Məhkəmə qərarları › İş №2-1(102)-1704/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1704/2019

18.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1704/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kolxozdakı iş stajının faktiki müddət üzrə sosial sığorta stajına daxil edilməsi GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı cav abdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-73/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin **********7 saylı, 19 iyul 2018ci il tarixli məktubu ilə İddiaçı yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İmti na onunla əsaslandırılmışdır ki, iddiaçının 01.04.2011-ci il tarixdən 01.07.2018-ci il tarixədək 07 il 03 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 6.339,05 manat pensiya kapitalı vardır. İddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına qarşı 18 il 03 ay sığorta stajı olduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınm ası üçün sosial sığorta stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən, vətəndaşın təqdim etdiyi 29.06.2018-ci il tarixli *** saylı arayışda qeyd edilən 1972-ci il tarixdən 1980-ci il tarixədək dövrün sosial sığorta stajı hesablanakən nəzərə alınması qaydalara ziddir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onun 29.06.2018-ci il tarixli, *** saylı arxiv arayışında və əmək kitabçasında qeyd olunan illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, 12 iyun 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3627/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qərarı (hakim - Z.M.Tağıyevin) ilə iddianın təmin edilməsi, İddiaçı 29.06.2018-ci il tarixli, *** saylı arxiv arayışında və əmək kitabçasında qeyd olunan illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, 12 iyun 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-73/2019 saylı, 06 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – İ.B.Əhmədov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş,2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3627/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 29.06.2018-ci il tarixli *** saylı arayışda qeyd edilən və iddiaçının 1972-ci il tarixdən 1980-ci il tarixədək Kürdəmir rayonu “R.Axundov” adına kolxozda işləməsini və həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsini müəyyənləşdirmək üçün Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə sorğu göndərmişdir. 14.01.2019-cu il tarixli cavab məktubunda işləmə faktını təsdiq edən sənəd qismində həmin kolxozun şəxsi heyətinə aid 4 nömrəli Staj kitabının *** nömrəli şəxsi hesabının təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmə kollegiyası həmin məktubu mötəbər sübut kimi qəbul etməmişdir. Əsas kimi həmin sənəddə müvafiq səlahiyyətli şəxslər tərəfindən ümumiyyətlə imzalanmaması olmuşdur. Məhkəmənin gətirdiyi bu əsas ab surddur. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimatın 12.1-ci bəndinə əsasən arxiv sənədlərindən istifadə - sənədlərdəki məlumatların vətəndaşların qanuni maraq və hüquqlarının təmin edilməsində, cəmiyyətin sosial-iqtisadi, mədəni, elmi, siyasi məqsədləri üçün tətbiq edilməsidir. İdarə arxivlərində mühafizə edilən sənədlər (məhdud buraxılışlı və məxfi sənədlər istisna olmaqla) arxiv əməkdaşları və tədqiqatçılar üçün istifadəyə açıqdır və onlardan istifadə bu Təlimatla müəyyən olunan normalar daxilində tənzimlənir. Həmin Təlimatın 12.5.1-ci bəndinə əsasən arxiv arayışı – sorğunun mətninə uyğun arxiv məl umatlarını özündə əks etdirən, üzərində onun tərtib olunmasında istifadə olunan sənədlərin arxiv şifri və vərəqələrinin nömrəsi göstərilmiş rəsmi sənəddir. Arayışda məlumatlar xronoloji ardıcıllıqla təsvir edilir, sənədin əslində olduğu kimi qeyd olunur, sənədin əslində hər hansı dəyişiklik, qaralama olduqda arayışda müvafiq qeydlər aparılır. Kürdəmir rayon Dövlət Arxivinin məhkəmənin sorğusuna verdiyi cavab onun tərəfindən təqdim edilmiş arxiv arayışının mötəbər olmamasına dəlalət etmir. Məhkəmə hansı əsasa görə özünün sorğusuna aldığı cavabı mötəbər saydığını əsaslandırmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Nərimanov rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına qarşı 18 il 03 ay sığorta stajı olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci mad dəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddə sindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. İddiaçı onun pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halını mübahisələndirmir. Yəni, iddiaçı birinci deyil, ikinci halın təsir dairəsinə düşdüyünü iddia edir. İkinci halın təsir dairəsinə düşmək üçün isə iddiaçı ən azı 25 illik sığorta stajına m alik olduğunu təsdiqləyən sübutları cavabdehə və məhkəməyə təqdim etməli idi. İddiaçı 25 illik sığorta stajına sahib olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına və Kürdəmir rayon Dövlət Arxiv İdarəsinin verdiyi 29.06.2018-ci il tarixli, *** saylı Arayışa istinad etməkdədir. Cavabdeh DSMF Nərimanov rayon şöbəsi İddiaçı məxsus əmək kitabçasında öz əksini tapmış sığorta stajının müddətini qəbul etmişdir; yəni bu halla bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Mübahisə Kürdəmir rayon Dövlət Arxiv İdarəsinin verdiyi 29.06.2018-ci il tarixli, *** saylı Arayışın iddia edilən 8 illik (1972-1980-ci illəri əhatə edən) sığorta stajını təsdiqləmək üçün kifayətedici və mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı meydana çıxmışdır. Bununla əlaqədar olaraq, apellyasiya baxışı zamanı m əhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş 29.06.2018-ci il tarixli, *** saylı arayışda qeyd edilən və iddiaçının 1972-ci il tarixdən 1980-ci il tarixədək Kürdəmir rayonu “R.Axundov” adına kolxozda işləməsinin və həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsinin müəyyənləşdirilməsi üçün Kürdəmir rayon Dövlət Arxiv idarəsinə sorğu göndərilmişdir. Qeyd olunmuş sorğuda həmin arxiv idarəsindən iddiaçının 1972-ci il tarixdən 1980-ci il tarixədək işləmə faktını təsdiq edən sənədləri məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Arxiv idarəsindən məhkəməyə daxil olmuş 14.01.2019-cu il tarixli cavab məktubunda işləmə faktını təsdiq edən sənəd qismində həmin kolxozun şəxsi heyətinə aid 4 nömrəli Staj kitabının *** nömrəli şəxsi hesabının təsdiq olunmuş surəti t əqdim edilmişdir. Apellyasiya məhkəməsi 4 nömrəli staj kitabının *** nömrəli şəxsi hesabını mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə bununla bağlı özünün mövqeyini onunla əsaslandırmışdır ki, əvvəla, həmin sənəd müvafiq səlahiyyətli şəxslər tərəfindən ümumiyyətlə imzalanmamışdır. Halbuki, sənədin özündə “Yazıları təsdiq edən şəxslərin imzaları” adlanan bir qrafa vardır. Həmin qrafa isə iki yarımbaşlıqdan (13 və 14 saylı) ibarətdir. Həmin yarımbaşlıqlardan görünür ki, şəxsi hesabdakı yazılar kolxozun sədri və kolxozun baş (böyük) mühasibi tərəfindən imzalanmalı idi. İkincisi, həmin şəxsi hesab müvafiq möhür ilə təsdiqlənməmiş və habelə həmin sənədin iddiaçıya aid olmasını sübut edən hər hansı məlumat göstərilməmişdir. İddiaçı kassasiya şikayətində onun 1972-ci il tarixdən 1980-ci il tar ixədək Kürdəmir rayonu “R.Axundov” adına kolxozda işləməsini təsdiq edən 29.06.2018-ci il tarixli, *** saylı arayışda qeyd edilən məlumatların apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamasının qanunsuz olduğunu bildirmişdir. Bununla bağlı olaraq isə kollegiya qeyd edir ki, hətta həmin arayışdakı məlumatlar nəzərə alınsa belə, iddiaçı yenə də tələb olunan 25 il sığorta stajına malik olmur. Belə ki, cavabdehin də qəbul etdiyi əmək kitabçasındakı məlumatlara əsasən onun 18 il 03 ay stajı vardır. 25 il stajın yaranması üçün əlavə 06 il 09 ay staj tələb olunur. İddiaçının kolxozda işlədiyi illər 1972-1980-ci illəri əhatə edir. Onun kolxozdakı iş stajı isə aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Kollegiya hesab edir ki, iddiaçının 1972-1980-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhk əmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Kürdəmir rayon Dövlət Arxiv İdarəsinin verdiyi 29.06.2018-ci il tarixli, *** saylı Arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 1972-1975-ci illərdə 1 50 gün, 1976-1980-ci illərdə isə 180 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1972-ci ildə 75 gün, 1973-cü ildə 125 gün, 1974-cü ildə 173 gün, 1975-ci ildə 137 gün, 1976-cü ildə 125 gün, 1977-ci ildə 162 gün, 1978-ci ildə 38 gün, 1979-cu ildə 152 gün və 1980-ci ildə isə 134 gün işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasının ödənilməsi yalnız 1974-cü ildə olmuşdur. Bütün digər illərdə o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölü nməsi ilə aparılmalıdır. Məsələn, iddiaçının 1972-ci ildə 75 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 75x12=900/150=6 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1972-1980-ci illərdə kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 5 il 5 ay 5 gün iş stajına malik olduğu müəyyən edilir. Bu isə 25 il stajın yaranması (cavabdehin 18 il 03 ay stajı qəbul etdiyi nəzərə alınmaqla) üçün əlavə tələb olunan 06 il 09 ay stajı ödəmir. Beləliklə, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajınının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-73/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar