Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1702/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2024-cü il tarixl i, 2-1(103)-738/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Rusiya Federasiyası Moskva şəhəri Moskva Dövlət Sosial Universiteti tərəfindən verilmiş ИВС seriyalı, ******* nömrəli, xx.xx.2002-ci il tarixli bakalavr diplomu ilə müəyyən olunur ki, iddiaçı həmin universiteti bitirmiş və Dövlət Attestasiya Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə ona “Sosial pedaqoq müəllim-psixoloq” ixtisası verilmişdir.
2. İddiaçının müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, İ-5825 nömrəli məktubdan görünür ki, iddiaçı həqiqətən də Moskva Dövlət Sosial Universitetinin (MDSU-nun Bakı şəhərində BSTM, “Sosial pedaqogika” - 050711.65 ixtisası üzrə) tələbəsi olmuşdur və ona xx.xx.2002-ci il tarixli, 13 qeydiyyat nömrəli HBC ******* nömrəli diplom verilmişdir. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında ali təhsil sahəsində həmrəylik haqqında dövlətlərarası sazişə, Moskva Dövlət Sosial Universiteti və “Texnoloq” elmi-istehsalat firması arasında 12 iyul 1996-cı il tarixli birgə fəaliyyət haqqında müqaviləyə müvafiq olaraq, MDSU-nun 29 iyul 1996-cı il tarixli, 298 nömrəli əmri əsasında Azərbaycan Respublikası, Bakı şəhərində Firmanın bazasında MDSU-nun Beynəlxalq sosial təhsil mərkəzi (UBM) açılmışdır. 2002-ci ildə MDSU-nun Beynəlxalq sosial təhsil mərkəzi (UBM) MDSU-nun Bakı şəhərində nümayəndəliyi adlandırılmışdır. 2005-ci ildə MDSU-nun nümayəndəliyi Rusiya Dövlət Sosial Universitetinin nümayəndəl iyi adlandırılmışdır. Rusiya Federasiyası Əmək və Sosial İnkişaf Nazirliyinin 13 mart 2003-cü il tarixli 50 nömrəli əmri ilə MDSU “Rusiya Federasiyası Əmək və Sosial İnkişaf Nazirliyinin Moskva Dövlət Sosial Universiteti” ali professional dövlət təhsil müəssisəsi adlandırılmışdır. Rusiya Federasiyası Hökumətinin xx.xx.2005-ci il tarixli 64-p nömrəli sərəncamı ilə “Rusiya Federasiyası Əmək və Sosial İnkişaf Nazirliyinin Moskva Dövlət Sosial Universiteti” APT DTM Federal təhsil agentliyinin (Rosobrazovaniye) idarəçiliyinə verilmişdir. Federal təhsil agentliyinin (Rosobrazovaniye) 21 iyul 2005-ci il tarixli 711 nömrəli əmri ilə “Rusiya Federasiyası Əmək və Sosial İnkişaf Nazirliyinin Moskva Dövlət Sosial Universiteti” APT DTM “Rusiya dövlət sosial universiteti” (RDSU) APT DTM adlandırılmışdır. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin 23 may 2011-ci il tarixli 1701 nömrəli əmri ilə “Rusiya Dövlət Sosial Universiteti” APT DTM “Rusiya Dövlət Sosial Universiteti” APT FDBTM adlandırılmışdır. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin 29 oktyabr 2015-ci il tarixli 1255 nömrəli əmri ilə “Rusiya dövlət sosial universiteti” APT FDBTM “Rusiya dövlət sosial universiteti” AT FDBTM adlandırılmışdır.
3. İddiaçı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina barədə xx.xx.2021-ci il tarixli NA00002499 nömrəli qərar qəbul edərək qərarı onunla əsaslandırmışdır ki, iddiaçının ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdur. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 may 2002-ci il tarixdə Dövlət Attestasiya Komissiyasının qərarı ilə Moskva Dövlət Sosial Universitetinin “sosial pedaqoq müəllim-psixoloq” ixtisasını bitirərək ИВС ******* nömrəli diplom almışdır. 30 avqust 2021ci il tarixdə cavabdeh “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanı nması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərinə istinad edərək onun diplomunu tanımaqdan imtina etmişdir. Hesab edir ki, qeyd olunan qayda 13 may 2003-cü ildə qəbul edilmiş, o, isə universitetə 1998-ci ildə daxil olmuş, 2002-ci ilin iyun ayında isə universiteti bitirmişdir. Qanunvericiliyin tələbinə əsasən hüquqi aktların şəxsin vəziyyətini ağırlaşdırdığı halda geriyə qüvvəsi yoxdur.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-2448/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Moskva Dövlət Sosial Universiteti tərəfindən iddiaçıya verilmiş ИВС ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öh dəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsinin əsaslandırması: 7.1.İddiaçının təhsil aldığı dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, eləcə də Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx.xx.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nda da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici universitetin lisenziyasının olmaması nostrifikasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Hətta lisenziya tələb olunsaydı belə, bu xarici təhsil müəssisəsinin filialı üçün tələb oluna bilərdi. 7.2. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(102)-882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikas ı Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xxxx-1841/16 nömrəli məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən, həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır. Sözügedən qərarda əlavə olaraq göstərilmişdir ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-c ı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin diplomu xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.
8. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 13 iyun 2023cü il tarixli, 2-1(103)-1128/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 10.1.İddiaçı iddia ərizəsində və apellyasiya baxışı zamanı izahatında bildirmişdir ki, Moskva Dövlət Sosial Universitetində ali təhsil alması ilə bağlı əldə etdiyi ИВС ******* nömrəli diplom üzrə 1998-2002-ci illərdə qiyabi təhsil almışdır. Lakin iddiaçıya təqdim olunan diplom əlavəsinin birinci bəndində onun təhsil aldığı proqram üzrə əyani təhsilalma formasında təhsilin normativ müddətinin 5 il olması göstərilmişdir ki, iddiaçıya təqdim olunan diplom əlavəsindən onun 1998-2002-ci illərdə, yəni 4 il müddətində, universitet tərəfindən əyani təhsil alan şəxslər üçün müəyyən edilmiş normativ müddətdən 1 il az müddətində təhsil alması müəyyən edilir. İddiaçı məhkəmə kollegiyasının sualına cavabında t əhsilini qiyabi aldığını, lakin diplomuna əlavədə niyə əyani şöbə üzrə və təhsil müddəti 5 illik olduğu halda 4 il təhsil aldığını özü də bilmədiyini, təhsilini Bakı şəhərində aldığını, lakin təhsil aldığı müəssisənin, yaxud Firmanın adını dəqiq söyləyə bilmədiyini, həmçinin, təhsil aldığı tələbə yoldaşlarından heç kimin adını söyləyə bilməyəcəyini, ümumiyyətlə Rusiya şəhərində olmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının Bakı şəhərində, hansı təhsil müəssisəsində və hansı qaydada təhsil almasını müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası Beynəlxalq Sosial Təhsil Mərkəzi barədə ona görə araşdırma aparmamışdır ki, iddiaçı təhsilini Beynəlxalq Sosial Təhsil Mərkəzində aldığını iddia etməmişdir. 10.2.Bundan başqa, məhkəmə kollegiyasının sorğusuna cavabdeh Tə hsildə Keyfiyyət Təminat Agentliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, bu günə kimi tərəflərindən Moskva Dövlət Sosial Universitetində təhsil almış 41 nəfərin kvalifikasiyası tanınmışdır ki, onların iddiaçı ilə eyni müəssisədə təhsil alması faktı tərəflərindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı təqdim və tədqiq edilmiş sübutlar ziddiyyətli olmaqla, bu ziddiyyətlərin inzibati məhkəmə icraatında aradan qaldırılması mümkün olmadığından, məhkəmə kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini əsaslı və işin faktiki hallarına uyğun hesab etməmişdir.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barə də qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və S.Ə.Kərimov) 15 sentyabr 2023-cü il tarixli, 2-1(102)-2346/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsinin əsaslandırması: 13.1. Apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, özünün də qərarında göstərdiyi iş üzrə təqdim edilmiş bir çox sübutların və işin hallarının ziddiyyətli olması səbəbindən, eləcə də digər səbəblərdən işin hallarını tam araşdırmamış, nəticə etibarı i lə də onlara hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “qeyd edilənlənlərə münasibətdə məhkəmə kollegiyası diqqətə çəkir ki, əvvəla iddiaçı təhsilini qiyabi aldığını bildirsə də, iddiaçıya təqdim olunan diplom əlavəsinin birinci bəndində onun təhsil aldığı proqram üzrə əyani təhsilalma formasında təhsilin normativ müddətinin 5 il olması göstərilmişdir. İkincisi, iddiaçı təhsilini Bakı şəhərində aldığını, lakin təhsil aldığı müəssisənin, yaxud Firmanın adını dəqiq söyləyə bilmədiyini, həmçinin, təhsil aldığı tələbə yoldaşlarından kimin isə adını söyləyə bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının Bakı şəhərində, hansı təhsil müəssisəsində və hansı qaydada təhsil almasını müəyyən edə bilməmişdir.” 13.2.Bunu nla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində, onun qiyabi qaydada təhsil alması yazılmamışdır. Halbuki, apellyasiya məhkəməsinin 13 iyun 2023-cü il tarixli məhkəmə iclasının protokolundan (iş səh. 173175) görünür ki, iddiaçı həmin tarixdə keçirilmiş məhkəmə iclasında təhsilini qiyabi aldığını, diplom əlavəsinə niyə təhsil müddətinin 5 il və əyani yazıldığının səbəbini bilmədiyini, normativləri ödədiyi üçün 4 il təhsil aldığını, oxuduğu təhsil müəssisəsinin “Gənclikdə” yerləşən müəllimlər institutunda yer götürdüyünü və onların orada dərs keçdiyini bildirmişdir. Lakin apellyasiya məhkəməsi işin ziddiyyətli hesab olunan bu məqamlarını araşdırmamış, yəni bu barədə iddiaçının oxuduğu təhsil müəssisəsinə sorğu göndərməmişdir. Halbuki, apellyasiya məhkəmə si öz qərarında yazmışdır ki, “iddiaçının müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, U-3139 nömrəli məktubun tərcümə olunmuş surətindən görünür ki, X2 həqiqətən də, Moskva Dövlət Sosial Universitetinin tələbəsidir. iddiaçıya "Sosial pedaqoq. Pedaqoqpsixoloq” ixtisası təqdim olunmuşdur və xx.xx.2002-ci il tarixli, 13 qeydiyyat nömrəli HBC ******* saylı diplom verilmişdir. Əlavə olaraq məlumat verərək bildirirlər ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında dövlətlərarası razılaşmaya, Moskva Dövlət Sosial Universiteti ilə "Texnoloq" elmi istehsal şirkəti arasında 12 iyul 1996-cı ildə bağlanan müştərək fəaliyyət haqqında müqaviləyə müvafiq olaraq Azərbaycan Respublikası, Bakı şəhər inin Firmasının bazasında 298 nömrəli 29 iyul 1996-cı il tarixli Əmrə əsasən Beynəlxalq Sosial Təhsil Mərkəzi (VKM) BSTM açılmışdır. 2002-ci ildə Beynəlxalq Sosial Təhsil Mərkəzi (VKM) BSTM-nin adı dəyişdirilərək, Bakı şəhərində Beynəlxalq Sosial Təhsil Mərkəzi (VKM) BSTM-nin nümayəndəliyi olaraq adlandırılmışdır. Məktubda həmçinin bildirilmişdir ki, RDSU-nin işlərinin nomenklaturasına müvafiq olaraq dərs cədvəlinin saxlanması müddəti 1 il, məqbul imtahan cədvəllərinin saxlanması müddəti isə 5 il təşkil edir. Bununla əlaqədar olaraq məşğələ keçirən müəllimlərə məlumatın təqdim olunması mümkün deyildir.” 13.3.Bundan başqa, iş materiallarında (iş səh. 16-18) iddiaçının oxuduğu təhsil müəssisəsinin, onun müxtəlif fənlər üzrə aldığı qiymətlər barədə arayış da mövcuddur ki, bununla bağlı da həm in təhsil müəssisəsinə sorğu göndərilməlidir. Həmçinin, məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, eləcə də, Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx.xx.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nda da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici universitetin lisenziyasının olmaması nostrifikasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutulmamışdır. 13.4. Eyni zamanda iş materiallarına əlavə olunmuş hazırkı mübahisənin predmeti olan universitetin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 2-1(102)-882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “işin halları araşdırılarkən müəyyən edilmişdir ki, universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xx-xx-1841/16 nömrəli məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, universitetin Bakıda yerləşən tədris-məsləh ət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, işdə olan Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-05333/TKTA və 00-05-334/ TKTA nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikası ərazisində fəaliyyətinə icazə verilmiş ali təhsil müəssisələrinin siyahısınd a “Bilik” Elm-Sosial Mərkəzi yer almamışdır. Həmçinin, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) Bakıda yerləşən hüquqi əsası olmayan filialının fəaliyyətinin dayandırılması ilə əlaqədar bu filialın bazasında qiyabi təhsil alan tələbələrin səyyar sessiyalarının “Bilik” Elm-Sosial Mərkəzi nəzdində təşkil edilməsi barədə hər hansı məlumat və sənəd aşkarlanmamışdır.” 13.5. Sözügedən qərarda həmçinin əlavə olaraq göstərilmişdir ki, “Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası diplom u ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.” Lakin apellyasiya məhkəməsi sözügedən istiqamətdə də ümumiyyətlə araşdırma aparmamış, halbuki iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, təhsil aldığı yerin, müəllimlərin adlarını və fotoşəkillərini, tələbə yoldaşlarının fotoşəkillərini göstərsə də, apellyasiya məhkəməsi həmin sənədləri işə əlavə etməkdən imtina etmişdir. 13.6.Həmçinin, iddiaçı kassasiya şikayətində, oxuduğu təhsil müəssisəsindən diplomu alandan dərhal sonra Milli Aviasiya Akademiyasına daxil olaraq 19 il həmin akademiyada ixtisası üzrə işləmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən sözügedən fakt “İnzibati icraat haqqında” Qanunun 12, 13-cü maddələrinin tələbləri baxımından tam və hərtərəfli araşdırılmamı ş və nəzərə alınmamışdır. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və F.Ş.Talışinski) 08 fevral 2024-cü il tarixli, 21(103)-738/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ib arətdir ki, iddiaçının təhsil aldığı müəssisənin Bakı şəhərində qanuni əsaslarla hər hansı bir filialı fəaliyyət göstərməmişdir. Rusiya Dövlət Sosial Universitetinin Bakı filialı heç vaxt Azərbaycan Respublikasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil fəaliyyəti üzrə dövlət lisenziyası əldə etməmiş və akkreditasiyadan keçməmişdir.
18. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı”na əsasən, ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlar ının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir.
19. Həmçinin, Moskva Dövlət Sosial Universiteti, daha sonra Rusiya Federasiyasında müvafiq dəyişiklikdən sonra Rusiya Dövlət Sosial Universiteti kimi fəaliyyət göstərən tədris müəssisəsinin Bakı filialının, o cümlədən qərarda əks olunan tədris-məsləhət məntəqəsinin hansı ünvanda fəaliyyət göstərməsi məlum deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etm işdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;... Maddə
27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir.... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.... Maddə
29. Təhsil sahəsində dövlətin v əzifələri... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur.... Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir....
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” Bənd 1.1 Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır;... 1.5 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gö zləməkdən azad etmir; 1.6 “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.... Bənd 3.2 Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilmə si; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra);... 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xari ci dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştir akçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya mə hkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinaya dair qəbul edilmiş qərarın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə kassasiya şikayətində göstərilən iddiaçının təhsil aldığı təhsil müəssisəsinin lisenziyası, iddiaçının təhsil müddəti və digər dəlillərə apellyasiya məhkəməsi tərəfindən zəruri olan həddə qiymət verilmiş, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun tam araşdırma aparılmış, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməs i ilə də razılaşır.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 21(103)-738/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.