Məhkəmə qərarları › İş №2-1(102)-1703/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1703/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1703/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-1703/2023) (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə maliyyə sanksiyası tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-710/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********6849 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus olan obyektdə xx.xx.2021-il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 2. xx.xx.2021-ci il tarixli DVX seriyalı 004249 nömrəli akta əsasən, operativ vergi nəzarəti nəticəsində İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov 11 ünvanında yerləşən “Hollywood” kafedə xx.xx.2021-ci il tarixdə saat 18:15-də təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən aşpaz, kassir, ofisiant və s. işlərin yerinə yetirilməsinə cəlb olunmuş 10 (on) nəfər fiziki şəxsdən 1 (bir) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbayca n Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. Vergi ödəyicisinə qısa zaman ərzində işçilər ilə əmək müqavilələrinin bağlanması tövsiyə edildi. Nəzarət kitabçası təqdim edilmədi. Vergi ödəyicisi OVN tədbirində iştirak etmədiyi üçün aktı imzalamaq və bir nüsxəsini təqdim etmək mümkün olma dı. 3. xx.xx.2021-ci il tarixli DVX seriyalı 004249 nömrəli akta əlavə edilmiş İddiaçı məxsus “Hollywood” kafedə aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında X3 - şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 4L9BAKA, qeydiyyat ünvanı: Bakı şəhəri, Sabunçu rayonu qeyd edilmişdir.

4. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7244 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 2000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “**********7244 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onu nla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xx.xx.2021-ci il tarixində fiziki şəxs kimi vergi uçotuna qeydiyyata alınmışdır və ünvan 3 ünvanında yerləşən ticarət obyektində sahibkarlıq fəaliyyətini həyata keçirir. Ticarət obyektində 13 nəfər işçi tərəfindən əmək müqaviləsi bağlanılmaqla, bir nəfər isə sabit vergi ödəyicisi kimi işləyir. Ona məxsus ticarət obyektində əmək müqaviləsi bağlanılmadan və ya əmək qanunvericiliyinə uyğun olmadan fəaliyyət göstərən hər hansı işçi yoxdur. Lakin xx.xx.2021-ci il tarixində ticarət obyektində operativ vergi yoxlaması keçirilmiş və bu zaman Sədi Şükürov adlı şəxs onunla əmək müqaviləsi bağlanılmadan ticarət obyektində xidmətin və ya hər hansı işin görülməsinə cəlb edilmiş işçi kimi Vergi Xidmətinin əməkdaşları tərəfin dən qeydə alınmışdır. Nəticədə bununla bağlı xx.xx.2021- ci il tarixli 004249 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7244 nömrəli qərar qəbul edilməklə onun barəsində 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı qeyd olunan məbləğin ödənilməsi üçün **********7245 nömrəli tələbnamə göndərilmişdir. Ona məxsus ticarət obyektində keçirilmiş operativ vergi tədbirinin nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli 004249 nömrəli akt və həmin akt əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7244 nömrəli qərar əsassız və qanunsuzdur. Belə ki, Sədi Şükürov adlı şəxs onun sahibkarlıq fəaliyyətini həyata keçirtdiyi ticar ət obyektində hər hansı xidmətin göstərilməsinə tərəfindən cəlb edilməmiş, nə əvvəllər, nə də hazırda tərəfindən işə götürülməmiş, obyektində işçi kimi fəaliyyət göstərməmişdir. Həmin şəxs onun dostudur və başqa ticarət obyektində musiqi və TV avadanlıqları üzrə texnik kimi fəaliyyət göstərir. Ona məxsus ticarət obyektində bəzi avadanlıqlarda texniki nasazlıq yarandığı üçün ondan iddiaçıya köməklik göstərməsini xahiş etmişdir. Operativ vergi yoxlamasının keçirildiyi gün Sədi Şükürov bu məqsədlə iddiaçıya məxsus ticarət obyektində olmuşdur. Məsələ ilə bağlı Vergi Xidmətinin əməkdaşlarına tərəflərindən bildirilsə də bununla bağlı hər hansı araşdırma aparmadan, həmin şəxs əmək müqaviləsi olmadan işin və ya xidmətin göstərilməsinə cəlb edilmiş şəxs kimi sənədləşdirmişlər. Vergi Xidmətinin əmək daşları tərəfindən həmin şəxsin hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilməmiş, hətta hansı işlərin görülməsinə cəlb edilmələri aydınlaşdırılmamış, onun izahatı belə alınmamışdır. Yalnız tədbir zamanı ticarət obyektində olduğu üçün işçi kimi qeyd edilmişdir. Halbuki, vergi xidmətinin əməkdaşları düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı idi. Operativ vergi nəzarətini həyata keçirən Vergi Xidmətinin əməkdaşları ona sahibkarlıq fəaliyyətinin keçirilməsinə maneə yaratmışdır. Qeyd edilənlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etsə də müraciəti nəticəsiz qalmışdır.

7. Cavabdeh iddia tələbinə qa rşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********6849 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov 11 ünvanında yerləşən “Çayçı” adlı obyektində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004249 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işl ərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi iştirak etməmiş, kassir X4 və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmiş X3, ümumilikdə 2 nəfər izahat verməkdən imtina etmiş, bu hal müvafiq aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin p ozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7244 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. İddia ərizəsində qeyd edilənlərə dair bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 10.4-cü bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakının təmin olunması mümkün olmamışdır. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən qeyd edilən tələblərə riayət edilmişdir. İddiaçının işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslə dostluq münasibətinin mövcud olmasına dair arqumenti əsassızdır. Belə ki, vergi orqanının işçiləri operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman, həmin şəxsin iş başında aşkarlanması, vergi işçilərinin izahat verməsi ilə bağlı təklifini rədd etməsi və bu barədə akta qeyd edilməsi, eyni zamanda vergi ödəyicisinin həmin vaxt obyektdə olmaması, faktla bağlı hər hansı bir əks sübut təqdim edilməməsi vergi işçilərinin haqlı olaraq həmin şəxs barəsində akt tərtib etmələrini bir daha sübut edir. Nəzərinizə çatdırılır ki, iddiaçının əsas fəaliyyət növü “Kafelərin Fəaliyyəti” növünə daxildir, bu baxımdan iddiaçının ərizədə göstərdiyi kimi, obyektində bəzi avadanlıqlarda texniki nasazlıq yarandığından köməklik göstərməsi həmin şəxslə iddiaçı arasında əmək müqaviləsi ilə rəsmiləşdirilməli olan xidmət kimi başa düşülməlidir, belə ki, kafenin içərisində kabinetlərə, onların içərisində yerləşən elektronika əsas və yardımçı cihazlara texniki qulluğun və sazlama xidmətlərinin göstərilməsi, müvəqqəti xarakter daşıya bilməz. Çünki, həmin avadanlıqların fəaliyyəti ilə ödəyici gəlir əldə edir və həmin avadanlıqlara qulluq üçün mütləq daimi şəkildə texniki işçinin ayrılması məntiqə uyğundur. Həmçinin vergi ödəyicisi iddia ərizəsində dostunun başqa ticarət obyektində işlədiyini söyləsə də, həmin obyektin adı müəyyənləşdirilmir, obyektlə həmin şəxs arasında münasibət aydın deyildir və eyni zamanda bir şəxs eyni zamanda indiki haldakı kimi, iki obye ktdə fəaliyyət göstərməsinə qanunla qadağa qoyulmur.

8. Bakı İnzibati Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(112)-7100/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus ticarət obyektində operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla iddiaçı və ya səlahiyyətli nümayəndəsi tanış e dilməmişdir. Eyni zamanda müəyyən olunur ki, operativ vergi nəzarəti tədbirində iddiaçı iştirak etməmişdir. Vergi orqanı yoxlama zamanı obyektdə işləyən 10 nəfərdən 1 nəfərin-X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi ilə bağlı operativ vergi nəzarətinə dair xx.xx.2021-ci il tarixdə akt tərtib etmiş, akt yalnız vergi orqanının əməkdaşları tərəfindən imzalanmışdır. Müqavilə bağlamadan işə cəlb edildiyi iddia edilən X1 izahatı alınmamış, vergi orqanı tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktda sonuncunun izahat verməkdən imtina etdiyi qeyd etmişdir. Tərtib edilmiş aktın doğruluğu hər hansı üçüncü şəxsin (məs, hal şahidi) imzası ilə təsdiq edilməmişdir. Vergi orqanı tərtib etdiyi aktda əmək müqaviləsi bağlamadan işə cəlb edildiyini aşkar etdiyi X1 həmin obyektdə konkret hansı işlə məşğ ul olması, həmin iş yerində iş saatının vaxtı, həmin iş yerinin əsas, yaxud əlavə iş yeri olması kimi məsələləri araşdırmamış, bu barədə tərtib edilmiş aktda hər hansı qeydlər etməmişdir. İddiaçının VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusunu törətməsini sübut edən icraat materialları, o cümlədən X1 iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlamadan işə cəlb edilməsinə dair izahatlar, foto və ya video görüntülər və s. sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehin təqdim etdiyi icraat materialları yalnız vergi orqanının yoxlayıcıları tərəfindən tərtib edilmiş, onların imza və idarənin möhürü ilə təsdiq edilmiş sənədlər olmaqla, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab olunmur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verə rək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-710/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri

14. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlav ə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə elektron kargüzarlıq üzərindən məlumat və sənəd mübadiləsi daimi şəkildə aparılır və operativ vergi nəzarəti tədbiri keçirilmədən öncə, iddiaçıya bu barədə məlumat göndərilir. Odur ki, məhkəmənin iddiaçı operativ vergi nəzarəti tədbirində iştirak etməməsi barədə gəldiyi nəticə əsassızdır. Əlavə olaraq, “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi" Qaydalarının 10.8-ci bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixində sərbəst formada akt tərtib edilmişdir. Həmçinin həmin tarixdə yoxlamanın nəticəsi barədə DVX seriyalı 004249 nömrəli akt tərtib olunmuşdur. Hər iki aktda iddiaçının (vergi ödəyicisinin) yoxlamada iştirak etmədiyi, müvafiq sənədləri imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. Müvafiq aktlar vasitəsilə bir daha sübut olunur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla iddiaçı və səlahiyyətli nümayəndəsi tanış edilsə də həmin sənədləri imzalamaqdan imtina etmişdir. 15. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydaların 10.6-cı maddəsində göstərilən rekvizitlər yalnız işçinin özünün izahatı zamanı aydınlaşdırmaq mümkündür. əgər işçi izahat verməkdən imtina etdikdə həmin qaydaların 10.8-ci bəndinə əsasən sərbəst formada akt tərtib edilir. Vergi orqanı bir daha prosedur qaydaların tələblərinə riayət edərək xx.xx.2021-ci il tarixində sərbəst formada tərtib akt tərtib etmişdir. Həmçinin Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.14-cü maddəsinə əsasən, nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır. Normadan da görüldüyü kimi, video və foto çəkilişlərin edilməsi imperativ xarakter daşımır və diskresion səlahiyyət kimi vergi orqanının ixtiyarına verilmişdir. Lakin məhkəmə isə bu faktı nəzərə almamış və qanunsuz qərar qəbul etmişdir.

16. Operativ vergi nəzarəti zamanı faktiki olaraq, Şükürov Sədinin iş başında elektron qurğuları təmir edərkən tutulması və bu faktı özünün məhkəmədə verdiyi ifadə ilə doğrulaması, eyni zamanda Şükürov Sədinin başqa bir şəxslə əmək müqaviləsi bağlaması onun İddiaçılə əmək müqaviləsi bağlamasını istisna etmir və ya bu imkanı arad an qaldırmır. Məhkəmənin bu faktı nəzərə almadan bu nəticəyə gəlməsi əsassızdır. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmişdir. Məhkəmə tərəfindən X3 şahid qismində ifadə vermək üçün dəvət olunmuş və hakimin ünvanladığı suallar proses ərəfəsində dolğun cavablandırılmamış və məhkəmənin daxili inamının formalaşması üçün rol oynamamışdır. Lakin, göstərilən hallara məhkəmə öz qərarında yer verməmiş və iclas protokoluna qeyd olunan bu faktlar qərarda öz əksini tapmamışdır. Bu isə ədalətli məhkəmə baxışı prinsipinin həm daxili həm də beynəlxalq qanunvericilik üzrə kobud pozuntusudur və qəbul olunmuş qərarın ləğvinə əsas yaradır. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyy ətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam v ə ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi orqanının qərarının ləğv edilməsini əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu de yildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz.

25. Qanunvericiliyin tələbindən göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəli llərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

26. Cavabdeh iddiaçının əmək müqaviləsi olmadan X2 işə cəlb etməsinə istinad etsə də, öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini sübut edə bilməmişdir.

27. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.

28. İPM-in 14.1-ci maddəsinin tələbinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

29. Hazırkı işdə bu, baş vermədiyindən, cavabdehin qərarı əsaslı hesab edilə bilməz.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-710/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar