Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1706/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Maliyyə X1 qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı, cavabdehin nümaəndəsi Nümayəndə və vəkili Vəkil1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə X1 qarşı səhmlərin dövriyyədən çıxarılması barədə dövlət reyestrində aparılmış qeydlərin etibarsızlığı tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-35/19 saylı 05 fevral 2019-cu il tarixli qərarınd an iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ “xxxx” ASC-nin 27.05.2017-ci il tarixdə keçirilmiş səhmdarların ümumi yığıncağında “Emitentin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verildiyinə görə” “xxxx” ASC-nin buraxdığı AZ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 2 manat olan 317554 ədəd adi adlı səhmlər dövriyyədən çıxarılmışdır. Cavabdeh Azərbaycan Respublikası X2 Palatası tərəfindən “xxxx” ASC-nin səhmdarların ümumi yığıncağının qərarına əsasən qiymətli kağızların dövlət reyestrində səhmlərin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “xxxx” ASC-nin səhmlərinin 08.06.2017-ci il tarixdə dövriyyədən çıxarılması barədə dövlət reyestrində aparılmış qeydlərin etibarsız sayılmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3878/2018 saylı, 23.10.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3878/2018 saylı, 23.10.2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-35/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3878/2018 saylı, 23.10.2018-ci il tarixli qəra rı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, səhmdar cəmiyyətin qeyd olunan səhmlərinin dövriyyədən çıxarılması qanunvericliklə müəyyən edilmiş qaydada həyata keçirildiyindən, birinci instansiya məhkəməsi əsaslı olaraq iddianı rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-35/19 saylı 05 fevral 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə qanunvericiliyə əsasən səhmdar cəmiyyəti 2 ay ərzində səhmlərin geri satın alınmasını həyata keçirməlidir, lakin indiki halda səhmdarların ümumi yığıncağında 27.05.2017-ci il tarixdə səhmlərin dövriyyədən çıxarılması barədə qərar qəbul ediləndən sonra artıq cəmi 12 gün sonra səhmlər dövriyyədən çıxarılır. Y əni, səhmlərin hamısı geri alınmamış, geri satın alınma üçün müddət sona çatmamış emitent Palataya müraciət edib və Palata “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”nın 2.3.1-2.3.3, 2.4, 2.8, 2.12 və 3.1-ci maddələrinin pozulmasını görərək, “Qiymətli kağızlar bazarı haqqında” AR Qanununun 83.0.1, 83.0.8, 83.0.9, 83.0.10-cu maddələrinə əsasən səhmdarın hüquqlarının pozulmasını aradan qaldırmaq üçün məcburi göstərişlər vermək, emitenti məsuliyyətə cəlb etmək əvəzinə, həmin maddələri pozaraq, səhmləri dövriyyədən çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, səhmdarların ümumi yığıncağı tərəfindən cəmiyyətin ləğv edilməsi haqqında qərar qəbul edildiyindən, səhmlərin geri satın alınması barədə qərar qəbul edilə bilməzdi. Halbuki, B elə ki, MPM-in 13.4-cu maddəsinə uyğun barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Eyni zamanda, Mülki Məcəllənin 1077-ci və 61-ci maddələri mövcuddur. Bu isə o deməkdir ki, Qaydalarda ləğv etmə zamanı hesablaşmanın prosedurları göstərilməyibsə, geri satın alınma prosedurları və onlar üçün ayrılmış müddətlər ləğvetmə zamanı tətbiq edilməlidir. Kassator İPM-nin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-35/19 saylı 05 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qayda da məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasına iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-35/19 saylı 05 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-35/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xxxx” ASC 03.09.2004-cü il tarixdə qeydiyyata alınmış və 16. 09.2016-cı il tarixdə səhmdarların növbədənkənar ümumi yığıncağının qərarına əsasən ləğv edilmiş və 22.09.2017-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının 27.05.2017-ci il tarixli qərarına əsasən emitentin fəaliyyətinə qanunvericliklə müəyyən edilmiş qaydada xitam verildiyinə görə “xxxx” ASC-nin buraxdığı 317.554 ədəd adi adlı səhmin dövriyyədən çıxarılması qərara alınmış və cavabdeh tərəfindən verilmiş 08.06.2017-ci il tarixli arayışa əsasən, Cəmiyyətin ləğv edilməsi haqqında səhmdarların növbədənkənar ümumi yığıncağının 16.09.2016-cı il tarixli qərarına müvafiq olaraq qiymətli kağızların dövlət reyestrində həmin səhmdar cəmiyyətin səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. İddiaçı səhmda rların ümumi yığıncağında 27.05.2017-ci il tarixdə səhmlərin dövriyyədən çıxarılması barədə qərar qəbul ediləndən cəmi 12 gün sonra – 08.06.2017-ci il tarixdə, yəni qanunvericliklə geri satınalınma üçün müəyyən edilmiş 2 ay müddəti gözləmədən səhmlərin dövriyyədən çıxarıldığını əsas gətirərək səhmlərin dövriyyədən çıxarılması barədə dövlət reyestrində aparılmış qeydlərin etibarsız sayılmasını tələb edir. İPM-in 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” AR Qanununun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul e dildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən, emitentin öz qərarı ilə qiymətli kağızların dövriyyədən çıxarılması emitent tərəfindən aşağıdakı mərhələlərlə həyata keçirilməlidir: 2.3.1 qiym ətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi; 2.3.2 qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin edilməsi üçün QKDK-ya (qərann surəti əlavə olunmaqla) müraciətin edilməsi; 2.3.3 QKDK tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin (həmin qeydlər bu Qaydaların 2.3.2-ci yarımbəndində göstərilən müraciətin QKDK-ya daxil olduğu tarixdən etibarən 10 (on) iş günü ərzində aparılmalıdır) edildiyi gündən etibarən 7 (yeddi) iş günü müddətində qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumatın kütləvi informasiya vasitələrində dərc edilməsi. Həmin Qaydaların 2.4-cü bəndinə görə, qiymətli kağızların dövriyyədən çıxanlması və ləğv edilməsi haqqında məlumatda aşağıdakılar əks etdirilməlidir: 2.4.1 em itentin tam adı, taşkilati-hüquqi forması və olduğu yer; 2.4.2 qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi; 2.4.3 qiymətli kağızların dövlət qeydiyyat nömrəsi; 2.4.4 qiymətli kağızların növü və forması; 2.4.5 qiymətli kağızların nominal dəyəri; 2.4.6 dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı; 2.4.7 qiymətli kağızların geri satın alınmasının başlama və başaçatma tarixi; 2.4.8 qiymətli kağızların geri satın alınması şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, ödənilməsi qaydası və s.). Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, qiymətli kağızların dövriyyədən çıxarılması üçün emitent bu Qaydaların 2.4-cü bəndində göstərilən məlumat dərc edildiyi tarixindən etibarən 2 (iki) ay müddətində qiymətli kağızların geri satın alınmasını həya ta keçirməlidir. Qeyd edilən normaların tələblərinə əsasən səhmdar cəmiyyətin qeyd olunan səhmlərinin dövriyyədən çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirildiyindən iddia tələbi əsassızdır. Belə ki, səhmdar cəmiyyətinin ləğv olunması barədə 16 sentyabr 2016-cı il tarixdə qərar qəbul edilmiş, səhmdarların ümumi yığıncağının 27.05.2017-ci il tarixli qərarına əsasən səhmlərin dövriyyədən çıxarılması qərara alınmış, bundan sonra ASC 19.04.2017-ci il tarixdə cavabdehə müraciət edərək, səhmlərin dövriyyədən çıxarılmasının qeydiyyatı barədə arayışın verilməsini xahiş etmiş, cavabdeh Milli Depozit Mərkəzinə müraciət edərək, səhmlərin səhmdarların hesablarından cəmiyyətin emissiya hesabına köçürülməsi barədə məlumatın təqdim edilməsini tələb etmiş, Milli Depozit Mərkəzi t ərəfindən səhmlərin səhmdarların hesablarından cəmiyyətin hesabına köçürülməsi dair əməliyyat aparılmasına dair 05.06.2017-ci il tarixdə məlumat daxil olduqdan sonra, həmin səhmlərin dövriyyədən çıxarılması barədə qeydlər edilmiş və buna dair cavabdeh tərəfindən 08.06.2017-ci il tarixdə arayış verilmişdir. Kassatorun “qiymətli kağızların geri satın alınması üçün 2 aylıq müddətə əməl edilmədən səhmlərin dövriyyədən çıxarılması” ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, səhmdar cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması Mülki Məcəllə və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105-1.1-ci maddəsinə görə, səhmdar cəmiyyəti tərəfindən yerləşdirilm iş səhmlərin geri alınması bu Məcəllə və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir. Həmin Məcəllənin 105-1.2-ci maddəsinə əsasən, cəmiyyət nizamnamə kapitalının miqdarını və səhmlərin sayını azaltmaq məqsədi ilə, ümumi yığıncağın qərarı əsasında, əvvəl yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə nizamnamə kapitalı üçün müəyyən edilmiş məbləğin minimal həddindən aşağı olmamalıdır. Həmin Məcəllənin 105-1.3-cü maddəsinə görə, səhmlərin geri alınması səhm sahiblərinin razılığı ilə, səhmlərin geri alınması fond birjası vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir. Həmin Məcəllən in 105-1.4.2-ci maddəsinə əsasən, cəmiyyətin ləğvi barədə qərar qəbul edildikdə cəmiyyətin səhmlərinin geri alınması qərarı qəbul edilə bilməz. Hazırkı iş üzrə səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyət ləğv edildiyindən cəmiyyətin səhmlərinin geri alınması qanunla yolverilməzdir. Beləliklə, hazırkı iş üzrə “İnzibati icraat haqqında” AR Qanununun 65.1-ci maddəsində sadalanan hallar iş üzrə müəyyən edilmədiyindən iddiaçının “xxxx” ASC-nin səhmlərinin 08.06.2017-ci il tarixdə dövriyyədən çıxarılması barədə dövlət reyestrində aparılmış qeydlərin etibarsız sayılmasına dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibat i-İqtisadi Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-35/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-35/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1706/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1706/2019
22.05.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver