qaldırılmış və həmin kooperativin təsisçiləri adından İddiaçı1, İddiaçı2 Əsgər oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən imzalanmışdır. Lakin, nə “59 saylı Mənzil-Tikinti Kooperativi” adlı hüquqi şəxsin mövcud olması, nə də adları çəkilən şəxslərin həmin kooperativin adından iddianı imzalamaq səlahi yyətinə malik olması barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə olunmamışdır.
26. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin iddianın mümkünlüyü ilə bağlı əsaslandığı, iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş "xxxx" MTK-nın 16 sentyabr 2018-ci il tarixli ümumi iclasının protokolu” hüquqi sənəd kimi qəbul edilə bilməz. Belə ki, “59 saylı Mənzil-Tikinti Kooperativi” adında hüquqi şəxs mövcud olmadığından, onun təsisçiləri adından keçirilmiş hər hansı iclas qanuni sayıla bilməz.
27. Kooperativin qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatdan keçməməsi, eyni zamanda kooperativin nizamnaməsinin təsdiq olunmaması, kooperativ üzvləri tərəfindən təsis müqaviləsinin məhkəməyə təqdim edilməməsi onların kooperativin təsisçisi olmadıqlarını təsdiq edir. Kooperativin qan unvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçməsi, kooperativin nizamnaməsinin təsdiq olunması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
28. İddiaçılar tərəfindən məhkəmə araşdırması dövründə 59 saylı Mənzil-Tikinti Kooperativin mövcudluğuna dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyi, eyni zamanda iş materiallarında olan rəsmi dövlət orqanı tərəfindən məhkəməyə təqdim olunmuş məktubla qeyd olunan kooperativə dair reyestrdə hər hansı məlumatın olmadığı bildirildiyi halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçıların mövcud olmayan kooperativin təsisçisi olaraq mübahisə predmeti olan əmlak üzərində subyektiv hüquqa malik olmasını qeyd etməsi tamamilə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz t əqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 35.1 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdı rma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2 Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
31. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 110.1 Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının ) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarı ilə aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə, Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 109-4.1.1 və 112.1-ci maddələrinə uyğun olaraq, hər kəs könüllülük prinsipi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququna malikdir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1-ci maddəsinin “mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları təşkilati-hüquqi formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə yönələn ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti kooperativi formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3- cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir.
4. Kooperativin yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunduqda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 33. 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 1 mart 1965-cildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi: Maddə
73. Ümumi iddia müddətləri Hüq uqu pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə
77. İddia müddətinin tətbiq edilməsinin məcburiliyi İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Maddə
88. Sosialist mülkiyyəti və şəxsi mülkiyyət (ilkin mətn) Sosialist mülkiyyəti: dövlət (ümumxalq) mülkiyyətindən, kolxozların, sair kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyətindən, ictimai təşkilatların mülkiyyətindən ibarətdir. Şəxsi mülkiyyət vətəndaşların tələbatını ödəmək vasitələrindən biridir. Maddə
88. Sosialist mülkiyyəti və şəxsi mülki yyət (1986-cı il 17 noyabr tarixli fərmanla yeni redaksiyada verilmiş (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986cı il № 21-22, maddə 159), 1994-cü il 1 noyabr tarixli qanunla çıxarılmışdır (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, №8, maddə 157)) Sosialist mülkiyyəti dövlət (ümumxalq) mülkiyyətindən, kolxoz-kooperativ mülkiyyətindən, həmkarlar ittifaqı və sair ictimai təşkilatların mülkiyyətindən ibarətdir. Dövlət sosialist mülkiyyətini qoruyur və onun artırılması üçün şərait yaradır. Sosialist mülkiyyətindən şəxsi qazanc və başqa tamah məqsədilə istifadə etməyə heç kəsin ixtiyarı yoxdur. Vətəndaşların şəxsi mülkiyyətinin əsasını zəhmətli gəlirlər təşkil edir. şəxsi mülkiyyət vətəndaşların tələbatını ödəmək vasitələrindən biridir. Vətəndaşların şəxsi mülkiyyəti və ona vərəsəlik hüququ dövlət tərəfindən qorunur. Vətəndaşların şəxsi mülkiyyətində olan əmlak zəhmətsiz gəlirlər əldə edilməsinə xidmət etməməli, ondan cəmiyyətin mənafeyi zərərinə istifadə olunmamalıdır. Maddə
89. Dövlət - dövlət əmlakının yeganə mülkiyyətçisidir (ilkin mətn) Dövlət bütün dövlət əmlakının yeganə mülkiyyətçisidir. Dövlət təşkilatlarına verilmiş dövlət əmlakı bu təşkilatların əməli idarəçiliyindədir, həmin təşkilatlar onların fəaliyyət məqsədlərinə, plan tapşırıqlarına və əmlakın təyinatına müvafiq olaraq qanunla müəyyən edilmiş dairədə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququnu həyata keçirirlər. Maddə
89. Dövlət mülkiyyəti sovet xalqının ümumi sərvətidir (1986-cı il 17 noyabr tarixli Fərmanla maddənin yeni redaksiyada verilmiş mətni) Dövlət mü lkiyyəti bütün sovet xalqının ümumi sərvəti, sosialist mülkiyyətinin əsas formasıdır. Dövlət bütün dövlət əmlakının yeganə mülkiyyətçisidir. Maddə
90. Dövlət mülkiyyəti hüququnun obyektləri (ilkin mətn) Torpaq, yeraltı sərvətlər, sular, meşələr, zavodlar, fabriklər, şaxtalar, mədənlər, elektrik stansiyaları, dəmiryol, su, hava və avtomobil nəqliyyatı, banklar, rabitə vasitələri, dövlət tərəfindən təşkil edilmiş kənd təsərrüfatı, ticarət, kommunal müəssisələri və başqa müəssisələr, habelə şəhərlərdə və şəhər tipli qəsəbələrdə əsas mənzil fondu dövlət mülkiyyətindədir. Hər hansı sair əmlak da dövlət mülkiyyətində ola bilər. Torpaq, yeraltı sərvətlər, sular və meşələr dövlətin müstəsna mülkiyyəti olmaqla ancaq istifadəyə verilə bilər. Maddə
90. Dövlət mülkiyyəti hüququnun obyektləri (1986-cı il 17 noyabr tarixli Fərmanla maddənin yeni redaksiyada verilmiş mətni) Torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətindədir və ancaq istifadəyə verilir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas istehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, banklar, dövlətin təşkil etdiyi ticarət, kommunal və digər müəssisələrin əmlakı, şəhərlərin əsas mənzil fondu, habelə dövlət vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan sair əmlak dövlətə məxsusdur. Maddə
94. Kolxozların və digər kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyət hüququnun məzmunu Kolxozlar və digər kooperativ təşkilatları, onların birləşmələri öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, həmin əmlakdan istifadə edir və onun üzərində sərəncam verirlər. Kolxozların və digər kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyətində olan əmlak üzərində sərəncam hüququ ancaq mülkiyyətçiyə məxsusdur. Maddə
95. Kolxozların, sair kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyət hüququnun obyektləri (ilkin mətn) Kolxozların, sair kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyəti - onların müəssisələri, mədəni-məişət idarələri, binaları, qurğuları, traktorları, kombaynları, sair maşınları, nəqliyyat vasitələri, işlək və məhsuldar mal-qarası, bu təşkilatların istehsal etdiyi məhsul və bu təşkilatların fəaliyyət məqsədinə uyğun olan digər əmlakdır. Maddə
95. Kolxozların və sair kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyət hüququnun obyektləri (1986-cı il 17 noyabr tarixli fərmanla yeni redaksiyada (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986-cı il, № 21-22, maddə 159)) Kolxozların və sair kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyəti onlara nizamnamə vəzifələrini həyata keçirmək üçün lazım olan istehsal vasitələri və sair əmlakdır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri hə min hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam fak tiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul ed ilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiya sı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
36. Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
37. İHAM-ın “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edə nin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
38. İHAM-ın Qavazov Bolqarıstana qarşı iş üzrə 2008-ci il 6 mart tarixli qərarlarında mövqeyidni belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).
39. Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968-ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi” İ. Ümumi əsaslar...
4. Dövlət ictimai müəssisələr, təşkilat və idarələr mənzil-tikinti kooperativinin üzvü ola bilməz, elə də öz vəsaitl əri ilə kooperativ yaşayış binalarının tikilməsində iştirak edə bilməzlər. Mənzil-tikinti kooperativlərinin evlərində ticarət, ictimai iaşə və başqa idarələr üçün binalar yalnız kooperativ üzvlərinin ümumi yığıncağının razılığı ilə tikilə bilər. Bu binaların tikilməsi ilə əlaqədar olan bütün işlər müvafiq dövlət və ya ictimai müəssisələrə, təşkilatlara, idarələrə ayrılan kapital qoyuluşlarına təsisat hesabına aparılır, ev tikilib qurtardıqdan sonra həmin işlərin dəyəri bu binalardan istifadə edən müəssislərin, təşkilatların, idarələrin balansına daxil edilir. Mənzil-tikinti kooperativlərinin evlərindəki ticarət, ictimai iaşə və sair idarə binalarından istifadə edən müəssisələr, təşkilat və idarələr evin və onun ətraf ərazisinin saxlanması üzrə ümumi xərclərdə iştirak etməlidirlər.
5. Koope rativin təşkil olunması barəsindəki məsələ - kooperativə daxil olmaq istəyən vətəndaşlar tərəfindən müvafiq yerli zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin idarəsi (şöbəsi) və ya müəssisə, təşkilat, idarə, sovxoz müdiriyyəti qarşısında qoyulur, bunlar həmkarlar İttifaqları ilə birlikdə kooperativə daxil olmaq istəyən vətəndaşların ümumi yığıncağını keçirirlər.
6. Kooperativin təşkil olunması barəsində yığıncağın qərarı, kooperativə daxil olmaq istəyən vətəndaşların və onların kooperativin mənzil sahəsinə köçürülməli olan ailə üzvlərinin siyahısı şəhər, rayon və ya qəsəbə zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən, rayon bölgüsü olan şəhərlərdə isə kooperativin təşkil olunduğu yerin rayon zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunur. İ craiyyə komitəsinin kooperativə qəbul məsələsinə dair qərarı qətidir.
7. Yerli zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin idarəsi (şöbəsi), müəssisə, təşkilat, idarə mənzil-tikinti kooperativinin təşkil olunmasına icazə vermək barəsində icraiyyə komitəsinin qərarını alan kimi, kooperativə daxil olmaq istəyən və mənzil-tikinti kooperativinin nizamnaməsini qəbul etməkdən ötrü icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahıya daxil edilmiş vətəndaşların ümumi yığıncağı çağırılır. Yığıncaq tərəfindən qəbul edilmiş nizamnamə kooperativin təşkili barəsində qərar qəbul etmiş yerli zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınır.
8. Nizamnamə qəbul olunan vaxtdan etibarən: a) kooperativ hüququ şəxs hüququ qazanır və öz adı yazılmış möhürdən istifadə edir; b) kooperativə daxil olmaq istəyən və icraiyyə komitəsi tərəfindən təsdiq olunmuş siyahıya daxil edilmiş vətəndaşlar kooperativin üzvü olurlar.
9. Nizamnamə qeydə alındıqdan sonra idarə heyəti və təftiş komissiyası seçmək üçün kooperativ üzvlərinin ümumi yığıncağı çağırılır.
10. Kooperativ öz fəaliyyətini onun olduğu yerin yerli zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin nəzarəti altında həyata keçirir. İİ. Koperativin məqsədi, hüquq və vəzifələri 11. ___________________________________________ adını daşıyan mənziltikinti kooperativi, kooperativin vəsaiti hesabına çoxmənzilli yaşayış evi (evləri) tikmək yolu ilə kooperativ üzvlərini mənzil sahəsi ilə təmin etmək, habelə sonralar bu evdən (evlərdən) istifadə etmək və onu idarə etmək məqsədi ilə ___________________ şəhərində (şəhər qəsəbəsində, kən d yerlərində yerləşən sovxozda, qəsəbədə) təsis edilir.....
16. Kooperativ bu hüquqlara malikdir:.... z) su kəməri, kanalizasiya, istilik təchizatı, qaz təchizatı şəbəkəsini, mənzildaxili qaz avadanlığını və telefon yarımstansiyalarını müvafiq kommunal təsərrüfatı müəssisələri tərəfindən xidmət edilməsi üçün onların balansına əvəzi ödənilmədən vermək; xidmət şərtləri və göstərilən kommunal xidmətinin haqqını ödəmək qaydası barəsində kommunal təsərrüfatı müəssisəsi ilə mənzil-tikinti kooperativi arasında müqavilələr bağlanır; i) kooperativ üzvlərinə mədəni-məişət xidməti təşkil etmək (yeməkxana, camaşırxana, klub, ritabxana, körpələr evi və i. a.).
17. Kooperativ evi (evləri) layihə müəyyən olunmuş qaydada təsdiq olunduqdan və tikinti üçün icazə alındıqdan sonra tikməyə başlayır. Tikint inin həcmi, başlanması və qurtarması müddəti müddətsiz torpaq sahəsinin alınması aktında göstərilir.
18. Kooperativin tikdiyi tikililər kooperativ mülkiyyəti hüququ ilə ona məxsusdur və istər bütövlükdə, istərsə hissələrlə (mənzillər, otaqlar) və təşkilatlara, və də ayrı-ayrı şəxslərə çatıla və ya verilə bilməz, kooperativ ləğv olunduqda verilmə, elə də həmin nizamnamənin 16-cı bəndinin “z” yarımbəndində göstərilən verilmə halları istisna edilir..... İV. Kooperativ üzvlərinin hüquq və vəzifələri...
27. Kooperativ üzvü: a) öz ailəsi ilə birlikdə ona verilən kooperativ yaşayış binasında yaşamaq; b) kooperativin fəaliyyət göstərdiyi hər bir vaxt – həm tikinti başlanana bə ya tikinti gedən zaman, həm də ondan istifadə olunduqda kooperativdən çıxmaq; v) kooperativ üzvlərinin ümumi yığıncağını n razılığı ilə öz payını onunla bir yerdə daimi yaşayan həddi-buluğa çatmış ailə üzvünə vermək; q) şəhər və ya rayon icraiyyə komitəsinin icazəsi ilə yaşadığı yaşayış binasını yerli Sovetlərin, dövlət, kooperativ və ictimai təşkilatların evində, elə də həm onun yaşadığı şəhərdə və ya yaşayış məntəqəsində, həm də başqa şəhərlərdə və yaşayış məntəqələrində xüsusi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərdə sair yaşayış binası ilə dəyişdirmək hüququna malikdir, o şərtlə ki, kooperativin mənzil sahəsinə köçən şəxs, həmin nizamnamənin 31-ci bəndi ilə müəyyən olunmuş qaydalara riayət etməklə qəbul edilsin. Kooperativ yaşayış binası kooperativin yaşayış evində başqa bina ilə dəyişdirildikdə, kooperativ üzvlərinin pay haqlarının bərabər məbləği qarşılıqlı surətdə təhvil verilir. Pay haql arı arasındakı fərq yeni qəbul olunan tərəfindən müvafiq kooperativə verilməli, kooperativdən çıxan isə bunu kooperativdən almalıdır. Yaşayış binalarının dəyişdirilməsi ilə əlaqədar olaraq kooperativə qəbul olunan şəxslər həmin nizamnamənin 3-cü bəndində ifadə olunan tələbləri ödəməlidi, həmin yerdəki daimi yaşayış tələbləri icticna edilir; d) öz arbadını, həddi-buluğa çatmamış uşaqları, valideynini və nəəvələrini (bunlar valideynlərini itirdikdə) tutduğu mənzilə köçürmək; e) əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı varsa, eyni kooperativin evində boşalan mənzili həmin nizamnamənin 31-ci bəndinin tələblərinə əməl etməklə, birinci növbədə almaq hüququna malikdir. əgər bu zaman onun ailəsinin bir hissəsi əvvəlki kooperativ mənzildə qalırsa, həddi-buluğa çatmış ailə üzvlərindən biri koo perativə daxil olmağa borcludur.... V. Kooperativi idarə orqanları...
42. İdarə heyəti kooperativin icraedici orqanıdır və o, kooperativ üzvlərinin ümumi yığıncağı qarşısında hesabat verir. İdarə heyətinin vəzifəsi bunlardır:... z) məhkəmədə, dövlət arbitrajında, dövlət və ictimai idarə və təşkilatlarda kooperativin təmsil edilməsi;...
40. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”
1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İ İ Dövlət Proqramı"nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir.... KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqd ır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. İşin hallarına görə iddiaçılar 1969-cu ildə 59 saylı MTK-nın 99 nəfər tərəfindən yaradıldığını, həmin MTK tərəfindən 1974-cü ildə yaşayış binası və binanın birinci mərtəbəsində sahəsi 190,2 kv.m olan xeyir-şər zalı inşa edildiyini, inşaat işlərinin MTK tərəfindən aparıldığını, xeyir-şər zalının inşasının dövlət vəsaiti hesabına aparılmadığını bildirərək, 2018-ci ildə həmin daşınmaz əmlakın dövlət əmlakı kimi registrdə aparılmış qeydiyyatının ləğv edilməli olduğunu iddia edirlər. İddiaçıların arzuladığı hüquqi məqsəd mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının (sahiblik, istifadə və sərəncam) tanınması və qeydə alınmasından ibarətdir.
44. Bu məqsədə nail olmaq üçün onlar 2005-2017-ci illərdə qeyri-yaşayış sahəsinin Emin Hacıye vin adına özəlləşdirilməsi ilə əlaqədar hüquqmüəyyənedici sənədlərin və reyestrdən çıxarışın ləğv edilməsinə, Emin Hacıyevin məhkəmə qətnaməsi ilə həmin sahədə çıxarılmasına nail olsalar da, hazırda həmin əmlakın dövlət əmlakı hesab edilərək dövlət əmlakının registrində aparılmış qeydiyyatı məhz tikilinin dövlət vəsaiti ilə inşa edilmədiyini əsas gətirərək əsassız hesab edirlər və ləğv edilməli olduğu qənaətindədirlər. 45. 59 saylı MTK-nın təsisçilərinin adından məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş şəxslər MTK-nın xx.xx.2018-ci il tarixli ümumi iclasının protokolunu iddia ərizəsinə əlavə edərək səlahiyyətli olduğunu bildirərək özlərinin deyil, MTK-nın təsisçilərinin iddiaçı olduğunu qeyd etsələr də, həmin təsisçilərin kim olduqlarını qeyd etməmişlər.
46. Binanın dövlət vəsaiti hesabı na deyil də, MTK üzvlərinin vəsaiti hesabına tikildiyini təsdiq edən sübut kimi şəhər və rayon icra hakimiyyətlərinin məhzil-kommunal təsərrüfatı idarələri tərəfindən verilmiş məktublara və preyudisial əhəmiyyətli hesab etdikləri Emin Hacıyevə qarşı iddiaları üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə istinad edərək məhkəməyə təqdim etmişlər.
47. İddianın rədd edilməsi barədə qərarın ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul etmiş apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini qeyriyaşayış sahəsinin yerli icra hakimiyyəti orqanının sərəncamında olması və dövlət vəsaiti hesabına tikilməsinin sübut olunmadığı ilə əsaslandırmışdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamaqla və müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamamaqla işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Eyni zamanda, iddiaçıların səlahiyyətlərini, onların təqdim etdikləri sübutları tam araşdırmamış, təqdim etməli olduqları sübutları izah etməməklə, sübutetmə yükü üzrə üzərilərinə düşən vəzifənin icrasına nail olmamış, birtərəfli qərar qəbul etməklə, cavabdehin mövqeyini və qanunvericiliyi təhlil etməyərək səhv nəticəyə gəlmişdir.
49. Belə ki, iddiaçıların səlahiyyətlərinin araşdırılmalı olması ilə əlaqədar qeyd edilməlidir ki, hazırkı işdə iddiaçılar öz adlarından deyil, 59 saylı MTK-nın təsisçiləri adından iddia qaldırdıqlarını bəyan edirlər. İddiaçılar belə bir səlahiyyətə malik oldu qlarını təsdiq edən sübut kimi 59 saylı MTK-nın 16 sentyabr 2018-ci il tarixli ümumi iclasın protokolunu təqdim etsələr də, həmin protokolun tərtib edilməsinə olan səlahiyyət, protokolun təsdiq edilməsi üçün istifadə edilmiş möhürün necə əldə edilməsi, protokolda təsisçilərin kim olmalarının qeyd edilməməsi, protokola şübhə ilə yanaşmağa və əlavə araşdırma aparılmasına əsas verdiyi halda, şübhələrin aradan qaldırılması istiqamətində prosessual hərəkətsizlik edilməsi qənaətinə gəlmək üçün əsasdır. Bu isə öz növbəsində həm sübutların qiymətləndirilməsi, həm də xidməti vəzifəsinə uyğun olaraq məhkəmənin araşdırma aparmalı olması barədə vəzifəsinin icrasız qaldığına dəlalət edir.
50. İddia ərizəsinə əlavə edilmiş “59 saylı MTK-nın 16 sentyabr 2018-ci il tarixli ümumi iclasın protokolu”nun iddi açıları iddia qalrımağa səlahiyyətləndirə biləcək sənəd olmadığı prosessual qanunvericiliyin tələblərindən də aydındır. Belə prosessual qanunvericiliyə görə nümayəndənin səalhiyyətini təsdiq edən sənəd etibarnamədir. Hüquqi şəxs etibarnaməni öz möhürü ilə təsdiq etdiyi halda, fiziki şəxs notariat qaydasında təsdiq edilmiş etibarnamə verir. Etibarnamənin veriləcəyi şəxslərin dairəsi də qanunvericiliklə müəyyən edilib. Fiziki şəxslər yaxın qohumlara və vəkilə, hüquqi şəxs isə işçisinə və vəkilə etbarnamə verə bilər. iddiaçılar kimi adları qeyd edilən şəxslərin hazırda hansı səlahiyyətlə, kimi v kimləri təmsil etdikləri aydın deyil və işin araşdırılmalı olan halıdır.
51. Göründüyü kimi, iddiaçılar hazırda mübahisəli qeyri-yaşayış sahəsinə şərikli mülkiyyət hüquqlarının olduqlarını iddia edirl ər və bunu keçmiş sovet dövründə onların təsis etdikləri kooperativ vasitəsilə öz vəsaitləri hesabına inşa edildiyinə istinad edirlər. İddia ərizəsində iddiaçılar kimi adları çəkilən şəxslər şərikli mülkiyyət hüququnun olduğunu iddia etdikləri üçün, binanın digər sakinlərinin və ya mövcudluğu sübut olunduğu halda MTK-nın digər üzvlərinin də eyni iddiada olub-olmadıqları araşdırılmalıdır.
52. Beləliklə, ilk növbədə, iddiaçıların prosessual statusları, həmin statusun faktiki əsası (bina sakinləri, kooperativ üzvü, kooperativin təsisçilərinin nümayəndələri, yoxsa kooperativin nümayəndələri olaraqmı) dəqiq müəyyən edilməli, 59 saylı MTK-nın mövcudluğu araşdırılmalı, müsbət halda üzvlərinin dairəsi müəyyən edilməli, daha sonra həmin üzvlərin məhkəmə prosesinə cəlbetmə məsələsi həll edilməlidir. İddiaçıların prosessual statusunun faktiki əsası üzrə hüquqi dəyərləndirmə aparılmalı və zərurət olduğu təqdirdə İPM-in 13-cü maddəsi üzrə müvafiq yardım edilməlidir. Məsələn: hazırda iddiaçılar özlərini təsisçilərin adından məhkəməyə müraciət edənlər kimi təqdim edirlər ki, burada fiziki şəxsə münasibətdə MPM-in 69.1-1-ci, hüquqi şəxsə münasibətdə isə MPM-in 69.2-ci maddəsinin tələbləri təmin edilməli və dolayı yolla iddianın mümkünlüyü məsələsi həll edilməlidir. Əgər iddiaçılar fikirlərini dəyişib bina sakinləri və ya kooperativ üzvü olaraq iddiaçı kimi özlərinin tanınmalarını tələb etsələr, onda işin birinci instansiya məhkəməsinə qaytarılması (prosessual hərəkətlərin edilməsi üçün) və ya iddianın mümkünlüyü (iddia qaldırmazdan əvvəl inzibati orqana edilmiş müraciətin iddiaçıların öz a dlarından edilib- edilməməsi) məsələsi araşdırılmalıdır. Əgər iddiaçılar kooperativ təsisçilərinin və ya kooperativin nümayəndələri olaraq iddia qaldırdıqları müəyyən ediləcəksə qanunvericiliyə uyğun etibarnamə tələb edilməlidir.
53. MTK-nın mövcudluğunun məhkəmələr tərəfindən hazırkı iş üzrə qəbul edilməsinin yeganə əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, cavabdehin, şəhər və rayon icra hakimiyyətlərinin mənzil-kommunal təsərrüfatı idarələrinin məktubları çıxış etsə də, məhkəmə tərkibi həmin sənədləri yetərli, bu hissədə aparılmış məhkəmə araşdırmasını isə natamam hesab etməklə yoxlanılan məhkəmə qərarının prosessual pozuntularla qəbul edildiyi qənaətinə gəlir. Belə ki, iddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin 1974-cü ildən mövcud olmasını bildirsələr də, Dövlət V ergi Xidmətinin 29.9.2020-ci il tarixli **********346300 saylı məktubu ilə həmin adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumatın mövcud olmadığı qeyd edilmişdir (cild 1, i.v. 225). Nəinki qeyd edilən hal, həm də iddiaçıların iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün səlahiyyətləndirilmələrinin əsası kimi qeyd etdikləri 59 saylı MTK-nın ümumi yığıncağının protokolundakı olan şübhəli məqamlar (məsələn: kimlərin təsisçi olmasının qeyd edilməməsi, möhürün necə və haradan əldə edilməsi, möhürün mövcudluğu halında ondan istifadə edilməsinin qanuni olub-olmaması, neçə nəfər üzvün olması, üzvlərdən neçəsinin iştirak etməsi, neçəsinin iştirak etməməsi, müzakirəyə çıxarılan məsələ ilə əlaqədar üzvlərin münasibətləri), işə mahiyyəti üzrə baxmağa tam səlahiyyətli məhkəmə kimi, apellyasi ya instansiyası məhkəməsini müvafiq araşdırma aparmağa təşviq etdiyi halda, prosessual imkanlardan istifadə etməməyi İPM-in 12-ci maddəsinin tələblərinin pozuntusu kimi qiymətləndirilir.
54. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında 2005-2018-ci illərdə 59 saylı MTKnın adından verilmiş çoxsaylı iclas protokolu, maliyyə arayışı, məktubların və zərərçəkmiş şəxs qismində cəlb edilmə barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qərarının olması həmin MTK-nın fəaliyyətdə olması anlamına gələ bilsə də, kooperativin təşkil olunması barədə yığıncağın qərarı, həmin qərarın təsdiq olunması barədə qərar, ümumi yığıncağın çağırılması və kooperativə daxil olan vətəndaşların siyahısının təsdiqi, nizamnamənin qəbulu, qeydə alınması, idarə heyəti v ə təftiş komissiyasının seçilməsi üçün kooperativin keçirilmiş ümumi iclasın protokolu iş materiallarına əlavə edilmədiyindən, kooperativin hazırda fəaliyyətinin qanuni əsaslarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə müvafiq araşdırma vəzifəsindən məhkəməni azad etmir.
55. İddiaçıların məhkəməyə təqdim etdikləri iddia ərizəsində, cavabdehin etirazına qarşı münasibətdə və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətində 59 saylı MTK-nın 1969-cu ildə yaranması barədə qeydini nəzərə alaraq, məhkəmə tərkibi yoxlanılan məhkəmə qərarında Azərbaycan SSR Nazirlər Sovetinin 3.6.1983-cü il tarixli 252 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamna məsi”nə istinad edilməsini İPM-in 1.2-ci maddəsinə istinadən MPM-in 217.2-ci maddəsinin tələbinin pozuntusu kimi qiymətləndirir. Bununla əlaqədar olaraq iş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968-ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənziltikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə istinad edilməli olduğunu qeyd edir.
56. Hazırkı qərarın 39-cu bəndində Azərbaycan SSR Nazirlər Sovetinin 4 yanvar 1968ci il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”ndən göründüyü kimi kooperativ üzvlərinin məhkəmədə ayrıca iddia qaldırmaq hüququ müəyyən edilməmişdir. Bu hüquq, yəni məhkəmədə iddia qaldırm aq hüququ kooperativin icraedici orqanı olan İdarə heyətinin səlahiyyətinə aid edilmişdir (bax hazırkı qərarın 39-cu bəndinin 42-ci yarımbəndinin “z” alt bəndinə).
57. Hazırkı mübahisə həll edilərkən apellyasiya instansiyası məhkəməsini maraqlandıran digər bir məqam ondan ibarət olmalı idi ki, MTK yaradılarkən qarşısına hansı məqsəd qoyulmuşdur və həmin məqsədə nail olunub-olmadığı araşdırılmalı idi. Belə ki, məqsədə nail olunduğu halda hazırkı qərarın 32-ci bəndində qeyd edilən tədbirlərin görülüb-görülmədiyi araşdırılmalı idi. Hazırkı qərarın 39-cu bəndində istinad edilən “Nümunəvi Nizamnamə”nin kooperativin məqsədi, hüquq və vəzifələri adlanın ikinci bölməsinin 11-ci bəndinə görə kooperativin məqsədi kooperativin vəsaiti hesabına çoxmənzilli yaşayış evi (evləri) tikmək yolu ilə kooper ativ üzvlərini mənzil sahəsi ilə təmin etmək, habelə sonralar bu evdən (evlərdən) istifadə etmək və onu idarə etməkdən ibarət olmuşdur. İşin mübahisəsiz halıdır ki, yaşayış binası tikilib və üzvlər arasında bölünüb. Belə olan halda kooperativ məqsədinə nail olunmuş hesab edildiyindən, hazırkı qanunvericiliyin tələblərinə əsasən kooperativ üzvləri MTK-dan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaratmalı idilər. işin bu halı da diqqətdən yayınmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmamışdır.
58. Ümumiyyətlə MTK-nın yaranmasının 1974-cü ilə aid olduğunun iddia edildiyini, hazırkı iddianın keçmiş SSRİ dövründə yaradıldığı iddia edilən kooperativin dövlət təşkilatına qarşı iddiası olduğunu nəzərə alaraq, məhkəmə tərkibi İPM-in 1.2-ci maddəsinə istinadə n MPM-in 217.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, hazırkı məsələ araşdırılarkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan (11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 1 mart 1965-cildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi) maddi hüquq normaları tətbiq edilməlidir. 59. 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 1 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin hazırkı qərarın 31-ci bəndində qeyd edilən normalarından aydın olur ki, qeyd edilən qanunvericilik sosialist mülkiyyəti, dövlət mülkiyyəti, kolxozların və digər kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyəti və sair mülkiyyət növlərini müəyyən etmişdir. Lakin hazırkı iş üzrə iddiaçıların öz vəsaitləri ilə inşa etdiklərini iddia edilən tikilinin hansı mülkiyyət növünə ai d olduğu araşdırılmamışdır.
