Məhkəmə qərarları › İş №2-1(102)-1703/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1703/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1703/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra c avabdeh) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-204/2021 saylı, 26 may 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.1991-ci il tarixli 293 nömrəli qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş baş plana uyğun olaraq hər ailəyə 0,12 hektar həyətyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həyətyanı torpaq tələb edən vətəndaşlardan bir qrupu həyətyanı torpaq almaq üçün tələb olunan sənədləri qəsəbə XDS İcraiyyə Komitəsinə təqdim etmişlər. Təqdim olunmuş sənədlər qəsəbənin deputatları və Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən yoxlanılmış və nəticədə Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29.05.1993-cü il tarixli, 15 nömrəli vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması haqqında qərarı ilə Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq İddiaçı fərdi yaşayış evi tikintisi üçün sahəsi 600 kv.metr olan 121 “A” saylı həyatyanı torpaq sahəsi ayrılmış, torpaq sahəsində baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evinin tikintisinə icazə veri lmişdir.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 11.06.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Maştağa qəsəbə XDS İK-nin arxiv fondu üzrə 15 saylı 29.05.1993-cü il tarixli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

3. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məhəllə 4, 121 A saylı sahədə yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsi “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir və təqdim edilmiş Maştağa qə səbə XDS İK tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar göstərilməmiş və sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş digər ərazi ilə üst-üstə düşmüşdür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsi ni), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 3 oktyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.1991-ci il tarixli 293 nömrəli qərarına uyğun verilmişdir. DƏDRX-nin Maştağa XDS İcraiyyə Komitəsinin qeyd olunan torpağın a yrılması barədə səlahiyyəti olmamasına istinad etməsi ona ayrılmış torpağa çıxarış verilməsinə imtina üçün əsas ola bilməz. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-3690/2019 saylı iş) 4 noyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixli 15 saylı qərarı ilə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində məhəllələr 121a saylı sahədən verilmiş 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin i mtinası iddiaçının qeyd olunan bağ sahəsi üzərindəki mülkiyyət hüququnu tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X10məruzəçi, X6 və X17, 2-1(103)-1044/2020 saylı iş) 09.06.2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi torpaq ayırması səlahiyyətinə malik olmamış dır.

11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər X3-məruzəçi, X7, X1, 2-1(102)-1724/2020 saylı iş) 15.09.2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalar ının tələbləri pozulmuşdur. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina etsə də, imtinasını əsaslandırmamışdır. İnzibati orqan qanunun tələbinə görə bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır və formal tələblərə görə müvafiq qərar qəbul edilməsindən imtina etməməlidir. Cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 15-ci, 24.1-ci, 61ci maddələrinin tələblərini pozsa da, apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X8məruzəçi, X9 və X11, 2-1(103)-204/2021 saylı iş) 26 may 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2019- cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

15. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixdə torpaqayırma səlahiyyəti olmamışdır. Cavabdehin nümayəndəsinin təqdim etdiyi xəritə proqramının ortofoto görüntüsünə görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixli qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsi “Savalan” yaşayış massivindən kənarda yerləşir, yəni “Məşəl” firmasının ərazisinə düşür. İş üzrə iddiaçı tərəfindən ona Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin “yerləşmə sxemi”ndən görünür ki, həmin sxemdə torpağın hansı ərazidə ayrılmasını dəqiq müəyyən edən istinad nöq tələri əks olunmamışdır. Beləliklə, iddiaçı ona Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən ayrıldığını, həmin torpaq sahəsinin faktiki vəziyyətinə uyğun yerləşdiyini, onun başqa şəxslərin hüquqlarından azad torpaq sahəsi olduğunu əsaslandıra bilməmiş, bu halları təsdiq edə biləcək hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir.

16. İddiaçı 13.07.2021-ci il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.5.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərin in dəlilləri

17. Şikayət iddia ərizəsinə uyğun tərtib edilmiş, şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 358.1-ci, “Torpaq İslahatı haqqında” Qanunun 9-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 12-ci, “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə istinad edilmişdir. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə b axılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrin də aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyek tləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlə rinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. (-).

22. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbayca n Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək b ağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində mü vafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24- dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ya nvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyy ə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.

23. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində b axış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri ü çün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya inst ansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır. 27. “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması” barədə Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 15 saylı 29 may 1993-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.1991-ci il tarixli 193 nömrəli qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən tərtib ed ilmiş, baş plana uyğun olaraq hər ailəyə 0,12 hektar həyətyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həyətyanı torpaq tələb edən vətəndaşlardan bir qrupu həyətyanı torpaq almaq üçün tələb olunan sənədləri qəsəbə XDS İcraiyyə Komitəsinə təqdim etmişlər. Təqdim olunmuş sənədlər qəsəbənin deputatları və Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən yoxlanılmışdır. Bununla bağlı sözügedən qərarla iddiaçıya dördüncü kvartal sahə 121 “A”da 600 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır.

28. İddiaçı 29 may 1993-cü il tarixli qərara istinad edərək 600 kv.m torpaq sahəsinə hüququn qeydə alınmasını xahiş etmişdir. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hü quqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1.4-cü bəndinə görə kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları yaşayış və ya bağ evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə hüququn qeydə alınması ü çün əsasdır.

31. Bununla belə, Fərmanla təsdiq edilən Siyahının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər hüququn qeydə alınması üçün əsasdır.

32. Yəni Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ilə qədər Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olmuşdur və bu vaxta qədər torpaq sahəsi ayrılması barədə qəsəbə zəhmətkeş deputatları sovetinin qərarı hüququn qeydə alınması üçün əsas ola bilər.

33. İddiaçıya torpaq sahəsi 19 oktyabr 1991-ci ilə qədər deyil, ondan sonra, yə ni Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ayrılmışdır.

34. Fərmanla təsdiq edilmiş Siyahının 2-ci bəndinə görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər hüququn qeydə alınması üçün əsasdır.

35. Lakin iddiaçıya Siyahının 2-ci bəndində göstərilən səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən torpaq sahəsi ayrılma sına dair sənəd mövcud olmamışdır, yəni 18 oktyabr 1991-ci ildən sonra torpaq sahəsi ayrılması barədə qəsəbə zəhmətkeş deputatları sovetinin qərarı hüququn qeydə alınması üçün əsas ola bilməz.

36. Bu həm də ondan irəli gəlir ki, 1 yanvar 1971-ci ildən 9 noyabr 1991-ci ilə qədər qüvvədə olmuş Torpaq Məcəlləsinin 17 və 20-ci maddələrinə görə qanunvericilik qəsəbə xalq deputatları sovetinə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmasını nəzərdə tutmuş, 9 noyabr 1991-ci ildən 8 avqust 1999-cu il tarixə qədər qüvvədə olmuş Torpaq Məcəlləsində isə belə səlahiyyət rayon və şəhər xalq deputatları sovetinə verilmiş, qəsəbə xalq deputatları sovetinin torpaq ayırma səlahiyyəti olmamışdır. 37. 600 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların hər ha nsı biri mövcud olmadığından iddianı rədd etməklə apelyasiya məhkəməsi haqlı olmuşdur.

38. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

39. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-204/2021 saylı 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar