Məhkəmə qərarları › İş №2-1(102)-1703/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1703/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1703/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin əsaslandırılması vəzifəsi, formal əsaslandırılmış kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 21(103)-140/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakə şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 015 saylı sərəncamı ilə, bələdiyyənin həmin tarixli qərarına əsasən 6-cı Əhmədli küçəsində, fərdi ev tikintisi məqsədi ilə (cizgidə göstərilən) 250 (iki yüz əlli) kv.m torpaq sahəsinin vət əndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.

2. Torpaqların alğı-satqısına dair 14 iyul 2006-cı il tarixli akta əsasən iddiaçı Bakı şəhəri Xətai rayonu Əhmədli bələdiyyəsinin ərazisində 250 kv.m. torpaq sahəsini almış və müvafiq qəbzə əsasən 250 kv.m torpağın alınması üçün 920 manat məbləğində pul ödəmişdir.

3. Əhmədli Bələdiyyəsi tərəfindən iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov (6-cı Əhmədli) küçəsində 250 kv.m ayrılmış torpaq sahəsinin cizgisi təsdiq edilmiş, iddiaçı həmin torpaq sahəsində ev inşa etmişdir.

4. İddiaçı Xətai rayonu, Əhmədli qəsəbəsi, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi tələbi ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat N azirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətlər etmiş və cavabdehin xx.xx.2021-ci il tarixli, **********80 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağlı müraciətlərinə xx.xx.2021-ci il tarixli **********91 nömrəli və xx.xx.2021-ci il tarixli **********87 nömrəli məktublarda cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 015 saylı 14 iyul 2006-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 6-cı Əhmədli küçəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(112)-753/2023 nömrəli qərarı ilə (hakim X1) iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 015 saylı 14 iyul 2006-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 6-cı Əhmədli küçəsində inşa etdiyi fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmas ı və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(103)-140/2024 nömrəli qərarı ilə (hakimlər X2 /məruzəçi/, X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi

10. Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi a. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. b. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

11. Maddə

52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa d a, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

12. Maddə

90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

13. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

14. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhk əmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

15. Maddə

95. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsinin hərəkətləri 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 95.1.1. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ün vanının göstərilməsini; 95.1.2. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 95.1.4. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 95.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. 95.3. Apellyasiya instansiyası məhkəməsi şikayətin daxil olduğu vaxtdan 5 gün ərzində həmin şikayəti, mübahisə ilə bağlı işin materialları ilə birlikdə Ali Məhkəməyə göndərir....

16. Maddə

96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.

17. Maddə

96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizəl ərini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti formal əsaslandırıldığına görə, aşağıdakı göstərilən əsaslarla kassasiya şikayəti mümkün sayılmamalıdır.

19. Kassasiya şikayətinin mümkünlüyü məhkəmə müdafiəsi hüququ ilə sıx bağlı olduğuna görə, hüquqi məsələlərə giriş olaraq ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı i rəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

21. Konstitusiyada və Konvensiyada təsbit olunmuş bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və İnzibati Prosessual Məcəlləsində əks olunmaqla, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmişdir.

22. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də b əzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.

23. Bu növ məhdudiyyətlərdən biri İPM-nin 94.2-ci maddəsində kassasiya şikayətinin məzmunu üçün nəzərdə tutulmuş tələblərə əməl olunmamasıdır.

24. Belə ki, həmin normanın tələbinə görə kassasiya şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.

25. Kassasiya şikayəti əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir (İPM-nin 94.3 və 94.4-cü maddələri).

26. Göründüyü kimi İPM-də yalnız kassasiya şikayətinin əsaslandırılmış olmasına dair tələb nəzərdə tutulmuş, lakin “əsaslandırılmış şikayətin” nələ ri ehtiva etməli olduğu və ya özündə hansı məzmunda əsaslandırmanı ehtiva edən şikayətin “əsaslandırılmamış şikayət” kimi qəbul ediləcəyinə dair konkret tənzimləmələr gətirilməmişdir. Belə olan halda, şikayət hüququnun özünün təbiəti və şikayətin məhz hansı instansiya məhkəməsinə verildiyi nəzərə alınmaqla “əsaslandırılmış şikayətin” hansı meyarlar əsasında müəyyənləşdirilməli olduğu kassasiya məhkəməsinin özü tərəfindən həll edilməlidir.

27. İlk növbədə aydındır ki, qanunvericilik şikayətə münasibətdə riayət edilməli olan forma və məzmunla bağlı tələblər nəzərdə tutmuşdur. Şikayətin əsaslandırılmış olması, məzmunla bağlı tələblərin tərkibinə daxildir. Qanunvericinin iradəsi isə ona yönəlmişdir ki, istənilən şikayət deyil, yalnız əsaslandırılmış şikayət üzrə kassasiya mümkün hesab edilməli dir. Başqa sözlə, şikayət qəbul edilmiş məhkəmə aktından ümumi formada narazılığı ifadə etməməli, apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanunsuzluğu və əsassızlığı ilə bağlı konkret dəlillərə istinadı özünə əks etdirməlidir.

28. Digər tərəfdən isə onu da xüsusilə nəzərə almaq lazımdır ki, konkret halda, şikayət məhz kassasiya məhkəməsinə ünvanlanır. Belə olan halda isə əsaslandırma ilə bağlı tələbə münasibətdə ümumilikdə məhkəmə sistemi daxilində kassasiya məhkəməsinin rolu, kassasiya məhkəməsinin səlahiyyətləri və bu instansiyada həyata keçirilən icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla qiymət verilməlidir. Bu mənada, kassasiya şikayətinin mümkünlüyünə dair tələblərin daha sərt ola biləcəyinin yolverilənliyi nəzərə alınmalıdır.

29. Məlumdur ki, məhkəmə sistemi daxilində ədalət mühakiməsinin həyata keçirilməsi prosesində Ali Məhkəmə hüquq məhkəməsi roluna malikdir. O, mübahisənin müəyyən olunmuş hallarına apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ona görə də, kassasiya şikayətində dəlillərin olması vacib şərt kimi çıxış edir, başqa sözlə, şikayət məhz hüququn məhkəmə tərəfindən düzgün tətbiq edilmədiyinin əsaslandırılmasına dair dəlilləri özündə əks etdirməlidir. Hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər isə ilk növbədə ümumi hüquqi prinsiplərin, eləcə də maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq edilmədiyindən ibarət ola bilər.

30. Mübahisənin həllinə tətbiq edilməli olan qanunvericilik normalarının məhkəmə tərəfindən tətbiq edilməməsi və ya natamam tətbiq edilməsi, tətbiq edilməli olmayan normaların tətbiq edilməsi, yaxud da normaların düzgün təfsir edilməməsi hüququn düzgün tətbiq olunmadığı nəticəsini yaradır. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların müəyyənləşdirilmədiyinə, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarının sübut olunmadığına dair dəlillər də müvafiq maddi və prosessual hüquq normalarına istinadla və onların düzgün tətbiq edilmədiyi ilə əlaqələndirilməklə təqdim olunmalıdır.

31. Beləliklə, kassasiya şikayətində məhz yol verildiyi güman olunan hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər əks etdirilməlidir. Bu qaydada əsaslandırma elə bir şikayətin verilməsini nəzərdə tutur ki, şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməməsinin nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə ətraflı təsvir edilməli, normaların yalnız sadalanması (qeyd olunması) ilə kifayətlənilməməli, onların hansı mənada tətbiq edilməli olduğuna dair münasibət əks olunmalı, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin konkret hansı normalara və nəyə görə zidd olduğu, beləliklə də, hüququn düzgün tətbiq edilmədiyi lazımi qaydada əsaslandırılmalıdır. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyinə dair dəlillər həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında (qərardadlarında) əks olunmuş hüquqi mövqelərə istinadla əsaslandırıla bilər.

32. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsində icraat kassasiya şikayətinə əsasən başlanır.

33. Kassasiya icraatı qaydaları nı tənzimləyən İPM-nin Xİ fəslində məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılması müəyyən çərçivələrdə məhdudlaşdırılır. Çünki İPM-nin 91-ci maddəsinin tələbinə görə Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Kassasiya icraatının düzgün aparılması üçün ilk növbədə kassasiya şikayətinin obyekti və predmeti müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsində icraata dair İPM-nin 91-ci maddəsinin təhlilindən göründüyü kimi, kassasiya şikayətinin obyekti apelyasiya instansiya məhkəməsinin qərarı və yaxud onun bir hissəsidir. Obyekt kassasiya şikayətində əksini tapmış tələblərlə məhdudlaşa bilər.

35. Kassasiya şikayətinin predmeti dedikd ə, isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də apelyasiya instansiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.

36. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin qərarının yoxlanılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri kassasiya şikayətinin həm obyekti, həm də predmeti baxımından müəyyən olunur.

37. Başqa sözlə, kassasiya icraatı kassasiya şikayətinin dəlillərinin araşdırılmasından ibarətdir. Buna görə də, kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillər göstərilmədikdə, məhkəmə araşdırmasının predmetini müəyyən etmək olmayacaqdır.

38. İPM-nin 94.2-ci maddəsində bəhs olunan “əsaslandırılmamış şikayət” anlayışına Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli, 01/2023 tarixli qərardadında bu meyarlar əsasında qiymət verilərək qeyd olunmuşdur ki:

1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfi ndən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər.

39. Hazırkı işdə, kassator şikayətində birinci instansiya məhkəməsində irəli sürdüyü etiraz dəlillərini təkrarlamaqla kifayətlənmiş, məhkəmələrin məhz nəyə görə səhv nəticəyə gəldiyini izah etməmiş, maddi və prosessual hüququ pozun tusunun nədən ibarət olması barədə dəlil bildirməmiş, eləcə də əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir.

40. Məhkəmə kollegiyası bu məzmunda olan kassasiya şikayətini, əsaslandırılmamış şikayət kimi qiymətləndirir.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 21(103)-140/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar