Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1705/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Vəkillər X2 Cavabdeh qarşı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-227/2019 nömrəli, 30 yanvar 2019-cu il tarixli qərar və qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 19 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikası Vəkillər X4 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının müdiri xxx a 16 №-li 02.02.2018-ci il tarixli məktubla Rəyasət Heyətinə müraciət edərək bildirmişdir ki, həmin Məsləhətxanada vəkil kimi fəaliyyət göstərən Cavabdeh tərəfindən 2014-20 17-ci illər üçün Vəkillər Kollegiyasına üzvlük haqqı ödənilməmişdir. Həmin məktub araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Göstərilən məsələ Komissiya tərəfindən araşdırılaraq 14.03.2018-ci il tarixli müvafiq rəy tərtib edilmiş və Rəyasət Heyətinə təqdim olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki. Cavabdeh 2-ci dərəcəli əlildir. O, 2014-2017-ci illər üzrə üzvlük haqqının ödənilməməsi səbəbi kimi həmin mükəlləfiyyətdən azad olunmasını göstərmişdir. Lakin, komissiya bu məsələni araşdıraraq müəyyən etmişdir ki, əslində Cavabdeh göstərilən dövr üçün üzvlük haqqından azad edilməsinə dair Rəyasət Heyətinin müvafiq qərarı mövcud deyil. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, vəkil Cavabdeh hüquqi yardımla bağlı 2014-cü ildə bir, 2015-ci ildə bir, 2016-c ı ildə dörd, 2017-ci ildə isə iki müqavilənin icrası həvalə edilmişdir. Vəkil Cavabdeh üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədiyi üçün Rəyasət Heyətinin 23.04.2018-ci il tarixli iclasında onun Kollegiyanın üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 il müddətində istirahət hüququnu pozduğuna görə vəkil kimi fəaliyyət göstərdiyi 30 ilin hər ayı üçün 3.000 manat, ümumi olaraq 30 il üçün 90.000 manat tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3634/2018 nömrəli, 23 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakim: T.Ə.Əsədova) Cavabdeh q arşılıqlı iddiası mümkün sayılmamışdır. Həmin məhkəmənin eyni tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üzvlük haqqının 6 aydan artıq üzrsüz səbəbdən gecikdirilməsinə görə vəkillik fəaliyyətinə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulduğundan iddia əsaslıdır. Məhkəmənin həmin qərar və qərardadından Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-227/2019 nömrəli iş üzrə 30 yanvar 2019-cu il tarixli qərar və qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin 2-1(81)-3634/2018 nömrəli, 23 noyabr 2018-ci il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərar və qərardaddan kasassiya şikayəti vermişdir. Qərardaddan verilən şikayətdə qərardadın ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi, qərardan verilmiş şikayətdə isə qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: Qərardaddan verilmiş kassasiya şikayətinin dəlillərinə görə, həmin qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr qərardadlarında qarşılıqlı iddia ərizəsinin baxılmasının mümkünsüz saymasını hazırkı tələblə bağlı Vəkillər X4nə müraciət edilməməsi ilə əlaqələndirmişdir. Halbuki, cav abdeh dəfələrlə Vəkillər Kollegiyasının sabiq sədri xxx ə bu barədə yazılı və şifahi müraciətlər etmiş, icraatında olan işlərin mürəkkəbliyi və çoxluğu ilə əlaqədar ona məzuniyyət verilməmiş və kompensasiya da ödənilməmişdir. Ümumiyyətlə, xxx 20 ildən çox müddət ərzində VK RH həm sədri və həm də mərkəzi seçki komissiyasının üzvü olduğu dövrdə o, iş yerində çox az olmuş, kargüzarlıq bərbad halda olmuş və yaranmış problemlərin əksəriyyəti şifahi formada həll edilmiş və uzun illər boyu vəkillərin böyük əksəriyyətinə məzuniyyət verilməmiş və çox güman ki, bununla əlaqədar kompensasiyalar və üzvlük haqqları da hesablanaraq mənimsənilmişdir. xxx in AR MSK üzv olduğunu əsas götürərək mənimsəmələri ört - basdır etmək üçün onun hesabatı belə dinlənilmədən vəzifəsindən azad edilmişdir. Kassastor dah a sonra qeyd edir ki, 1988-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür bu dövr ərzində heç vaxt ona qarşı inzibati cəza tətbiq edilməyib, bu dövr ərzində mütəmadi olaraq ondan 5 saylı Hüquq məsləhətxanasının mühasibatlığı tərəfindən vergi və üzvlük haqqı tutulub, 2010-cu ildən onkoloji xəstə olaraq 2-ci qrup əlildir, buna baxmayaraq, peşə fəaliyyətini əvvəlki illərdə olduğu kimi olmasa da davam etdirmişdir. Əsasən onun 11 ildir davam edən mülki iş, “xxxx” MMC və Xəzər rayon İcra hakimiyyəti və digərlərinə qarşı iddia tələbləri ilə əlaqədar 8 il davam edən mülki işlə əlaqədar, “xxxx” MMC və digərlərinə qarşı Səbail rayon məhkəməsində 4 ildir davam edən mülki işlə əlaqədar, oğlu xxx bağlı mülki iş, həyat yoldaşı X3 ilə bağlı mülki iş, bacısı xxx ilə bağlı 1 saylı Bakı İn zibati-İqtisad məhkəməsində olan mülki iş, nəvəsi Rüstəmova Saida ilə bağlı Nəsimi rayon məhkəməsində və sair işlərə, yaxın qohumlarının işlərinə ilk məhkəmə instansiyalarında nümayəndə kimi, ali məhkəmədə isə vəkil kimi çıxış etmiş və nadir hallarda qohumu Nüsrət Rza ilə bağlı cinayət işində vəkil kimi çıxış etsə də, 5 saylı Hüquq məsləhətxanasında istər 2017 -2018-ci illər ərzində, istərsə də əvvəlki 3-4 il ərzində əmək haqqı almamış və hüquq məsləhətxanasının müdiri ona bildirdiyi kimi əmək haqqı bütünlüklə üzvlük haqqının ödənilməsinə sərf olunub. Qərardan verilmiş kassasiya şikayətinin dəlillərinə görə, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 22-cü maddəsinin 3-ci hissəsinə görə, vəkil haqqında intizam tən behi intizam pozuntusu aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə il müddətində tətbiq edilə bilər. 5-ci bəndinə görə, İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. Kassator bildirir ki, istinad edilən qanunun 7-ci bəndinə görə, Vəkillər Kollegiyasından xaric edilmə barədə Rəyasət Heyətinin 23 aprel 2018-ci il tarixli qərarından məhkəməyə şikayət vermək hüququ olduğu halda, Rəyasət Heyətinin sədri qərarın surətini onun ünvanına göndərməmiş və beləliklə faktiki olaraq onu həmin qərardan şikayət vermək hüququndan məhrum etmişdir. Həmin qanunun 8-ci bəndinə görə, Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam komiss iyasının rəyi əsasında Vəkillər X4 məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Onun işlədiyi 5 saylı hüquq məsləhətxanasının müdiri E.Rəcəbova istinad edəcəyi müqavilələr üzrə qonorarlardan cavabdehə çatacaq əmək haqqlarını mənimsədiyini gizlətmək üçün Vəkillər X4nə guya onun 2014-cü ildən başlayaraq üzvlük haqqı vermədiyi barədə yalan məlumat vermişdir. Bu da onun barəsində intizam icraatının başlamasına səbəb olmuşdur. Belə ki, o, faktiki olaraq 2012-cı ildən xəstəliyi ilə əlaqədar üzvlük haqqı verməkdən, Vəkillər X2 o vaxtkı sədri tərəfindən müraciəti əsasında azad edilmiş və təxminən 2012-cü ildən 2017-ci ilə qədər olan dövr ərzində heç vaxt nə üzvlük haqqı ödəmiş, nədə ki, təxminə n 2013-cü ilin hansısa hissəsindən mübahisə yaranan günə qədər əmək haqqı da almamışdır. İntizam komissiyası intizam icraatına başladığı gündən araşdırmanı mütləq onun iştirakı ilə aparmalı olduğu halda, nəinki onun iştirakını təmin etməmiş, heç rəylə onu tanış etməmiş, rəyi Rəyasət Heyətinə təqdim etməklə onun qanunla qorunan hüquqlarını pozmuşdur. Vəkillər Kollegiyasından xaric edilməsi barədə Rəyasət Heyətinin 23 aprel 2018-ci il tarixli qərarından məhkəməyə şikayət vermək hüququ olduğunu bildiyi halda, Rəyasət Heyətinin sədri həmin qərarın surətini ona göndərməmiş və beləliklə də Rəyasət Heyətinin qərarından məhkəməyə şikayət vermək hüququndan da məhrum edilmişdir. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam komissiyasının rəyi əsasında Vəkillər X4 məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Lakin Vəkillər X2 sədri faktiki olaraq İntizam komissiyasının 14 mart tarixli rəyi əsasında onun barəsində 23 aprel 2018-ci il tarixli Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə yuxarıda istinad etdiyi qərarı qəbul edərək məhkəmə və istintaq orqanlarına bu barədə 27 aprel 2018-ci il tarixli məktub göndərmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh kassasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-227/2019 nömrəli iş üzrə 30 yanvar 2019-cu il tarixli qərar və qərardadının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərar ının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Vəkillər və ümumilikdə vəkillik fəaliyyətinin təşkili ilə bağlı məsələlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 23-cü maddəsinin İ hissəsinə əsasən, vəkilin fəaliyyətinə, öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə, vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə, bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə, üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə xitam verilə bilər. Göründüyü kimi, üzvlük haqqının 6 aydan artıq üzrsüz səbəbdən ödənilməməsi vəkillik fəaliyyətinə xitam verilməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi isə iddiaçının fəaliyy ət göstərdiyi Hüquq məsləhətxanasına 2014-2017-ci illər üzrə üzvlük haqqı borcu qalmışdır. Vəkillər X4 həmin halı əsas götürərək iddiaçı barəsində məhkəmədə iddia qaldırmışdır. Cavabdeh əlil olması səbəbindən Vəkillər Kollegiyası tərəfindən üzvlük haqqının ödənilməsindən azad olunmasını bildirsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası məhkəmələrin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Qərardaddan verilmiş kassasiya şikayəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdi r (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılı r. Qeyd olunan normanın tələbindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur» (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünl ük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edil ib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, qeyd olunan prosessual hüquq normasının tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının izahına görə, vurulmuş ziyanın ödənilm əsi tələbi üzrə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın mümkün hesab edilməsi şərtlərindən biridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati orqanların qanunsuz qəra rları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. (maddə 2.0.1, 2.0.2, 89.1, 89.2) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, R. Zeynalovun qarşılıqlı iddiası inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən həmin iddianın mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işə bax ılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-227/2019 nömrəli iş üzrə 30 yanvar 2019-cu il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1705/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1705/2019
19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver