Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1703/2020 22.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: vəkil tərəfindən imzalanmamış kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentliyinin müəyyən olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-767/2020 nömrəl i qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı V.N.Karazin adına Xarkov Milli Universiteti”nin Hüquqşünaslıq ixtisası üzrə rus dilində kafi, yaxşı qiymətlərlə 4 il müddətində bakalavr dərəcəsi əldə etmiş, ona V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən xx xxxx 2017-ci il tarixində hüquq istiqaməti üzrə B17 seriyalı 194781 nömrəli bakalavr diplomu verilmişdir
2. İddiaçı diplomun tanınması tələbi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Nostrifikasiya və Akkreditasiya İdarəsinə müraciət etmiş, Nazirlik onun müraciətini təmin etməkdən Q-472/04-ANİ nömrəli xx.xx.2018-ci il tarixli imtina məktubu ilə imtina etmiş və imtinası onunla əsaslandırılmışdır ki, no strifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. Cavabdehin imtinasının əsassız hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin Q-472/04-ANİ saylı, xx xxxxxx 2018-ci il tarixli və Q-142/04-ANİ saylı, xx xxxx 2019-cu il tarixli cavab məktublarının əsassız hesab edilməsi və iddiaçıya məxsus olan Ukrayna Respublikası V.N Karazin adına Xarkov Milli Universiteti tərəfindən ona verilmiş B 17 194781 nömrəli, xx.xx.2017-ci il tarixli diplomu üzrə aldığı ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1847/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
5. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-767/2020 nömrəli qərarına əsasən apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1847/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində, cavabdeh xx.xx.2020-ci il tarixində rəsmi qaydada əldə etmişdir.
8. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-767/2020 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. a) Kassasiya şikayətinin mümkünlüyü
10. İddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır.
11. İddiaçıya bununla bağlı bildiriş göndərilmiş, ona məhkəmə iclasının təyin olunduğu xx.xx.2020-ci il tarixinədək göstərilən nöqsanın aradan qaldırılması, yəni vəkil tərəfindən imzalanmış kassasiya şikayətini və vəkilin orderini məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə ca vabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, kassasiya şikayəti üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağ lı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təs diq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclasınadək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.
17. Belə olan halda, hazırkı qərarın 14-15-ci bəndlərində göstərilən normaların tələblərinə görə kassasiya şikayəti mümkün sayıla bilməz.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94 və 96-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-767/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.