60. Bundan başqa, istinad edilən qanunvericilikdən aydın olur ki, qeydiyyatı mübahisələndirilən daşınmaz dövlət əmlakının (xeyir-şər zalının) inşa edildiyi dövrdə həmin tikilinin kooperativin mülkiyyətində olması üçün əsas şərt əmlakın kooperativ təşkilatının fəaliyyət istiqamətinə uyğun olmasıdır (bax 33-cü bənddəki maddə 95-ə). 1986-cı il 17 noyabr tarixli fərmanla yeni redaksiyada verilmiş qeyd edilən maddənin mətninə görə isə kooperativ təşkilatının mülkiyyəti ona nizamnamə vəzifələrini həyata keçirmək üçün lazım olan istehsal vasitələri və sair əmlakdır. Bu mənada apellyasiya instansiyası məhkəməsi tikilinin MTK-nın hansı nizamnamə vəzifələrinin həyata keçirilməsi üçün lazım olduğunu müəyyən etməli idi.
61. Həmçinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan mülki hüquq normalarının tələblərinə görə kooperativlə dövlət təşkilatlarının bir-birinə qarşı iddiaları üzrə iddia müddəti 1 il müəyyən edilmişdir (bax 33-cü bənddəki maddə 73-ə).
62. Məhkəmə tərkibi xüsusilə qeyd etməyi zəruri hesab edir ki, hazırda qüvvədə olan mülki hüquq normalarından fərqli olaraq mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan mülki hüquq normalarının tələblərinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayara məhkəmə tərəfindən tətbiq edilməlidir (bax 33-cü bənddəki maddə 77-yə). Yəni, burada iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinə hər hansı zərurət yoxdur. Məhkəmə iddia müddətinin ötdüyünü müəyyən etdikdə tətbiq etməlidir.
63. Məhkəmə tərkibi preyudisia məsələsi ilə əlaqədar apellyasiya instansiyası məhkəmə sinin mövqeyinə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, istinad edilən qətnamələrlə iddiaların təmin edilməsi iddiaçıların xeyri şər zalına mülkiyyət hüquqlarının olduğunu təsdiq edə bilməz. Mülkiyyət hüququnun mövcudluğu o zaman müəyyən edilə bilər ki, mübahisə olmasın. Mübahisə olduğu halda isə sübutlar şübhəsiz olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin preyudisial əhəmiyyətli hesab etdiyi qətnamələrdə xeyir-şər zalının kooperativin vəsaiti hesabına inşa edildiyi qeyd edilsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində işlədilmiş həmin ifadələrin özünün hansı sübuta əsaslandığı aydın olmadığından şübhəsiz hesab edilə bilməz. Bundan başqa ən əsası qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin heç biri hazırkı iş üzrə tərəflər arasında keçirilmiş məhkəmə iclaslarının nəticəsində qəbul edilməmişdir.
64. Hazırkı qərarın 36-cı bəndində qeyd edilənlərlə yanaşı məhkəmə tərkibi hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarında preyudisial əhəmiyyətə malik qərar kimi qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin MPM-in 82.3-cü maddəsinin tələbinə uyğun olmamasına aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
65. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
66. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.
67. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.
68. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır.
69. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.
70. Məhkəmə tərkibi yoxlanılan məhkəmə qərarında cavabdeh tərəfindən mübahisəli tikilinin dövlət vəsaiti hesabına inşa edildiyinə dair sübutun məhkəməyə təqdim edilməməsi barədə mövqeyinə münasibətdə qeyd edir ki, sübutetmə yükü, bir qayda olaraq, təkzib edənin deyil, iddia edənin üzərinə düşür (37-ci bəndə bax). Odur ki, cavabdehdən mübahisəli tikilinin dövlət vəsaitinə inşa edilməsini təsdiq edən sübutu o zaman tələb etmək lazım idi ki, “xeyir-şər zalının MTK üzvlərinin şəxsi vəsaiti hesabına tikilməsi” sübut edilmiş ola idi. Bir halda ki, iddiaçılar mübahisəli tikilinin onların vəsaiti hesabına inşa edildiyini, yaşadıqları binanın isə şərikli mülkiyyət hüququ əsasında fəaliyyət göstərdiyi iddiada qeyd edilir, ilk növbədə, bu cümləni təsdiq edən sübutlar iddiaçılardan tələb edilməli və iş materiallarına əl avə edilməli idi. Şərikli mülkiyyət təsdiq ediləcəyi halda binanın digər sakinlərinin hüquq və mənafelərinə toxunub-toxunmadığı araşdırılmalı və hazırkı prosesə zəruri cəlbetmə qismində cəlb edilməli olub-olmaması məsələsi araşdırılaraq həll edilməlidir.
71. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Kommunal Təsərrüfatı Departamentinin 365 saylı xx.xx.2011-ci il tarixli, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2018-ci il tarixli 181 saylı və Əmlak Məsələləri Dövlət Komitəsinin (hazıkı cavabdeh) 16 avqust 2018-ci il tarixli **********65 saylı məktubunda 59 saylı MTK-nın müxtəlif məzmunlu müraciətlərinə cavab verildiyi müəyyən edilsə də, həmin müraciətlər edilərkən MTK-nın səlahiyyətini təsdiq edən sənədlərin əlavə edilib təqdim edildiyi, İnzibati icraat haqqında Qanunun tələblərinə inzibati orqan tərəfindən riayət edilib-edilmədiyi araşdırılmamışdır. Bu araşdırmaya zərurət vergi orqanı tərəfindən 59 saylı MTK-nın qeydiyyatdan keçməməsinə dair məhkəmənin sorğusuna verdiyi cavab əsas yaratmışdır.
72. Cavab məktubları o halda MTK-nın mövcudluğunu təsdiq edən sübut kimi qəbul edilə bilər ki, iş materiallarında kooperativin hüquqmüəyyənedici sənədləri mövcud olsun. Bir halda ki, iş materiallarında belə bir sənədlər mövcud deyil, məhkəmə cavab məktublarının mətninə şübhə ilə yanaşmağa və xidməti vəzifəsinə uyğun araşdırma aparmağa borcludur.
73. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu xidməti vəzifəsinə uyğun olaraq yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumalarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri müxtəlif sübutların müqayisə edilməsidir (bax 38-ci bəndə).
74. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instasniyası məhkəməsi dövlət əmlakının registrində aparılan qeydiyyatın əsasları barədə cavabdeh inzibati orqanın istinad edilən qanunvericilik normalarını təhlil edilməmiş və bununla da, mübahisənin yaranmasına əsas olmuş halın hü quqi əsaslarını faktiki olaraq araşdırmamış və səhv nəticəyə gəlmişdir. Halbuki imtinada istinad edilən Qaydalar dövlət əmlakının necə özəlləşdirilməli olmasını özündə ehtiva etmişdir. Bu mənada iddiaçıların qeyd edilən qeyri-yaşayış sahəsini özəlləşdirməsi imkanının itirilmədiyi müəyyən edilir ki, bu isə öz növbəsində, həmin qaydalarla özəlləşdirmə işlərinin aparılmasına razı olub-olmadığının araşdırılmasını zəruri edən amillərdəndir. Yeni məhkəmə baxışı zamanı tərəflərdən dövlət əmlakı hesab edilən mübahisəli əmlakı özəlləşdirməyə qarşılıqlı maraqlarının olub-olmadıqları müəyyən edilməli və bu maraqların icrası üzrə mübahisə olub-olmadığı aydınlaşdırılmalıdır. Mübahisənin olmadığı halda iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir.
75. Həmçinin yeni məhkəmə baxışı zamanı ara şdırılmalı digər məqam mübahisəli qeyri-yaşayış sahəsinin hansı tarixdə registrdə qeydə alınmasının araşdırılmalı olmasıdır. Belə ki, iş materiallarındakı 29.6.2018-ci il tarixli 861 saylı registrdən çıxarışın surəti ilə mübahisəli əmlakın kodu, registr nömrəsi, adı, ünvanı istismara verildiyi tarix, tikilinin ümumi sahəsi, mərtəbəliliyi, çıxarışın hansı məqsədlə verilməsi barədə məlumatlar qeyd edilsə də, həmin qeydiyyatın nə vaxt və hansı əsasla (inzibati aktla) edildiyi qeyd edilməmişdir. Bu xüsusatın araşdırılması iddiaçıların qaldırdıqları iddianın düzgün olubolmaması barədə qənaətə gəlmək üçün vacib əhəmiyyətə malik olduğundan yeni məhkəmə araşdırması zaman işin bu halı da müvafiq sorğular verilməklə əladə edilməli və iş materiallarına əlavə edilməlidir. Yəni registrə qeydə alınma in zibati aktla olmuşdursa, yalnız registrin ləğv edilməsi tələbi natamam iddia kimi izah edilməli və İPM-in 13-cü maddəsi üzrə iddianı münasibi ilə dəyişməli olduğu iddia qaldırmağa subyektiv hüququ olan şəxslərə izah edilməlidir.
76. Beləliklə, yoxlanılan qərardan aydın olur ki, yeni qərar qəbul edən apellyasiya məhkəməsi natamam araşdırma aparıb, işin hallarını xidməti vəzifəsinə uyğun araşdırmamış, MTK-nın səlahiyyətlərini, onun üzvlərinin dairəsini müəyyən etməmiş, mübahisəli hüquq münasibətinin yarandığı dövrə aid olan maddi normaları tətbiq etməmiş, iddia müddətinin (1964-cü il tarixli Mülki Məcəllə 73 və 77-ci maddələr) ötüb-ötmədiyinə diqqət etməmiş, MTK üzvlərinin zəruri cəlbetmə ilə işə cəlb edilməsi məsələsini həll etməmiş, dövlət əmlakının registrində aparılan qeydiyyatın əsasl arı barədə cavabdeh inzibati orqanın istinad edilən qanunvericilik normalarını təhlil etməmiş və nəticədə həm maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur.
77. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxarkən apellyasiya instansiyası məhkəməsi kooperativin səlahiyyətlərini araşdırmalı, 16.9.2018-ci il tarixli ümumi yığıncağın protokoluna hüquqi qiymət verməli, hazırkı prosesə cəlb edilməli şəxslərin dairəsini müəyyən etməli, müvafiq sorğular verməli, zərurət olduqda iddianın dəqiqləşdirilməsində iddiaçıya yardım etməli, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan m addi hüquq normaları tətbiq edilməli (196-cü ildəqəbul edilmiş Mülki Məcəllə maddə 73 və 77), iddianın mümkünlüyü məsələsinə baxılmalıdır.
78. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-138/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.