Məhkəmə qərarları › İş №2-1(102)-1703/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1703/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1703/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq ayırma sənədi, plan və ölçünün ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili X12, üçüncü şəxs X3 vəkili X8 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ya nında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X11, X4, X5)“torpaq sahəsinin planı və ölçülərinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-84/19 saylı, 6 fevral 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Suraxanı rayonunun sakini olmaqla həmin rayon ərazisində yerləşən Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsindəki Dəniz kənarı küçədə yerləşən 40 sot torpaq sahəsi onun sahiblik və istifadəsində olmuşdur. Bu istifadə və sahibliyin iddiaçıya verilməsinin ilkin hüquqi əsası həmin to rpaq sahəsinin əvvəllər iddiaçının ata-babasının və hazırda isə iddiaçının özünün sahiblik və istifadəsində olmasıdır. 2000-2014-cü illər üzrə vergilər iddiaçı tərəfindən ödənilmişdir. Həmin torpaq sahəsi Hövsan qəsəbəsində yerləşən bağ sahələri ilə qonşudur. 28.08.1990-cı il tarixli və 28.08.1990-cı il tarixli bağın icarəyə verilməsi haqqında müqavilələr əsasında iş üzrə üçüncü şəxslər Raisa Əliyeva və İslam Kazımovun hər birinə 0,25 ha bağ sahəsi ayrılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli, 2-1(82)1447/2013 saylı qərarı ilə iddiaçılar Raisa Əliyeva, İslam Kazımov və qeyrilərinin cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı plan və ölçünün verilməsi tələbinə dair iddiaları təmin edilərək Raisa Əliyevaya Bakı şəhər İ craiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 28 avqust 1990-cı il tarixli icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20L saylı 0,25 ha bağ sahəsinə və İslam Kazımova Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 28 avqust 1990-cı il tarixli icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20 M saylı 0,25 ha bağ sahəsinə plan və ölçünün verilməsi vəzifəsi cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. 20 L saylı bağ sahəsinə dair hazırlanmış 06.06.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, həmin sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin 22.05.2013-cü il tarixli “Torpaq sah əsinin plan və cizgisi”, Bakı ŞİH bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 28.08.1990-cı il tarixli icarə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli, 2-1(82)-1447/2013 saylı qərarı əsasında tərtib edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla 20 L saylı bağ sahəsi üçüncü şəxs Raisa Əliyevanın adına xüsusi mülkiyyət hüququ kimi 08.06.2013-cü il tarixdə qeydə alınmışdır. 20 M saylı bağ sahəsinə dair hazırlanmış 07.06.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, həmin sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin 22.05.2013-cü il tarixli “Torpaq sahəsinin planı və cizgisi”, Bakı ŞİH bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 28.08.199 0-cı il tarixli icarə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli, 2-1(82)-1447/2013 saylı qərarı əsasında tərtib edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla 20 M saylı bağ sahəsi üçüncü şəxs İslam Kazımovun adına xüsusi mülkiyyət hüququ kimi 11.06.2013-cü il tarixdə qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən, 20M saylı bağ sahəsi üçüncü şəxs İskəndər Həsənovun adına xüsusi mülkiyyət hüququ ilə 15.10.2014-cü il tarixdə qeydə alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-344/2016 saylı, 23.02.2016-cı il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı torpaq sahəsinə dair 28.01.2013-cü il tarixli planların ləğv edil məsi tələbinə dair iddiası təmin edilərək cavabdeh tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsi 20L saylı bağ sahəsinə dair Raisa Əliyevanın adına verilmiş və Bakı şəhəri, Hövsan qəsəbəsi, 20 M saylı bağ sahəsinə dair İslam Kazımovun adına verilmiş 29.01.2013-cü il tarixli planlar ləğv edilmişdir. Qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəsini almışdır. Suraxanı RİH başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.01.2015-ci il tarixli arayışa əsasən, nümayəndəlik iddiaçının uzun müddət istifadəsində olan torpaq sahəsinin Dövlət mülkiyyətində olan torpaq sahəsi olduğunu (“Bağçılıq” torpaq sahəsinə aidiyyətinin olmadığını) təsdiqləmişdir. İddiaçı 29 noyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, so nradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş 22.05.2013-cü il tarixli “Torpaq sahəsinin planı və cizgisi”nin və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş 07.06.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün, habelə vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş 22.05.2013-cü il tarixli “Torpaq sahəsinin planı və cizgisi”nin və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş 06.06.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün və cavabdeh tərəfindən tərtib edilmiş 14.10.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi haqqında qərarın qəbul edilməsini x ahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması vəzifəsi Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Texniki səhv olaraq tərtib edilmiş və 20 M və 20 L adlı bağ sahələri üçün nəzərdə tutulmuş plan və cizgilər (sonradan plan və ölçülər) Ərazi İdarəsi tərəfindən ləğv edilməli və bu qanuna uyğunsuzluğu aradan qaldırmalıdır. Göstərilən məqamla bağlı müvafiq qaydada ərizə ilə DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsini müraciət edilmiş, məhkəmə qərarları barədə bildirilmiş və xahiş edilmişdir ki, mübahisəli torpaq sahəsi barədə vaxtı ilə texniki səhv kimi verilmiş torpaq sahəsinin plan və cizgilərinin və həmçinin, plan və ölçülərin ləğv edilməsi barədə müvafiq hərəkətlər aparılsın. Həmin ərizəyə sonuncu ida rə tərəfindən 08.11.2017-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, məhkəmə qərarı icra edilməsi üçün İdarəyə rəsmi qaydada daxil olmamış və icra sənədinin rəsmi qaydada Ərazi İdarəsinə daxil olacağı halda ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Ancaq cavabdeh təşkilatın bu qaydada ərizəyə münasibət bildirməsi birbaşa həmin inzibati orqanın üzərinə düşən hərəkətlərin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Çünki yuxarıda qeyd edilən məhkəmə qərarları üzrə keçirilmiş məhkəmə proseslərində cavabdeh olaraq Bakı Şəhər Ərazi İdarəsi olmuşdur. İkinci tərəfdən, çıxarılmış məhkəmə qərarları mübahisələndirmə haqqında iddia olmuş və torpaq sahəsinin planlarının ləğvi barədə olmuşdur. Deməli, qeyd edilən planların ləğv edilməsi üçün hansısa bir icra sənədinin məhkəmə tərəf indən inzibati orqana göndərilməsinə ehtiyac yoxdur, çünki artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə göstərilən planlar İəğv edilmiş və inzibati orqan da digər münasibətlərdə bu halı əsas götürməlidir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış yazılı etirazda qeyd olunmuşdur ki, Bakı ş. Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20M saylı bağ sahəsi DTXK-nın Bakı şəhər Şöbəsi tərəfindən tərtib olunmuş 22.05.2013-cü il tarixli, 449906 nömrəli plan və cizgi, icarə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 15.04.2013-cü il tarixli, 21(82)-1447/2013 saylı qərarı ilə Raisa Əliyevanın adına özəlləşdirilmişdir. Bakı ş. Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20 L saylı bağ sahəsi DTXK-nın Bakı şəhər Şöbəsi tərəfindən tərtib olunmuş 22.05.2013-cü il tarixli, 449907 nömrəli plan və cizgi, ica rə müqaviləsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.04.2013-cü il tarixli, 2-1(82)-1447/2013 saylı qərarı ilə İslam Kazımovun adına özəlləşdirilmişdir. İslam Kazımov 10.10.2014-cü il tarixli, 4Ə-155 saylı alqı-satqı müqaviləsi ilə 20 L nömrəli bağ sahəsini X1; 20 L saylı bağ sahəsi hazırda İskəndər Həsənovun mülkiyyətindədir. BŞƏİ 20 M və 20 L saylı bağ sahələrini müvafiq olaraq R. Əliyevanın və İ. Kazımovun (daha sonra İ. Həsənovun) adına qeydə alınması ilə bağlı hərəkətləri yerinə yetirərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Odur ki, iddia tələbinin mümkün sayılmamasını xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-1(82)-578/18 saylı iş) 25 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş 22.05.2013-cü il tarixli “Torpaq sahəsinin plan və cizgisi” və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş 07.06.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”, habelə vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən tərtib edilmiş 22.05.2013-cü il tarixli “Torpaq sahəsinin plan və cizgisi” və həmin sənədlər əsasında cavabdeh tərəfindən tərtib edilmiş 06.06.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” və cavabdeh tərəfindən tərtib edilmiş 14.10.2014-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, müvafiq torpaq sahəsinin planları ləğv edildiyi halda, onların əsasında verilmiş bütün sənədlər ə ks olunmuş koordinatlara münasibətdə əhəmiyyətini itirmiş olur. Odur ki, iddiaçının tələbi əsaslıdır və onun istifadəsində olan 0,40 ha torpaq sahəsinə dair üçüncü şəxslər adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi və cavabdeh orqan tərəfindən verilmiş plan-cizgilər və plan ölçülər ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X10məruzəçi, X6 və X7,2-1(103)-84/19 saylı iş) 6 fevral 2019-cu il tarixli qərarı ilə üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərarı qismən 06.06.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qər ar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı 06.06.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi tələbinə dair hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən yerquruluşu sənədlərinin səhv (yəni istifadəsində olan torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə heç bir əlaqəsinin olmamasına görə) tərtib edildiyini iddia etsə də, həmin torpaq sahəsinin yerquruluşu sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən sənədlərin səhv tərtib edildiyinin sübuta yetirilməsi üçün iddiaçı sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsinin koordinatlarının əks olunduğu müva fiq yerquruluşu sənədini təqdim etməli idi. Lakin belə bir sənəd təqdim edilməmişdir. İddiaçı 28 fevral 2019-cu il tarixdə qərarın surətini almış, 19 mart 2019-cu il tarixdə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının - iddianın qismən rədd edilməsi hissəsində ləğv olunması, üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarının digər hissələrinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Ali Məhkəmən yekun qərarı ilə DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən vaxtı ilə 20 “M” və 20 “L” bağ sahələri adı altında İddiaçı uzunmüddətli sahiblik və istifadəsində olan torpaq sahəsi barədə 28.01.2013-cü il tarixdə verilmiş “tor paq sahəsinin planları” ləğv edilmişdir. Hansı ki, həmin planlar bağ sahələri barədə deyil, naturada İddiaçı sahibliyində və istifadəsində olan torpaq sahəsi barədə verilmişdir. Yəni, vaxtı ilə 2 saylı Bakı İnzibatiİqtisadi məhkəməsinin qərarının düzgün olmadan icra olunması nəticəsində, tərtib edilmiş planlar ləğv edilmişdir. Bu isə o deməkdir ki, üçüncü şəxslərin yenidən cavabdeh orqandan bu sənədlərin düzgün icra olunmasını tələb etmək hüquqları vardır, çünki məhkəmənin qərarı ilə bu öhdəlik hələ də cavabdeh orqanın üzərindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bağ sahələri barədə planların verilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyan zaman(bu qərar 2012-ci il tarixlidir), həmin məhkəmə qərarı sonradan dövlət orqanı tərəfindən düzgün işlənilməmişdir. Daha doğrusu, məhkəmə qərarı düzgün icra edilməmişdir. Belə ki, həmin qərarın icrası zamanı bağ sahəsi kimi qələmə verilməsi üçün, torpaq sahələrinin planları mübahisəli torpaq sahəsinin koordinatları kimi müəyyən edilərək işlənilmişdir. Yəni, həmin bağ sahələrinin koordinatları qəsdən sürüşdürülmüş və iddiaçının sahibliyində olan torpaq sahəsinin koordinatları kimi göstərilmişdir(qeyd edilmişdir). Hətta bundan sonra vaxtı ilə Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə müraciət edilərək müvafiq plan və ölçünün alınması xahiş edilərkən, adı çəkilən idarə bundan imtina etmişdir ki, torpaq sahəsinin planları düzgün deyildir, ümumiyyətlə belə bağ sahələri mövcud deyildir. Məhz bundan sonra üçüncü şəxslər yenidən 2013-cü il tarixdə məhkəməyə müraciət edərək bağ sahələrinə dair plan-ölçünün verilməsi öhdəliyinin Komitənin üzərinə qoyulmasını xahiş etmişlər. Məhkəmə də belə bir öhdəliyin Komitə tərəfindən icra edilməsi barədə qərar qəbul etmiş və yalnız bundan sonra Komitə məcbur olub plan-ölçü veriləndə düzgün işlənilməyən planlar üzrə plan və ölçünü verməyə məcbur olmuşdur. Bununla da, üçüncü şəxs(lər) əslində bağ sahəsi olmayan və mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasının ilkin əsaslarını əldə etmişlər. Məhz plan və ölçünün alınmasından sonra mülkiyyət hüquqlarını müəyyən edən çıxarışlar əldə edilmişdir. Özü də çıxarışlarda da 20 M və 20 L adı altında bağ sahələrinə mülkiyyət hüquqlarının olması göstərilmişdir. Ancaq həmin çıxarışlarda olan bağ sahəsinin koordinatlarını istədikdə və ya açıldıqda bağ sahələrinin mübahisəli torpaq sahəsinin yerində olduğu müəy yən edilir. Baxmayaraq ki, mübahisəli torpaq sahəsi bağlar təsərrüfatına ayrılmış sahəyə daxil deyil və ümumiyyətlə bağlar massivindən xeyli aralıdadır. Göründüyü kimi, mübahisə torpaq sahələrinin naturada üst-üstə düşməsi ilə bağlı deyil, mübahisə üçüncü şəxslərə bağ sahələrinin ayrılmasından sonra bağ sahələrinin koordinatlarının düzgün işlənilməməsi və bunun nəticəsində də iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsindədir. Apellyasiya instansiyası məhkəməsinin bağ sahələri barədə qərarları nəticəsində üçüncü şəxs(lər)ə torpaq sahələrinin verilməsi barədə qeyd edilməsi tamamilə başqa istiqamətdə əsaslandırılmışdır. Lakin işin mahiyyətinə diqqətlə baxılsa idi, burada bağ sahələri barədə verilən məhkəmə qərarlarının düzgün olub-olmaması, həmin bağ sahələri barədə icarə müqavilələ rinin, ümumiyyətlə, mövcud olub-olmaması və ya düzgün olub olmaması və s. bu barədə məsələlərdən söhbət olunmamışdır. Burada bağ sahələri barədə məhkəmə qərarlarının sonradan dövlət orqanları tərəfindən düzgün olmadan icra edilməsindən danışılır. Yenə də üçüncü şəxs(lər) bağ sahələri barədə qəbul edilmiş məhkəmə qərarlarının icrasını dövlət orqanlarından düzgün icra edilməsini tələb etmək hüquqları vardır. Bütün bunlar ona əsaslanır ki, iddiaçının sahiblik və istifadəsində olan torpaq sahəsinin üçüncü şəxslərə ayrılmış bağ sahələrinə naturada heç bir aidiyyəti olmamış və hal-hazırda da yoxdur. Beləliklə, iş üzrə hallara nəzər yetirildikdə, işə baxan məhkəmə iddia tələbi üzrə üçüncü şəxsin apellyasiya şikayətinin qismən təmin olunması barədə düzgün nəticəyə gəlməmişdir. Həmçinin, işin mahiy yəti üzrə deyil, ancaq subyektiv hüququn olub-olmaması adı altında araşdırma apardığını qeyd etməklə belə bir nəticəyə gəlmişdir. Halbuki iddiaçının mübahisə açdığı torpaq sahəsində subyektiv hüququna malik olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. Ümumi olaraq yekun nəticə barədə heç bir anlayış da olsa qeyd etməyən apellyasiya instansiyasının qərarı ləğv edilməlidir. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 158-ci, Torpaq Məcəlləsinin 55-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs R.Əliyevanın vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh, üçüncü şəxslər İ.T.Həsənov və İ.C.Kazımov məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan 6 iyun 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün mübahisələndirilməsinə aid hissədə mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət bu hissədə qəbul oluna bilən hesab edilir. Kassasiya şikayətinin digər hissəsinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsi 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan 6 iyun 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsündə istinad edilən 22 may 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bu hissədə üçüncü şəxs R.S.Əliyeva apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verm əmişdir. İddiaçı isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının bu hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İPM-in 90.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd olunduğu kimi, iddiaçı 22 may 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvini birinci instansiya məhkəməsindən xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, bu hissədə üçüncü şəxs R.S.Əliyevanın apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İddiaçının tələbi hər iki instansiya məhkəməsi tərəfindən təmin o lunduğundan onun yalnız iddianın təmin edilməyən hissəsindən kassasiya şikayəti vermək hüququ ola bilərdi. Odur ki, 22 may 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə aid hissədə iddiaçının kassasiya şikayəti vermək hüququ olmadığından və bu hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə mindiyindən kassasiya mümkün sayılmamalıdır. 6 iyun 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsü, habelə bu plan və ölçüdə istinad edilən 22 may 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisi 20 L saylı bağ sahəsi üzrə üçüncü şəxs R.S.Əliyevanın adına işlənmişdir (səh. 197). 7 iyun 2013-cü il tarixli 049569 saylı torpaq sahəsinin planı və ölçüsü və bu plan və ölçüdə istinad edilən 22 may 2013-cü il tarixli 449907 s aylı plan və cizgi 20 M saylı bağ sahəsi üzrə İ.C.Kazımovun adına tərtib edilmişdir (səh.50). Həmçinin 14 oktyabr 2014-cü il tarixli 067029 saylı torpaq sahəsinin planı və ölçüsü notariat kontorunun 10 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 20 M saylı bağ sahəsi üzrə İ.T.Həsənovun adına tərtib edilmişdir. İddia tələbi ümumilikdə 5 ədəd (6 iyun 2013-cü il tarixli 049563 saylı, 22 may 2013-cü il tarixli 449906 saylı, 7 iyun 2013-cü il tarixli 049569 saylı, 22 may 2013-cü il tarixli 449907 saylı və 14 oktyabr 2014-cü il tarixli 067029 saylı) torpaq sahəsinin plan və cizgisinin (ölçüsünün) ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən 5 ədəd torpaq sahəsinin planı və cizgisi (ölçüsü) ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin qər arından yalnız üçüncü şəxs R.S.Əliyeva apellyasiya şikayəti vermişdir, digər üçüncü şəxslər İ.C.Kazımov və İ.T.Həsənov birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməmişlər. Üçüncü şəxslər İ.C.Kazımov və İ.T.Həsənovun apellyasiya şikayəti vermiş üçüncü şəxs R.S.Əliyevaya İPM-in 31-ci maddəsində nəzərdə tutulan qaydada prosessual nümayəndə kimi təmsil etmək səlahiyyətinə malik olmasına dair etibarnamə verməsi işdə olan sənədlərlə təsdiq edilmir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi bütövlükdə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini yoxlamışdır. İPM-in 81.1 və 81.2-ci maddələrinin tələbinə görə inzibati məhkəmə icraatının iştirakçıları onların tələblərinin təmin olunmadığı halda inzibati-iqtisadi məhkəmə tərəfindən qəbul edilmiş qərardan şik ayət verə bilərlər. Üçüncü şəxslər İ.C.Kazımov və İ.T.Həsənov birinci instansiya məhkəməsinin qərarından şikayət verməmələrinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs R.S.Əliyevanın apellyasiya şikayətinə baxarkən səhvən birinci instansiya məhkəməsinin qərarını onlara münasibətdə də yoxlayaraq hüquqi qiymət vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı 7 iyun 2013-cü il tarixli 049569 saylı, 22 may 2013-cü il tarixli 449907 saylı və 14 oktyabr 2014-cü il tarixli 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (ölçüsünün) ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməlidir. Beləliklə, 7 iyun 2013-cü il tarixli 049569 saylı, 22 may 2013-cü il tarixli 449907 saylı və 14 oktyabr 2014-cü il tarixli 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (öl çüsünün) ləğv edilməsi barədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarından üçüncü şəxslər İ.C.Kazımov və İ.T.Həsənov apellyasiya şikayətləri vermədiyindən və 22 may 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarından üçüncü şəxs R.S.Əliyeva kassasiya şikayəti vermədiyindən bu hissələrdə məhkəmə qərarları qanuni qüvvəsini aldığından kassasiyanın predmetini təşkil etmir. Hazırkı kassasiya şikayətinin predmeti yalnız 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan 6 iyun 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvi barədədir. İddiaçının şikayəti 20 L saylı bağ sahəsinə aid ü çüncü şəxs R.S.Əliyevanın adına olan 6 iyun 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün mübahisələndirilməsinə dair apellyasiya məhkəməsinin qərarının ləğvinə aid hissədə qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Apellyasiya instansiyası məhkəməsi 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan 6 iyun 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsündə istinad edilən 22 may 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair iddianı rədd edən birinci instansiya məhkəməsinin qər arını qüvvədə saxlamışdır. Belə görünür ki, 6 iyun 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü 22 may 2013-cü il tarixli torpaq sahəsinin planı və cizgisi əsasında verilmişdir. Apellyasiya instansiyası məhkəməsi 22 may 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair iddianı rədd edən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladığı halda, onun əsasında verilmiş 6 iyun 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğvi tələbi barədə iddianı təmin etməsini bu kontekstdən əsaslandırmamış, 6 iyun 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsündə istinad edilən 28 avqust 1990-cı il tarixli müqavilə işdə olmamış, həmin müqavilə tələb edilib onunla bağlı hüquqi qiymətləndirmə aparmamışdır. 6 iyun 2013-cü il tarixli 04 9563 saylı torpaq sahəsinin planı və ölçüsündə həmçinin istinad edilən və işin 200-cü səhifəsində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli qərarının surətinin məhkəmənin möhürü ilə təsdiq edilməməsinə, onun qanuni qüvvəyə minməsinə aydınlıq gətirilməmiş, qanuni qüvvədə olduğu halda məhkəmə qərarının düzgün icra edilməsini aydınlaşdırılmamış və bu işdə iddiaçı olan İddiaçı həmin iş üzrə məhkəmə icraatının tərəfi olub-olmaması müəyyən edilməmiş, İPMin 78-ci maddəsinə əsasən, 15 aprel 2013-cü il tarixli qərarın bu işdə olan iddiaçı üçün məcburi hüquqi qüvvəyə malik olmasına münasibət bildirilməmişdir. İşin 9-cu səhifəsində olan qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarından görünür ki, 20 L saylı ba ğ sahəsinə dair R.S.Əliyevanın adına verilmiş 28 yanvar 2013-cü il tarixli plan və ölçü ləğv edilmişdir. Bu işdə olan tərəflər həmin icraatın tərəfi olmuşlar. 23 fevral 2016-cı il tarixli məhkəmə qərarında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2015-ci il tarixli rəyinə istinad edilərək qeyd edilmişdir ki, mütəxəssis rəyində göstərilənlərə əsasən, mübahisələndirilən ərazi Bağçılıq Birliyi tərəfindən vətəndaşlara icarəyə verilmiş ərazi hüdudları daxilində yerləşmədiyindən və mülki işin 5-ci səhifəsində olan ləğv edilmiş DT və XK-nın Bakı şəhər şöbəsinin məktublarından da göründüyü kimi, 28.08.1990-cı il tarixli icarə müqavilələrinə əsasən Raisa Əliyevaya və İslam Kazımova ayrılmış torpaq sahələrinin ilkin sxemləri mülki işin materiallarında olmadığından, həmin torpaq s ahələrinin onlara ayrılmış bağ sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün deyildir. Məhkəmə qərarında həmçinin ekspert rəyinə istinadən qeyd edilmişdir ki, 28 yanvar 2013-cü il tarixli torpaq sahəsinin planında göstərilən sahənin vaxtilə vətəndaşlara bağ sahəsi kimi icarəyə verilən ərazi hüdudları daxilində deyil, başqa ərazi hüdudları daxilində olduğu müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi ləğv olunmuş 8 yanvar 2013-cü il tarixli planı və ölçüsündə və hazırkı mübahisə predmeti olan 6 iyun 2013-cü il tarixli 049563 saylı planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin eyni olub-olmamasını yoxlamamış və İPM-in 78-ci maddəsinə uyğun hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 201 3-cü il tarixli qərarının düzgün icra edilməsini aydınlaşdırmamış, tərəflərin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsinin, ekspert və mütəxəssis cəlb edilməsinin, istinad edilən digər məhkəmə qərarlarının qəbul edilməsinə əsas olmuş işlərə baxış keçirilməsinin mümkünlüyünü müzakirə etməmişdir. Odur ki,İPM-in 12-ci və 48 və 57-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya məhkəməsinin qərarı mübahisə olunan hissədə ləğv edilməli, iş həmin hissədə təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İddiaçı kassasiya şikayətində iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən hallar araşdırılmadan iddianın təmin ed ilməsi istisna olunduğuna görə şikayətin bu dəlili əsaslı sayıla bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-84/2019 saylı, 6 fevral 2019-cu il tarixli qərarı iddianın rədd edilən hissəsində-20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan 6 iyun 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində, habelə 7 iyun 2013-cü il tarixli 049569 saylı, 22 may 2013-cü il tarixli 449907 saylı və 14 oktyabr 2014cü il tarixli 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (ölçüsü nün) ləğv edilməsi barədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. İş iddianın rədd edilən hissəsində, yəni 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs R.S.Əliyevanın adına olan 6 iyun 2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Kassasiya 22 may 2013-cü il tarixli 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması hissəsində mümkün sayılmasın. Bu hissədə şikayətin qəbulundan imtina edilsin. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar