Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1705/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iş üzrə QƏRAR Açar sözlər: Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar və hər il məzuniyyətə çıxarkən ildə bir dəfə ödənilən aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin pensiya təyini zamanı nəzərə alınması, iddiaçının işlədiyi vaxt həmin müavinətləri almaması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X9, cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Təyinat İdarəsinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5 Təyinat İdarəsinə(bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi)“pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-110/2020 saylı, x xxxx 2020-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya x xxxxxx 1993-cü il ta rixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xidmət keçmiş hərbi qulluqçu kimi 31 il 10 ay 12 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 88 faizi miqdarında xidmət illərinə (xəstəliklə əlaqədar tərxis olunmaya) görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli və xx xxxx 2019-cu il tarixli məktublarla cavab verilərək göstərilmişdir ki, ona x xxxxxx 1993-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən hərbi qulluqçu kimi 31 il 10 ay 12 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 88 faizi miqdarında xidmət illərinə (xəstəliklə əlaqədar tərxis olunma) görə əmək pensiyası təyin edilmişdir. x xxxxxx 2007-ci il tarixdə sonuncu xidmət keçdi yi vəzifə üzrə vəzifə maaşının 192,00 manat artırılması ilə əlaqədar, rütbə maaşı 48.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə - 60,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 48.00 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 24,75 manat olmaqla cəmi təminat xərcliyi 372.75 manat təşkil etmişdir. Əmək pensiyası təminat xərcliyinin 88 faizı - 328,02 manat məbləğində müəyyən edilmişdir.x xxxxxx 2008-ci il tarixdə sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 192 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə - 80,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 48,00 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 32.00 manat olmaqla cəmi təminat xərcliyi 482.50 manat təşkil etmişdir. Əmək pensiyası təminat xərcliyinin 88 faizi - 424,60 manat məbləğində müəyyən edilmişdir. x xxxxxx 2008-cı il tarixdə sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 280 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə - 164,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşı 25 faizi miqdarında əlavə - 70,00 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64.00 manat olmaqla cəmi təminat xərcliyı 708.00 manat təşkil etmişdir. Əmək pensiyası/ təminat xərcliyinin 88 faizi - 623,04 manat məbləğində müəyyən edilmişdir.x xxxxxxxx 2010-cu il tarixdə sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 310,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə - 176,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 77.50 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64, 00 manat olmaqla cəmi təminat xərcliyi 757.50 manat təşkil etmişdir. Əmək pensiyası təminat xərcliyinin 88 faizi - 666,60 manat məbləğində müəyyən edilmişdir.x xxxxxx 2013-cü il tarixə sonuncu xidmət keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 345 manat, rütbə maaşı 130,30 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə 80.0 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 85.25 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla əmək pensiyası 717.42 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sə rəncamına əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının artırılması ilə əlaqədar -rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə 204,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 95,00 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 873,00 manat təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, x xxxx 2018-ci il tarıxədək olan təminat xərcliyi ilə artımdan sonrakı təminat xərcliyinin (873,00 manat) arasındakı fərq məbləğinin (57,75 manat) 78,66 faizi - 45,43 manat iddiaçının pensiyasının (717,42 manat) üzərinə əlavə olunmaqla ödənilir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh DSMF-nin Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbini n dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək xx.xx.2007-ci ildən xx.xx.2019-cu ilə kimi dörd aylıq maaşı həcmində 19760 manat müavinətin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1972-ci ildən DİN-nin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində (indiki Penitensiar Xidmətdə) xx.xx.1993-cü ilə kimi müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1993-cü ildə Ədliyyə Nazirliyindən ədliyyə polis mayoru rütbəsində xəstəliyi ilə bağlı pensiyaya çıxmışdır. xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilədək Ədliyyə Nazirliyinin penitensiar xidməti idarəsində aylıq pensiya almışdır.2004-cü ildə bir dəfə, 2005-ci ildə iki dəfə, 2006-cı ildə bir dəfə müavinət yardım almışdır. xx.xx.2007-ci ildə, 2012-ci ildə cavabdehə müraci ət edərək maddi yardım – müavinət verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. 2018-ci ildə yenidən maddi yardım verilməsi barədə cavabdehə müraciət etsə də, yenə də müraciəti təmin edilməmişdir. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinət ödənilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən ədliyyə orqanlarının bütün işçilərin mükafatlandırılması məqsədilə hər növbəti il üçün təsdiq olunan dövlət büdcəsindən bu orqanlarda müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olunmaqla) 3 misli həcmində əlavə vəsait tələb olunur.xx.xx.2019-ci ildə iddiaçının aylıq maaşı 380 manatdır, bir ildə dörd dəfə pul müavinəti yardım 380 x 4=1520 manat, xx.xx.2007-ci ildən 13 il x 1520 manat=19760 manat təşkil edir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 71, 147-ci, “Əmək pensiyaları haqqında” Qanunun 9.6, 9.7-ci, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6, 11.1.5-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(81)-1629/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkə məsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən hərbi qulluqçu kimi pensiyaya çıxan zaman qanunvericilikdə nəzərdə tutulmuş bütün təminatlar və əlavələr nəzərə alınmışdır. İddiaçının iddia tələbində göstərilən ildə dörd aylıq maaşı həcmində müavinətin (belə bir əlavənin) əmək pensiyaçısına ödənilməsi kimi müddəa isə “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X10-məruzəçi, X6 və X13, 2-1(103)-110/2020 saylı iş) x xxxx 2020-cu il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını də yişdirmədən saxlamışdır. İddiaçı xx xxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçularaAzərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxi li İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün tə minat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət X12 təqdim olunması qaydalarını müəyyən edir. Həmin “Qaydalar”ın 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət X12 təqdim olunur. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2 və 23.3-cü maddələrində nəzərdə müavinətlərdən “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən sosial ayırmalar aparılmadığından, pensiya təyini məqsədləri üçün cavabdehə təqdim olunmuş məlumat vərəqində həmin əlavələr barədə məlumat qeyd olunmur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Mə cəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı xx.xx.2007-ci ildən xx.xx.2019-cu ilə kimi dörd aylıq maaşı həcmində 19.760 manat müavinətin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddiasının əsası kimi “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2 və 23.3-cü maddələrinə istinad etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. xx xxx 2006-cı ildə qəbul edilmiş “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. İddiaçının və ailə üzvlərinin pulsuz dövlət tibb xidməti ilə təmin olunması hazırkı mübahisənin predmetini təşkil etmir və bu işdə olan cavabdehə yönəlik tələb deyildir. Araşdırılmalı hal ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində verilməli birdəfəlik müavinət və ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində verilməli müavinətin iddiaçının pensiyasına hesablanmasının mümkünlüyü ilə bağlıdır. İddiaçıya 1993-cü ildə əmək pensiyası təyin edilmiş və o, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun qəbul edildiyi dövrdə ədliyyə orqanlarında işləməmiş və həmin Qanunun 23.2 və 23.3-cü maddələrində qeyd edilən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinəti və ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinəti almamışdır. İddiaçı tələb etdiyi müavinətləri işlədiyi dövrdə almadığından, təbii ki, bu müavinətlərlə bağlı ondan məcburi sosial sığorta haqları da tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvə l aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə a lınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə ə mək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərc liyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. İddiaçı hər il verilən iki aylıq əmək haqqı məbləğində müalicə pulu və iki aylıq əmək haqqı məbləğində müavinəti müvafiq olaraq pensiya təyin ediləndən əvvəl əmək haqqı və dövlət məvacibinə münasibətdə almamışdır. Həmçinin iddiaçı işlədiyi müddətdə həmin vəsaitlərdən sosial sığorta haqqı tutulmamışdır. Konstitusiya Məhkəməsinin hü quqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə (1993-cü ilədək) almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qəbul edildiyindən dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı özü ilə oxşar vəziyyətdə olan məhkəmə işinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmaqla qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarına görə pensiya təyin edildikdən sonra yenidən hesablanma aparılarkən şəxsin işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqı, təminat xərcliyi, dövlət məvacibi və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından, Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik olduğundan, oxş ar işlər üzrə Konstitusiya Məhkəməsinin qərarından əvvəl qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olması hazırkı iddianın təmin edilməsi üçün qanuni əsas ola bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-110/2020 saylı, x xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1705/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1705/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver